Bir qadın, bir bayraq, bir
millət
Vətən sevgisinin ən saf ifadəsi
Türkiyənin Cümhuriyyət Günündə
yaşananlara sözardı
Bəzən millətin kimliyini, onun mənəvi dəyərlərini, tarixə
və dövlətə
olan sevgisini göstərmək üçün
nəhəng tribunalar,
pafoslu çıxışlar,
uzun bəyannamələr
lazım olmur. Bəzən bir bayrağın yerə düşməsinə imkan
verməyən bir qadının hərəkəti
bütün bir millətin mənəviyyatını
ifadə edir. Türkiyədə baş
verən bu hadisə, bir süpürgəçi qadının
dövlət bayrağını
yerə düşməkdən
qoruması əslində
təkcə sadə bir jest deyil,
millət anlayışının,
vətən sevgisinin,
şəxsiyyətin dərinliyindəki
milli ruhun göstəricisidir.
Hadisə sadədir:
Türkiyənin Düzcə
şəhərində çalışan
bir süpürgəçi
qadın küçədə
təmizlik apararkən
dövlət bayrağının
yerə düşəcəyini
görür və tez irəli atılıb onu tutur. Bəlkə kiminsə gözündə
bu, kiçik bir addım idi. Amma həmin
qadın üçün,
onun tərbiyəsində,
vicdanında, millət
anlayışında bu,
adi bir refleks
idi, çünki bayraq onun üçün
"bir parça parça" deyil, bir xalqın şərəfidir.
Hadisə
Türkiyə mediasında
geniş rezonans doğurdu. Düzcə bələdiyyə başçısı
Faruk Özlü həyat
yoldaşı ilə birgə qadını ziyarət etdi və ona bayrağa
göstərdiyi həssaslığa
görə həmin bayrağı və bir aylıq əməkhaqqısı məbləğində
pul mükafatı təqdim etdi.
Amma qadının cavabı hamını heyran qoydu: "Mənə bayraq bəsdir. Bunu nəvəm üçün cehizinə
qoyacağam. Allah sizdən
razı olsun."
Bu cümlədə nə qədər dərin məna var! Çünki burada qadın təkcə bir təşəkkürü qəbul
etmir, həm də gələcək nəsillərə dəyərlərin
ötürülməsi missiyasını
öz üzərinə
götürür. "Bayrağı
nəvəsinin cehizinə
qoymaq" - bu, milli tərbiyənin, ailə ənənəsinin, vətən
sevgisinin ən saf ifadəsidir.
Bu qadın, kim bilir, bəlkə hər gün onlarla insanın yanından diqqətsiz ötüb keçdiyi bir yerdə işləyirdi. Amma onun iç dünyası, sadəliyinin arxasında gizlənən milli dəyərlər
onu cəmiyyətin əxlaqi zirvəsinə qaldırdı.
Belə
anlarda insan düşünür: millətin
böyüklüyü onun
texnologiyasında, hərbi
gücündə, sərvətində
deyil. Millətin böyüklüyü onun
bayrağa münasibətində,
dəyərlərə sədaqətində,
əxlaqın sadə
insanlarda yaşamasındadır.
Bayraq sadəcə parça deyil. O, tarixin qanı ilə boyanmış kimlikdir. Onun rəngləri bir xalqın yaşadıqlarını, ağrılarını,
qürurunu daşıyır.
Bu qadın, bəlkə
də, bu dərin fəlsəfəni
sözlərlə izah
edə bilməzdi.
Amma bir hərəkəti
ilə onu yaşatdı. Əgər
bu hadisəni simvol kimi qəbul
etsək, o zaman görərik
ki, bayrağı yerə
düşməyə qoymamaq
təkcə fiziki hərəkət deyil, mənəvi məsuliyyətdir.
O qadın təkcə
parça qaldırmadı,
həm də millətin heysiyyətini qorudu.
Jurnalist
kimi düşünəndə,
bu hadisənin mediada yaratdığı rezonansın səbəbi də budur. Cəmiyyət uzun müddətdir ki, saxta qəhrəmanlara, formal dəyərlərə
öyrəşib. Amma bu
qadın, adı belə açıqlanmayan,
sadə süpürgəçi
xalqın həqiqi mənəvi qəhrəmanına
çevrildi. Çünki
o, vəzifə xatirinə
deyil, içdən gələn hörmətlə
davrandı. Onun davranışı bir insanın öz işinə, öz dövlətinə, öz
kimliyinə necə yanaşmalı olduğunu
göstərir.
Bu hadisə həm də vətənpərvərliyin
yüksəkdən deyil,
sadə insanların ürəyindən başladığını
xatırladır.
Bu hadisə həm də ailə tərbiyəsinin, milli ruhun
evdən başladığının
sübutudur. "Bunu nəvəm üçün
cehizinə qoyacağam"
- bu cümlə bir qadının millətə, bayrağa, nəsilə olan baxışının manifestidir.
O bayraq bir gün bir evin
divarında asılacaq,
bəlkə nəvəsi
o bayrağı görəndə
nənəsinin kimliyini,
davranışını, dəyərlərini
xatırlayacaq. Bu, nəsillər
arasında milli yaddaşın
körpüsüdür.
Bayraq - dövlətin səsi, xalqın vicdanıdır.
Onu qorumaq, əslində, öz vicdanını qorumaqdır.
Türkiyədə bir süpürgəçi
qadın bunu bizə sözsüz anlatdı. O, sadə bir insan idi,
amma bu davranışı
ilə milyonlara "bayraq sevgisi"nin nə demək olduğunu göstərdi.
Cəmiyyətlər çox vaxt böyük dəyişiklikləri "sadə
insanların" böyük
davranışları ilə
yaşayır. Bəzən
bir alim, bir siyasətçi, bir sənətkar milləti tərbiyə edə bilmir, amma bir
qadının sükutla
bayrağı yerə
düşməyə qoymaması
bir millətin mənəviyyatına dərs
olur.
Belə
insanlar çoxaldıqca,
dövlətlər möhkəmlənir,
millətlər ucalır.
Çünki bayrağı qorumaq
- torpağı, kimliyi,
dəyərləri qorumaqdır.
Sevda Dəniz
P.S.Noyabrın 9-da Azərbaycanda
Bayraq günüdür.
Üçrəngli, ay-ulduzlu bayrağımızın...Bayrağımızı başı üstündə gəzdirən,
sinəsində saxlayan,
işğaldan azad edilmiş Qarabağımızı
BAYRAQ rənginə boyayan oğullar yetirən Azərbaycan anasının qarşısında
SƏCDƏ!..
Olaylar.-
2025.- 7-13 noyabr, ¹38.- S.16.