Yunus Oğuzun
"Cengiz han"
romanı çapdan çıxdı
Hökmdarların, dünya fatehlərinin, sərkərdələrin həyatı insanlar üçün həmişə maraqlı olub. Ədəbiyyat xadimlərimiz də oxucuların bu istəyini həmişə nəzərə alıblar.
Olaylar.az xəbər
verir ki, görkəmli yazıçı,
onlarla tarixi romanın müəllifi Yunus Oğuzun dünya fatehlərindən biri olan Çingiz xan haqqında romanı Türkiyə türkcəsində çapdan çıxıb. Müəllif tarixin hər dönəmində həm tarixə,həm də ədəbiyyata
sirrlərlə
gizlənmiş bir şəxs olan Çingiz xanın yaşam yolunu türk oxuculara çatdırır.
"Çingiz xan"
(Cengiz han) romanında müəllif hökmdarın portretini savaşçı,
dövlət
qurucusu, hər nə qədər öldürsə də yaşatmağı
və
qurmağı sevən biri kimi çızır. Roman Türkiyədə
Bilge Tonyukuk Yayınları
Yayın Evində çapdan çıxıb.
Olaylar.-
2025.- 23-29 may, ¹18.- S.3.