Şagirdlər düşünməkdən qorxur

 

Məktəblərdə əzbərçiliyin hökmranlığı

 

Bugünkü təhsil sistemində uşaqlardan daha çox əzbərləmək tələb olunur, nəinki düşünmək yaratmaq. Dərsliklər tədris proqramları əzbərçiliyə əsaslandığından, yaradıcı təfəkkürün inkişafı kölgədə qalır. Halbuki müasir dünyada fərqlilik innovasiya bacarıqları uğurun açarı hesab olunur.

 

Müsahibimiz İxtisas seçimi gələcək karyera üzrə mütəxəssis, təhsil üzrə ekspert Ramin Nurəliyev mövzu ilə bağlı suallarımızı cavablandırıb.

 

-Ramin müəllim, hazırkı təhsil sistemimiz şagirdlərə yaradıcı düşünməyi, yoxsa yalnız əzbərləməyi aşılayır? Bu yanaşmanın kökləri nədədir?

-Əslində, biz hazırda kurikulum təhsil sistemi ilə tədris prosesini davam etdiririk. Kurikulum, yəni müasir təhsil yanaşması, mahiyyət etibarilə çox mükəmməl bir sistemdir. Lakin çox təəssüf ki, bu gün ümumi təhsil məktəblərində kurikulumun yalnız adı qalıb. Başqa sözlə, kurikulum sisteminə dair, dərslikləri nəzərə alsaq, tədris prosesinin maksimum 30-35 faizi həyata keçirilir. Qalan tədris düşüncə tərzi isə hələ köhnə sovet sisteminin izlərini daşıyır.

Məsələn, kurikulum nədir? Əgər biz bu sistemə diqqətlə yanaşsaq beynəlxalq təcrübəni nəzərdən keçirsək, kurikulumun həm şagird, həm valideyn üçün qədər müsbət təsiri olduğunu görərik. Bugünkü dərsliklərdə, xüsusilə aşağı siniflərdə  tapşırıqlar o qədər yaradıcı yanaşma tələb edir ki, bəzən valideynlər bu tapşırıqları övladları ilə birlikdə yerinə yetirə bilmirlər. Bunun səbəbi isə kurikulum sisteminin məhz yaradıcı təfəkkürə əsaslanmasıdır. Amma təəssüflər olsun ki, bu sistem bizdə yalnız formal xarakter daşıyır. Kurikulum sisteminə əsasən, ev tapşırıqları məktəbdə, müəllim rəhbərliyində həyata keçirilməlidir. Müəllim dərs zamanı şagirdlərin yaradıcı düşüncəsini inkişaf etdirməyə çalışmalıdır. Tapşırıqlar o şəkildə təşkil olunmalıdır ki, şagird evə gedəndə valideyninə "bu tapşırığı necə edim" sualını verməyə ehtiyac qalmasın. Təhsil prosesi müəllim şagird arasında sıx əməkdaşlıqla, yaradıcı yanaşma qabiliyyətlə qurulmalı, bütün tapşırıqların həlli sinifdə həyata keçirilməlidir. Amma reallıqda kurikulum sisteminə çox ani şəkildə keçid etdik müəllimlər bu sistem haqqında kifayət qədər məlumat əldə etmədən, sadəcə qısa kurslardan sonra tədrisə başladılar. Bu da nəticə etibarilə ciddi problemlərə gətirib çıxardı. Əgər kurikulum sisteminə keçid dövründə buraxılış siniflərində təhsil alan şagirdlərə baxsaq, sistemin qədər zəif tətbiq olunduğunu aydın şəkildə görə bilərik. Əsas problem isə ondadır ki, biz ümumi təhsil məktəblərində kurikulum sistemi üzrə tədris aparırıq, amma universitetlərə qəbul imtahanlarında daha çox test tipli tapşırıqlarla qarşılaşırıq. Bu isə ciddi bir təzad yaradır bu təzadı aradan qaldırmaq mütləqdir. Bəli, beynəlxalq təcrübədə test tapşırıqlarına rast gəlinir, mən testlərin ümumiyyətlə olmamalıdır demirəm - onlar da olmalıdır. Hətta qəbul imtahanlarında kurikulum sisteminə uyğun açıq tipli tapşırıqlara da rast gəlinir. Amma əsas məsələ odur ki, təhsil verənlər bu sistemə tam şəkildə hazır olmalıdır.

Təhsil verənlər hazır olduqdan sonra kurikulum sistemi səmərəli şəkildə tətbiq edilə bilər. Eləcə qəbul imtahanlarındakı suallar bu istiqamətə yönəlməlidir. Təəssüf ki, hazırda qəbul imtahanlarında təqdim olunan suallar yaradıcı düşünməni tam olaraq əhatə etmir. Bəli, bəzi suallarda bu var, amma cəmi 30-35%, bəlkə daha azdır. Ona görə bu təzadın aradan qaldırılması üçün ciddi məqsədyönlü addımlar atılmalıdır.

-Dərsliklər proqramlar yaradıcı təfəkkürə imkan verirmi, yoxsa daha çox standart cavabları öyrənməyə təşviq edir?

-Hazırkı vəziyyətə nəzər salsaq, orta ümumtəhsil məktəblərində oxuyan aşağı sinif şagirdlərinin dərsliklərində ciddi problem görmürəm. Çünki bu siniflərin şagirdləri daha çox öz dərsliklərinə yönəlirlər həmin dərsliklər kurikulum əsaslı olduğuna görə burada ciddi problem müşahidə olunmur. Cüzi çətinliklər ola bilər, amma ümumi mənzərədə ciddi problem yoxdur. Əsas problem isə yuxarı sinif şagirdlərindədir. Bu şagirdlər orta məktəblərdəki dərsliklərdən tədris proqramlarından yetərincə faydalana bilmirlər. Bunun əsas səbəbi onların ali təhsil müəssisələrinə hazırlaşması bu hazırlığın mövcud məktəb proqramı ilə uyğun gəlməməsidir. Əslində, proqram formal olaraq eynidir. Amma material baza baxımından çatışmazlıqlar olduğu üçün yuxarı sinif şagirdləri məktəb dərslərindən uzaqlaşaraq universitetə hazırlıq yönümlü tədrisə üstünlük verməyə başlayırlar. Məsələyə konkret misal da çəkə bilərəm: məsələn, Azərbaycan dili fənnini götürək. Bir şagird 5-ci sinifdən başlayaraq fonetika leksika mövzularını keçir. 6-cı sinifdə nitq hissələrinə - isim, sifət, əvəzlik kimi bölmələrə keçir. 7-ci sinifdə feil köməkçi nitq hissələrini öyrənir. 8-ci sinifdə söz birləşmələri sintaktik mövzulara keçir. 9-cu sinifdə mürəkkəb cümlə mövzuları tədris olunur. 10 11-ci siniflərdə isə dilçilik, nitq mədəniyyəti, üslubiyyat yazı nümunələri kimi mövzular yer alır. İndi isə düşünək: bir şagird 11-ci sinifdə ali məktəbə qəbul imtahanında 5-ci sinifdə keçdiyi fonetika mövzusundan, 6-cı sinifdə keçdiyi nitq hissələrindən, 8-ci sinifdə keçdiyi cümlə üzvlərindən suallarla qarşılaşır. Bu halda həmin şagird 5-6 il əvvəl keçdiyi mövzunu necə xatırlasın? Halbuki 11-ci sinifdə ona artıq üslubiyyat, dilçilik yazı nümunələri öyrədilir. Əlbəttə, müəyyən təkrar dərsləri var, lakin bir ya iki dərslə bu mövzuların dərindən mənimsənilməsi mümkün deyil. Məsələn, 8-ci sinifdə keçirilən cümlə üzvlərini şagird 11-ci sinifdə bir saatlıq təkrar dərslə tam öyrənə bilməz. Nəticədə, yuxarı sinif şagirdləri edirlər? Onlar əlavə dərsliklər almağa, hazırlıq kurslarına ya repetitor yanına getməyə çalışırlar. Bu isə məktəb dərslərindən uzaqlaşma ilə nəticələnir. Bu səbəbdən mən düşünürəm ki, yuxarı sinif dərslikləri ali məktəblərə qəbul proqramına uyğunlaşdırılmalıdır. 10-11-ci sinif proqramı məhz ali təhsil müəssisələrinin qəbul proqramına uyğun şəkildə qurulmalıdır. Yalnız bu halda yuxarı sinif şagirdlərinin dərsliklərlə bağlı problemləri azalacaq məktəbdən yayınma halları minimuma enəcək.

-Müəllimlərin bu məsələdə rolu qədər önəmlidir? Onlar yaradıcı təlim metodlarından istifadə etməyə dərəcədə hazırdırlar?

-Əlbəttə, müəllimlərin bu məsələdə rolu son dərəcə önəmlidir. Bu istiqamətdə müəllimlərin özlərində belə ciddi problemlər mövcuddur. Biz bu vəziyyəti sertifikasiya imtahanları zamanı açıq şəkildə müşahidə etdik. Təbii ki, savadlı, bilikli bacarıqlı müəllimlərimiz var - bunu inkar etmirik. Amma bizim əsas məqsədimiz tədris prosesində iştirak edən bütün müəllimlərin yüksək səviyyədə savadlı olmasıdır. Əgər bir müəllim, məsələn, ibtidai sinif müəllimi, sertifikasiya imtahanında aşağı nəticə əldə edirsə - qeyd edim ki, təxminən 7000-8000 ibtidai sinif müəllimi bu imtahandan keçə bilməyib - bu, ciddi narahatlıq doğurur. Sadə dillə desək, onlar "iki" qiyməti alıblar. Bəs "iki" alan bir müəllim şagirdə necə dərs keçəcək? Yaradıcı təlim metodlarını necə tətbiq edəcək, necə öyrədəcək? Bu nəticə göstərir ki, həmin müəllimlər tədris proqramı mövzuları yetərincə mənimsəməyiblər. Ona görə sertifikasiya imtahanından uğur qazana bilməyiblər.

Mənə görə, əsas problem təhsil verənlərdədir. Əgər müəllimlər tədris prosesini dərindən mənimsəsələr, onda ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin sürətlə inkişaf etdiyini görmək mümkün olar. Məhz bu səbəbdən hesab edirəm ki, sertifikasiya imtahanları çox vacibdir cəmiyyət olaraq biz bu imtahanları dəstəkləməliyik. Sertifikasiya imtahanları bizə açıq şəkildə göstərdi ki, övladlarımıza dərs deyən bəzi müəllimlərin səviyyəsi qənaətbəxş deyil. İllərlə bu vəziyyət bizə məlum deyildi. Amma bu imtahanlar sayəsində artıq məlumatlıyıq problemin miqyasını görürük. Hazırda sertifikasiyadan keçə bilməyən müəllimlərlə əmək müqavilələrinə xitam verilir. Onların yerinə isə gənc, enerjili, yeni tədris metodlarına bələd olan müəllimlərin gəlməsi vacibdir. Bu, mənim şəxsi fikrimdir. Hesab edirəm ki, təhsilin inkişafı üçün dinamik, müasir yanaşmaları mənimsəmiş müəllimlərə ehtiyac var. Artıq müəllimlərin işə qəbulu üzrə (MİQ) imtahanlarda gənc müəllimlərin uğur qazandığını məktəblərə təyinat aldıqlarını görürük. Bu da göstərir ki, düzgün istiqamətdə addımlar atılır gələcəkdə təhsilin keyfiyyətinin artacağına ümid yaradır.

-Sizcə, yaradıcı düşüncə hansı yollarla məktəblərdə təşviq oluna bilər? Uğurlu nümunələr ya alternativ metodlar varmı?

-Əlbəttə, yaradıcı düşüncənin məktəblərdə təşviqi çox vacib məsələdir. Mən hesab edirəm ki, bu, birbaşa müəllimdən asılı olan məsələdir. Əgər müəllim istəkli bacarıqlıdırsa, yaradıcı təfəkkürü şagirdlərə aşılayacaq gücə malikdir. Təəssüf ki, bəzən dərsliklərdə yaradıcı düşüncə ilə deyil, daha çox çaşdırıcı suallarla qarşılaşırıq. Hətta valideynlər belə həmin suallar qarşısında çaşqın qalır. Bu, yaradıcı düşüncə deyil - bu, yalnız çaşdırıcı bir üsuldur. Yaradıcı düşüncə dedikdə, şagirdin dərs prosesinə aktiv şəkildə cəlb olunması, onun fərqli düşünmə bacarığının formalaşdırılması nəzərdə tutulur. Məsələn, biologiya ya kimya fənnində müəllim hər hansı bir məhlulun təsirini sadəcə şifahi ya lövhədə izah etməklə kifayətlənməməlidir. Bunun əvəzinə, laboratoriyada həmin məhlul üzərində təcrübə aparmalı, şagirdlərə bunu özlərinin etməsinə imkan yaratmalıdır. Yalnız bu zaman şagirdlərdə yaradıcı tədqiqat yönümlü düşüncə formalaşa bilər. Bu yanaşma təkcə təbiət fənləri ilə məhdudlaşmır. Məsələn, tarix fənnində yaradıcı metodlardan istifadə mümkündür. Əgər bir müəllim Qacarların Qarabağ xanlığına hücumunu keçirsə, dərsi daha effektiv maraqlı etmək üçün şagirdləri obrazlara bölə bilər - biri Qacar, biri Molla Pənah Vaqif, digəri Pənahəli xan s. kimi. Bu obrazlı yanaşma şagirdin mövzunu yadda saxlamasını asanlaşdırır. Obrazı canlandıran şagird mövzunu dərindən mənimsəyir, digər şagirdlər isə hadisəni daha canlı təsirli şəkildə qavrayır. Digər fənlərdə bu yanaşma tətbiq oluna bilər. Riyaziyyat fənnində, məsələn, sadəcə misal verməklə kifayətlənmək olmaz. Həmin misalın həlli yolunu məntiqi təfəkkürlə izah etmək lazımdır. Bu gün beynəlxalq imtahanlarda - SAT, YÖS, magistratura dövlət qulluğu imtahanlarında məhz məntiqi riyaziyyat ön plandadır. Bu da göstərir ki, riyaziyyatı məntiqi təfəkkürə əsaslanaraq tədris etmək zəruridir. Əgər bu yanaşmanı məktəbdə tətbiq edə bilmiriksə, şagirdlərdə yaradıcı düşüncə zəif inkişaf edəcək. Buna görə bu sahədə müəllimlərin rolu olduqca önəmlidir. Təhsil verənlər əvvəlcə bu yanaşmanı özləri mənimsəməli, daha sonra şagirdlərə tətbiq etməlidirlər. Çox təəssüf ki, bu gün ümumtəhsil məktəblərində yaradıcı metodları effektiv şəkildə tətbiq edə bilən müəllimlərin sayı, mənim şəxsi qənaətimə görə, 20-25 faizdən çox deyil. Bu isə düşünməyə ciddi əsas verir bu istiqamətdə təkmilləşmə zərurətini ortaya qoyur. Məsələn, bu gün məktəblərdə yaradıcı düşüncənin tətbiq yollarından biri olimpiadalara hazırlıqdır. Baxın, bu gün keçirilən olimpiadalar... Həqiqətən , məsələn, biz Elm Təhsil Nazirliyinin sonuncu biologiya fənni üzrə təşkil etdiyi olimpiadada iştirak etdik. Orada həqiqətən şagirdlər artıq olimpiadada test üsulu ilə, yəni sadəcə vərəq kağız formatında iştirak etmirdilər. Olimpiada təcrübəyə əsaslanaraq keçirilirdi onların praktiki bilikləri, təcrübə bacarıqları qiymətləndirilirdi. Bu isə doğrudan da çox böyük bir nailiyyət kimi dəyərləndirilə bilər. Məsələn, bizimlə birgə iştirak edənlərin - o cümlədən, şəxsi olaraq mənim - ciddi şəkildə diqqətini cəlb etdi. Əvvəllər olimpiada sualları əsasən test ya açıq sual formatında olurdu, praktiki biliklərin yoxlanması ya tətbiqi o qədər nəzərə alınmırdı. Lakin bu dəfəki biologiya olimpiadasının - yəni Respublika olimpiadasının final mərhələsində - praktiki üsullarla şagirdlərin müsabiqəyə cəlb olunması mənim üçün çox diqqətçəkici oldu mən bu yanaşmanı yüksək qiymətləndirirəm. Bu artıq yaradıcı düşüncə deyilmi? Əlbəttə, yaradıcı düşüncədir. Yəni, şagirdlərdə yaradıcı düşüncə bacarığının formalaşması baxımından belə yanaşmalar olduqca vacibdir. Düşünürəm ki, bu istiqamətdə daha geniş ardıcıl addımlar atılmalıdır.

-Beynəlxalq təcrübədə yaradıcı təfəkkürün inkişafı üçün hansı effektiv yanaşmalar mövcuddur bu modellər bizdə tətbiq oluna bilərmi?

-Əlbəttə, beynəlxalq təcrübədə yaradıcı təfəkkürün inkişafı üçün müxtəlif effektiv yanaşmalar mövcuddur. Bizdə bu modellər müəyyən qədər tətbiq olunur, lakin çox zəif şəkildə yalnız bəzi ümumtəhsil məktəblərində. Hesab edirəm ki, əgər bu yanaşmalar tədris proqramına rəsmi şəkildə daxil edilsə, daha geniş miqyasda tətbiq olunması mümkün olar. Lakin burada bir vacib məsələ ortaya çıxır: müəllimlərin bu metodlara hazır olub-olmaması. Təəssüf ki, hazırda müəllimlərin böyük bir hissəsi yaradıcı tədris metodlarını tətbiq etməyə tam hazır deyil. Məsələn, Yaponiya təhsilində yaradıcı düşüncə tərzi çox aydın şəkildə görünür. Orada şagirdlərə verilən suallar onların sadəcə biliklərini yox, həm düşünmə tətbiq bacarıqlarını ölçür. Yaponiyada bir sual gördüm: "Rəqəmlərin yerlərini dəyişməklə bu nəticəni iki fərqli yolla əldə edə bilərsən. Hər iki doğru variantı tap." Bu tip suallar şagirdi düşünməyə vadar edir, çünki bir həll yolu ilə kifayətlənmir, alternativ yolları da axtarmağa təşviq edir. Bu, əsl yaradıcı təfəkkürün inkişafıdır. Amerika təcrübəsinə nəzər salsaq, orada təhsil daha çox düşüncə tətbiq üzərində qurulub. Bir dostum ABŞ- müəllim işləyir, əvvəllər Azərbaycanda da müəllimlik edib. O deyir ki, Azərbaycanda məktəblilərə öyrədilən bəzi mövzulara Amerikada ancaq universitet səviyyəsində toxunurlar. Məsələn, burada orta məktəbdə keçdiyimiz riyaziyyatın 30%-i orada universitetdə keçirilir. Yəni ABŞ- universitetə qəbul asandır, amma təhsil prosesi ağır tələbkardır. Əksinə, bizdə isə məktəb dövründə uşağa çox böyük yük verilir, universitetə daxil olduqdan sonra isə sistemdəki boşluqlar nəticəsində şagird artıq öyrənmək istəmir, yorğun düşür. Təsəvvür edin, bizdə şagird 8-9-cu sinifdən etibarən repetitor yanına gedir, günün birinci yarısını məktəbdə, ikinci yarısını hazırlıqda keçirir. Beləliklə, o, 2-3 il ərzində fiziki psixoloji olaraq tükənir. Universitetə daxil olduqdan sonra isə artıq öyrənmək həvəsi qalmır. Halbuki inkişaf etmiş ölkələrdə - Finlandiya, Yaponiya, Sinqapur digər qabaqcıl təhsil sistemlərində - şagirdə bu qədər yük verilmədən onun yaradıcılığı inkişaf etdirilir. Onlar daha çox şagirdin düşüncəsini, marağını, tədqiqat bacarığını formalaşdırmağa çalışırlar. Bizdə isə əksinə, imtahanların sayı, repetitorluq, yüklənmə o qədər çoxdur ki, şagird sonda sadəcə yorulur. Təkcə 11-ci sinifdə belə imtahan stresi çox yüksək olur: buraxılış imtahanı, blok imtahanlarının iki mərhələsi, qabiliyyət imtahanları, dövlət dili imtahanı s. Abituriyent eyni anda 5, bəzən 6 fənn üzrə hazırlaşmalı olur. Bu problemin kökündə isə həm təhsil proqramı, həm universitet sistemindəki boşluqlar dayanır. Bizim universitetlərdə tələbələr ciddi şəkildə işlədilmir. 100 ballıq sistemlə təhsildə 85-90 baldan yuxarı nəticə göstərən tələbələrin sayı çox azdır. Halbuki bu günün tələbəsi sabahın müəllimidir. Universitetdə yaradıcı düşüncə qazanmayan tələbə, sabah müəllim kimi yaradıcı düşüncə öyrədə bilməz. Ona görə düşünürəm ki, bu sahədə təhsilin bütün mərhələlərində - həm məktəb, həm universitet səviyyəsində - ciddi dəyişikliklərə ehtiyac var. Yalnız bu şəkildə biz beynəlxalq təcrübədəki uğurlu modelləri tətbiq edib, yaradıcı düşüncəli yeni nəsil yetişdirə bilərik. Çox təəssüf ki, hazırda müəllimlərimizin şagirdlərdə yaradıcı düşüncənin formalaşdırılması sahəsində fəaliyyətləri olduqca passivdir. Valideynlərin ya həyat fəaliyyətlərinin bu prosesə cəlb olunması demək olar ki, nəzərəçarpacaq səviyyədə deyil. Məsələn, hər hansı bir mövzu üzrə şagirdə sadəcə suallar, testlər ya standart ev tapşırıqları verilir. Halbuki bu, yaradıcı düşüncə deyil.

Yaradıcı düşüncə nədir?

Yaponiyada tətbiq edilən maraqlı nümunə var. Müəllimlər ev tapşırıqlarında real həyatda baş verən hadisələrə istinad edirlər. Məsələn, ailə üzvlərinin evdə hansı işləri gördüyünü yazmaq, ata evdə hansı mövqedə dayanmalıdır, cəmiyyət daxilində yol hərəkəti qaydalarına riayət edən ya pozan şəxsləri müşahidə etmək kimi tapşırıqlar verilir. Müəllim sual verir: "Bu gün yol hərəkəti qaydalarını pozan kim oldu?", "Kim qırmızı işıqda maşını saxladı ya saxlamadı?" Şagird bu tip tapşırıqları yerinə yetirmək üçün bilmədiyi məsələləri valideynindən soruşur. Məsələn, "Qırmızı işıq olmazsa, yaşıl işıqda keçsəm baş verər?" sualını verə bilər. Beləliklə, valideyn bu mərhələdə müəllimə dəstək olur ev tapşırığını tamamlayır. Bu, yaradıcı düşüncənin formalaşmasının nümunəsidir. Müəllim ev tapşırığı vasitəsilə valideyni prosesə cəlb edir nəticədə uşağın düşüncə tərzi həyatla əlaqəli, praktik əsaslarla inkişaf edir. Yaponiyada təhsil alan bir tanışımız universitet təhsilinin bir hissəsi kimi pedaqoji praktika keçirdi orada belə ev tapşırıqlarının verilməsinin şahidi oldu. Onlara tapşırıq verilmişdi ki, son bir həftə ərzində qırmızı işıqda yolu keçən neçə nəfəri müşahidə ediblər. Bu, artıq şagirdin özündə "Yaşıl işıqda keçmək vacibdirmi? Niyə?" kimi suallar formalaşdırır. Şagird evdə bu mövzuda valideynlərlə söhbət aparır, nəticədə ailə müəllimin verdiyi tapşırığı evdə tamamlayaraq uşağın düşüncə sisteminə dəstək olmuş olur. Bu kimi yanaşmalar, şagirdin yalnız biliyinin yox, düşüncə tərzinin inkişafına yönəlir. Belə nümunələr bizdə tətbiq olunsa, yaradıcı təfəkkürün formalaşmasına mühüm töhfə verə bilər.

 

Səidə Ramazanova

 

Olaylar.- 2025.- 16-22 may, №17.- S.19; 23