Xalqının xoşbəxt gələcəyinə
həsr olunmuş şərəfli missiya
ÜMUMMİLLİ LİDER HEYDƏR
ƏLİYEV – 102
"Nə qədər Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi
olacağam!".
"Müstəqil Azərbaycan
dövləti günü-gündən
möhkəmlənəcək, inkişaf edəcək və müstəqilliyini heç zaman əldən verməyəcəkdir".
Heydər ƏLİYEV
Azərbaycan xalqının
ümummilli lideri
"Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə
Azərbaycan xalqına
ləyaqətlə xidmət
etmişdir. Azərbaycanın
müstəqilliyinin əbədi,
dönməz olmasında,
iqtisadi potensialının
möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri
var. Hazırda bu siyasət davam etdirilir. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti
yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır".
İlham ƏLİYEV
Azərbaycan Respublikasının
Prezidenti
Bu gün dünyada müstəqil siyasət yürüdən, qısa
müddətdə ərazi
bütövlüyünü bərpa edən, özünü siyasi-iqtisadi,
dövlətçilik və
inkişaf xəttinə
malik ölkələrdən biri, qitələrarası
və regional enerji, nəqliyyat və digər irimiqyaslı layihələrin müəllifi
kimi tanıdan Azərbaycan sürətli
iqtisadi tərəqqisi,
nümunəvi tolenrantlıq
dəyərləri, beynəlxalq
əhəmiyyətli tədbirlərin
mərkəzinə çevrilməsi
ilə dünya müstəvisində etibarlı
tərəfdaş kimi
böyük beynəlxalq
nüfuz qazanmaqla gələcəyə doğru
inam və qürurla addımlayır.
Şanlı Vətən müharibəsində
qazandığımız tarixi
qələbə isə,
hər bir azərbaycanlının qəlbində
yüksək qürur
hissləri yaratdı və xalqımızda
milli oyanışa, yeni bir
dirçəlişə, birliyə
səbəb oldu. Qarabağda aparılan və uğurla başa çatdırılan
antiterror tədbirləri nəticəsində
yeni geostrateji reallıqlar
yaradan Azərbaycan bu Qələbə ilə regionun lider və qalib
ölkəsi kimi öz yeni gələcəyini
inşa etməyə başladı. Bu tarixi Qələbə Böyük
Qayıdış hərəkatının
hərbi-siyasi təminatı
kimi mühüm əhəmiyyət kəsb
edir. Azərbaycan işğalçı vandalların
dağıtdığı bütün infrastrukturu yenidən bərpa edərək Qarabağı
yenidən Vətənimizin
gur inkişaf edən dilbər guşəsinə çevirir.
Xalqımız döyüş
meydanlarında olduğu
kimi quruculuq sahəsində də bir daha öz
gücünü göstərir.
Bu böyük qələbəni
Azərbaycan xalqına
bəxş etməklə
Ali Baş Komandan
İlham Əliyev həm
də həyatını
öz doğma Azərbaycanına həsr
edən, tariximizin ən böyük vətənpərvəri olan,
"Şuşasız Qarabağ,
Qarabağsız Azərbaycan
yoxdur" - deyən
Ulu Öndər Heydər
Əliyevin arzusunu reallaşdırdı: "Mən
bu gün Ulu Öndər Heydər Əliyevin məzarını
ziyarət etdim, onun ruhu qarşısında
baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün
şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün
aydın olsun Azərbaycan! Gözünüz
aydın olsun dünya azərbaycanlıları!".
Ümummilli Liderimiz Heydər
Əliyevin milli dövlətçilik,
vətənpərvərlik ideyaları bugünkü və gələcək inkişafımızın təməlini
təşkil edir. Azərbaycanın böyük
oğlu, Ulu Öndər
Heydər Əliyevin strategiyasına uyğun respublikamızda həyata keçirilən genişmiqyaslı
proqramlar müasir iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın
canlandırılmasına və
milli-mənəvi dəyərlərin
dirçəldilməsinə yönəldilərək bugünkü
müstəqilliyimizin, suverenliyimizin
və ərazi bütövlüyümüzün təmin olunması üçün zəmin hazırlamışdır. Bu gün
Azərbaycanda sosial-iqtisadi,
ictimai-mədəni həyatın
elə bir sahəsi yoxdur ki, həmin sahənin inkişafı onun adı ilə bağlı olmasın.
Ümummilli Lider Heydər Əliyev sonralar o illəri xatırlayarkən
demişdir: "1970-ci illərdə
görülən işlər,
yaradılan bu böyük iqtisadiyyat, sənaye potensialı və neft sənayesi
sahəsində görülən
işlər, yaranmış
potensial Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin əsasıdır.
Bu gün bəyan etmək istəyirəm
ki, o illərdə bu işləri görərkən
mən məhz Azərbaycanın gələcəyini,
bugünkü müstəqilliyini
düşünürdüm. O işləri görərkən
mən əmin idim ki, onlar Azərbaycanın sərbəst,
müstəqil yaşaması
üçün əsas
yaradır".
Bütün ruhu, varlığı
ilə öz xalqına, elinə-obasına
bağlı olan Ulu Öndər Heydər Əliyev bir-birinə zidd olan siyasi
quruluşlarda fəaliyyət
göstərsə də,
həmişə xalqını
fikirləşmiş, onun
gələcək müstəqilliyi
naminə çalışmışdır.
Xalqa xidməti ən böyük xoşbəxtlik kimi dəyərləndirən dahi
şəxsiyyət Heydər
Əliyev demişdir:
"İstər bir azərbaycanlı, Azərbaycan
Respublikasının vətəndaşı,
istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız sizə - bütün varlığım qədər
sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə,
ölkəmizin iqtisadi,
siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü
və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam.
Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə
yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə
dözüm, iradə
verib və bütün uğurlarımı
təmin edib".
Müasir
Azərbaycan dövlətçiliyinin
əsaslarını yaradan,
xalqının müstəqil
və güclü dövlətə sahib olmaq
arzusunu həyata keçirən, fenomen şəxsiyyət kimi hələ sağlığında
canlı əfsanəyə
çevrilən, dünyamiqyaslı
ictimai-siyasi xadim Ümummilli Lider Heydər Əliyevin qətiyyəti, möhkəm
siyasi iradəsi, gərgin əməyi sayəsində güclü
Azərbaycan dövləti
quruldu, ölkəmiz dünya məkanında öz layiqli yerini tutdu. Məşhur
amerikalı siyasi xadim və politoloq
Zbiqnev Bjezinski deyirdi: "Heydər Əliyev siyasi cəhətdən möhkəm,
məntiqli, zəkalı,
istədiyini tez çatdıran şəxsiyyət
- bir sözlə, şəksiz liderdir".
Ulu Öndər Heydər Əliyevin xalqımızın
və tariximizin qarşısında ən
böyük xidmətlərindən
biri də məhz kəskin geosiyasi ziddiyyətlərin
mövcud olduğu bir şəraitdə Azərbaycanımızı xilas
etməsi və parçalanıb yox olmaq təhlükəsindən
qurtarması idi. Dövlətçiliyimizin qorunub
saxlanılması isə
azadlığımızın, müstəqilliyimizin qorunub
saxlanması, qurtuluşu
demək idi! Məhz Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı
Azərbaycan dövlətçilik
tarixinin yenı şanlı səhifəsini
açdı.
Çətin və ağır
günlərində sınaq
qarşısında qalanda
xalqının səsinə
səs verən dahi rəhbər Heydər Əliyev xilaskarlıq missiyasını
öz üzərinə
götürmüş, "Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" - deyərək hakimiyyət
sükanının arxasına
keçmiş, qısa
müddətdə dövlətlə
xalqın birliyini, yekdilliyini təmin etmişdir.
Heydər
Əliyevi ümummilli
lider səviyyəsinə
yüksəldən əsas
cəhətlərdən biri
də onun Azərbaycanla, Azərbaycan
xalqı ilə qırılmaz tellərlə
bağlı olması
idi. O, bu barədə deyirdi: "Mən on il Moskvada yaşamışam, Sovetlər
İttifaqının rəhbərlərindən
biri olmuşam və bu rəhbərliyin
imkan verdiyi ən yüksək şəraitdə yaşamışam.
Bir an da Azərbaycanı unutmamışam,
ürəyim daim Azərbaycanla vurub. Sonra qayıtmışam Azərbaycana,
Naxçıvanda bir daxmada yaşamışam.
Gecəm də Azərbaycan olub, gündüzüm də. Çünki bu, mənim Azərbaycanımdır,
mənim Vətənimdir".
Canından çox sevdiyi xalqına möhkəm dövlətçilik təsisatlarına
malik, dünya birliyində
layiqli yer tutan müasir, müstəqil və qüdrətli Azərbaycan
bəxş edən Ümummilli Lider Heydər Əliyevin böyük qürur hissi ilə dediyi "Azərbaycanlı
kimi dünyaya gəldiyimə, Azərbaycan
dilində danışdığıma,
Azərbaycanı təmsil
etdiyimə görə
özümü çox
xoşbəxt sayıram.
Mən fəxr edirəm ki, mən azərbaycanlıyam" sözləri
isə hər bir azərbaycanlının
qəlbində dərin
iz buraxmış, iftixarla səsləndirdiyi
şüara çevrilmişdir.
Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarının təşkilatlanması
və onların bir Vətən - müstəqil Azərbaycan
ətrafında sıx
birləşməsi üçün
daim əzmlə səy göstərmiş,
bu istiqamətdə
son dərəcə mühüm
qərarlar qəbul etmişdir. Ümummilli Lider Heydər Əliyev dünya azərbaycanlılarına müraciət
edərək deyirdi:
"Əgər sən
azərbaycanlısansa, bilməlisən:
dünya azərbaycanlılarının
bir müstəqil dövləti var - Azərbaycan,
dünya azərbaycanlılarının
bir tarixi Vətəni var - Azərbaycan.
Dünya azərbaycanlıları
öz tarixi Vətənlərini, müstəqil
dövlətlərini müqəddəs
hesab etməli, onun ətrafında birləşməlidirlər".
Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında
qurucu və xilaskar dövlət xadimi, sonsuz xalq məhəbbətini qazanmış dahi rəhbər kimi əbədi həkk olmuş, xalqımızın
taleyində, dövlət
quruculuğunda, siyasi,
ictimai və mədəni həyatında
misilsiz xidmətlər
göstərmişdir.
Ulu Öndər Heydər Əliyevin uzaqgörən
siyasəti və gərgin səyləri sayəsində təhlükəsizlik
orqanlarının fəaliyyətində
əsaslı dönüş
yaranmış, Azərbaycanın
gələcək müstəqilliyinə
və təhlükəsizlik
orqanlarının kadr
potensialının formalaşdırılmasına
hesablanmış bir addım olaraq bu orqanının milliləşdirilməsi istiqamətində
ciddi işlər görülmüşdür. Ömrünün
böyük bir hissəsini bu quruma həsr etmiş görkəmli dövlət xadimi Heydər Əliyev imperiyanın mövcudluğu
dövründə milliləşmənin
çox çətin
olduğunu qeyd edərək çıxışlarının
birində deyirdi:
"DTK-da işləyərkən çox şey görmüşdüm. Moskvanın
təktərəfli türk
millətlərini əsarətdə
saxlamaq siyasəti olduğunun ilk gündən
şahidi oldum. Daxilən buna qarşı
üsyan etsəm də, həyatda buna imkan yox idi.
Azərbaycan KP MK-nın
birinci katibi işləyərkən Moskvaya
qarşı çıxmağım,
toqquşmağım mümkün
deyildi. Yavaş-yavaş
mən də xalqımın, doğma millətimin milli hisslərini,
milli şürunu oyatmağa
başladım. Xalqın
milli istəklərini, Azərbaycan
türklüyünün milli oyanışını, silkələnməyini
reallaşdırmaq arzusunda
idim. Bu işləri Moskvaya hiss etdirmədən,
onu narahat etmədən, onu ayıq və oyaq salmadan görmək
istəyirdim".
Ümummilli Lider Heydər Əliyev 1997-ci ildə təhlükəsizlik orqanlarının
əməkdaşları ilə
görüşündə bildirirdi ki, milliləşmə
dövlət təhlükəsizlik
orqanlarında çox
vacib məsələ
idi: "Mən hesab edirəm ki, Azərbaycanda təhlükəsizlik
təşkilatının milliləşdirilməsi
prosesi bizim əldə etdiyimiz ən böyük nailiyyət idi, təşkilat milliləşdikcə
onun fəaliyyətinin
istiqamətini də Azərbaycanın milli mənafelərinə
daha çox uyğun aparmaq mümkün olurdu".
Ulu Öndər Heydər Əliyev digər bir çıxışında
isə deyirdi: "Mәn bu gün böyük iftixar hissi ilә deyә bilәrәm ki, dövlәt tәhlükәsizliyi orqanlarında
rәhbәr
vәzifәlәrdә işlәdiyim zaman, bu
orqanın bascısı
oldugum zaman vә ondan sonra Azәrbaycan Respublikasının
bascısı oldugum
zaman Azәrbaycan xalqının milli mәnafeyinә әks olan heç bir addım atılmamısdır.
Amma nә qәdәr belә tәkliflәr, belә tәzyiqlәr var idi...".
Ümummilli Lider Heydər Əliyev 2003-cü il prezident
seçkilərindən öncə
xalqa müraciətində
demişdir: "İnanıram
ki, mənim axıra çatdıra bilmədiyim
taleyüklü məsələləri,
planları, işləri
Sizin köməyiniz və dəstəyinizlə
İlham Əliyev başa
çatdıra biləcək.
Mən Ona özüm
qədər inanıram
və gələcəyinə
böyük ümidlər
bəsləyirəm".
Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi
inkişaf kursu bu gün onun
layiqli davamçısı,
möhtərəm Prezidentimiz
cənab İlham Əliyev
tərəfindən uğurla
davam etdirilir. Azərbaycanın bugünkü
uğurları məhz
Heydər Əliyev siyasətinin layiqincə davam etdirilməsinin məntiqi nəticəsidir.
Məhz, Ulu Öndər
Heydər Əliyevin əsasını qoyduğu
siyasət kursunun, onun müəyyən etdiyi məqsəd və vəzifələrin
ardıcıl və davamlı şəkildə
həyata keçirilməsinin
nəticəsidir ki, Azərbaycanımızın
bütün sahələrdə
qazandığı uğurların
sayı hesabı yoxdur. Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin
Ali Baş Komandanı
cənab İlham Əliyev
demişdir: "Mənim
bir məqsədim, bir amalım vardır. Bu, güclü Azərbaycan dövlətidir.
Ulu Öndərin bizə
miras qoyduğu dövlətçiliyi möhkəmləndirmək,
iqtisadiyyatı inkişaf
etdirmək, Azərbaycanın
beynəlxalq mövqelərini
möhkəmləndirmək mənim əsas vəzifələrimdir".
Azərbaycan xalqının yaddaşında
qurucu və xilaskar dövlət xadimi kimi əbədi
həkk olmuş, adı tariximizə qızıl hərflərlə
yazılan Ulu Öndər
Heydər Əliyevin təlqin etdiyi düşüncə, yaratdığı
nümunə hər birimiz üçün mükəmməl vətənpərvərlik
məktəbi, Vətənə
sədaqət dərsidir.
Bu gün fəxr edirik ki, məhz dahi şəxsiyyət Heydər Əliyevin qurduğu müstəqil ölkənin vətəndaşlarıyıq,
onun bütün qəlbi ilə sevdiyi bir xalqın
övladlarıyıq.
H.Zeynallı.
Olaylar.-
2025.- 9-15 may, ¹16.- S.8.
.