“TÜRK” etnonimi və törələri
Əvvəli
ötən sayımızda
Araşdırmaçı İlhamə Ənvərqızı "Troya-Turoya, Türk obası" kitabında
"Dədə Qorqud"
və "İliada"
əsərlərində adların,
toponimlərin, hidronimlərin
müqayisəli analizini
aparır. O yazır:
Adların bənzərliyinə baxaq: Homerdə Ares, "Dədə Qorqud"da Aruz, Uruz, Homerdə
Peyroy, bizdə Beyrək. Homerdəki Pilemen adına adekvat olaraq "Kitabi Dədə Qorqud"da Bilgə adını göstərmək
olar. Yəni Troya türkləri ilə
"Dədə Qorqud"
türklərinin adı
bir-birinə bənzəyir.
Bəzi adlar isə yaranma üsuluna görə oxşayır. Qaraca adıyla Akca (Əsərdə Aksani yazılıb), Homerdəki
troyalı Bəndər
(Pandar) və "Dədə
Qorqud"da Dondar, turoyalı Merok və "Dədə Qorqud"dakı Şöklü
Məlik, turoyalı İmbors - "Dədə
Qorqud"da İmran, turoyalı
Ənüz (Anxiz) və "Dədə Qorqud"dakı Bəkdüz,
turoyalı Turuz və "Dədə Qorqud"dakı Dirsə,
Qanturalı antoponimləri
tam eyni deyilsə də, ruhən yaxındırlar. Eyni xalqa aid olduğu sezilir. Turoyadakı Gigey gölü hidronimi "Dədə Qorqud"dakı Gökcə
gölünə, Turoyadakı
Aksu çayı dastandakı
Ağçay hidroniminə,
Homerdəki Mikal dağı
bizdəki Muğan toponiminə uyğun gəlir. Əvvəlki səhifələrdə qeyd
etdiyimiz kimi Kassandra antroponiminin orijinalı Əsəndur şəklində
idi. Turoyalı Kassandra
adı "Dədə
Qorqud"dakı Qazan
adı ilə eyni morfemdən ola bilər. Göy-göl yaxınlığında Qazandurmaz
zirvəsinin adı da
maraq doğurur. Bu adı yunan tələffüzündə desək
Kassandur adı ilə ortaq morfem alınır. Troyalı Troilin adı "Dədə Qorqud" oğuzlarından
Qanturalın adı ilə eyni morfemlidir.
"Qan+tur+al və Tur+il" .
İslandların "Kiçik Edda" abidəsində də Troyanın türk ölkəsi olduğu təsdiqini tapır:
"Troya
türk ölkəsidir...
Türklərin ölkəsini
tərk edib..." Avropaya gələn aslar buraya türk
adət-ənənələrini gətirdilər və
"burada türklərin
vərdiş etdiyi qanunlar tətbiq olundu".
Strabonun
adını çəkdiyi
"Kordub" da maraq
dairəmizdədir. "Kor"
sözü burada fonetik səs dəyişməsinə məruz
qaldığından onu
Kor / Qor kimi də oxumaq
olar. Qor isə "od", "isti"
mənasını verir.
"Dub"
isə şumercə
"gil lövhəsi",
türkcə "tup" variantı
isə "bişmiş
kərpic" anlamınan
gəlir. Əgər bunun izahını düzgün verdiksə, onda Kordubun mənası
"Kərpic bişirənlərin
şəhəri" izahına
gəlib çıxır.
Şumer-türk əlaqələri də
burada da özünü
aydın göstərir.
Professor E.Əlibəyzadə
alman alimi Q.Vinqlerə
istinadən yazır:
"Bizə qədər
əlib çatmış
ən qədim qaynaqlar semit dilində deyil, "şumer dilində" yaranıb ki, daha sonralar bu yazıların
dilini də onların dili adlandırıblar. Bizə
gəlib çatmış
Şumer mətnlərinin
çoxunun dil xüsusiyyətlərini hələlik
izah edə bilməsək də, dünyanın ən qədim mədəni dili olan Şumer
dilinin ümumi xarakteri barədə kifayət qədər təsəvvür yaranıb.
Bu dil əsas əlamətlərinə görə
türk dillərinə
uyğun iltisaqi quruluşlu dildir və semit dilinin
quruluşundan tamamilə
fərqlənir".
Fransız alimi E.Rexlü
qeyd edir ki, qədim yazıların şəhadətini görə
Babil sivilizasiyasını
inkişaf etdirənlər
hind-avropa dillərində
danışıb, özlərini
dil və mənşəcə Avropadan
həqiqi və yalançı xalqlarının
qohumu sayan qəbilələr olmamışlar.
Arilərin bütün
sahələrdə tam üstünlüyünün
təsiri altında olan assiroloqlar özlərinin bu kəşfindən xeyli heyrətə gəldilər
və gördülər
ki, ən qədim oxşəkilli yazıların
dilində İran və
semit dillərinə xas cizgilər qətiyyən yoxdur. Turan və Ural-Altay dilləri ilə birbaşa qohumluq var.
Türk
alimi Əhməd Cavad isə yazır: "Şumer dilinin turani dillərə bənzədiyi
artıq qəbul edilmişdir. Şumerlər
haqqında ən yeni və mötəbər əsər nəşr edən Volley şumerləri
morfoloji cəhətdən
"əski Türkcəyə
bənzər" bir dildə danışdığını
qəbul edir: "Şumerlər türkdür,
şumerlərin türk
olduğu məsələsinin
çoxlu sübutları
var; bizi bu qənaətə gətirən
ən güclü sübut ikidir:
1. Dil sübutu;
2. Geoloji və arxeoloji sübut".
Strabon Onoba, Ossonoba və Menoba şəhərlərinin adını
çəkir. Tarixdən
də məlumdur ki,
"oba" sözü
yalnız türklərə
məxsusdur və indinin özündə də əksər türk tayfaları arasında işlənməkdədir.
Onoba on sülalənin,
Ossonoba çox güman ki, otuz sülalənin bir yerdə cəmləşib
oba salmasıdır. Şəhərlərin adlarının
beləcə sıralanması
bir daha təsdiqləyir ki, sülalələrin
sayına görə şəhərə də
sülalənin sayını
təsdiq edən adlar verilmişdir. Məsələn, Menoba tək bir sülalənin
saldığı şəhər
kimi qələmə verilir. Güman ki, bu şəhərlərin
salınması uzun bir tarixi yol
keçmişdir.
Strabon daha bir şəhər
adı çəkir:
"Salas sakinləri əsrarəngiz
və zərif parçalar hazırlayırlar..."
Burada Sal+az iki sözdən
ibarət olmasına baxmayaraq, birincinin müxtəlif çalarları
mövcuddur. Belə
ki, "sal" sözünə
həm yer, həm tayfa adlarında, həm də məişətdə,
müasir dilimizdə işlədilən ifadələrdə
rast gəlmək mümkündür. Məsələn,
Qazan xanın qəbiləsi Salur adlanır, Azərbaycanda Salyan adlı rayon var. Yaxud heyvan kəsilən
yerə sallaqxana deyirlər. "Saldaşı"
məfhumu da mövcuddur.
Sonralar isə "sal" sözü feil kimi işlədilib:
salmaq, sallamaq və sair.
M.Kaşğari "sal" ilə
bağlı müxtəlif
çalar və məna daşıyan sözlər verir:
"Sal -
sal, kiçik qayıq
Sal - qablardakı zeh, çini lakı
Sal - salmaq, atmaq: bir şeyə işarə vermək; götürmək; toplu hala gətirmək
Salçı - aşpaz
Salı
- suvaq aləti, mala
Saltur - saldırmaq, çıxarıb
atmaq
"Qədim türk sözlüyü"ndə də
"sal" sözünün
müxtəlif mənaları
verilir:
Sal - qoymaq
Sal - atmaq, tullamaq (basin alip qodi saldi
- it canavarın başından
tutub aşağı tulladı)
Sal - vurmaq
Sal - qovmaq
Sal - yelləmək
Sal - təyin etmək, müəyyənləşdirmək
Salça - at növü
Salin - yazmaq"
Salas sözünün ikinci hissəsindəki aslar haqqında yuxarıda yazmışdıq.
Daha sonra Strabon yazır:
"... Dağlardan o tərəfə,
cənubda oretanlar yaşayır; hansı ki,
sahilə - sütunların
bir hissəsinə qədər uzanır. Onlardan şimalda Karpatan, sonra isə vetton və vakkeylər məskunlaşıblar. Bu ölkədən
Duri çayı axır. Vakkey şəhəri isə Akuti çayının sahilində yerləşir".
"Duri" hidronimi aydın və türkcə başa düşüləndir. Sözün
kökü "dur" feilindəndir
və "durmaq",
"dayanmaq" anlamını
verir. Fikrimizcə
"Duru çay",
yəni "saf sulu çay" sözünü
də bu hidronimə aid etmək olar.
"Akuti" haqqında isə bir az
geniş danışmağa
ehtiyac var. Məlumdur
ki, "Ak" sözündə
"k" səsi fonetik
dəyişmə nəticəsində
"ğ" kimi oxuna
bilər, çünki
yunan və roma dilində
"ğ" hərfi olmadığından
"ğ" "k" kimi yazılıb.
"Qədim türk sözlüyü"ndə "ak/aq/ağ"
sözü aşağıdakı
mənalarda verilir:
Aq = ağ (aq bulut
- ağ bulud)
Aq taş = gips, təbaşir
Aq/ağ = pis hərəkət
etmək ağ etmək
Aq saqal = ağsaqqal, hörmətli adam
Aq = axmaq, gömülmək (suvi aqa turur
qaya tupi qaqa turur - çayın
suyu fasiləsiz axır və qayanın ətəklərini
yuyur).
Mahmud Kaşğaridə də
"ak" sözü
demək olar ki, eyni mənanı verir:
Ak = ağ, bəyaz
Aksakal =
saçı-saqqalı ağarmış,
qocalmış
Akatur = axıb durmaq
A.Sumbatzadə Atropatenanın
etnik tərkibi haqqında yazanda İ.Əliyevə istinadən
qeyd edir ki, bu ərazidə yaşayan etnik qruplar irandilli deyillər: "Bizi maraqlandıran zonada şərqdən şimala
doğru kaspilər, kadusilər, utilər, ayışanlar və başqa tayfalar məskunlaşıblar, hansı
ki, onların arasında
heç olmasa bir tayfa da olsun
irandilli yoxdur". Herodot da "Tarix" kitabında indiki Azərbaycan ərazisində
və Anadoluda utilərin yaşadığını
göstərir.
Albaniya ərazisində, Kürün
sağ sahilində utik, Paytakaran və Arsas vilayətlərinin
olması faktını
bir çox mənbələr qey edirlər.
Kamal Əliyev və Fəridə Əliyeva
"Azərbaycan antik
dövrdə" əsərində
yazırlar: "Pliniyə
görə Araz çayı Atropatena ilə Otena arasından axır".
Sonralar yaşayıb - yaratmış
yazıçılar Albaniyada
həm utilərin, həm də Otena ölkəsinin adını çəkirlər,
məsələn Evsebi
Qafqazın başqa ölkələri ilə yanaşı, Otena ölkəsini də xatırladır. Utini və ya Otenanı
Kürlə Araz arasında yerləşdirir".
Oljas Süleymenov
"Az-Ya" əsərində
şumer və türk dillərində
"ud" sözünün
müqayisəsini vermişdir.
Şumercə
Ud - günəş, gün
Ud - od, atəş
Udun - ocaq
Udu - müqəddəs günəş
ilahəsi.
Türkcə
UT (ud, ot) - günorta,
zaman (qədim türkcə)
Ud (UT,
OT, od) - atəş (ümumtürkcə)
UTUN (udun, otun, odun,
otın) - ağac, yanacaq (ümumtürkcə)
Uduk (ıdık) - müqəddəs
(qədim türkcə).
Bəzi
alimlər utiləri kuti / qutilərlə eyniləşdirirlər. Nəzərə
alaq ki, hun tayfalarından biri "Uturqur", digəri isə "Quturqur" adlanırdı.
Professor F.Ağasıoğlu yazır:
"Qədim Azərbaycan torpaqlarında İslama qədər çoxlu dövlətlər qurulmuşdur.
Bunların xeyli hissəsi ayrı-ayrı bəyliklər səviyyəsindən
yuxarı qalxa bilməsə də, bəziləri qüdrətli
dövlət, hətta
imperiya səviyyəsinə
qalxa bilmişdir. Belə böyük dövlətlərdən "Quti
eli" adlandırdığımız
qədim protoazər tayfalarından olan Quti boylarının qurduğu dövlətdir.
Aratta istisna olmaqla, Quti eli,
Azərbaycanda qurulmuş
hələlik elmə
məlum olan ilk böyük dövlətdir.
Eramızdan əvvəl III minilliyin
sonunda qurulan Quti dövləti 100 ilə (e.ə. 2200-2109) yaxın mövcudluğundan
sonra dünya xəritəsindən silinmişdir.
Firudun Ağasıoğlu
qeyd edir ki, həm akkad, həm də elam yazılarında olan qutilər
ölkəsində 70 boyla vuruşmuşlar:
"Əlbəttə, bu
boyların hamısı
ayrılıqda Quti adlanmırdı, sonrakı
mənbələr göstərir
ki, bəzi yazılarda
"Quti" adı o
dövrdə həmin
ərazilərdə yaşayan
subar, türuk (türk), kuman, bars, börü, qarqar, azər, zəngi və s. türk boylarının ümumi adı kimi işlənmişdir".
Daha sonra Strabon yazır:
"İberiya döngəsi
ilə dəniz arasında birinci şəhər Tarrakondur.
Bu şəhərin əhalisi
Yeni Karfagenin əhalisi
qədərdir".
Dünya türkoloqların "türk" sözünün "tar"dan yarandığına şübhə etmirlər. Bizdə kitabın giriş hissəsində buna qismən yer ayırmışdıq.
Məsələn, akademik N.Y.Marr türk termininin "tarxan" sözündən əmələ gəldiyini yazır. Bu heç də təsadüfi deyil, çünki bu söz tayfalar arasında üstünlüyünü bildirir, hətta onu ilahiləşdirib Allaha bərabər də tuturdu. Bununla bağlı A.N.Kononov yazır:
"Bu iqtibasda diqqəti daha çox Y.N.Marrın "türk" termininə yönəltmək istəyirəm. O, "türk" terminini başqa keyfiyyətlərlə yanaşı, həm də İlahiyə bərabər seçilmişlərə aid edir".
Sonralar
tar / tur termini müxtəlif toponim, etnonim, hidronim və başqa adlarda öz əksini tapmışdır. Məsələn,
uyğurlara həm tarançı deyirlər.
Tatar sözü "tarlıq
tatarları" sözünə
bərabərdir.
Etruskların ulu babasının adı
da Tarkan
olub. Herodot isə iskitlər ulu babasını Tarqıtay adlandırır. O, "Tarix"
kitabında yazır:
"...
Bir vaxtlar hələ məskunlaşmamış bu
ölkənin ilk sakini
Tarqıtay adlı bir adam olmuşdur.
Iskitlərin dediyinə
görə, Tarqıtayın
atası Zevs, anası Borisfen çayının qızıdır
(iskitlər israr etsələr də biz
buna inanmırıq). Belə
bir əsil-nəsəbi
olan Tarqıtayın
da 3 oğlu varmış".
Göründüyü kimi,
akademik N.Y.Marr
tar /tur terminini necə
ilahiləşdirib Allaha
bağlayırdısa, Herodot
da Tarqıtayın Zevs
Allahının oğlu
olduğunu yazır.
Bir maraqlı söz də tar / tordur. Keçən əsrin ortalarına qədər
"torum" sözü
də işlədilirdi.
Bu da mahiyyətcə, doğub-törəmə
ilə bağlı idi. Belə ki, "torum" sözündən
yaranan "törə-nəvə"
Osmanlı türkcəsində
də eyni anlamı verir, yəni "tor / torun"u
nəsilartırma kimi
anlamış oluruq.
Fikrimizcə, akademik N.Y.Marr tar / tur termininin
açmasını düzgün
vermiş və "türk" sözünün
"tardan" yaranmasını
doğru qeyd etmiş, eyni zamanda, bu sözün
ilahiləşdirilmiş kimi
başa düşülməsini
göstərmişdir. Tar/tur/tor sözü ilə bağlı yazdıqlarımızı
Firudin Ağasıoğlu
da təsdiq edir. O yazır:
"Kiçik Asiyadakı Troyadan (Turova / Turoba) Avropaya, oradan da İslandiya gedən tayfaların tor / tür adlı tanrıları olmuşdur.
Ona görə də
island saqalarında Türkel,
Turid, Toralv (Toralp?), Torlauq, Torqaut, Torleyk, Torlaq, Torarin, Torberq, Torqeyr kimi antroponimlərin kökündə as tayfalarının
tor/tür şəklində
işlənilən teonimi
durur. Maraqlıdır
ki, Tor tanrının funksiyası
(A.Bremenski) "V poyedinki s velikanami; plodorodiya çerez qrozu" (C.Dumezli) şəklində bərpa
olunur. Bu yozum bizim müəyyənləşdirdiyimiz
tar / tür teoniminin
"ölüb dirilmə"
təsəvvürü ilə
bağlı olması
və azər dilindəki torun (nəvə) törətmək
tipli sözlərdə
həmin anlamın qalması ilə uyğunluq yaradır".
"Ölüb-dirilmə" həm də "torpaq" sözü ilə də bağlıdır. "Torpağı
öldürməsən, o səni
diriltməz" kimi atalar sözü günümüzdə də
işlənməkdədir.
ARDI VAR
YUNUS
OĞUZ
Olaylar.- 2025.- 14 mart-3 aprel, ¹10.- S.12.