İnsan, yurd və ana dili
Mahirə Nağıqızının 65 illiyinə beşinci yazı - yekun
Azərbaycan ədəbiyyatında publisistika xüsusi bir mərhələdir. Bu
janr həm tarixi yaddaşın qorunmasına, həm ictimai-siyasi hadisələrin
işıqlandırılmasına, həm də milli-mənəvi dəyərlərin
təbliğinə xidmət
edir. Müasir publisistikamızda bu missiyanı özünəməxsus
üslubu, duyğusal səmimiyyəti və eyni zamnada elmi-nəzəri,
analitik baxış bucağı ilə davam etdirən qələm sahiblərindən
biri də Mahirə Nağıqızıdır.
Filologiya
elmləri doktoru,
professor Mahirə Nağıqızının
(Hüseynovanın) elmi
məqalələri belə
demək olar ki, onun can-dildən sevə-sevə həyata keçirdiyi yurdsevərlik
(ana dilimizin qayğıları
çərçivəsində) missiyasının tərkib
hissəsinə çevrilir.
Bu baxımdan Mahirə
Nağıqızının qələm təcrübələrinin
böyük əksəriyyəti
özündə tamam
fərqli və yeni çalarlar əks etdirir. Elmlə bədiiliyin çuğlaşmasından
yaranan faydalı və ecaskar belə nümunələri
elmi-publisistik üslubda
qələmə alınmış
ədəbiyyat salnamələri
adlandırmaq olar.
Mahirə
Nağıqızının publisistik məqalələrinin
əsas məziyyəti
onların oxucu ilə canlı ünsiyyət qurmasıdır.
Onun yazılarında quru faktlardan daha çox hadisələrin arxasındakı
mənalar, insan taleləri, milli yaddaşın
izləri və dil məsələləri
ön plana çəkilir.
Müəllif oxucunu hadisənin sadəcə şahidi deyil, həm də iştirakçısı, problemin
daşıyıcısı kimi
görür
Mahirə
Nağıqızının publisistik yazılarında
bir neçə əsas mövzu diqqəti cəlb edir:
-Milli kimlik və vətənpərvərlik - Onun məqalələrində Azərbaycan
torpaqlarının tarixi,
xalqın mübarizə
yolu, şəhidlik zirvəsinə ucalan qəhrəmanların həyatı
geniş işıqlandırılır.
-Mədəniyyət və
ədəbiyyat
- Müəllif Azərbaycan
ədəbiyyatının və
folklorunun unudulmaz dəyərlərinə, söz
sənətinin böyük
nümayəndələrinə tez-tez müraciət edir.
-Sosial problemlər və insan taleləri - O, yazılarında
sadə insanların həyat hekayələrini,
gündəlik problemlərini,
ictimai ədalətsizliklərə
münasibətini, qürbətçiliyi
qələmə alır.
-Qadın mövzusu - Məqalələrində
Azərbaycan qadınının
(Ana obrazının) cəmiyyətdəki
rolu, onun ailə, ictimai və yaradıcı mühitdəki yeri xüsusi vurğulanır.
-Qayğıkeşlik və
səmimilik - Mütləq
nəzərə almalıyıq
ki, Mahirə Nağıqızı
elmi-pedaqoji fəaliyyəti
(+rəhbərlik) ilə
yanaşı bədii
yaradıcılıqla, aktiv
ədəbi fəaliyyətlə (heç
birini axsatmadan - necə deyərlər birini o birinin ayağına vermədən) məşğuldur.
İndiki vaxt qıtlığı şəraitində
bu işin necə çətin olduğunu, hər bir şəxsdən əlavə güc, qüvvət tələb etdiyini hamımız (yaradıcı insanlar) yaxşı bilirik. Hər iki sahəni
qoşa qanad kimi söz səmasında
məharətlə süzdürən
Mahirə Nağıqızının
bu sonsuz kəhkəşanda heç
bir təbəddülat
şahin kimi iti nəzərlərindən
yayınmır. Bu məsələdə
də o qadın ürəyinin həsaslığına,
ana qayğıkeşliyinə və səmimiliyinə arxayın olaraq hərəkət edir.
İNSAN
"Bəli, Faiq Balabəyli haqqında yazmağın məqamıdır,
anıdır. "Böyük"
sözündən daha
böyük ifadə olsaydı Onun haqqında deyərdim, yazardım. Gözəl insan, gözəl ata, gözəl ailə başçısı,
öz işinin öhdəsindən məharətlə
gələn bacarıqlı
bir mütəxəssis,
nəhayət, gözəl
şair.
Yelkənlər, gəminin bəyaz
duvağı
nə bilim, gördüyüm yuxudu, bəlkə
Gecələr yuxuma girən qağayı
Ölən dənizçinin ruhudu,
bəlkə.
Müəllif dənizçi olmasaydı
belə mən onu dənizi sevən, dənizə vurğun, hər an dənizlə nəfəs
alan biri təsəvvür edərdim.
İfadənin səmimiliyi,
reallığı bunu
deyir. Necə də yerindədir: "Yelkənlər, gəminin
bəyaz duvağı".
Amma elə "şeir"
sözü özü
də həyatın gözəlliklərini əks
etdirən söz deməkdir. Bir də şeir, yəni söz insan qəlbinin göstəricisi,
güzgüzü deyilmi?!
də doğruluğu,
dürüstlüyü, səmimiliyi,
cöşqunluğu təbliğ
edən insan başqa nə cür ola bilər ki?! Hər bənd və ya bütöv
bir şeir onu yazan müəllif
haqqında nələr
deyir. Qəlbinin təmizliyi, mərdliyi, vətənpərvərliyi, sevgisi
qəlbindən süzülüb
qələminə, oradan
da ağappaq vərəqlərə
süzülən şair , məncə, elə özü haqqında danışır. Gah vətənini
sevən bir vətəndaş, gah sevgisi
aşıb-daşan bir
aşiq, gah sənətinə
vurğun mütəxəssis-bir
dənizçi, gah da nəvələrini
oxşayıb-tumarlayan baba olur
şeirlərində Faiq
Balabəyli. (Olaylar.- 2024.- 16-22 avqust, ¹29.- S.15.)"
Bu təqdim etdiyim parça "Olaylar" qəzetinin ""Böyük"
sözündən daha
böyük ifadə olsaydı..." başlığı
ilə dərc etdiyi filologiya elmləri doktoru, professor Mahirə Nağıqızının
Faiq Balabəyli yaradıcılığına həsr
etdiyi "Dəniz adamı" məqaləsindən kiçik
bir hissədir. Biz bu kiçik
hissədə nələri
görürük? Əvvəlki;
bayatılar, şeirlər,
hekayələr haqqında
olan yazılarımda da dəfələrlə qeyd etmişəm ki, Mahirə Nağıqızı böyük
məharətlə (ustalıqala),
yüksək peşəkarlıqla
bir yazıda (janrından asılı olmayaraq) mövzunu bir neçə aspektdən ümumiləşdirərək
işləyir. Gələk,
yuxarıdakı gözəl
insan, gözəl şair, gözəl ailə başçısı
Faiq Balabəyli haqqında olan yazıya (Mahirə Nağıqızının baxş
bucağına diqqət
edək):
-Ön planda şairin (Faiq Balabəylinin) insanlığı
gəlir. O səmimi, həssas insan, gözəl ailə başçısıdır. Artıq
həyatın keşməkeşlərindən
keçmiş yetkin insandır (60 yaşı
var).
-O, özü sakit olduğu qədər, təlatümlü dənizin
yol yoldaşıdır.
O, dənizçidir, dənizin
sirdaşıdır.
-O, kövrək, həssas və olduqca duyğusal bir şairdir.
Müasir
dövrümüzdə bu
qədər yazan-pozanın
içində Faiq Balabəylinin söz
sərrafı olan Mahirə Nağıqızının
diqqətini cəlb etməsi təbiidir. Və mən bir qələm adamı kimi bu halı təqdir
edir, alqışlayıram.
Qeyri-iradi ustad Cabir Novruzun (Allah rəhmət eləsin)
"Sağlığında qiymət verin insanlara" ifadəsini (şeirini) xatırlayıram. İnsanlara sağlığında qiymət
verməyi bacarmaq üçün ilk növbədə
səmimi, həssas, ədalətli insan olmaq lazımdır. Mahirə xanım ən yüksək qiymətə layiq çox dəyərli xanım-xatın ziyalımız,
gözəl insan, mahir söz ustası, peşəkar mütəxəsisidir (dilçi).
YURD
VƏ DİL (ŞEİR)
"...Hidayətin şair və insan taleyini
şərtləndirən tale yazısıdır. Qəlbində
ancaq doğmalarına
deyil, xalqına və Vətəninə boylanan sərhədsiz sevgi yüküylə qoşulduğu ömür
karvanı dünyanın
harasından keçir
keçsin, onu çəkən bircə
ünvan üçün
qəribsəyir:
...Sənin Vətənini sevdim ürəkdən,
Sevdim
ilk addımdan, ani baxışla.
İndi qucağına çağırır
Vətən,
Həsrətim qor olub, məni bağışla!
Onu demək çətindir
ki, Hidayətin fikir və həmin fikrin ifadə forması olan söz potensialını
ilk dəfə kim görüb və onun şeirlərinin arxasınca kim su atıb. Bunu
bilmirik, bildiyimizsə
o faktdır ki, ötən
əsrin 70-ci illərində
o, mürgülü İrəvan
ədəbi mühitini
silkələyə bilib.
Bu, tamam başqa mövzudur, lakin yeri gəlmişkən qeyd etməyi lazım bilirik ki, o ədəbi mühit öz inersiyası hesabına 50-ci illərə
qədər qorunub saxlanılıb və bu "saxlanılmaq" Sovet Ermənistanında
1948-53-cü illərə qədər
ancaq dözülə
bilən siyasi ab-hava ilə sinxronlaşmadan
başqa bir şey olmayıb. Həmin ədəbi mühitin solğunlaşması,
ilk növbədə, təzədən
boy verən daşnak təfəkküründən qidalanan
və azərbaycanlı
ziyalıları tarixi
yurdlarından perik salan gerçəklik idi. Daha pis
olansa, əlbəttə,
işinin sürünə-sürünə
də olsa, keçməsi üçün
"erməniyə dayı
deyənlərin" sırasının
genişlənməsi idi.
Onun
"Şahmat taxtası
önündə" şeiri
yaşadığı emosiyanı
bu cür təqdim edir:
Sənin
topun da var, zabitin də var,
Mənim
ümidimsə piyadalardır.
Şahıma tuşlanan başsız
hücumlar,
"Dirsəklər"ə dəyib
qayıdacaqdır.
"Şeir nədir" - sualının cavabı da
elə beləcə tapılır: "Şeir,
nəinki yadında qalan, zaman-zaman içində
təkrarlamağa ehtiyac
duyduğun misralar və insanın daxili dünyasının ətraf mühitə poetik münasibətidir".
Şair "Şahmat
taxtası önündə"
dayanarkən həmin münasibətin ifadəsini
görürük. Buna görədir
ki, Kantın həmyerlisi
və fəlsəfi baxışlarının ən
görkəmli davamçısı
Humboldt poeziyanı "insan
təfəkkürünün ən qüsursuz ifadə vasitəsi" olaraq qəbul edirdi. (Ədəbiyyat qəzeti.-
2022.- 16 aprel.- S.12-14.)"
"Ədəbiyyat qəzeti"ndə
"Həqiqət pıçıltılarının
poeziyası" adı
altında Hidayətin
(Hidayət Xuduş oğlu Orucov) yaradıcılığı (şeirləri)
haqqında dərc olunmuş geniş yazısında Mahirə Nağıqızının bir
daha "İnsan",
"Yurd" və
"Dil" qavramlarının
vəhdətindən necə
bəhrələndiyinin şahidi
oluruq. Geniş məqalədən təqdim
etdiyim bu kiçik parçada yurdsevərlik haqqında
uzun-uzadı danışdığım
məqamlardan əlavə
gələcəyə olan
böyük ümidin
işartılarını görürük.
Bu işartılar uzaq
üfüqdə doğmaqda
olan birlik, bütövlük, vəhdət
Günəşinin ilk şəfəqləridir.
Mahirə
Nağıqızı publisistik
məqalələrində həm
analitik təhlil, həm də emosional çalarları bacarıqla birləşdirir.
Onun yazıları oxucunu düşündürməklə
yanaşı, emosional
təsir gücü ilə də fərqlənir. Bu onun özünün bəzi məqamlarda, xüsusilə
söhbətin mövzusu
Vətən, torpa, Ana
dili olanda emosianal davranması ilə bağlıdır
(bu barədə birinci-giriş yazımda
da qeyd etmişəm).
İstər-istəmz o, bu
hissləri qələmə
aldığı mətnlərlə
oxucusuna da ötürür. Hər bir məqalə həm faktların dəqiqliyi, həm də səmimi üslubu ilə yadda qalır, olduqca əhəmiyyətli və
faydalıdır.
Mahirə
Nağıqızının publisistik yaradıcılığı
bir daha sübut edir ki, publisistika yalnız hadisələri işıqlandırmaq
yox, həm də oxucunu düşündürmək, milli mövqeyini möhkəmləndirmək,
gələcək üçün
məsuliyyət hissini
artırmaq missiyası
daşıyır. Onun
məqalələri milli yaddaşı
qorumaq, gənc nəslə ibrət dərsi vermək baxımından xüsusi dəyərə malikdir.
YEKUN
Beləliklə, Mahirə Nağıqızının
əsərləri şağdaş
Azərbaycan ədəbiyyatı
nümunələri arasında
seçilir. Onun qələmi ilə yazılan yazılar (şeirlər) həm tarixi faktların salnaməsi, həm də mənəvi gücün ifadəsidir.
Bu məqalələr oxucunu
təkcə məlumatlandırmır,
həm də düşündürür, ruhlandırır,
milli mənsubiyyətini xatırladır və bu milli kimliyə bağlayarq gələcəyə böyük
ümidlər yaradır.
Onun bütün yazdıqlarının və
fəaliyyətinin yekun
sözünü - tezisini
belə dəyərləındirmək
olar: "Ey uca millətin böyük övladı sənin şərəfli
keçmişin olduğu
kimi şanlı gələcəyin var (bu həqiqətən belədir
-heç çübhəniz
olmasın)!"
Sona qədər həmsöhbət
olduğunuz üçün
təşəkkür edirəm.
Bu mövzda da silsilə
yazımızı uğurla yekunlaşdırdıq.
Nəzərinizə çatdırım
ki, "Yazarlar" olaraq
Mahirə Nağıqızının
65 illik yubileyi münasibətilə "Yazarlar"
jurnalının Noyabr
- 2025 ¹ 11 (59)-cu sayını, "Munis yazılar - 4" və
"Mahirə Nağıqızı
-65" (monoqrafiya) kitablarını
hazırlayıb çap
etmişik. Bir daha Mahirə xanımı doğum günü və 65 illik yubileyi münasibətilə
təbrik edir, qarşıdakı bütün
həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər
arzulayırıq!
Zaur
Ustac,
"Yazarlar" jurnalının
baş redaktoru,
AYB və AJB-nin üzvü.
Olaylar.-
2025.- 7-13 noyabr, ¹38.- S.19.