Sosial şəbəkələrdə
ölən
dilimiz- necə xilas edək?
Sevinc Əliyeva: "Biz yaxşı düşünürüksə,
düzgün danışmağımızla
nümunə olmağı
bacarmaq istəyiriksə,
təfəkkürümüzün məhsulunu düzgün çatdırmalıyıq"
Son illərdə
sosial şəbəkələr
həyatımızın ayrılmaz
bir hissəsinə çevrilib. Hər kəs oradadır - yazır, paylaşır, fikrini bildirir. Lakin bu sərbəstlik
bəzən dilin keyfiyyətinə mənfi
təsir edir. Ədəbi dil gündəlik ünsiyyətdən uzaqlaşır,
sözlər təhrif
olunur, cümlələr
dağılır və
ifadə tərzi daha sərt və kobud olur.
Maraqlıdır ki, sosial şəbəkələrdə
ədəbi dil niyə və necə unudulur?
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin
müdiri professor Sevinc Əliyeva ilə bu mövzu
haqqında danışdıq.
- Sevinc xanım, sosial şəbəkələrdə yazışmalarda ədəbi
dilin normalarının
pozulması artıq normal hala çevrilib.
Bu prosesi necə izah edərdiniz?
- Bugün mətbuatda
və sosial şəbəkələrdə müzakirə olunan mövzular bayağı mövzulardır. Hətta
televiziya verilişlərinin
bir qismində də ailə-məişət
problemləri- insanların
bir qismini maraqlandıran mövzular demək olar ki, gündəmi zəbt edib. Söhbət bayağı
mövzulardan gedirsə
,təbii ki, orada hansı normalardan danışmaq olar? Ədəbi dil normaları istər yazıda, istər nitqdə çox ciddi məsələdir. Bu məsələyə daha ciddi mövzularda
riayət olunur. Bayağı mövzularda dil normalarını qorumağın əhəmiyyəti
yoxdur. Bu tip gündəmi zəbt edən mövzularda heç bir milli-mənəvi dəyərlərdən danışmaq
olmaz. Gənc nəslin vətənpərvər
ruhda, azərbaycançılıq
ideasında böyüməsi
üçün çox
az mövzular var ki, gündəmdədir.
Mən pedaqoqlarımıza,
jurnalistlərimizə, ziyalılarımıza təşəkkür
edirəm ki, o mövzuları qoruyub saxlayırlar. Təəssüf
edirəm ki, bəzi "jurnalistlər"
hesab edirlər ki, gündəmi zəbt etmək üçün
bayağı mövzuları
müzakirə etmək
lazımdır.Orada da
dil normaları pozulur.
-Təkcə sosial şəbəkələrdə
deyil, televiziya və radioda da aparıcıların və jurnalistlərin dilində olan danışıq tərzi
dilin saflaşmasına,
yoxsa korlanmasına xidmət edir?
-Dilimiz çox
gözəldir. Qrammatikası
sabitdir, gözəldir,
amma yanaşmalar fərqlidir. Təsəvvür
edin ki, televiziyalarımızda çox
az sayda verilişlər var ki, insan baxanda ruhən
dincəlir, zövq alır, böyüyən
nəslə
müəyyən töhfələr
verir. Biz bu verilişləri görəndə sevinirik ki, bu tipli
verilişlər gündəmə
təsir də edə bilir.
Bəzi aparıcılar
azərbaycan dilində
yaxşı danışa
bilmirlər. Bəziləri
bilərəkdən digər
dillərin arzuolunmaz ifadələrini dilimizə
gətirirlər. İllər
boyu dilimizə rus və digər dillərin təsiri olub. Bizim ziyalılarımız,
müəllimlərimiz həmişə
dilin keşiyində duran, qoruyan başlıca insanlardır.
Hörmət etdiyim aparıcılar var ki, onlarla söhbətləşərkən
qeyd edirləri ki, biz bu
məsələni dəfələrlə
müzakirə etmişik.
İndiki dövrdə də dilimizdə türk dilinin təsirini görürük. Bütün
dilləri bilmək faydalıdır. Arzu edirik ki, gənclərimiz
bir çox dillərdə danışsınlar.
Amma xarici dillər öz dilimizə qarışmasın.
Azərbaycan Respublikasının Prezidenti,
Dövlət Dil Komissiyasının sədri
Cənab İlham Əliyevin vurğuladığı
kimi, dilimizdə qarşılığı ola-ola artıq sözlərə, lüzumsuz
alınmalara ehtiyac yoxdur. Bu nitqi
ağırlaşdırır.
Ona görə
televiziya və radio aparıcıları azərbaycan dilinin ən başlıca təbliğatçılarıdır. Onlar "sehrli qutudan" birbaşa insanların təfəkkürünə
təsir edirlər.
Məktəblərdə də müəllimlər
arzuolunmaz dialekt tələffüzündə danışmamalıdır.
Dialekti kənara qoyub ədəbi dildə şagirdlərə dərs keçməlidirlər. Hər
bir müəllim şagirdinə gələcəyin
bir natiqi kimi yanaşmalıdır. Məktəb dərsliklərində də
Azərbaycan dilinin qrammatik qaydaları tərcümə olunan mətnlərdə izah edilir. Niyə tərcümə mətnlər
dərsliklərimizin əsasını
təşkil edir? Niyə şagirdlər qrammatika qaydalarımızı
öz ədəbiyyat
nümunələrimizlə tanımasınlar?
Sosial şəbəkələrdə
istənilən mövzunun
quruluşu bizi maraqlandırır. İndi
hər kəs sosial şəbəkələrdən
istifadə edir. Orada da biz
ədəbi dilin qaydalarına riayət etməli chr("39")ok" "tamam" "tşk" kimi qısaltmalardan istifadə etməməliyik.
Qarşıdakı insan
ya onu düzəltməli,
ya da öz
səhvimizi özümüz
düzəltməliyik.
-Təhsil sistemimiz bu məsələ
ilə mübarizədə
yetərincə aktivdirmi?
-Deyil. Bizim
dərsliklərimiz yaxşı
mənada azərbaycan
dilini təbliğ edə bilmir. Yaxşı mənada Azərbaycan dilini mükəmməl dərsliklərlə öyrədə
bilmirik. Bəzi müəllimlər bu boşluğu aradan qaldırır, amma bəziləri düzgün
olmayan nitqləri ilə bu məsələni
daha da ağırlaşdırır. Dublyaj sənətində də bəzi problemlər var. Tərcümə olunan dil və
tərcümə edilən
dil. Tərcüməçi
hər iki dili mükəmməl bilmədən uğurlu dublyaj alına bilməz.
-Sizcə, bu vəziyyət Azərbaycan dilinin gələcəyinə necə
təsir göstərə
bilər?
- Azərbaycan
dili əsrlər boyu xilafətin dilinə- ərəb dilinə, fars, rus və digər avropa dillərinə qalib gəlib. Bəxtiyar Vahabzadənin dediyi kimi desək,
"Heç bir dil mənim dilimin qarşısında
dura bilməz və dilimə çevrilə bilməz".
Hər şey
bizdən başlayır.
Dilimizi indi necə qoruyuruqsa, gələcək nəsil
də deyəcək ki, "siz o boşluğu etməsəydiniz,
biz bu dili
yaxşı qorumağı
bacarardıq. O boşluğu
vaxtında doldursaydınız biz bu boşluğu həll edə bilərdik".Dilimizdə
bütün hisslərimizi,
duyğularımızı ifadə
edəcək kifayət
qədər ifadə var. Qrammatikamız sabit, dəyişməzdir.Niyə
biz bu qaydalara
əməl etmirik?Deməli
hər şey öncə özümüzdən
başlayır. Bugün
mən yazımda
"okey" yazmayıb,
"bəli" yazsam,
deməli mən ətrafımdakılara təsir
edə bilərəm.
Biz öz peşəmizlə, peşəyə
olan sevgimizlə , hörmətimizlə nümunə
olmağı bacarmalıyıq.
-Sosial media dili ilə ədəbi dil arasında balans yaratmaq mümkündürmü?
-Əlbəttə mümkündür.
Hazırda universitetlərin
jurnalistika fakültələri
var. Məsələn , Bakı
Dövlət Universitetinin
Jurnalistika fakültəsinin
tələbəsi universiteti
bitirir və gələcəkdə televiziya,
radio aparıcısı olmaq və ya peşəkar jurnalist olmaq istəyir. O ədəbi dili necə mənimsəyibsə, o formada
da eşitdiyi informasiyanı
oxucusuna ötürəcək, verilişində
qaldırdığı problemi
tamaşaçıya düzgün
çatdıracaq. Jurnalistlərimiz,
tələbələrimiz bilməlidirlər
ki, nə qədər
dili yaxşı billsələr, mütaliə
etsələr, yaxşı
və peşəkar jurnalist olacaqlar.
-Sizcə, dilin bu şəkildə dəyişməsi təbii
təkamüldür, yoxsa
süni pozulmadır?
-Bu süni pozulmadır. Bəzi aparcılar düşünür ki, başqa dillərdən nitqdə istifadə etmək təfəkkürün nəticəsidir.
Amma təəssüf ki, bu
təfəkkür göstəricisi
deyil. Biz yaxşı düşünürüksə, düzgün danışmağımızla
nümunə olmağı
bacarmaq istəyiriksə,
təfəkkürümüzün məhsulunu düzgün çatdırmalıyıq.
-Ədəbi dili qorumaq üçün fərd və cəmiyyət olaraq hansı addımları atmalıyıq?
-Ədəbi dili qorumaq üçün dilin normalarını bilməyik. Əgər biz
ədəbi dil normalarını biliriksə,
ədəbi dil normaları nədir, necə xarakterizə olunur, sözün düzgün yazılışını,
düzgün tələffüzünü
bilmiriksə,
bu problemdir.Ən
əsası dilimizin qrammatikasını bilməli,
mütləq mütailə
etməliyik. Zəngin
söz ehtiyatımız
olmasa yaxşı danışa bilməyəcəyik.
Zeynəb Mustafazadə
Olaylar.- 2025.- 16-22 may, ¹17.- S.21.