Milli təfəkkürümüzün
daşıyıcısı
- AZƏRBAYCAN QADINI
Azərbaycan qadını tarixin bütün dövrlərində, çətin siyasi-tarixi aşamalarında hünər və ləyaqətilə fəaliyyət göstərmiş, vətənimizin müdafiəsində yaxından iştirakdan tutmuş, siyasət və dövlət quruculuğu sahəsinə qədər bütün müstəvilərdə adını tarix səhnəsinə qürurla həkk etmişdir. Ötən əsrin əvvəllərində Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında mühüm fəaliyyətləri ilə önə çıxmışlar.
Milli Məclisin
deputatı, YAP İdarə
Heyətinin üzvü,
filologiya elmləri doktoru Elnarə Akimova qeyd edib
ki, 1990-cı illərin
müstəqillik dalğası
qadınlarımızın azadlıq əldə etməsinə və bu azadlıqdan maksimum bəhrələnərək
cəmiyyətin müxtəlif
sferalarında fəaliyyət
göstərmələrinə zəmin yaratdı. İndi cəmiyyət daha sürətlə irəliləyir, dünya cinsi fərdlər arasındakı hüquqları
daha çox bərabərləşdirməyə çalışır. Bu gün bir çox beynəlxalq simpozium və konfranslar
gender problemlərinə həsr
olunur. 1990-cı illərdən
başlayaraq, Ümummilli
lider Heydər Əliyev ölkə həyatının bütün
sahələrində qadınlara
xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə
geniş meydan verdi. Ölkəmizdə dövlət səviyyəsində
qadın siyasətinin
əsasını qoyan
Heydər Əliyev qadın şəxsiyyətinə
böyük hörmətlə
yanaşırdı. Dövlət
başçısı qadın
problemlərinin dövlət
səviyyəsində həlli
üçün mühüm
fərman da imzalamışdır.
1998-ci ildə Qadın
Problemləri üzrə
Dövlət Komitəsi
yaradılmışdır. Heydər Əliyevin iştirakı ilə elə həmin ildə Azərbaycan qadınlarının I qurultayı,
2003-cü ildə isə
II qurultayı baş
tutmuşdur. Bu qurultaylar
dövlət qadın
siyasəti sahəsində
ən əlamətdar
və böyük hadisələrdən biri kimi qiymətləndirilir. Heydər Əliyev Azərbaycan Respublikası
qadınlarının I qurultayında
çıxış edərək
demişdir: "Azərbaycan
qadını tarix boyu öz ağlı,
zəkası, namusu, qeyrəti, isməti ilə, fədakarlığı,
çalışqanlığı, mərdliyi, vətənpərvərliyi
ilə, millətinə,
torpağına olan hədsiz məhəbbəti
ilə və gözəlliyi, Azərbaycan
xalqının xüsusiyyətləri
ilə tanınmışdır.
Ancaq bununla bərabər, əsrlər
boyu Azərbaycan qadınının üzərinə
böyük zəhmətlər
düşmüşdür. O zəhməti də qadın həmişə mərdliklə, cəsarətlə
çəkmişdir və
heç vaxt bu zəhmətdən inciməmişdir". 1998-ci ildən
etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları
keçirilir. Bu qurultaylar
dövlət qadın
siyasəti sahəsində
ən əlamətdar
və böyük hadisələrdən biri kimi qiymətləndirilməlidir.
Hazırda dövlət qadın
siyasəti Prezident
İlham Əliyev tərəfindən
yüksək səviyyədə
davam etdirilir. Qadın hüquqlarının
müdafiəsi, onlar üçün yaradılan
bütün imkanların
genişləndirilməsi Prezident
İlham Əliyevin dövlət
siyasətində müəyyən
etdiyi prioritet istiqamətlərdəndir. 2006-cı ildə qadınlarla bağlı işlərin
daha mütəşəkkil
və ardıcıl şəkildə aparılması,
ictimai həyatın bütün sahələrində
bərabər hüquqların
təmin olunması sahəsində hüquqi bazanın təkmilləşdirilməsi
üçün 2006-cı ildə "Gender (kişi
və qadınların)
bərabərliyinin təminatları
haqqında", 2010-cu ildə
"Məişət zorakılığının
qarşısının alınması
haqqında" Azərbaycan
Respublikasının qanunları
qəbul olunmuşdur.
Bu qanunların qəbul
edilməsi insanların
təfəkküründə yeni düşüncə tərzinin
formalaşmasına təkan
verərək bir çox stereotiplərin qırılmasına səbəb
olmuşdur. Ölkə
başçısının 2006-cı il
6 fevral tarixli qərarı ilə Azərbaycan Respublikasının
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
yaradılması isə
bu sahəyə dair problemlərin nəzarətdə saxlanması
və mütərəqqi
qaddımların atılması
istiqamətində mühüm
diqqət sayılmalıdır".
Onun sözlərinə görə,
bu gün Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadınının
nüfuzunu yüksək
səviyyədə təmsil
edir: "Onun simasında dünya dövlətlərinə dərin
bilik və intellekt sahibi olan gözəl ziyalı, peşəkar siyasətçi, humanist Azərbaycan
qadını obrazı
təqdim olunur. Mehriban
Əliyeva bu gün ölkəmizdə
maarifçilik, quruculuq
istiqamətində genişmiqyaslı
proqram və layihələrın reallaşmasını
və digər əsaslı işlərin
icrasını təmin
edir. Azad edilmiş Qarabağda həyata keçirilən mühüm
işlər, xüsusilə,
onun mədəniyyət
sahəsində imza atdığı yeniliklər
Mehriban Əliyevanın humanist, qurucu xarakterinin, milli dəyərlərə bağlılığının,
əxlaqi-mənəvi bütövlüyünün
təzahürü kimi
müstəsnadır.
Həmçinin
qeyd etməliyik ki, Azərbaycan qadını ölkənin bütün
sahələrində olduğu
kimi, Milli Məclisdə
də uğurla təmsil olunur. Artıq Milli Məclisdə
26 qadın deputat yer alıb. 2020-ci il martın 10-dan Milli Məclisə
sədrlik Sahibə Qafarovaya həvalə olunmuşdur ki, onun xarakterində əyanilən
intellektuallıq və
güclülük ən
vacib dəyər elementi kimi örnək
qismində qəbul olunmalıdır.
Bu gün Azərbaycan qadını daha sivil və müstəqildir,
onun öz düşüncələrinə sahib çıxması, öz
maraqlarında və baxışlarında qətiyyətli
mövqe nümayiş
etdirməsi qarşısında
maneə yoxdur. Əlbəttə, hələ
də həyatın dibində çabalayan qadınlarımız var ki, hüquqları
tapdanır, onunla rəftarda ifrat kobudluğa, cahilliyə varılır. Doğrudur,
bu cür hallar bizim cəmiyyətdə
aparıcı deyil, ötən əsrə nisbətən prioritet xətti təşkil etmir. Azərbaycanda əksər ailələr
çox sağlam, nümunə ola biləcək
dəyərlər, meyarlar
üzərində qurulub.
Ailə bizim mentalitetdə ən öndə duran faktorlardan biridir və Azərbaycan milli təfəkkürünün daşıyıcısı
olan qadın cəmiyyətdə qazandığı
nüfuzun, tutduğu mövqenin dərəcəsindən
asılı olmayaraq ailə dəyərlərinə
böyük önəm
verir. Azərbaycan ailəsi bir modeldir. Öz dəyərlərini, meyarları,
ailəni qurmaq və onu qorumaq
əzmkarlığı, məsuliyyəti
və ləyaqəti ilə. Bu gün qloballaşan dünyamızda
çox şey öz stixiyasından çıxır, məhvərindən
dönür. Əlbəttə,
qloballaşma çağdaş
zamanımızın nəbzidir.
Bütün sahələrdə
dünyaya inteqrasiya olunma prosesi gedir və bu,
belə də olmalıdır. Bəşəriyyətin
qloballaşmaya doğru
getdiyi bir vaxtda biz də qapalı dövriyyə ilə kifayətlənə
bilmərik. Lakin bizə
Qərbin diktə etdiyi, bizim dəyərlərimizə
zidd olan, mənəvi-estetik əsasdan
məhrum modellər gərək olmamalıdır.
Yeniləşmək, müasirləşmək
cəhdi insanı başqalaşdırmamalı, öz
bakirəliyindən, təbii
görünüş və
mənəviyyatından ayırmamalıdır.
Əslində, mədəniyyətin
milli koloriti və orijinal xüsusiyyətləri
o zaman qorunub saxlana bilir ki, xalq öz mənəvi-ruhsal dəyərlərini, özgürlüyünü
zamanın sınaqlarından,
ona edilən əl, dil və
qılınc hücumundan
uğurla çıxara
bilir. Əgər çıxara bilmirsə,
millətin saflığını,
"ailə və cəmiyyət" şüurunun
sağlamlığını, mövcudluğunu da təhlükə
qarşısında qoyur.
Bir çox şeydə
yeniliklər, irəliləyişlər
edə bilərik, lakin ailə faktoruna münasibətdə
daha mühafizəkar,
daha həssas və diqqətli olmalıyıq. Çünki
hər şey ailədən, ocaqdan başlayır. Milli-mənəvi
arxetipdən və genefonddan xali olan bir ailədə
sağlam əqidəyə
və düşüncəyə
malik vətəndaş yetişdirilə
bilməz. Əksinə,
düşünürəm ki, ailə modeli kontekstində Şərq Qərbə nümunə olmalıdır. Zənnimcə,
bu kontekstdə bizim nümunə kimi Qərbə təqdim edə biləcəyimiz təkrarsız
milli çalar ailə
dəyərlərimiz, ailə
bütövlüyümüzdür. Biz bu bütövlüyümüzdə,
sağlam ailə institutumuzun qorunması işində mühafizəkar
olmalıyıq".
Alim
Olaylar.- 2025.- 7-13 mart, №9.- S.14.