TÜRKSOY Yunus Oğuza

Onur nişanı verdi

 

Bu gün Atatürk Mərkəzində yazıçı-publisist Yunus Oğuza TÜRKSOY-un Onur nişanı təqdim olunub. Tədbirdə çıxış edən  Atatürk Mərkəzinin direktoru,  akademik  Nizami Cəfərov bildirib ki, Yunus Oğuz təkcə yazıçı deyil, həm şair, filosof, publisist jurnalist kimi Azərbaycan ədəbi mühitində özünəməxsus yerə malik şəxsiyyətdir:

"Yunus Oğuz ümumtürk təfəkkürünə sahib nadir yazıçılardandır. O, əsərlərində yalnız Azərbaycanı deyil, bütün türk dünyasını düşündürən mövzuları qələmə alır. Onun hər yeni kitabı məsuliyyət vicdanla yazılmış bir əsərdir, hər cür mükafata təqdirə layiqdir"

TÜRKSOY-un Baş katibi Sultan Raev  Yunus Oğuzun yaradıcılığının türk mədəniyyətinə verdiyi töhfəni yüksək qiymətləndirib:

"Əziz dostlar, bu gün Atatürk Mərkəzində toplaşmaqdan qürur duyuram. Atatürk türk dünyası üçün simvoldur. TÜRKSOY olaraq iqtisadiyyatdan tutmuş dil, mədəniyyət incəsənətə qədər bütün sahələrdə türk xalqlarının birliyinə çalışırıq. UNESCO ilə birgə iclaslarda da 300 milyonluq türk dünyasının dilinin beynəlxalq səviyyədə tanıdılması üçün fəaliyyət göstəririk."

Sultan Raev əlavə edib ki, Yunus Oğuzun "Nadir Şah" "Əmir Teymur" kimi tarixi əsərləri türk tarixinin yaşadılması, bu birliyin gücləndirilməsində mühüm rol oynayır:

"Yunus Oğuz bizim tariximizi, dəyərlərimizi yaşadan, keçmişi gələcəklə birləşdirən altun bir yazardır."

Tanınmış yazıçı, Azərbaycan Yazıçılar Birliyinin katibi, əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli  tədbir iştirakçılarını qonaqları salamlayaraq, xüsusilə TÜRKSOY-un Baş katibi Sultan Raevin iştirakını yüksək dəyərləndirib:

"Hamınızı salamlayıram, Sultan bəy xoş gəlib. Bu gün münasibətilə Yunus bəyi ürəkdən təbrik edirəm. Onun TÜRKSOY-un "Onur nişanı" ilə təltif olunması böyük qürur hissidir."

Yazıçı çıxışında həmçinin qarşıdan gələn 8 Noyabr - Zəfər Günü münasibətilə təbriklərini çatdırıb bu günün yalnız Azərbaycanın deyil, bütün türk dünyasının qələbə rəmzinə çevrildiyini vurğulayıb:

"Qarşıdan Zəfər Günü gəlir. 8 Noyabr təkcə Azərbaycanın deyil, bütün türk dünyasının bayramıdır. Bu gün türk birliyinin, qardaşlığının, həmrəyliyinin təntənəsidir."

Elçin Hüseynbəyli çıxışını Yunus Oğuzun yaradıcılığının türk mədəniyyəti ədəbiyyatı üçün əhəmiyyətini qeyd etməklə tamamlayıb, yazıçını təbrik edib ona yeni yaradıcılıq uğurları arzulayıb.

Yunus Oğuzun TÜRKSOY-un "Onur nişanı" ilə təltif olunması Azərbaycan ədəbiyyatının, eləcə ümumtürk mədəniyyətinin növbəti böyük uğuru kimi qiymətləndirilib.

Publisist, filologiya üzrə elmlər doktoru Abid Tahirli   tədbirdə çıxış edərək, yazıçını səmimi  təbrik edib.

Abid Tahirli  Yunus Oğuzun müasir Azərbaycan ədəbiyyatında mətbuatında fəal mövqeyindən danışaraq onun yaradıcılığını yüksək qiymətləndirib:

"Yunus Oğuz haqqında çox danışmaq olar. Çünki o, hər gün mətbuatda görünür, daim ictimai fikir məkanındadır. Onun romanlarının adlarını sadalamaq üçün bir neçə dəqiqə kifayət etməz. Bu, onun qədər məhsuldar dinamik yaradıcılığa malik olduğunun göstəricisidir."

Filoloq qeyd edib ki, Yunus Oğuzun "Cığır" romanı ədəbi mühitdə geniş maraq doğurub əsərin mövzu seçimi, bədii dili, təsvir ifadə vasitələri ilə oxucular arasında xüsusi populyarlıq qazanıb:

"Biz "Cığır" romanı ilə bağlı çoxlu müzakirələr aparmışıq. Yunus Oğuz tarixi faktları necə topladığını, onları necə bədii şəkildə təqdim etdiyini ustalıqla göstərir. Bu kitab həm ədəbi, həm mənəvi baxımdan dəyərli əsərdir."

Abid Tahirli həmçinin qarşıdan gələn Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib TÜRKSOY-un Baş katibi Sultan Raevə təşəkkürünü bildirib. O, təşkilatın türk xalqları arasında mədəni ədəbi əlaqələrin inkişafına böyük töhfələr verdiyini vurğulayıb:

"Bu 32 il ərzində TÜRKSOY-un çoxsaylı möhtəşəm tədbirləri keçirilib. Amma biz arzu edərdik ki, türk xalqlarının, o cümlədən Azərbaycan mühacirətinin ədəbi irsi, coğrafi tarixi izləri bu istiqamətdə daha geniş şəkildə təqdim olunsun."

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə daxil olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı publik hüquqi şəxsin (keçmiş "Azərsu" ASC) mətbuat xidmətinin rəhbəri Ceyhun Musaoğlu (Musayev) yazıçı Yunus Oğuzun fəaliyyətini yüksək qiymətləndirib. Ceyhun Musaoğlu bildirib ki, yaxşı jurnalist ilk növbədə "pozmağı" bacaran, nəyi yazmamağı dəqiq müəyyən edən peşəkardır. Onun sözlərinə görə, yazıçı isə yaratdığı cümlələrlə oxucunu öz tərəfinə çəkməyi bacarmalıdır. "Yazıçılıq həm pul qazanmaq, kapital toplamaq, həm ədəbiyyata xidmət etməkdir. Elə yazıçılar var ki, sırf ədəbiyyata görə yazır. Yunus bəy onlardan biridir. Yazdığı kitablarla milyonlarla gəlir əldə etmək olar, amma o, bunu ədəbiyyata, amala xidmət üçün edir", - deyə Musaoğlu qeyd edib.

O, Yunus Oğuzun xarakterinin yaradıcılığa yanaşmasının onu digərlərindən fərqləndirdiyini vurğulayıb:

"Yazıçılar həm qeyri-adi insanlardır. İnsan xarakterinə uyğun yaşayır. Mən öz vətənimə minnətdaram ki, sizi yetişdirib."

Sonda  Sultan  Raev  mükafatı  Yunus  Oğuza  təqdim  edib.

 

Zeynəb Mustafazadə

Sevda Dəniz

 

Olaylar.- 2025.- 7-13 noyabr (¹38) .- S.12.