Biz işığa doğru irəliləyirik...
Zaur
Ustac: "Hər kəsin bir missiyası var, Yaradan özü qoruyur"
Birinci Qarabağ müharibəsinin
ağır illərində
mübarizə aparan və Azərbaycanın ədəbiyyatına dəyərli
töhfələr verən
şair, publisist, Azərbaycan Jurnalistlər
Birliyinin və Azərbaycan Yazıçılar
Birliyinin üzvü Zaur Ustac. Onun
həyat yolu, müharibə təcrübələri
və ədəbiyyata
olan sevgisi, çoxlarının tanıdığı
bir şəxsiyyətin
arxasında dayanan dərin məna daşıyır. Bu müsahibədə Zaur Ustacla həyatının və yaradıcılığının
izlərini danışacağıq.
- Əsl adınız
Zaur Mustafayevdir. "Ustac" ləqəbini seçməyinizin hekayəsi
nədir? "Ustac"
nə deməkdir və niyə məhz bu adı
seçdiniz?
-"Ustac" təxəllüsünü ilk dəfə təxmini 90-cı illərdə yazdığım bir şeirdə işlətmişəm. Şeirdə bir bənddə yazmışam:
Saçların var qulac-qulac,
Ustac olub sənə möhtac.
Bu şeirdən sonra "ustac" maraq yaratdı və mən də bunu seçdim. Bir təxəllüsüm olub. İlk şeir yazmağa başlayanda götürdüm və indi də işlədirəm. Həm də hər iki tərəfdən nəslim ustaclı tayfasına- Ərdəbilə-Arazın o biri tərfəinə gedib çatır. Bunun da yəqin ki, bir rolu var. Böyüdükdən sonra başa düşdüm ki, belə əlaqə də var. Peşman olmadım və bu gün də fəxr edirəm ki, bu ləqəbi ləyaqətlə daşıyıram.
- Həm nəsr,
həm nəzm yazırsınız. Hansı
anda hansı üslub sizi daha çox özünə çəkir?
İçinizdə hansı
daha güclüdür
- şair, yoxsa nasir?
-Mənim üçün heç bir fərqi yoxdur. Niyə? Biz hamımız dastanlarla, aşıq söhbətləri, onlar olmayan zaman-uzun qış gecələrində babaların, nənələrin söhbətləri ilə böyümüşük. Mən 1975-ci il təvəllüdəm. 1979-cu lin mart ayından- Novruz bayramından bugünə kimi hər şeyi xatırlayıram. Belə bir yaddaşım var. Bizim ailəmiz böyük olub. Övladlar, nəvələr qış gecələrində baba evində toplaşardılar.Müxtəlif söhbətlər gedərdi. Həmişə nəzmlə nəsri birlikdə görmüşük. O, deyir, "aşıq sazla dediyini sözlə də dedi". Ona görə, elə bir fərq görmürəm. Amma yazı yazan zaman sırf həmin məqamla bağlıdır ki, heç nə birdən-birə yaranmır. Beynində düşündükdən sonra nə vaxtsa yazıya köçürüsən. İnsanın özündən asılı deyil. Nəzmlə gələndə nəzmlə yazırsan, nəsrlə gələndə nəsrlə. Yadımdadır ki. "Oriyentir Ulduzu" əsərini yazmışam Mübariz İbrahimov haqqında. Onu mən səhər 5 radələrində əlimdə kitab- dəftər uzaq yol gedərkən yazmışam. Necə ki, indi ağlıma gələn bir şeiri telefona yazıb qeyd edirəm, o zaman da bu əsəri yazıya səhər saatlarında yazdım bitirdim.
-Gənclik illərində təhsili yarımçıq qoyub müharibəyə getmisiniz.
O qərarın arxasında
hansı duyğular dayanırdı? Bu yaşantılar yaradıcılığınıza
necə hopdu?
- Bu həqiqətən
maraqlıdır. Mən
ümumiyyətlə 1-ci sinifdən
11-ci sinifə kimi təhsilimi Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almışam.
Birinci ordan olmağım rol oynayır. Əslində fərqi yoxdur, Bakıda da yaşasaydım, eynisi olacaqdı. Xasiyyət dəyişməzdir. Mən
Ağdamda hərbi
qeydiyyatda olmamışdım,
həmin zaman hərbi xidmətə rəsmi şəkildə
başladığım məqamı
desəm, bütün
xidmət boyu həmin günü apardığım şəkili
hərbi biletə yapışdırıblar və
möhürsüz şəkildə
hərbi biletlə məni xidmətə göndərmişdilər. Şükür
heç problem olmadı. Hər kəsin bir missiyası var, Yaradan özü qoruyur. Mən Bakı Dövlət Universitetinə qəbul olmuşdum, girirdik əsas binaya, baxırdım 5-ci kurs tarix tələbəsi, hüquq tələbəsi,
hamısı buraxılışa
bir-iki ay qalmış şəhid olub və şəkilləri
asılıb. Elə bir zamanda qalıb
oxumaq mümkün deyildi. Başqa variantımız yox idi. İndi də yadımdadır, Dəmiryol Vağzalında
uşaqlar yola salanda 4 yoldaş idik- birimiz tibbdə,
birimiz İqtisad Univeristetində, birimiz də Pedoqoji Universitetdə
oxuyurduq. Hamısı
neçə dəfə
dedi ki, Zaur getmə, düzgün addım deyil. Ancaq mən
getdim və peşman da deyiləm. Atəşkəsdən
sonra da mən bir il
xidmət etdim. Hətta hərbi xidmət atəşkəsdən
sonra arayış da verdi ki,
"biz təhsilini davam etdirməyinə narazı deyilik". Atəşkəsdən bir il sonra gəldim universitetə, o zamanlar Rasim müəllim var idi. Sağ olsun
o girişdə qarşıladı,
məsələhətlər verdi. Hazır sənədlərlə gəlmişdim.
2 seçim var idi, ya Bakı Dövlət
Universitetində təhsilimi
davam etdirəcəkdim,
ya da hərbi akademiyaya gedəcəkdim.
Onun məsləhəti
ilə oranı seçdim, təhsilimi orada davam etdirdim.
Sonra peşəkar hərbiçi
oldum, xidmət etdim, indi də
ehtiyata buraxılmışam.
-Şeirlərinizdə tez-tez
vətən, torpaq,
ana yurd mövzularına
rast gəlirik. Bəzən düşünürlər
ki, bu mövzular klassikdir. Siz bu mövzulara necə yenilik, öz imzanızı gətirirsiniz?
- Bütün söhbətlərdə
deyirəm ki, bu mənim öz seçimim deyil. Bu gün bütün söz ehtiyatıma görə, həyatda əldə etdiyim nailiyyətlərə görə
hamısnı borcluyam
Ağdamın Yusifcanlı
kəndində keçirdiyim
uşaqlığa. Həm
müəllimlərimiz savadlı
və tələbkar idi, həm də
nənə və babalarımızın rolu
böyük idi. Bu yenə bizim adət-ənənələrimizə qayıdır. Ailə vacibdir. İlk yadımda qalan nəzm nümunəsi nənəmin
bir gündə 10 dəfə oturanda dediyi şeir yadımdadır.
Araz, Araz, xan Araz,
Alış Araz, yan Araz ,
Otun, suyun qurusun,
Mənim
kimi yan Araz
İlk yadımda qalan nəzm budur. Əvvəllər Araz dərdi, sonra torpaqlarımızın işğal
edilməsi, onun müxtəlif səbəblərdən
olmağı bu yazıları yazdırırdı.
Həm hərbi xidmətdə olmaq, həm elə bir ailədə
böyümək, həyatı
boyu bu işin
içində olmaq, axtarmaq, araşdırmaq istəyi məcbur edir ki, bu mövzuda
yazaq. Hansı mövzudan yazsam gedib o mövzulara toxunur.
-Tərcümə kitablarınız
da var. Bir yazıçı və şair üçün tərcümə
etmək yaradıcılıqla
necə uzlaşır?
Tərcümə prosesində
ən çox nəyə diqqət edirsiniz?
-Tərcümə məsələsi
də maraqlıdır.
Mən o fəaliyyətimə
istəmədən başlamışam.
Atəşkəsdən sonra
gəldim hərbi məktəbə, orada təhsil rus dilində idi. Təhsilin ortalarında keçmək lazım oldu Azərbaycan dilinə. Bizim də bütün otaqlarımız rus dilində yazılarla dolu idi. Mən
Hava Hücumlarında
Müdafiə Qoşunları
üzrə oxumuşam
və bu ən
çətinidir. Sonra digər
sahələr gəlir.
Bizim qrupda 25 nəfər var idi onlardan rus dillilər
də var idi. Mən ucqar kənddə təhsil alsam da, rus dilində
çox danışmasam
da, bu dildə yaxşı mütaliəm
var idi. 1-ci kursun sonlarına yaxın bir qrup yoldaşım
kursantla birlikdə kafedra rəhbərliyi tərəfindən müəyyən
vaxt verilirdi, (hərbidə qayda idi ki tapşırıq deyilən vaxtda hazır olmalıdır) tərcümələr edirdik.
Rizvan var idi qrup yoldaşım, hazırda da xidmət edir. Əlinə dəftər alırdı,
mən tərcümə
edirdim, o da yazırdı.
Bizim tərcümələrimizi
də katibə xanım yazıb divarlara asırdı.
Hərbi
təhsil alan şəxslər bilir ki, bizə iki ixtisas
verirlər. Biri hərbi
komandan, digəri oxuduğu ixtisas üzrə mühəndis.
Mən həm də mühənidsəm.
Hamıya maraqlı idi ki, mən nə təhsili alacam. Əvvəllər dini təhsil almağı düşünürdüm.
Sonra fikrim dəyişdi.
Tam olgunlaşandan, müxtəlif
kateqoriyalardakı insanları
tanıdıqdan sonra qərara gəldim ki, ibtidai sinif müəllimi
olmalıyam. Ordan başlayım ki, gələcəyə
töhfə verim. Pedoqoji təhsil almışam .
Mən kitabları çox alıram. Əlimdən minlərlə
kitab keçib, bəzilərini
bir neçə dəfə almışam,
bəzilərini hədiyyə
etmişəm və.s.
Elə kitablar var ki, mənə çox maraqlıdır, tərcümə edib yazmışam ki, uşaqlarda
oxusun. Azyaşlılar
üçün tərcümə
etdiyim kitablar insanın birbaşa ürəyinə toxunur, onun formalaşmağına kömək
olur. İnanıram
ki, o əsərləri uşaq
vaxtı kim oxuyubsa, böyüdükdən
sonra da yenə oxuyacaq.
- Ədəbi mühitdə
Zaur Ustac adını eşidənlər
sizi necə tanısınlar istərdiniz:
döyüşçü şair, realist nasir, yoxsa bir tərcüməçi
müəllim?
-Düşünürəm ki, məni
insanlar şair kimi tanısınlar.
İlk onunla-nəzmlə başlamışam
deyə şair kimi tanısınlar.
- Yaradıcılıq yolunuzda
ən çətin və ən işıqlı anlarınız
hansılar olub? Birini bölüşə
bilərsinizmi?
-Heç bir çətin zamanım şükür ki, olmayıb.
Azyaşda bu sahəyə başlamışam
və çox yoldan keçmişəm.
Özüm də fərqindəyəm. Ancaq
heç vaxt heç bir vəziyyətdə çətinlik
hiss etməmişəm. Kənardan
baxanda çətin görünə bilər,
amma heç bir çətinlik olmadı. Həmişə şükür
edərək davam etdim. Ancaq işığa
doğru özümü
hərəkətdə görürəm.
- "Yazarlar" jurnalının
baş redaktorusunuz. Bugünkü gənc qələm sahiblərinə
baxanda hansı ümidi, hansı boşluğu hiss edirsiniz?
- Yenə də tarixdən körpü atmasam, bu söhbətə
gəlmək mümkün
deyil. Niyə? İstənilən dövrdə
insanlar həmişə
iki yola ayrılıblar. Ən azı, ən ümumi baxımdan: sağçılar, solçular.
Mifologiyada da belədir
- xeyir, şər. Bu günün özündə
də, məsələn,
gənclər sırf
iki yerə bölünürlər. Bax,
bizdə, Azərbaycanda
yaşayıb xainə,
düşmənə işləyən
gənclər bu saat da var. Başa düşmək olmur ki, onlar bunu niyə edirlər.
Bax, məsələn, bir müddət şəhid məqalələrini sildilər
sosial şəbəkələrdə.
İndi də o davam edir. Hələ hazırda da həmin o qrup - bizim alimlərin,
tanınmış şəxslərin,
vəfat edənlərin,
yaşayanların - fərq
etməz, onların məqalələrini, hər
yandan şəkillərini
silirlər. O xain, düşmən - adını
da çəkmək istəmirəm
onların məqalələrini
yaradırdılar. Tutaq
ki, 1950-1951-ci illərdə bir nəfər burada yaşayıb, Pedoqoji Universitetdə işləyib. Onu heç kim tanımır. Bizim akademiklər, alimlər də tanımır. Amma həmin adamın Azərbaycan
dilində məqalələrini
yaradırlar erməni
mənbələrinə istinadən,
bizimkiləri isə silirlər. Bu, bunun pis tərəfidir. Sizin bu söhbətdən
istifadə edib, bütün hüquq-mühafizə
orqanlarına, bu işlə məşğul
olanlara - ictimai təhlükəsizlik, kibercinayətkarlıq,
aidiyyəti idarələrə buradan
çağırış edirəm ki, bu məsələni nəzarətə
götürsünlər, məşğul
olsunlar. Bu, artıq bir nəfərin işi deyil. Qrup şəklində, gənclərin əməyidir
bu. Bu yaşlı adamlar
olsa, yenə göz yummaq olardı. Ancaq bunlar gənclərdir. Məsələn,
18-25 yaş arası şəxslərdir. Bunların
hələ gələcəkdə
nə qədər ömrü var. Bu, o deməkdir
ki, 50-60 il bu işlə
məşğul ola bilərlər.
Bu isə bizim ziyanımızdır.
Əvvəldən də dedik ki,
biz işığa doğru
irəliləyirik, yaxşı
işlərlə məşğuluq.
Kimsə bizi dəli saya bilər, kimsə ağılsız saya bilər. Ancaq hər şeyin bir adı var.Bizim pis işlərlə məşğul
olmağa vaxtımız
yoxdur. Ancaq yaxşıdan danışmalıyıq.
Gənclərdən Südabə Məmmədova var. Onun kitabı çap edilib. Jurnalın fəaliyyəti
olub, artıq bir neçə dəfə də nəşr olunub. Bir dəfə də Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təqdimatı
da olub. Biz onu boş yerə seçməmişik. "Yazarlar"
jurnalını qeydiyyatdan
keçirəndə - 2007-ci ildə - oranın nizamnaməsində yazmışıq
ki, bu ədəbi mühitə, cəmiyyətə
çıxışı asanlaşdırmaq
üçün uşaqlara,
gənclərə, yeniyetmələrə
kömək edək. Bizim email ünvanımız,
WhatsApp nömrəmiz - əlaqə
vasitələrimiz yaşından
asılı olmayaraq hamı üçün açıqdır. Hər
kəs də oraya göndərir. Heç bir məhdudiyyət də yoxdur. Hər ayın 5-nə qədər
yeni nömrə çıxır.
İndi məsələn, may ayının
5-i üçün artıq
nömrə hazırdır.
Elektron variantda da var, kağız versiyada da satışdadır. Hər
iki formatda əldə etmək olar.
Sadəcə bir məsələ
var ki, onu qeyd etmək istəyirəm. O
da odur ki, bəziləri
bir dəfə yazır, dayanırlar. Amma
bəziləri dayanmır,
çalışır, davam
edir və nəticə əldə edir. Məsələn, biz
bu yaxınlarda Elmlər Akademiyasında bir layihə çərçivəsində yeni kitabların tanıtımı
ilə bağlı müzakirə etdik. Mən demişəm, məsələn, Rəvan
Cavidin həm romanı, həm hekayələri var. Poeziyadan
soruşsanız, İntiqam
Yaşar var. Belə gənclər var. Siz də, məsələn, jurnalist kimi öz sahənizdə fəaliyyət göstərirsiniz
və əminəm
ki, əməyiniz qiymətləndirilməlidir.
Əgər qrupunuzda
25 nəfər varsa, siz, mənim fikrimcə, onların içində ilk beşlikdəsiniz.
Və sizə bir tövsiyə vermək istəyirəm: müəllimlərin fikrinə
hörmətlə yanaşmaq
lazımdır. Mən
indiyə qədər
ən azı beş təhsil müəssisəsində olmuşam.
Həmişə müəllimlər
deyib ki, ya Zaur birincidir, ya ikincidir, ya
da beşliyin içindədir.
Bu da onu göstərir
ki, müəllimlər həmişə
düz deyirlər. Mən bunu özümdə
də hiss etmişəm. Müəllimlərə
həmişə hörmət
etməli, onların seçimlərinə hörmətlə
yanaşmalı, tapşırıqları
yerinə yetirməliyik.
Zeynəb Mustafazadə
Olaylar.-
2025.- 2-8 may. ¹15.- S.18.