Azərbaycan Ordusu- regionun
ən inkişaf etmiş hərbi qüvvəsi
Zəfər paradı bunu bir daha təsdiq
etdi
44 günlük Vətən müharibəsində
Müzəffər Ali
Baş Komandan, Prezident
İlham Əliyevin dəmir iradəsi, uzaqgörən siyasəti
və xalqımızın
sarsılmaz birliyi sayəsində Azərbaycan
tarixi ədaləti bərpa etdi, öz torpaqlarını işğaldan azad etdi. Müharibəyə qədər illərlə
aparılan məqsədyönlü
siyasət, iqtisadi və hərbi potensialın gücləndirilməsi,
beynəlxalq müstəvidə
aparılan diplomatik mübarizə bu Qələbənin zəminini
hazırladı. Azərbaycanın
iqtisadi qüdrəti,
hərbi sənaye kompleksinin formalaşdırılması,
müasir silah sistemləri ilə təchiz edilmiş Ordumuzun yaranması, beynəlxalq aləmdə qazandığı yüksək
nüfuz, bütün
bunlar Zəfərin əsas sütunlarına çevrildi. 30 ilə yaxın davam edən işğal dövründə Azərbaycan
xalqı heç vaxt torpaqlarının itirilməsi ilə barışmadı. Əmin
oldu ki, haqq-ədalət bərpa olunacaq, üçrəngli
bayrağımız yenidən Qarabağ
səmasında dalğalanacaq.
Məhz bu inam, bu əzmkarlıq
bizi Zəfərə apardı.
8 Noyabr - Zəfər
Günü Azərbaycanın
tarixində ən qürurlu səhifələrdən
biridir. Zəfər Günü qələbənin qeyd edildiyi gün olmaqla yanaşı, həm də bir xalqın əzmini, dözümünü,
birliyini və dövlətinə sədaqətini
ifadə edən gündür. 8 noyabr
2020-ci ildə Şuşanın
azad edilməsi ilə Azərbaycanın
tarixi Qələbəsi
rəsmiləşdi. Bu
Qələbə yalnız
hərbi deyil, həm də mənəvi, milli dirçəlişin, 30 illik
ədalətsizliyə verilən
cavabın Qələbəsi
idi. Bu günü dövlətimizin,
ordumuzun və xalqımızın birlik və əzminin simvolu olan şanlı
Qələbəni böyük
fəxarətlə qeyd
edirik. Bu dəfə də Qələbəmizin beş
iliyini möhtəşəm
Zəfər paradı
ilə qeyd etdik.
Etiraf edək
ki, Azərbaycan Qələbəni hansısa
kənar qüvvənin
deyil, xalqın iradəsi və Ordunun gücü ilə əldə etdi. Müharibə dövründə cənab
Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli
diplomatiya Azərbaycanın
beynəlxalq mövqelərini
daha da möhkəmləndirdi.
Dövlət başçımızın
dünyanın 30-dan çox
aparıcı beynəlxalq
media qurumuna verdiyi müsahibələr,
dünya ictimaiyyətinə
çatdırdığı haqq səsi informasiya cəbhəsində
də Azərbaycanın
qələbəsini təmin
etdi. Lakin bu təkcə Azərbaycanın deyi, bütün türk dünyasının Qələbəsi
idi. 8 Noyabr Zəfərinin 5 ilinə həsr edilmiş hərbi parad fikrimizi bir daha
təsdiqləyir. Paradda
rəşadətli Silahlı
Qüvvələrimizlə yanaşı, qardaş Türkiyə və Pakistanın hərbçilərinin
təmsil olunması, sözügedən ölkələrin
rəhbərlərinin nitq
söyləməsi üç
dövlətin "bir
zindana çəkic vurmasının" göstəricisi
idi. Bu baxımdan
qeyd etmək olar ki, Azadlıq
Meydanında
Zəfər Günü
münasibətilə keçirilən
hərbi parad təkcə bir qələbənin deyil, həm də dövlət suverenliyinin bərpasının, milli iradənin və qlobal güc balansında Azərbaycanın
yeni yerinin nümayişidir. Bu paradın əsas özəlliyi ondan ibarətdir ki, Türkiyə və Pakistan kimi iki
mühüm regional və müsəlman dünyasının aparıcı
dövlətlərinin liderləri
paradda iştirak edərək, dünyaya həm siyasi, həm də mənəvi mesajlar verdilər. Prezident İlhan Əliyev Vətən müharibəsi
dövründə hər
iki dövlətin göstərdiyi siyasi və mənəvi dəstəyi yüksək
qiymətləndirdi: "Bu
gün bizim paradda Əziz qardaşım, Türkiyə
Cümhuriyyətinin cümhurbaşqanı
hörmətli Rəcəb
Tayyib Ərdoğan iştirak edir. Əziz qardaşım İkinci Qarabağ müharibəsinin ilk saatlarından başlayaraq Azərbaycana,
Azərbaycan xalqına,
Azərbaycan Ordusuna öz dəstəyini göstərirdi. Onun verdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verirdi, bizi ruhlandırırdı.
Qardaş Türkiyə
xalqı hörmətli
Prezident Ərdoğanın
liderliyi ilə Azərbaycana müntəzəm
olaraq dəstək göstərmişdir. Müharibə
zamanı onun "Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır!"
deməsi bütün
dünyaya çox ciddi mesaj idi.
Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq. Müharibədən və
şanlı Zəfərimizdən
bir il sonra
tarixi Şuşa şəhərində Türkiyə
və Azərbaycan prezidentləri Şuşa
Bəyannaməsini imzalayaraq
bizim əlaqələrimizi
ən yüksək zirvəyə - müttəfiqlik
səviyyəsinə qaldırmışlar.
Bu gün bizim Hərbi paradda Türkiyə hərbçilərinin iştirakı
birliyimizin növbəti
təzahürüdür.
Beş il
bundan əvvəl Zəfər paradında da əziz qardaşım
Rəcəb Tayyib Ərdoğan bizimlə bərabər idi. Bu gün isə
bizimlə bərabər
digər əziz qardaşım iştirak edir. Qardaş Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bizim qonağımızdır.
Pakistan dövləti və xalqı 44 günlük Vətən
müharibəsi zamanı
Azərbaycana dəstək
və həmrəylik
göstərmişdir. Bu
gün ilk dəfə olaraq Azadlıq meydanında Pakistan hərbçiləri
də bizimlə bərabər iştirak edirlər. Bu, üç ölkənin
- Azərbaycan, Türkiyə,
Pakistan xalqlarının,
ordularının birliyinin
təzahürüdür". Reallıq ondan ibarətdir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan Baş naziri Bakıya gəlişi Azərbaycanın
diplomatik müstəqilliyini
və qardaşlıq
diplomatiyasının strateji
nəticələrini bir
daha təsdiqləyir.
Türkiyə və Pakistan liderlərinin paradda birgə iştirakı, yeni bir geosiyasi üçbucağın,
Ankara-Bakı-İslamabad xəttinin
möhkəmləndiyini göstərir.
Paradda müdafiə
sənayemizin yeni silahlarının nümayiş
etdirilməsi qürurverici
hal idi. Ən müasir hərbi sursatların nümayişi deməyə
əsas verir ki, Azərbaycan
Ordusu Cənubi Qafqazın ən güclü və texnoloji cəhətdən
ən inkişaf etmiş hərbi qüvvəsidir. Ölkədə
həyata keçirilən
genişmiqyaslı islahatlar,
hərbi texnika parkının yenilənməsi
və müasir texnologiyaların tətbiqi
nəticəsində ordu
tamamilə yeni səviyyəyə yüksəlib.
Azərbaycan Ordusunun texnikası bu gün həm say, həm keyfiyyət,
həm də müasir döyüş konsepsiyalarına uyğunluğu
baxımından regionda
ön sıradadır.
Müasir texnologiyalar,
peşəkar hərbi
kadrlar, milli istehsal potensialı və strateji tərəfdaşlıqlar sayəsində
Azərbaycan Silahlı
Qüvvələri yüksək
döyüş hazırlığı
səviyyəsindədir. Bu
güc təkcə müdafiə qabiliyyətini
deyil, həm də regionda sülhün və sabitliyin qorunmasında Azərbaycanın rolunu daha da möhkəmləndirir.
Artıq fəxrlə
demək olar ki, bu gün
işğaldan azad olunmuş torpaqlarımızda
dalğalanan üçrəngli
bayrağımız xalqımızın
azadlıq, müstəqillik
və suverenlik rəmzidir. Onu da qeyd edək
ki, tarixi ədaləti qüdrətli
Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində canı-qanı
hesabına bərpa etdi. Fərəhləndirici
haldır ki, İkinci
Qarabağ müharibəsində
tətbiq edilən döyüş taktikası
dünya hərb tarixində yenilik kimi müxtəlif ali hərbi məktəblərin dərsliklərinə
salınıb. Qərbin
bir sıra mətbu orqanlarında, eləcə də ABŞ-ın bir sıra
analitik nəşrlərində
Azərbaycan Ordusunun hərbi taktikası öyrənilir.
Alim HÜSEYNLİ
Olaylar.-
2025.- 14-20 noyabr, ¹39.- S.10.