“Jurnalistika
istedad məsələsidir”
Azər Həsrət: "Biz özümüzü bu sahəyə həsr edib, bacardığımızı
sübut etməyə
çalışırdıq. Amma indiki nəsil gənclər, ilk növbədə nə qədər pul qazanacaqlarını düşünürlər"
Müsahibimiz Bayraqdar Medianın baş redaktoru Azər Həsrətdir.
-Azər bəy, uzun illərdir ki, bu sahədəsiniz.
Sizin üçün
jurnalistikanın o dövrü
ilə bu günü arasında əsas fərqlər nələrdir?
-Mən jurnalistikaya 1995-ci ilin yanvarında gəlmişəm.
İndi 2025-ci ildir, yəni
jurnalistikaya gəlişimdən
artıq 30 il keçib.
Düzdür, 1995-ci ildə ilk yazılarım
çap olunanda bu mütəmadi bir iş deyildi,
sadəcə həvəskar
maraq idi. Amma 1997-ci ildən
rəsmi olaraq işləməyə başladım
və həmin ildə də ilk iş yerlərimdən biri "Olaylar" oldu. Buna görə də özümü çox şanslı sayıram. O dövrü bu dövrlə biz daim müqayisə edirik və həmişə diqqət
yetiririk ki, bizim dövrümüzdə, yəni
o 90-cı illərdə pul, maaş, nə qədər qazanacağıq
kimi şeyləri düşünməzdik. Əksinə, düşünərdik ki, necə
olursa-olsun bu sahəyə başlayaq, özümüzü tanıdaq,
təsdiqləyək. Və ondan sonra yəqin
ki, pul da, yeri gələndə şöhrət
də gələr.Bizdə
belə idi. Amma indi mən özüm
də baş redaktoram - Bayraqdar Medianın baş redaktoru. Üstəlik, jurnalistikada
müxtəlif qurumlarda
da təmsil olunmuşam, yetərincə
üzdə olan biriyəm. Gənclərə bəzən
müraciət edirəm.
Təcrübə baxımından
baxıram ki, dərhal verdikləri ilk sual bu olur: "Nə qədər qazanacağam?", yəni
"Nə qədər
pul verəcəksiniz?" Mən də sualın arxasınca sual verirəm: "Yaxşı,
siz qazanmaq istəyirsiniz, amma
biz necə müəyyənləşdirək
ki, siz bu işi bacaracaqsınızmı?" Bax, bizim fərqimiz budur. Biz özümüzü bu sahəyə həsr edib, bacardığımızı
sübut etməyə
çalışırdıq. Amma indiki nəsil gənclər, ilk
növbədə nə
qədər pul qazanacaqlarını düşünürlər. Mən isə düşünürəm
ki, bu səhvdir. Jurnalistika çilingərlik deyil, dülgərlik deyil, yaxud
da başqa bir sahə deyil ki, sən ora bir
gün, iki gün, üç günə uyğunlaşıb
işə başlayasan. Jurnalistika istedad məsələsidir.
-Medianın siyasi və ictimai həyatda rolu necə dəyişib?
-Medianın ictimai-siyasi həyatda rolu ciddi şəkildə dəyişib.Mən sovet dövrünü görmüş bir adamam, gəncliyimin də ilk illəri həmin dövrə təsadüf edir.O zamanlar medianın varlığı ilə yoxluğu o qədər də hiss olunmurdu. Çünki yalnız bir mərkəzi Moskva televiziyası vardı, bir də Azərbaycan
Dövlət Televiziyası
- "Danışır, göstərir-Bakı".Alternativlər çox deyildi. Qəzetlər də mövcud idi, amma ümumi götürdükdə, ictimai
rəyi media formalaşdırmırdı.İctimai
rəyi birbaşa Sovet İttifaqı Kommunist Partiyası və onunla yanaşı Azərbaycan
SSR Kommunist Partiyası
müəyyənləşdirirdi.Tezislər
göndərilir, müxtəlif
dövlət qurumları
vasitəsilə ictimai
fikir yönləndirilirdi.İndi
isə bu işi dövlətin təkbaşına görməsi
mümkün deyil.Dövlət
öz işini görür, amma media o qədər azad və rəngarəngdir
ki, istər siyasi, istər ictimai məsələlərdə ictimai
rəyin formalaşmasında
əsas rolu məhz media oynayır. Yəni, bu gün
media ictimai rəyin formalaşdırılmasında tamamilə azad və fərqli bir gücə çevrilib, bu baxımdan o dövrün mediasından köklü şəkildə fərqlənir.
-Bu illər ərzində Azərbaycan mediasının
keçdiyi ən mühüm mərhələlər
hansılardır?
-Müstəqillik dövrü
Azərbaycan mediasını
belə müqayisə
edə bilərik: Bir vaxtlar, yəni 1989-cu ildən etibarən Azərbaycanda yeni-yeni müstəqil
qəzetlər, informasiya
agentlikləri yaranmağa
başlamışdı.Amma
buna baxmayaraq, Azərbaycan
mediası dünya ilə tam əlaqə qura bilmirdi, sözümüzü, dərdimizi
dünyaya çatdıra
bilmirdik.Ənənəvi şəkildə Azərbaycanla bağlı xəbərlər
Moskva vasitəsilə yayılırdı.
Moskva isə bu xəbərləri öz istədiyi şəkildə
təqdim edirdi.Xüsusilə
də erməni məsələsində Azərbaycanla
bağlı xəbərlər
təhrif olunaraq, Azərbaycana qarşı yönəldilirdi.Amma bu gün biz elə bir mərhələyə
çatmışıq ki, Azərbaycan mediası artıq meydanlarda, kabinetlərdə, beynəlxalq
platformalarda - yəni bütün mümkün sahələrdə - özünü
təsdiqləyib və
sübut edib.İndi Azərbaycanda azad, müstəqil, həqiqətən
də heç kimdən və heç nədən asılı olmayaraq dünyaya çıxış
imkanı olan media mövcuddur.Bu gün dövlətin, millətin
dərdlərini dünyaya
çatdıra biləcək
mediamız var və bu fərqi xüsusi
vurğulamaq lazımdır.
Bir vaxtlar dünyaya çıxmaq üçün
biz daha çox asılı vəziyyətdə
idik, indi isə o asılılıqdan
əsər-əlamət qalmayıb.
-Beynəlxalq platformalarda Azərbaycan mediasına olan münasibət sizi nə dərəcədə
qane edir?
-Beynəlxalq platformalarda ən çox iştirak edənlərdən
biri, bəlkə də birincisi kimi bu sahəni
qiymətləndirmək imkanım
var.
Çünki on illərlə bu
sahədə çalışan
bir insan olaraq əminliklə deyə bilərəm: artıq bizim beynəlxalq platformalara çıxışla bağlı
problemimiz yoxdur. Tutaq ki, 90-cı illərin
sonlarında bu işlərə başlayanda Azərbaycanın
özünü tanıtması
belə problem idi.
Xarici ölkələrdə Azərbaycan
adını ilk dəfə
məndən eşidən
çox adam olub.Amma indi
bu problem tamamilə aradan qalxıb.
Bu gün həm Azərbaycan, həm də onun mediası
tanınır. Azərbaycan
mediasının beynəlxalq
əlaqələri güclüdür.Müxtəlif informasiya agentliklərimiz,
media qurumlarımız, o cümlədən
televiziya kanallarımız
beynəlxalq təşkilatların
üzvüdür, bu birliklərdə fəal iştirak edirlər.Yəni
bu gün bizim üçün kifayət qədər yeni
və faydalı beynəlxalq platformalar mövcuddur.-Azərbaycan Prezidentinin mətbuatın
150 illiyi ilə bağlı imzaladığı
sərəncamın ölkə
jurnalistikası üçün
əhəmiyyəti barədə
fikirlərinizi bilmək
istəyirəm.
-Prezident İlham Əliyevin mətbuatımızın
150 illiyi ilə bağlı imzaladığı
sərəncam, əlbəttə
ki, dövlətin mediaya
göstərdiyi diqqət
və qayğının
növbəti təzahürü
kimi qiymətləndirilməlidir.
-Şəxsən mən də bunu məhz
bu şəkildə dəyərləndirirəm.Azərbaycan Prezidenti ilə bir neçə dəfə şəxsən
görüşmüş biri
olaraq bunu inamla deyirəm.Söhbət
hazırkı Prezident
İlham Əliyevdən gedir.Həmçinin,
sağlığında Ulu Öndər Heydər Əliyevlə də bir dəfə görüşmək və
çıxış etmək
imkanım olub.İstər
Heydər Əliyev, istərsə də Prezident İlham Əliyev hər zaman Azərbaycan mətbuatının, ümumilikdə
isə medianın ayaqda durması və inkişaf edə bilməsi üçün dövlət
imkanlarını səfərbər
ediblər.Media və mətbuatımızın 150 illiyi
ilə bağlı bu sərəncam da həmin məqsədə
xidmət edir. Bu addım vasitəsilə bir daha ictimaiyyətin
diqqəti mətbuat üzərinə yönələcək
və dövlət mətbuatın daha da möhkəmlənməsi üçün
yeni təşəbbüslər həyata keçirəcək.
Belə bir ölkədə, dövlətin
mediaya münasibətinin
bu qədər müsbət olduğu bir şəraitdə yaşamaq və işləmək isə mənim üçün böyük xoşbəxtlikdir.
-Yeni nəsil jurnalistlərlə
siz və sizin nəslin jurnalistləri arasında hansı əsas fərqləri görürsünüz?
-Yeni nəsil jurnalistlərlə
bizim aramızdakı fərq - bilmirəm, bəlkə də dərindir, bəlkə də çox dərindir.Sadəcə,
biz fərqli bir dövrdə yetişmişik.
O dövrün texniki,
maliyyə və maddi imkanlarını indiki imkanlarla müqayisə etdikdə, bu günün jurnalistləri - yəni
yeni nəsil - daha şanslıdır.Məsələn, biz paytaxt küçələrini
piyada gəzərək
informasiya toplayırdıq.Bir
xəbəri əldə
etmək üçün
min bir əziyyətə
qatlaşmalı olurduq.Əllə
yazı yazırdıq,
sonra o yazı kompüterdə yığılırdı.Kompüterdə
yığılandan sonra
primitiv bir printerdə çap olunurdu, daha sonra onu oxuyur,
səhvləri düzəldir
və yenidən çap üçün göndərirdik.Yəni bu,
olduqca mürəkkəb
və vaxt aparan bir proses idi.İndi isə bu tamamilə fərqlidir.Jurnalist xəbəri
birbaşa telefonda yazır və elə oradaca dərc edir. Artıq heç kim gözləmir ki, yazısı sabah-səhər
qəzetdə çıxacaq
və köşkdən
alıb onu orada görəcək. Bizim dövrdə isə bu həyəcan
vardı - yazını
bu gün vermisənsə, sabah qəzet çıxana qədər narahat olursan: necə çıxacaq, necə qarşılanacaq?İndi belə
bir narahatlıq yoxdur.Yazı anında dərc olunur.Üstəlik,
indiki jurnalistlər üçün sürət
hər şey deməkdir - xəbəri
ilk verən olmaq vacibdir.Saniyələrlə yarış
gedir.Bizim dövrdə
isə bu cür təzyiq yox idi.Günün birinci yarısında baş verən hadisə ilə bağlı xəbəri axşam hazırlaya bilərdik və bu, heç nəyi dəyişməzdi.Onsuz
da qəzet gecə saat 12-də, ya da 2-də çapa gedirdi.Vaxtımız
vardı. Hətta vacib tədbirdən sonra bir tanışın
toyuna gedib iştirak edə, oradan qayıdıb rahatlıqla yazını yazıb redaksiyaya təqdim edə bilirdik.Amma indi
bu mümkün deyil.İndi hardasa bir xəbər yazırsansa, dərhal dərc etməlisən.Ciddi
fərq də elə budur.
-Sonda bir qədər də şəxsi təcrübənizdən
danışmağınızı istərdik. Jurnalistikadakı
yolunuzda sizin üçün xüsusi
əhəmiyyət kəsb
edən məqamlar, bəlkə də paylaşmaq istədiyiniz fərqli bir təcrübəniz varmı?
-Bu cavab bir qədər
şəxsi xarakter daşıyır, amma bu təcrübəni bölüşməyi sevirəm,
çünki bu cür təcrübə Azərbaycanda çox insanda olmur, bəzən heç heç kimdə olmur.Mən həmişə
jurnalistikadakı yerim
və rolum barədə danışanda
bunu qeyd edirəm:
Heç
vaxt jurnalist olmaq istəməmişəm,
amma bu gün
əməkdar jurnalistəm.Dünyanın
40-a yaxın ölkəsində
olmuşam və Azərbaycanı bir sıra beynəlxalq jurnalist qurumlarında təmsil etmiş ilk azərbaycanlılardan biriyəm.Məsələn,
Beynəlxalq Jurnalistlər
Federasiyası 1926-cı ildə
qurulub və gələn il 100 illiyini qeyd edəcək.2001-ci ildə
həmin Federasiyanın
qurultayında bütün
tarixi boyu iştirak etmiş ilk azərbaycanlı mən olmuşam.Onu da qeyd edim ki, bu tədbirə
təkbaşına qatılmışdım.Yəni
mən jurnalistikada təkcə qələm sahibi kimi yox,
eyni zamanda ictimai təşəbbüslərlə
məşğul olan,
təşkilatlanma proseslərində
iştirak edən biri kimi də
fəaliyyət göstərmişəm.
Bu baxımdan, beynəlxalq qurumların illərlə
mənim təcrübəmdən
istifadə etdiyini deyə bilərəm - məsələn, UNESCO, Beynəlxalq
Jurnalistlər Federasiyası,
ATƏT və digər
beynəlxalq, həmçinin
dövlətlərarası və qeyri-hökumət təşkilatları.Bu təcrübənin nəticəsi
olaraq bir sıra beynəlxalq təşkilatların rəhbər
strukturlarına da seçilmişəm
və orada xidmət etmişəm.
Düşünürəm ki, bu, Azərbaycan adına uğurlu və dəyərli bir təcrübədir. Arzu edirəm ki, bu təcrübə gələcəkdə
bizdən sonra gələn nəsillər
tərəfindən davam
etdirilsin.
Zeynəb Rzayeva
Olaylar.- 2025.- 2-8 may, ¹15.- S.17.