BAKIDA ZƏLZƏLƏ RİSKİ

 

Şəhər bu təhlükəyə hazırdırmı?

 

Son günlərdə Türkiyənin İstanbul şəhərində baş verən güclü zəlzələlər bütün regionda olduğu kimi, Azərbaycanda da, xüsusilə Bakıda müəyyən narahatlıqlara səbəb olub. Seysmik baxımdan aktiv zonada yerləşən Bakı üçün bu suallar getdikcə daha aktual səslənir: "Bakıda güclü zəlzələ ola bilərmi?", "Belə olarsa, şəhərin infrastrukturu yaşayış binaları bu sarsıntıya dərəcədə hazırdır?"

Azərbaycan geoloji baxımdan seysmik aktiv zonada yerləşir. Respublikamızda olan əsas tektonik qırılma xətləri Böyük Qafqaz, Kiçik Qafqaz, Talış dağları Xəzər hövzəsi ətrafında yerləşir. Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) məlumatlarına əsasən, Bakı şəhəri Abşeron yarımadası zəifdən orta dərəcəyə qədər seismik risk zonasına daxildir. Tarixə nəzər salsaq, 2000-ci ildən sonra belə, Bakıda bir neçə dəfə 4-5 bal gücündə zəlzələlər qeydə alınıb. Lakin seysmoloqlar mümkün güclü zəlzələnin ehtimalını da istisna etmirlər. RSXM-nin açıqlamalarına görə, Bakıda 6-7 bal gücündə zəlzələ baş vermə ehtimalı mövcuddur. Bu cür zəlzələlər artıq bəzi tikililər üçün ciddi təhlükə yarada bilər.

Bakının tikinti fondu çox müxtəlifdir: sovet dövründən qalma çoxmərtəbəli binalar, yeni tikililər son illərdə artan hündürmərtəbəli komplekslər. Lakin tikintilərin keyfiyyəti binaların zəlzələyə davamlılığı baxımından fərqli səviyyədədir. Sovet dövründə inşa olunan çoxmərtəbəli binalar, xüsusilə "Xruşşovka" adlandırılan binalar, müasir seysmik normalara cavab vermir. 1988-ci il Spitak zəlzələsindən sonra postsovet məkanında tikinti normalarında müəyyən dəyişikliklər edilsə , bu qaydalar Azərbaycanda yalnız 2000-ci illərdən sonra ciddi tətbiq olunmağa başlayıb. Azərbaycan Respublikasının Şəhərsalma Tikinti Məcəlləsinə əsasən, hazırda yeni tikilən binalar 8 bal gücündə zəlzələyə davamlı olmalıdır. Amma problem ondadır ki, bu qaydalara nəzarət tətbiq prosesində müəyyən boşluqlar mövcuddur. Mütəxəssislərin fikrincə, bəzi hallarda tikinti şirkətləri təhlükəsizlik standartlarına əməl etmədən obyektləri istifadəyə verirlər.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) zəlzələ riski ilə bağlı profilaktik tədbirlər həyata keçirir. Nazirlik mütəmadi olaraq seismik zonalarda monitorinqlər aparır, həmçinin yeni tikililərə lisenziya verilməsində seysmik dayanıqlıq vacib meyar kimi nəzərə alınır. FHN-nin rəsmi açıqlamalarına əsasən, Bakıda son illərdə inşa edilən əksər yeni tikililər müasir seismik standartlara uyğun olaraq tikilib. Bununla belə, ekspertlər qeyd edir ki, köhnə binaların çoxu üçün təcili texniki baxışa bəzən təmirə ehtiyac var.

Zəlzələyə hazırlıq təkcə binaların dayanıqlığı ilə bitmir. Buraya həm infrastrukturun, yolların, körpülərin, elektrik qaz xətlərinin təhlükəsizliyi, eləcə fövqəladə hallar zamanı əhalinin davranışı daxildir.

Mövzu ilə bağlı Olaylar.az-a açıqlama verən "Biosfer" İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli bildirib ki, Bakı regionumuz seysmik fəal zonada yerləşdiyindən, keçmişdə baş vermiş zəlzələlər geoloji gərginliklər gələcəkdə zəlzələ riskini istisna etmir bu səbəbdən qabaqlayıcı tədbirlərin görülməsi vacibdir:

"Bakı regionumuz seysmik fəal zonada yerləşdiyindən, keçmişdə baş vermiş zəlzələlər geoloji gərginliklər gələcəkdə zəlzələ riskini istisna etmir bu səbəbdən qabaqlayıcı tədbirlərin görülməsi vacibdir. Türkiyədə seysmoloqlar uzun illərdir xəbərdarlıq edirdilər ki, İstanbul yaxınlığındakı Mərmərə bölgəsində ciddi gərginlik mövcuddur bu, zəlzələyə səbəb ola bilər. Nəhayət, həmin ərazidə bir zəlzələ baş verdi. Allaha şükürlər olsun ki, bu gərginlik müəyyən qədər azaldı İstanbul böyük dağıntılardan qurtula bildi. İstanbul Şəhər Bələdiyyəsinin Türkiyə hökumətinin vaxtında gördüyü önləyici tədbirlər nəticəsində dağıdıcı nəticələr müşahidə olunmadı. Binaların uçması ya ciddi dağıntılar baş vermədi. Zəlzələ nəticəsində cüzi fəsadlar yaşansa da, ölüm halları qeydə alınmadı. Qeyd etmək lazımdır ki, ümumiyyətlə, regionumuz - Azərbaycan, Gürcüstan Ermənistan - seysmik fəallığın müşahidə olunduğu zonaya daxildir. Biz Ərəbistan platformasının üzərində yerləşirik bu platformada zaman-zaman titrəyişlər, yəni zəlzələlər mümkündür. Bildiyiniz kimi, regionda ən dağıdıcı zəlzələlərdən biri 1988-ci ildə Ermənistanın Spitak şəhərində baş vermişdi. Bundan sonra Bakıda da zəlzələ qeydə alınmışdı - 2000-ci ildə. Bu zəlzələ kifayət qədər güclü təhlükəli olmuşdu. Allaha şükür ki, o zaman insan itkisi olmadı. Bakı Abşeron yarımadası bir neçə geoloji qırılma xəttinin kəsişdiyi ərazidə yerləşir bu tavalarda (tektonik plitələrdə) zaman-zaman gərginlik yaranır".

Ekoloq vurğulayıb ki, Abşeronda güclü zəlzələ gözlənilməsə , evakuasiya çətinlikləri zəlzələyə hazırlığın əhəmiyyəti nəzərə alınaraq, hökumətin qabaqlayıcı tədbirlər görməsi ictimai maarifləndirməni gücləndirməsi vacibdir.

"Təbiidir ki, zəlzələlərin baş vermə ehtimalı mövcuddur. Ancaq hazırda Abşeron ərazisində güclü dağıdıcı zəlzələ gözlənilmir. Bu suallara ən dəqiq cavabı seysmoloqlar, xüsusən Respublika Seysmoloji Xidmət Mərkəzinin mütəxəssisləri verə bilər. Zəlzələlərin dəqiq proqnozu mümkün deyil, amma gərginliyi ölçən seysmoloji cihazlar vasitəsilə müəyyən monitorinqlər aparılır. Hal-hazırda gərginliyin dəqiq səviyyəsini demək çətindir. Zəlzələlər ölkəmizdə zaman-zaman baş verir - son illərdə Şamaxı, Zaqatala digər bölgələrdə belə hallar müşahidə olunub. Ancaq bundan təşvişə düşməyə ehtiyac yoxdur. Əsas məsələ hökumətin hazırlıqlı olması binaların dayanıqlığının artırılmasıdır. Məsələn, Bakı şəhərində baş verə biləcək zəlzələ zamanı əsas problemlərdən biri evakuasiya ilə bağlı ola bilər. Çünki şəhərdə binalar çox sıx tikilib küçə-keçidlər evakuasiya üçün uyğun planlaşdırılmayıb. Binalar dayanıqlı olsa belə, insanlar zəlzələ zamanı küçələrdə tıxaca düşə, panika yaranarsa çətinliklərlə qarşılaşa bilərlər. Türkiyədə baş verən zəlzələlərin Azərbaycana təsiri oldu. Bu hadisələr bizə dərs verir zəlzələlərə hazırlığın qədər vacib olduğunu göstərir. Sonuncu dəfə Kahramanmaraşda baş verən zəlzələ on minlərlə insanın həyatına son qoydu bu, regionda yaşayan hər kəsi daha ehtiyatlı olmağa sövq edir".

Qorxmaz İbrahimli sonda əlavə edib ki, Bakıda da seysmik baxımdan risklər var. Allah göstərməsin, əgər belə bir hadisə baş verərsə, şəhər nəqliyyatı ümumi logistik vəziyyət fəlakətli ola bilər. Xüsusilə bəzi ərazilərdə keçidlərin olmaması evakuasiya prosesini çətinləşdirir. Buna görə sakinlər mümkün qədər təmkinli olmalı, zəlzələlərə digər təbii fəlakətlərə psixoloji olaraq hazırlıqlı olmalıdırlar. Necə ki, Bakı sakinləri şəhərdəki güclü yağışlara fırtınalara zamanla uyğunlaşdı, eləcə zəlzələlərə qarşı hazırlıqlı olmaq, maariflənmək tədbir görmək vacibdir.

Maraqlıdır, bəs Bakıda da güclü zəlzələ olarsa binaların dayanıqlığı necə olacaq? Şəhər binaları bu vəziyyətə hazırdır?

Mövzu ilə bağlı əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, Bakıda fövqəladə hallara hazırlıq tədbirləri görülür, lakin ictimaiyyətin maarifləndirilməsi, təxliyə planlarının əlçatanlığı qəzalı binaların köçürülməsi prosesinin sürətləndirilməsi hələ vacib məsələ olaraq qalır:

"Bakıda fövqəladə hallarda istifadə üçün təxliyə planları mövcuddur, lakin bu planlar geniş ictimaiyyət üçün hər zaman əlçatan deyil. Məktəblərdə dövlət müəssisələrində bəzən zəlzələ zamanı davranış qaydaları ilə bağlı təlimlər keçirilir, amma bu prosesin müntəzəm genişmiqyaslı olması vacibdir. Mütəxəssislər həmçinin vətəndaşların maarifləndirilməsi istiqamətində medianın, sosial şəbəkələrin yerli icra orqanlarının aktiv rol oynamasının vacibliyini vurğulayırlar. Hazırda Bakı Abşeron ərazisində istismar müddətini başa vurmuş minlərlə çoxmənzilli yaşayış binaları, eyni zamanda Fövqəladə Hallar Nazirliyi tərəfindən qəzalı kimi qeydə alınmış çoxmənzilli binalar fərdi yaşayış evləri mövcuddur. Təbii ki, xüsusilə qəzalı vəziyyətdə olan istismar müddətini başa vurmuş bu binaların köçürülməsi prosesi artıq 2016-cı ildən etibarən həyata keçirilir. Paytaxt ərazisində belə binalar sökülərək yerində yeni yaşayış binaları inşa olunur. Digər tərəfdən, bir sıra ərazilər dövlət ehtiyacları üçün alınıb. Bu torpaqlarda parklar, avtomobil yolları müxtəlif inzibati obyektlərin tikintisi həyata keçirilir. Torpaqların dövlət ehtiyacları üçün alınmasında, əsasən, qəzalı vəziyyətdə olan potensial təhlükə yarada biləcək ərazilərə üstünlük verilir. Bu, gələcəkdə baş verə biləcək zəlzələ digər təbii fəlakətlər zamanı mümkün dağıntıların insan tələfatının qarşısını almaq məqsədi daşıyır".

E. Fərzəliyev əlavə edib ki, Bakıda zəlzələ riski yüksək olmasa da, çoxsaylı qəzalı köhnə binaların mövcudluğu səbəbindən köçürülmə, möhkəmləndirmə maarifləndirmə tədbirlərinin sistemli sürətli şəkildə aparılması vacibdir.

"Qəzalı istismar müddətini başa vurmuş binaların sayı isə kifayət qədər çoxdur. Bu səbəbdən, köçürülmə söküntü işlərinin daha sürətli sistemli şəkildə aparılması məqsədəuyğun olardı. Bu, gələcəkdə baş verə biləcək təbii fəlakətlər zamanı insan itkilərinin maddi ziyanın minimuma endirilməsinə kömək edər. Bununla yanaşı, dövlət qurumları, xüsusən aidiyyəti icra strukturları tərəfindən yaxın gələcəkdə sökülməsi planlaşdırılan ya sonrakı mərhələlərdə söküləcək qəzalı binaların bəzilərinin təmiri bərpası üçün dövlət büdcəsindən müəyyən maliyyə vəsaitləri ayrılır. Bu vəsaitlər hesabına həmin binaların bir hissəsi möhkəmləndirilərək təhlükəsizlik baxımından nisbətən daha etibarlı hala gətirilir. Belə möhkəmləndirmələr gələcəkdə baş verə biləcək zəlzələlər zamanı binaların tamamilə dağılmasının qarşısını ala fəlakətin miqyasını azalda bilər. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Bakı şəhəri Azərbaycanın digər əraziləri ilə müqayisədə seysmik baxımdan o qədər aktiv zonada yerləşmir. Ən son nisbətən güclü zəlzələ 2000-ci ildə qeydə alınmışdı. Həmin ildən sonra Bakıda "Əsrin müqaviləsi" çərçivəsində neft qaz yataqlarının işlənməsi, yeraltı ehtiyatların çıxarılması prosesi başladı. Bəzi mütəxəssislərin fikrincə, bu proses yeraltı təzyiqlərin azalmasına zəlzələyə səbəb ola biləcək amillərin zəifləməsinə müəyyən dərəcədə təsir göstərmiş ola bilər. Bununla belə, müasir urbanizasiya artan tikinti həcmini nəzərə alaraq, seysmik risklərə qarşı daim hazırlıqlı olmaq profilaktik tədbirlər görmək vacibdir".

Bakı üçün zəlzələ riski realdır, bu riskin vaxt hansı gücdə baş verəcəyi isə bilinmir. Ona görə hazır olmaq vacibdir. Hazır olmaq - bu, təkcə dövlət strukturlarının deyil, hər bir vətəndaşın məsuliyyətidir.

Unutmayaq ki, zəlzələnin qarşısını almaq mümkün deyil, amma ona hazırlıqlı olmaqla fəsadlarını minimuma endirmək olar.

 

Səidə Ramazanova

 

Olaylar.- 2025.- 2-8 may, №15.- S.22.