“TÜRK” etnonimi və
törələri
Əvvəli
ötən sayımızda
Məlumdir ki, müasir Azərbaycan və digər
türk dillərində "bil-bilmək" sözü
çox geniş yayılıb. "Qədim türk
sözlüyü"ndə "bil" müxtəlif mənalar
verir:
1. Bil = bilmək;
2. Bil = öyrənmək, dərk etmək;
3. Bil = məsuliyyət hiss etmək;
4. Bil = fikirləşmək;
5. Bildüz = xəbər vermək.
Bilgə = aqil, çox bilən;
Bilgə bilig = ağıllı, hər şeyi dərk edən.
M.Kaşğaridə də bu söz demək olar ki, eyni mənanı verir:
Bil = bilmək;
Bildüz = bildirmək, öyrətmək;
Bilməsin =bilirmiş kimi görünmək;
Bilgə = bilgə, ağıllı, müdrik, alim, hakim;
Biligsə = ağıllı olmağı istəmək.
Göründüyü kimi, Şumerlərin mövcudluğundan altı min il keçsə də, çox anlamlar dəyişməyib, bu gün də izahında eyni mətləblər daşıyır, çünki türklər sözün kökünün işlədilməsində həmişə mühafizəkar olublar.
Bəllidir ki, yazının yaranması üçün dilin təşəkkül tapması çox vacibdir. Bunun üçün dil yüz illərlə formalaşmalı və cilalanmalıdır. Belə başa düşmək olar ki, bu daş kitabələrin və "Dədə Qorqud dastanı"nın yazılma dövründə türk dilləri ləhcə və şivələrə ayrılmamışdı.
Bu barədə akademik Nizami Cəfərov "Azərbaycanşunaslığa giriş" kitabında yazır: "Qədim ümumtürk dilinin bölünməsi prosesi I minilliyin sonu, II minilliyin əvvəllərində, əsasən üç türk dilinin formalaşması ilə başa çatmışdır: oğuz dili, qıpçaq dili, karluq dili. Lakin həmin dillər bir-birinə o qədər yaxın və əlaqələri o qədər sıx, intensiv olmuşdur ki, ümumi bir dilin - ümumtürkcənin dialektləri təsəvvürünü yaradır".
Türkiyənin tarixi araşdırmaçısı Mustafa İzberk "Kim türk?" kitabında türk dilinə müxtəlif dilçi alimlər tərəfindən verilən qiymətdən yazır: "Heç bir qaydalar beləcə gözəl dil yaratmazdı". (Max Müller). Bu qədər geniş əraziyə yayılmış olan türk dili qədər özünü qoruyan başqa bir dil yoxdur". (S.Roux). "Türk dili riyaziyyat kimi bir dil. Bunu mən yox, alman dilçiləri söyləyirlər. Sanki bir tağım riyaziyyatçı oturmuş, riyazi qaydada uyğun, düzgün bir dil icad edək deyə türk dilini yaratmışlar" (O.Şirvanoğlu). "Türk dilinin zamanımızdan 5500 il öncə müstəqil və iki qollu bir dil olaraq varlığı hesablanmışdır. Bu gün yaşayan dillər arasında ən əski yazılı bilgilərə sahib olan dil Türk dilidir. Bunlar Şumer tabletlərindən alınan kəlmələrdir" (O.N.Tuna).
Göründüyü kimi, Dil Türk Milli Kimliyin Varlığı, pasportu və mühərrikidir. Əgər, bu gün Mahmud Kaşğarinin min il öncə yazılmış "Divani lüğətü-im Türk" kitabını oxuyub başa düşürüksə, deməli türk dili, hələ də mühafizəkarlığını qoruyub saxlayır. Təbiidir ki, dövrün inkişafına uyğun yeni və alınma sözlər də dilimizə daxil olur, həyata vəsiqə alır. Lakin bu gün latın dili ölü dili sayılır. Müasir farslar əhəməni və sasani dilini, məsələn Firdovsinin "Şahnamə"sini tərcümədən oxuyurlar. Ruslar XVI əsr rus dillini başa düşmürlər. Belə nümunələri çox çəkmək olar, ancaq əsas qayəmizdən yayınmayaq.
Rizvan Cəbiyevin "Şumer kilidi" kitabında yazdığı fikirlər diqqətçəkəndir:
"Türklərin Şumer əsilli olmasını əngəlləyən ən başlıca maneə - tarixdə ilkin geniş miqrasiyanın Qərbdən Şərqə deyil, Şərqdən Qərbə, yəni Orta Asiyadan Avropaya doğru olması barədə yanlış ideyadır.
Şübhə etmirəm ki, bu ideyanı siyasətçilər düşünmüş və "elm dəllalları" əlilə həyata keçirmişlər. Məqsəd türkləri öz köklərindən qopartmaq və Orta Asiyanın qızmar günəşi altında "susuzluqdan" qurudub məhv etmək olmuşdur. Amma yüzlərlə, minlərlə təkzibolunmaz dəlil bunun əksini sübut edir: xalqların ilk "Böyük köçu" batıdan doğuya idi, yoxsa 6 min il əvvəl Nippurda və digər Şumer şəhərlərində tikilən çoxpilləli zikkuratların eynisinin e.ə. I minillikdə Altın - Tərədə tapılmasını başqa nə ilə izah etmək olar?
Yeri gəlmişkən şumerlər özlərini "kanqlı" adlandırırdılar. Yazılı mənbələrə görə onlar (kanqlılar-kəngərlər) Mesopotomiyaya Xəzərin qərb və şimal sahillərindən köçüblər. Eramızın IX-XIII əsrlərində kanqlı tayfaları Avrasiya bozqırlarında ən güclü tayfalardan biri olmuşlar.
İndi də türklərlə bağlı qədim mənbələrə müraciət edək:
1. Turuklar;
Adları eramızdan əvvəl 2000-ci ildə çəkilir.
Fəaliyyətdə olduğu yer; Mesopotomiya (indiki Şimali İraq).
Adları ilk dəfə Zaqros dağlarında dağ tayfaları kimi assur və babil mətnlərində çəkilir.
F.Ağasıoğlu "9 Bitik" kitabında turuklar haqqında yazır: "Fərat çayının yaxınlığında, indiki İraq və Suriya sınırı yaxınlığında fransız alimlərinin apardığı qazıntı Mari şəhərinin çar arxivini üzə çıxarmışdır. Mixi yazı ilə yazılmış bu gil tabletlərinin mətnləri iyirmi il sonra, 1950-ci ildən başlayaraq, Luvr muzeyi xəbərlərində dərc edildi. Bu mətnlərdə turukku şəklində oxunmuş boy adı vardı. İlk dəfə H.Z.Koşay bu adın türklərlə bağlı olduğunu söyləmiş... Təkcə burada verdiyimiz 23 №-li tabletdə türk adı beş dəfə verilmişdir..."
Yeri gəlmişkən, həmin dövrlərdə adları mətnlərdə göstərilmiş subarların Turxu adlı şəhəri də mövcud olmuşdur.
2. Turşalar;
Eramızdan əvvəl 13-cü əsrə adları təsadüf edir.
Yaşadıqları yer: Misir və Aralıq dənizinin şərqi.
Adları ilk dəfə Misir mətnlərində, xüsusən də III Ramzesin dövründə "dəniz xalqları" kimi çəkilir.
Onların adlarını homerin əsərlərində də rast gəlinir.
3. Etrusklar (tirsen və tussaylar);
Miladdan öncə 12-11-ci əsrlərdə adları çəkilir.
İtaliyada yerləşib Qərbi Anadolunu idarə edirdilər. İlk dəfə adları qədim yunan və Roma mənbələrində çəkilib.
4. Turşalar;
Milladdan öncə 3-cü əsrdə Şimali Hindistanda və Orta Asiyada yerləşirdilər. Adları ilk dəfə "Maxabxarata" sankritdə çəkilir.
5. Türkülər;
Eramızın 1-ci əsri
Dunay vilayətində məskunlaşmışdılar. İlk dəfə adları Roma çoğrafiyaçısı Pomponiya Melin əsərində çəkilir.
6. Tursülər;
Eramızın 1-ci əsri
Yerləşdikləri yer Don çayının şərqində və Mərkəzi Asiya.
Adları ilk dəfə qədim yunan coğrafiyaçısı Ptolemeyin əsərlərində çəkilir.
7. Turkalar;
Eramızın 2-ci əsri
Yaşadıqları yer Mərkəzi Asiya.
İlk dəfə adları Roma mənbələrində Ammian Marselin tərəfindən çəkilir.
8. Turk;
Eramızın 5-ci əsri
Qafqaz və onun ətrafında yerləşmişdilər. İlk dəfə adları Movses Xorenamsi tərəfindən çəkilir.
9. Turkilinqlər;
Eramızın 6-ci əsri
Mərkəzi Avropada Tuneş çayıının yaxınlığında məskunlaşmışdılar. İlk dəfə adları qot xronikasında çəkilir.
10. Turoba
(Troya);
Adları
mifoloji dövrə aid edilir.
Məskunlaşdığı
yer Turoba (Troya), Qərbi Anadolu.
Skandinav
saqalarında adları çəkilir.
10.Turçilər
(treklər)
Eramızın
7-ci əsri.
Məskunlaşdığı
yerlər Cənub-Şərqi Avropa Balkanlar (Frakiya)
Adları
Fredeqaranın xronikasında çəkilir. Turçi adı
Trakiya ilə bağlıdır.
11.Turanlılar;
Avrasiyada
tarixi bilinməyən dövrdən yaşayırlar.
Mənbələr
bütün türk xalqlarını bir yerdə Turan
imperiyası, əhalisini isə turanlılar kimi yazırlar.
Ancaq sovet
dönəmində Turan adını yazmaq, onu tədqiq etmək
tarixçi alimlərə qəti qadağan edilmişdi. Hətta
bu dönəmdə turklərin tarixini geninə-boluna yazan
L.N.Qumilyov da turanlılar haqqında çox xəsisliklə
yazırdı.
Baxın!
O yazır: "Qədim turanlıların, sarmanların və
alanların varisi quzlardır. Sarmatlarda olduğu kimi,
hunların başlanğıc etnogenez fazası e.ə. IV-III əsrlərə
təsadüf edir... Bu, o deməkdir ki, quzlar X əsrdə
artıq qoca və onları yaradan təkanın inersiya mərhələsində
idilər".
Qeyd edək
ki, quz-oğuzların X əsr müəlliflərin əsərlərində
rast gəlmək olar. L.N.Qumilyov isə göstərir ki, X əsrdə
quzlar inersiya (ətalət) fazasına daxil olmuşdular. Deməli,
onlar bir etnos kimi 1000-1200 il inkişaf yolu keçmişdilər.
Nə onun, nə də digər müəlliflərin əsərlərində
X əsrə qədər quz-oğuzlan bir etnos kimi Mərkəzi
və Orta Asiyada görünmürlər. Elə isə onlar təkan
dövründən başlayaraq, 1000-1200 il harada
yaşayıblar?
Quzlar
İncildə aşkenez kimi göstərilir. Yunan-roma mənbələrində
isə prototürklərə skif (iskut), fars mənbələrində
sak demişlər. "Avesta"da isə onları
turanlılar adlandırmışlar. Elməddin Əlibəyzadə
bu barədə yazır: "Fars mənbələrində
"Avesta"dan danışılarkən Turan hökmdarı
Alp Ər Tonqa (Əfrasiyab-Y.O.), və xidmətləri belə
təqdim olunur:
"O,
öz hökmranlıq qalalarını, istilaçılıq
qəsrlərini ucaltdı;
Dağlar
arasında Bakuri tikdirdi..."
Bu da sizə
Bakının tarixi. Yeri gəlmişkən, Mahmud
Kaşğaridə kitabında
"Baku" təpəliklər deməkdir. Müasir
Bakı da təpəliklər üstündə bərqərar
olub. Deməli, saklar eyni zamanda turanlıların varisləridir.
Bir xalqı müxtəlif xalqlar, müxtəlif dildə, yəni
öz dillərinə uyğun adlandırmışlar. Ən əski
mənbələr, yəni Aşşur mənbələri
iskitləri ilk dəfə Güney Azərbaycanda qeydə
almışdır. İskitlərin Güneydə və Quzeydə
"İşquz" dövlətinin olduğunu əski mənbələr
də təsdiqləyir. Bizcə İşquz və Sakasena
dövlətləri eyni dövrlərin ayrı-ayrı mənbələrdəki
adıdır.
Herodotun təsdiqinə
görə hələ m.ö. IX-VIII əsrlərdə iskitlərin
- bu yüksək mədəniyyət yaradan xalqın
güclü dalğası olan saklar indiki bütöv Azərbaycanın
hakim sakinləri olub. Kür-Araz ovalığı, həm də
"Sakasen" / "Sakasena" adlandırılıb, mənası
"Sən saksan, Sak torpağındasan" deməkdir. Bu
adlar bu sakinlərin nişanəsi ilk tarixi izidir.
Bura əlavə
edək ki, Qarabağın qədim adı olan Arsak / Ərsak
elə həmin dövrlə bağlıdır. Arsak Sak ərlərin
torpağı, məkanı anlamına gəlir.
Yeri gəlmişkən
rusdilli elmi ədəbiyyatda belə hesab edirlər ki, yunanlar tərəfindən
bir xalqa verilən skif adının kökündə
"quz" komponenti dayanır.
M.N.Artamonov
belə fikirdədir ki, üz, quz, oğuz müxtəlif
variantlarda bir etnosun adıdır.
P.F.Sum bu
siyahıya polovesləri, peçenqləri də əlavə
edir. O bildirir ki, yuclar və peçenqlər, kuman və uzlar
bir xalqdır.
Sum belə
bir nəticəyə gəlib təsdiq edir ki, kifayət qədər
materiallara əsasən yucların hun olduğunu demək
mümkündür. O, XII əsr müəllifləri İonna
Skilsa, Qlika və Zonara istinadən yazır ki, "madyarlar və
uqorlar skiflərdir və onları "uzlar"
adlandırırlar.
Herodotun
şəhadətinə görə skif / iskitlərin əfsanəvi
atalarının adı Tarqıtaydır. Deməli
turanlılar tarixi bilinməyən dövrdən mövcud
olmuş, türk xalqları sülaləyə uyğun özlərini
adlandırdıqca "turanlılar" etnonimi əfsanələşmiş
və mifə çevrilmişdi.
Yeri gəlmişkən
dünyaca məşhur olan türkiyəli tarixçi
Kazım Mirşan türklərin tarixini Anadoluda eramızdan əvvəl
15000 il öncəsinə dayandırır. O yüzlərlə
qaya rəsmlərinin, mixi yazılarının şifrələrini
açaraq 1970-ci ildə dünyaya səs salacaq prototürklər
haqqında kitab nəşr etdirmişdi.
F.Ağasıoğlu
isə "İslamöncəsi türk tarixi, 9 Bitik"
kitabında Anadoluda və Azərbaycanda mövcud olmuş
türk dövlətləri və bəylikləri haqqında
müfəssəl bilgilər verir.
Ön
Asiyada qurulan türk dövlətləri:
Subar eli
(ölkəsi)
Subar bəyliyi
Doğu
subar bəyliyi
Aratta eli
Lulu eli
Qut eli
Turuk
(Türk) bəyliyi
Kuman bəyliyi
Azərbaycanda
kiçik bəyliklər (m.o. IX-VIII əsrlər)
Manna eli
Qamər
bəyliyi
Saqa eli
Mada eli
Azərbaycan
eli (Kiçik Mada, Atropaten)
Alban
(Aran) eli
Doğrudur
bu siyahını uzatmaq da olar, ancaq əsas mövzudan
yayınmamaq üçün tur/tar/tor/tör sözlərinin
mahiyyətini Strabonun "Coğrafiya" kitabında axtaraq,
onunla Avropaya səyahət edək.
Nəzərə alaq ki, bu kitabın yazılma tarixi 2000
il əvvələ təsadüf edir.
Tədqiqatçı
alim Əjdər Fərzəli özünün "Gəmiqaya-Qobustan
mədəniyyəti" əsərində yazır:
"İ.Fridrix və başqa qərb və rus müəllifləri
Strabonun "Coğrafiya"sından yan keçərək,
heç bir əsas olmadan, tarixi-metodoloji müqayisə
aparmadan finikiya əlifbasını bütün əlifbaların
başlanğıcı hesab etmişlər. Strabon da 6000 il
(indi 8000 il - Y.O.) Turdentlara aid edir...", yəni indiki
İspaniyada yaşamış türklərə məxsusluğunu
təsdiq edir.
Cəfər
Cəfərov da turdentların
türk mənşəli və türk əsilli olduğunu
öz əsərində qeyd edir.
Əjdər
Fərzəli özünün məlum kitabının sonunda
belə bir nəticəyə gəlir: "Qayaüstü təsvirlərə,
Azərbaycan və xarici alimlərin fikirlərinə əsaslanaraq,
demək olar ki, Gəmiqaya-Qobustan mədəniyyəti e.ə.
VIII-V minilliklərdə öz inkişaf və çiçəklənmə
dövrünü yaşamışdır. Bununla əlaqədar
bəzi yazılı mənbələrə də istinad etmək
olar. Məsələn, Strabonun "Coğrafiya"sında
turdetanların, turdulların e.ə. VII minillikdə yetkin
fonoqrafik əlifbaya malik olduqlarının xatırlanması,
e.ə. VIII-VII minilliklərə aid edilən Mas de AZİL
(Fransa) işarələrinin Gəmiqaya-Qobustanda
aşkarlanması faktı da bu fikirə inamı
artırır".
ARDI VAR
YUNUS OĞUZ
Olaylar.-
2025.- 28 fevral-6 mart, №8.- S.12.