Qızcığazın ünvansız məktubu...
Esse
Uşaq yaşlarından rəssamlığa maraq göstərən Ayaz Səlimxanoğlu ağır döyüşlərdən sonra macal tapanda rəsm çəkməklə yanaşı, həm də cəbhə gündəliyi yazıb. Həmin gündəlikdən bir xatirəni təqdim edirik.
Hərbi hissədə yerləşəndən dərhal sonra təlimlərə başladıq. Təlimlər bitən kimi bizi ayrı-ayrı tağımlara böldülər. Arzuma çatmışdım. Əsgər kimi istədiyimi əldə etmiş, tankçı olmuşdum. Bizi günorta çağında təlim bazasından cəbhəyə yola saldılar. Demək olar ki, bütün döyüşçülərin gözlərində tezliklə düşmənlə üzbəüz gəlib vuruşmaq və Qələbə arzusunun işığı parıldayırdı.
1992-ci il sentyabr ayının ortaları idi. Əsgərlərimizin çoxu
irəliləyən tankların
üstündə oturmuşdu. Birdən tanklar dayandı. Tankın üst qapağını qaldırıb
çölə boylandım
ki, harada olduğumuzu öyrənim. Füzulinin
Qərvənd kəndindəydik.
Demə, bir məktəbin qarşısında
imişik. Məktəbin
qarşısına toplaşan
kənd sakinləri, müəllimlər, böyüklü-kiçikli
bütün uşaqlar
Milli Ordunun əsgərlərini
sevinclə, qürurla
salamlayır, cəbhəyə
yola salırdılar.
Birdən
təsadüfən bizim
tankdan xeyli aralıda dayanmış balaca bir qız
uşağı gördüm.
Məktəbli olmadığından,
şagirdlərdən qıraqda
durmuşdu. Əlində
məktuba oxşar bir kağız parçası var idi. Çəkinə-çəkinə baxırdı. Sanki kimisə
axtarırdı. Amma bəlkə
də tanklardan qorxduğundan bizə tərəf yaxınlaşmağa
ürək eləmirdi.
Uşaqlara qarşı
həmişə həssas
olmuşam. Tankdan düşdüm. Qızcığaza
tərəf gedə-gedə
onu səsləyib yaxına çağırdım.
Balaca qızcığaz
ürəklənib dərhal
qaça-qaça mənə
tərəf gəldi.
Çox həyəcanlı
idi. Əlləri əsirdi. Əlindəki kağızı mənə
uzadıb:
- Məktubdur,-dedi,-atam cəbhədə
vuruşur. Bax, atamı tapıb bu məktubu ona çatdırarsan, əmi!
- Baş üstə,-dedim. Məktubu
götürüb üstünə
baxdım, heç bir ad, soyad yazılmamışdı.
İstədim, atasının
adını soruşum.
Qız isə kağızı mənə
verib tez dönüb buradan uzaqlaşmışdı. Arxasınca
baxdım. Tələsdiyindən
arada büdrəyib yıxılsa da, yerindən
qalxıb arxaya baxmadan qaçırdı.
İndi gəl ad-soyad
yazılmayan naməlum
bir əsgəri cəbhədə, sadəcə
kəndini nişan verməklə axtarıb
tap. Məktubu qoltuğuma
qoydum. Az sonra tanklarımız irəlilədi.
Mən imkan düşdükcə
o kəndi-Qərvəndi nişan
verib köhnə döyüşçülərdən qızcığazın atasını
soraqlayırdım. Xəbər
verən yox idi. Bir gün növbəti döyüş
ərəfəsində komandirimiz
bizə yaxınlaşıb
bildirdi ki, bu gün durduğumuz yerdə gecələcəyik.
Vaxtımız var. Kim evə
məktub yazmaq istəyirsə, yaza bilər, imkan yaranan kimi ünvanlara
çatdırılacaq.
Məktub
yazmaq istəyən əsgərlərin hərəsi
bir tərəfə çəkildi. Necə deyərlər, hamısı
kağız-qələmə sarılmışdı. Neçə
vaxtdan bəri evdən xəbərim yox idi. Açığı,
o vaxtacan heç kimə, heç bir məktub yazmamışdım. Məktubu
necə, hansı sözlərlə başlamağı
belə bilmirdim.
Birdən
neçə vaxtdan bəri o balaca qızcığazın mənə
verdiyi, hələ də qoltuq cibimdə gəzdirdiyim, ünvanını tapıb
çatdıra bilmədiyim
məktub yadıma düşdü.
Özlüyümdə bir xeyli götür-qoy etdikdən sonra qərara gəldim ki, açıb məktubu oxuyum. Bəlkə o məktubu oxumaq karıma gəldi. Hərçənd ki, özgəsinin
məktubunu açıb
oxumaq qəbahət idi. Özümə bəraət qazandırmaq
üçün fikirləşdim
ki, məktubu açıb
oxusam, bəlkə sahibini də tez taparam... Zərfi açdım. Mat qaldım.
Bir ağ dəftər
vərəqi idi. Əvvəlcə fikirləşdim
ki, uzun müddət ərzində qarın, yağışın altında
islanıb yaş vəziyyətdə qaldığından
sətirlər silinib,
bəlkə. Amma sonra
ağlıma gəldi
ki, əsl səbəb
başqadır.
Məktub
yollayan o qızcığaz
hələ yazıb-oxumağı
bilməzdi, yəqin fikirləşmişdi ki, atası
boş, ağ kağız vərəqinə
baxmaqla da qızının
ona deyəcəyi ürək sözlərini
oxuya bilər...
Çünki diqqətlə baxdıqda
o ağ dəftər vərəqinin üzərində
damcı izlərindən
qalan ləkələr
aydın sezilirdi...
Ayaz Səlimxanoğlu
Olaylar.-
2025.- 9-15 may, ¹16.- S.22.