Çobanbayatı”da elat-tərəkəmə həyatı

 

Şair-publisist Əkbər Qoşalı imzası Azərbaycan ictimaiyyətinə kifayət qədər tanışdır. Publisist yazılarında oxucuları düşündürən, narahat edən problemlərin analitik şərhi, izahı ilə rastlaşırıqsa, poeziyasında keçmişlə indinin, mif dünyası ilə müasir reallığın üzvi sintezini görürük. Onun 2023-cü ildəXannəşriyyatında işıq üzü görmüş şeirlərindən ibarətSeçilmiş əsərləri”nin 1-ci cildini gözdən keçirirəm. Mərhum millət vəkili Qənirə Paşayevanınİdeyalı ədəbiyyatın layiqli təmsilçisiadlı giriş sözü tənqidçiədəbiyyatşünas Vaqif Yusiflinin ön sözü ilə açılan kitabı gözdən keçirdikcə, doğrudan da, “XXI əsrin poetik təfəkkürü ilə” (V.Yusifli) rastlaşırıq. O mənada ki, gerizəkalılıq düşüncəsi ilə Əkbər Qoşalı yaradıcılığını anlamaq çox müşkül olar. Əzəmətli tarixi keçmişimizdən, zəngin mifoloji dünyagörüşümüzdən xəbərdar olmadan, onun şeirlərini (hətta publisistikasını da!) tam təfsilatı ilə, dərinliyi ilə başa düşmək, dərk eləmək olmaz. Mən bu yazıda şairin lirik-emosional duyğulara bülənd olmuşÇobanbayatıpoeması üzərində fikirlərimi bölüşmək istəyirəm.

Uzaqlardan bir ilahi tütək səsi gəlirdi,

Kədər vardı,

fərəh vardı,

dəvət vardı o səsdə...

Əlim qaşımın üstündə, qulağım dinşəmədə,

axşamüstü yol dəyişdim o ilahi səs səmtə.

“Az getdim-üz getdim,

dərə-təpə düz getdim”,

Bir saatın tamamında ol məkana yetişdim.

Dağ döşündə bir çobandı üzü-gözü fərəhli,

Yeməkdən yorğun sürüsü gövşəyirdi sərində.

Salam verdim, salam aldım.

Dedim, qardaş,

çalır, oxurdun? –

buralara

o ilahi

səsdən tutub gəlmişəm.

Dedi, “”Çobanbayatı”ydı – “bizim Çobanbayatı” –

Çobanların həyatı”...

Dedim, pəki,

qızındırmı yamacda çiçək yığan?

Dedi, qızımdır, əmisi, çobanyastığı yığar;

Dedim, boğazım quruyub... –

Tez səslədi övladını,

dedi, götür kuzəni,

en bizim Çobanbulağa,

doldur gətir, yubanma...

Bu cür başlanır poema. Fikir versək görərik ki, müəllif uzaqlardan gələn tütək səsi”nin ­– yəni keçmişimizin əks-sədasının tütək səsində - çobanın tütəyindən eşitdiyimizÇobanbayatıhavasındanhavalanıb” – vəcdə gəlib qələmə alıb bu əsəri. lirik mən obrazı bu səsin sehrinə düşüb, “əlini qaşının üstünə qoyubsanki o uzaqlara – ulu keçmişimizə zəndlə baxa-baxa qulağıyla bu səsi dinşəmədə” – hissiylə, varlığıyla bu səsi dinləmədə, ruhuna hopdurma həvəsindədir. Təsadüfi deyil ki, Əkbər burada nağıl dilinə - nağıllarımızın ənənəvi başlanğıc formullarından olanaz getdim, üz getdim...” ifadəsinə müraciət edir. Çünki şair nağıldilli bir aləmdən söz açmaq istəyir şeirin mövzusunda burada çoban obrazı ilə daxili mükalimə aparır, “ çalır, oxuyursansorğusuna aldığı cavaba diqqət edək: “Çobanbayatı” – Çobanların həyatı şəklində mənalandırılır.

MüəllifinÇobanbayatı”nı Çobanların həyatı şəklində mənalandırmağı da təsadüfi deyil. Çünki bayatı xalqımızın ən qədim lirik folklor janrlarından olub, xalqın düşüncə duyğularını rəngarəng şəkildə özündə əks etdirir. Poemanın başlanğıcında da şair bu məqama işarəylə göstərir ki, o, tütək səsində Çobanbayatısıhavasının səsindəkədər vardı, fərəh vardı, dəvət vardı” - yəni hər bir insanın həyatı kimi, çobanların həyatının tərcümanı olan bu tütək səsində kədər , sevinc öz ifadəsini tapıb bu səsdəkidəvətilə insanları bu kədərlə həmdərd olmağa bu sevincə şərik çıxmağa dəvət edir; həmçinin ki, bu dəvət bir azərbaycanlı düşüncəsindəki qonaqpərvərliyinevinə qonaq dəvət etməyin inikası kimi dəyərləndirilməlidir. Məhz bu fikirlərin təsdiqi kimi lirik mən obrazı çobanın tütək səsinin sehrinə aludə olub, çobanın alaçığına təşrif buyurur. Soruşur ki, yamacda çiçək dərən qızındırmı. Aldığı cavabda maraqlı detallar üzə çıxır: Yamacdaçobanyastığıçiçəyi yığan qızına səslənir ki, səhəngi götürübÇobanbulağındanqonağımızçün su gətir.

Burada Əkbər QoşalıÇobanyastığıgülü, “Çobanbulağ”ın suyu ifadələrindən təsadüfi söz açmır. Dilimizin polifunksional çalarlarından həm ədəbi priyom kimi faydalanır, həm ki, bəhs etdiyi çoban həyatında çobanın adına bağlı gülün-çiçəyin suyun-bulağın olduğunu diqqətə çəkməklə çobanla vətən təbiətinin bağrıbadaş olduğunu, ayrılmaz olduğunu sözarası çatdırmaq istəyib. Burada çobanın qızının bulaqdan su götürüb-qayıtmasını cəldlik mənasındaquşötkünü qayıtdışəklində ifadə edir ki, bu məqam da yadımızaçobanaldadandeyilən bir quşun da olduğunu salır. Əlbəttə, bu, şairin quşun adını dilə gətirmədən oxucu təxəyyülündə canlandıra bilməsinə bir sübutdur. Çoban qızının gətirdiyi suyu nuş edən qonaq bu arada el alqışı el qarğışı söyləyir: “Salam olsun Hüseyni-şəhidə, lənət olsun yezidi-pəlidə”. Burada yezid adı islam tarixindən bəlli olan bir əhvalata işarədir susuzlara su verməyən kafir timsalında anlaşılır. Bu da müəllifin milli-etnoqrafik lövhələri poemanın ruhunda təbiiliklə canlandırmasının bir təzahürüdür. Elə bu alqış-duaların dalısınca çobanın dediyiyaddaşı var suların…” ifadəsi isə elmi biliyin şeir dilində əksini tapmasıdır. Çünki elm sübut edib ki, suyun yaddaşı var, suya söylənən dualar əbəs deyil. Su səsiduanı öz yaddaşında saxlayır. Buna görə çoban müsafirin dilindənlənət sözünün eşidilməsinimüqabil saymır əlavə edir ki, tanrı özü yaxşı bilir kimi necə cəzalandırmağı. Yəni sən tanrının öhdəsinə burax hər şeyi. Bu sözlərin müqabilində şair çobanıirfan çobanıkimi böyük ürək sahibi adlandırır. Daha sonra Ə.Qoşalıqoyunların xalxal vaxtı, sağın vaxtı çatmasısəhnəsini folklor-etnoqrafik lövhələr fonunda təqdim edir, tərəkəmə-elat həyatını təsvirdə canlandırır. Yaylağa muncuq təki yayılan qoyun-quzu sürüsünün kənd təsərrüfatı sahəsindəki, məişətdəki əhəmiyyətini şair dili ilə misralara belə düzür:

“Cana hopur yaylağın-yamacın yovşan ətri...

Biz bəsləyən heyvanların əti, südü, qatığı,

bulaması, dələməsi, süzməsi, şor-pendiri,

damaqlarda dad olur - hər biri bir aləmdi...

Saçaq-saçaq qoyun yunu - döşənir döşək olur,

işlənir yorğan olur;

hələ, bir köynək, əlcək, corab... desən,

uzun qışı canımıza yoldaşdı.

Ev-eşikdə bər-bəzəkdi yun xalılar, gəbələr,

kilim, cecim palaz... -

ağlına hər gələr... -

Çiyinlərdə heybə, xurcun

bu altun sürülərin yunundanca deyilmi?..

deyirdi nənələr? -

"Qoyunlu evlər gördüm,

Qurulu yaya bənzər;

Qoyunsuz evlər gördüm,

Qurumuş çaya bənzər...".

Əziz qonaq,

başını

ağrıdım,

Anasını,

balasını axtaranda

mələşər qoyun-quzu -

dağlarda, dərələrdə çiçəkləyər səsləri

bax, o vaxtda bu heybədən çıxararaq tütəyi,

"Qoyunhəngi" çalırıq;

qoyun-quzu səngiyir...

"Bu qoca dağların biri bizik",

Təbiət biznəndir, biz təbiətnən;

Məktəb oxumadıq, həyat oxuduq,

İndi uşaqlarım gedir məktəbə,

Onlar təbiətdən dərs alıb zatən -

ev yıxmaz, ki, könülləri qırmazlar.”

Bu misralarda müəllif sanki xalqımızınqoyun qızılı basıbməsəlinin əyani açıqlamasını verir. Belə ki, məişətdə təsərrüfatda qoyunçuluğun əhəmiyyətli dərəcədə vacib rolunun əlamətləri bu misralarda birər-birər sadalanır, maddi nemətlər bolluğu yaratması poetik ovqatda nəql olunur. Axırda isə deyilən sözlərə söykək kimi sayaçı sözlərə üz tutur, ata-babalarımızın qoyunlu evlərin qurulu yay, qoyunsuz evlərin qurumuş çay timsalında göründüyü qənaətini yada salır. Şairin çobanların dilindən söylədiyiMəktəb oxumadıq, həyat oxuduq, indi uşaqlarım gedir məktəbəmisraları isə müəyyən mətləblərə işarə vurur. Yəni bizim dədə-babalarımız at belində elat-tərəkəmə həyatı keçiriblər, yayda yaylaqlara, qışda qışlaqlara köç edib, bu həyat yollarında həyat məktəbi keçiblər, “həyatı - həyatın özünü (hər üzünü) oxuyaraqoxumamış alim mərtəbəsinə yetişiblər. Bu səbəbdəndir ki, rəhmətlik Bəkir Çobanzadədən tutmuş müasir dövrümüzədək Çobanov soyadı, Çoban adı pasportlaşaraq günümüzədək əzəmət-qeyrət, zəka simvolu kimi gəlib yetişibdir.

Çoban babalarımız sadəcə sürülərheyvanlar otarmayıblar, cəmiyyətiotarıblar” – yetişdiriblər öz dərin zəkaları, idrakları ilə. O dövrün məktəbi bu sayaq şifahi şəkildə sürü arxasında, at belində s. nəsillərdən-nəsillərə ötürülürdü. İndiki müasir tipli məktəblərə uğurla ayaq açıb, ali təhsilin müxtəlif pillələrində oxuyub püxtələşənlər məhzindi uşaqları məktəbə gedənhəmin çoban babalarımızın övladları olan biz müasir nəsilik. Əbəs deyil ki, bu məqama bir qədər sonra Əkbər Qoşalı bu səpkidə anlatma gətirir.

Bəs necədir sürü ilə dil tapmağın, de, necə? -

Şövqlə dedi:

isnişmişik, lap incədən incə...

Dedim, çətindimi bu sənət, qardaş?

Dedi, peyğəmbərlər çoban olubsa,

sən sualı ver, mən cavabı...

Dedim ki, hər yerə adınızı qoşmusuz:

Çobankənd, Çoban talası, Çoban bulaq -

Daha da neçə-neçə sizə yaxın-uzaq ad...

- O adları el veribdi, biz ad verən deyilik,

Eldən gələn adları da çevirən ha deyilik...

Dedim, sənin mənə sözün ola?

Dedi, siz söz əhlisiz,

biz hal əhliyik, qardaş,

Gəl, gedək, bardaş quraq;

Burda işimiz var, orda aşımız,

burda da, orda da qara daşımız...

Bil ki, ürəyimtək genişdi çadırım.

Beləcə, çobanlıq sənətinin peyğəmbərlərdən qalma bir məşğuliyyət olduğu qabardılmaqla əslində çobanlığın sözün dar mənasındakı anlamı yox, geniş çərçivədəki anlamı da ifadə etdiyini aydın görərik. Yəni peyğəmbərlərin zamanbazaman öz dövrünün adamlarına yol göstərən müdrik şəxsiyyətlər olması faktı çobanlıq peşəsinin adi peşə olmadığına bir işarədir. Üstəgəl, çobanın dilindən “biz hal əhliyikdeyilməsi bu fikrə bir daha işıq salır. Çobankənd, Çoban talası, Çobanbulaq kimi yer-yurd adlarının çəkilməsi xalqın bu sənəti yüksək tutduğunun göstəricisidir. Çobanın qaldığı alaçığın təsviri, koması olan çadırında ürəkaçıqlığı ilə qonaq-qara qəbul etməsi səhnəsi olduqca təbii təsirli poetik notlarla öz ifadəsini tapıb: “yeyim süfrəsiilə yanaşıdeyimkönül süfrəsi bol olan çobanın sazı dilləndirməsi səhnəsinə diqqət edək:

Birdən mənə elə gəldi

bu çoban

alaçıqdan daha artıq

aladağ yiyəsidir...

Bir azdan da divardakı saz endi

Elə ki, alaçıqda saz çalındı, saz dindi...

Dedim, əgər "Divani"dən

"Müxəmməs"ə kəsə keçsə,

durum gedim,

amma gördüm, "Divani"ni

bir deməyir, iki deyir,

iki demir, üç deyir.

Dedi: "Məktəb görməmişəm" -

amma məktəb görən məni açıq, heyran eyləyir...

Ustadlardan dedi, dedi, sonra özünə keçdi -

Orda mənə elə gəldi, bədahətən söz dedi:

"Yolunu azarsan yol səni səslər,

Nəsə itirərsən, ol səni səslər,

hər səsi çevirib söz etmək olmur,

qəlb kədəri gəzər, dil qəmi səslər.

Eyni yerdən gələr, başqadı adı,

başqadı səs dadı, başqa söz dadı;

Səslərin gözəli qara sazdadı,

Kərəmi çağırar, Dilqəmi səslər...

Burada da “məktəb görməyənçobanın çaldığı saz havaları iləməktəb görənləri” - ali təhsilliləri heyran eləməsi bir daha çobanlıq sənətinin ta qədimdən oxumamış alim timsalında müdriklik daşıyıcısı olduğuna aşkar işarə vurur. Bu minvalla şair Çoban obrazını müdriklik, ustadlıq mücəssəməsi kimi oxucuya təqdim edir. “Mənim havamDilqəmidi”dirdeyən şairə çobanın verdiyimənim havamRuhani”dircavabını şairbunlar əkiz havadışəklində səciyyələndirir. Beləcə, sanki çobanla şairin saz havacatları ilə ilgili mükalimələri baş tutur. Halbuki bütün bunlar şair Əkbər Qoşalının özünün özü ilə daxili mükaliməsi fonunda çoban obrazını xəlqi dəyərlərin daşıyıcısı kimi oxucu auditoriyasına təqdim etmək məqsədi daşıyır. “Aran gözəlləməsioldu sonra çaldığı, bu havayla aranı sanki dağa daşıdı. Dedi tütəkdəÇobanbayatı, Sazda bunsuz (yəni “Aran gözəlləmə”si – Ş.A.) qalmarıq… “Göründüyü kimi, bu bənddə müəllif “Aran gözəlləməsi”ni dağlar qoynunda çalıb ifa eləməklə aşığın (burada çobanın) sanki aranı dağa daşıyıb gətirdiyini təsəvvürdə canlandırır. Axı çoban özü aran-yaylaq adamıdır, sürüsünü arandan yaylağa, yaylaqdan arana aparıb-gətirir. Bax beləcə, burdakı kontekstdən düşünəndə dilimizdə mövcud olanaranı dağa, dağı arana daşımaqtipli frazeoloji deyimimizin bir leksik mənası, qatı da burada açılır. Deməli, insanın fikri , düşüncəsi onu fikrən-xəyalən dağdan arana, arandan dağa aparıb çıxarır. Ona görə deyərlər ki, filankəs dərin fikrə getdi, xəyalında dağı arana daşıdı, aranı dağa. Elə əslində Əkbər Qoşalı da bir milli ruhlu şair kimi bu kimi fikir kontekstindən çıxış etməklə poeziyasına bu cür incə dərin mətləbləri gətirir. Prinsip etibarilə çoban obrazı da şairin söhbətləşdiyi ikinci özüdür - daxili Mən obrazı ilə əhvallaşıb - dilləşməsidir. Odur ki, çobanın saz havasını dəyişibTəcnisüstə keçməsinə poemada keçid edir gətirilən təcnislər elə müəllifin özünə məxsusdur.

Dindən əvvəl sevgi özü din idi,

Onda aşiq yardı, onda yar aşiq.

Əvvəl sözünsusma!” idi, “din!” idi,

İndi isə susmaq olub yaraşıq

Poemanın gerisində müəllifin sazı dilləndirməsi fonundaçox köhnə, unudulmuş havasəsləndirilir. Əslində buradakı eşitdiyimizköhnə, hətta unudulmuş havaxalqın mif dünyasının dərin qatlarına işarədir. Dini-mifik düşüncə qatının - arxaik dünyagörüşün təsviri ilə yanaşı biz burada real həyatın bir-birilə poetik baxımdan əlaqələndirilməsini izləyirik: “Dərələr-təpələr şəkillənirdi, yer yerə bərkiyir, göy çəkilirdi…” misralarından dünyanın əzəlki kosmik çağının peyzajı görünməkdədir. Odur ki, az sonra bu fikirlərin məntiqi davamı kimi aşağıdakı bəndi oxuyuruq:

İlk kişi-ilk qadın gəldi göz-gözə,

Şimşəklər, şimşəklər belə yarandı.

İlk dəfə uzandı əllər əllərə,

Barmaqlar toxundu, Ay paralandı

Adəmlə Həvva mifi burada ağıla gəlir. “Şimşəklərifadəsi isə burada metaforik anlam daşıyır: yəni sevgi dolu qəlblərin hərarəti ilə əllər əllərə uzanıb - toxunur bu zaman sevgi qığılcımları olan odlar-alovlar - metaforik olaraq şimşəklər çaxır. Beləcə, ilk sevgililərin görüşü səhnəsi göydəki şimşəklərin çaxışı ilə eyniləşdirilərək müqayisəyə gətirilir. Göründüyü kimi, şair burada miflə reallığı qovuşuq tərzdə təqdim edir. Bir qədər sonra isə maraqlı poetik oxşarlıq da aparıb, bir ağayaqlı gözəlin ayaqlarına baxıb, aldanmaqla vaxtından tez açılan qar çiçəklərindən bəhs açır:

Sən yerə basırsan ayaqdır deyib,

Məncə, bu ayaqlar uçmaq üçündü.

Belə ayaqların eşqinə qalxıb,

Aldanıb açılır qar çiçəkləri.

Əlbəttə ki, bu, təbiətlə cəmiyyəti ayrılmaz vəhdətdə götürən şairin həyata poetik baxışlarından qaynaqlanan bədii-metaforik bənzətmə bədii-mifik mənalandırmadır. Şair bir ağüzlü gözəlin ayaqlarının şümal ağlığını qarın ağlığı ilə müqayisədə götürüb, bunu sankiqarın çiçəkləməsikimi mənalandırır qar çiçəklərinin bu ağlığa baxıb aldanaraq vaxtından tez açdığını - çiçəklədiyini illüzial olaraq təxəyyüldə canlandırır. Şair yaylaqda gecələdiyini, 3 gün çobana qonaq qaldığını misraların dili ilə nəql edir. Məişət həyatını, süfrə mədəniyyətini, bir sözlə, azərbaycanlıtərəkəmə qonaqpərvərliyini detalları ilə oxucuya təqdim edir. “Alaçığın şen olsun!” deyib razılıq əhval-ruhiyyəsilə çobandan ayrılan ərəfədə çobandan aldığı cavab da mütəəssiredici bir səhnədir:

Çoban dedi, əziz qonaq, elə mən qonağam

Neçə ildir bu dağlara meyl salmış,

lap buralı olmuşam

Uşaqların anasını mənə vermirdi qayınatam,

Biz verdik əl-ələ, qoşulduq qaçdıq, neynək

Sonra bizim el-oba işğal oldu, geri dönə bilmədik,

Uşaqlar da buralarda böyüdü

Buralar da bizim üçün əzizdir

Hərdən qalxıb dağ başına - lap o üzə baxıram,

Darıxıram, əziz qardaş, it kimi darıxıram.

Acığımı gah tütəkdən, gah da sazdan çıxıram”…

Mənə aydın oldu artıq

o tütəkdə, o sazdakı kədər ,

amma yenə nəsə vardı, onu çözə bilmirdim

Burada bir incə detal da bədii ştrixlə verilib: elat-tərəkəmə həyatında ailə qurmağın bir yolunun da qızqaçırma adət-ənənəsi ilə reallaşması! Çoban öz həyat yoldaşına əl-ələ verib, bir-birinə qoşulub-qaçmaqla qovuşduğunu etiraf edir s. Bu etirafların işığında şairmənə tütəkdəki, sazdakı kədərin mənası artıq aydın oldu”, deyə nəticə çıxarır. Yəni həyatın qanunauyğunluğudu kədər , sevinc . Amma bütün bunlara rəğmən şair öz intuitiv duyğularına söykənib yenə düşünür: “amma yenə nəsə vardı, onu çözə bilmirdim”. Ancaq bu sirli duyğular da poemanın davamında açılır:

Tanrı verən vardısa səhər-səhər nuş etdik,

Qucaqlaşdıq çoban ilə, “bir , qismətsöylədik.

Yoldaşı da bir balaca bağlama yollamışdı

yol azığı, çoban armasıdeyirdilər,

götürməyə bilməzdim

Sonra mənə elə gəldi, su atdılar dalımca

Xeyli getdim, o naxışlı, o ətirli bağlamanı yoxladım,

ətim üyüşdü elə biliçində məktub vardı:

Şair, məni tanımadın?..

Amma sağ ol, o şeiri ki oxudun

Bir bir söz yazım,

biləsən ki, adın bizdə doğmadı,

Heç demədin oğlumuzun adı niyə Murazdı”?..

Aman, Tanrım! Ola bilməz!

Yox, yox!..

Amma

amma olmuşdu:

Gəncliyimin ağayaqlı, Günəşüzlü gözəli,

illər sonra, unamadan qarşımaca çıxmışdı

Mən onlardan ayrılarkən

çoban sazmı çalırdı? –

sanki

sanki qara çoban qara sazla

“Xan Çobançağırırdı

Deməli, bu epizoddan bir atalar sözümüzün məntiqi boy göstərir: “Dağ dağa rast gəlməsə , insan insana rast gələr”. Şairin qonaq düşdüyü çobanın arvadı onun gəncliyində görüb vurulduğu, “ağayaqlı, günəşüzlü gözəlkimi öyüb - vəsf elədiyi qızdır. “Bəli, bəli, arxamca da su atmış - doğruydubütün bunlara təəccüb qalan şair dərin fikirlər içində yoluna davam edir: “sanki mən yox, yol özüydü yeriyən”, - deyib, özündə olmadığını aşağıdakı tərzdə dilə gətirir:

Sərt yoxuş”dan sərt endim,

Kor güney”dən kor kimicə dolandım,

Quş yuvası” – quş ötgünü yol oldu,

Yeddi bulaq”, “KeçidÇay talası”,

Ağamir”in addamacı, “Qozluq”, “Nənə bulağı”…

yola rəvan olmuşdum… -

sanki mən yox, yol özüydü yeriyən

Gedən başı güzərgahım başqa yoldan olmuşdu:

“Dar dərə”ydi, “Kor bulaq”dı, “Nazik suQalaça”...

Hər birindən o da keçib, hər birində o da var…

Bu yolların gedişində mənəm bu gün,

Gəlişində bir ollam? – Kim bilir?

Lap olsam da, mən onlara bir , bir gedəmmi?..

O mərd çoban elə sanar, mən oyun oynayıram

Haşa, haşa! Haşa haşa! Heç elə şey olurmu?

Amma illa bir hikmət var,

illa da bir qovuşduran qüvvət var…

tucəd sadfətə fil aləm,

hunəkə təvafüq” – deyir ərəb

deyir ki,

Heç təsadüf-filan yoxdur aləmdə,

olsa, olsa təvafüqlükdür”…

Bax beləcə, Əkbər Qoşalı yer-yurd adlarını poeziyanın yaddaşına gətirir, bu adların mənasına müvafiq onlara bədii yorum verir: “Sərt yoxuş”dan sərt endiyini, “Kor güney”dən kor kimi gəlib keçdiyini s. ifadə eləməklə yer-yurd adları ilə insanın daxili-psixoloji durumu arasında bağlılıq yaradır, bu yerlərdəno”nun da keçib-getdiyini qeyd etməklə bu yollardao”nun da olduğunu - ruhunun, nəfəsinin, ayaq izinin olduğunu həssas duyumla dilə gətirir. Bu minvalla şair yarıəfsanəvi-yarıhəyati cizgilər fonunda tərəkəmə-elat həyatının füsunkarlığını oxucularına təqdim edib sevdirir. “Çobanbayatıhavasının işığında milli-etnoqrafik həyat lövhələrinin əyani mənzərəsini yaddaşlarda canlandırmağa nail olur.

Qələminə qüvvət, Əkbər qardaşımız!

 

Şakir Albalıyev

Filologiya üzrə fəlsəfə doktoru, dosent

 

Olaylar.- 2025.- 14-20 noyabr, ¹39.- S.16; 21.