Azərbaycan folklorunda at kultu
Xalqımızın
etnomədəni dəyərlər sistemində, ailə-məişət
həyatında, bir sözlə, qədim
dünyagörüşündə, mifologiyasında, folklorunda
və bundan qaynaqlanan ədəbi-mənəvi irsimizdə at
kultu özünəməxsus mövqeyə malikdir. Kənd təsərrüfatı
sahəsində, xalqımızın
dolanışığında – güzəranında da at ən
qədim zamanlardan əhliləşdirilmiş bir ev heyvanı
kimi çox mühüm əhəmiyyətə malikdir. Dəvəçilik
Ərəbistan səhrasında hansı dərəcədə
böyük rol daşıyırsa, ərəb xalqı
üçün necə müstəsna funksiyanı yerinə
yetirirsə, at da Azərbaycan xalqı üçün,
türk dünyası üçün o dərəcədə
qutsal məna daşıyır. “Dəvəsi ölmüş
ərəb” məsəlində ərəb üçün dəvəsinin
ölümü nə qədər faciəvi hal
sayılırsa, dəvəsiz qalan ərəbin
gününün-güzəranının necə ağır
olacağı düşünülürsə, türk
üçün, tərəkəmə – elat həyatı
üçün də atsız qalmaq piyada qalmaq, atının
ölməsi böyük dərd hesab edilmişdir. Dəvənin
ölümü ərəbin özünün
ölümü ilə müqayisə edildiyi kimi, atın da
ölümü türkün (tərəkəmənin)
ağır faciəsi kimi anlaşılmışdır.
Bir atalar
məsəlimiz bu məqama belə məna verir: “Tərəkəmənin
atası öldü, dedi: “vaxtı çatıbdı”;
atı öldü, dedi: “belim sındı”. (Bax: “Soy”
elmi-kütləvi dərgi. Xüsusi buraxılış.
Muğanlılar. Bakı – 2008, s.114).
Göründüyü
kimi, atın ölümü tərəkəmə
üçün, türk-elat camaatı üçün “belin
sınması”, yəni atın sahibinin ömürlük
şikəst, zəlil qalması kimi mənalandırılır
ki, bu da atın kənd təsərrüfatında, ailə-məişət
həyatında nə dərəcədə müstəsna
xidmətinin olduğunu ifadə edir. Tərəkəmə
ifadəsi burada məhdud mənada
anlaşılmamalıdır. Tərəkəmə
sözü ömrü-həyatı at belində keçən
və aran-yaylaq həyatı yaşayan türk qövmlərinə
işarə etsə də, bütövlükdə at belində
dünyanı fəth eləyən qədim türk
xalqlarına müncər edilməlidir. Çünki qədim
türklərin həyatlarını atsız təsəvvür
etmək mümkün deyildi. Əbəs deyil ki, əski mədəniyyətimizi
öz şeirlərində ilhamla təsvir və tərənnüm
edən şair Əkbər Qoşalı “Altaylardan qopan atlar”
şeirində bu amili belə səciyyələndirir:
Altaylardan
qopan atlar
getdiyi
göy yoluydu.
Altaylarda
doğan Aylar,
biz
çıxanda doluydu.
Altaylardan
qopan atı
daha kimsə
minmədi,
Altaylardan
qopan atlar
ağ
köpüklü dənizlərə
çatmayınca
dinmədi.
Biz
çıxanda Ay doluydu,
Biz getdikcə
Ay Yolu,
ayağımız
üzəngidə əyildi;
Yay-oxumuz
qırılanda,
Ay
göylərdə bir yay kimi gərildi.
Biz
çıxanda Ay doluydu,
çıxdıq
oldu Aypara.
Ay Altayda
dolunaydı,
Avropada
Aypara.
Altaylardan
qopan atı,
bir də,
bir də minərmi olam?!
Altaylardan
qopan atın
ağ
köpüklü dənizədək
dinmədiyini
görərmi olam?!
Altaylardan
qopan atlar
Avropanı
nə vaxt adlar? (s.18-19).
Diqqət
edək şeirin məzmununa: Altaylardan gedən atların yolu
göy yolu – Tanrı yolu kimi, ucalıq – fatehlik yolu kimi müqəddəs
tutulur. Burada atın mifik və real cizgiləri vəhdətdə
götürülür. İslam dünyasından məlum olan
Məhəmməd peyğəmbərin merac səfəri
mindiyi Buraq adlı at vasitəsilə göylərdən
uçub getməklə gerçəkləşdiyi haqda dini əfsanəyə
uyğun olaraq Əkbər Qoşalı da türk
atlarının Altaydan göy yoluyla hərəkət etməsini
göstərir. Koroğlunun Qıratının qanad
çıxarmasına uyğun olaraq bəzən uçaraq qəhrəmanı
ağır döyüş meydanından
uzaqlaşdırması kimi məqamlar da epik təsvirçilik
ənənəsində atın xalq təfəkküründə
mistik ilahi gücə malik olduğunu açıb göstərir.
Əbəs deyil ki, atın məhz türk – Altay xalqları ilə
birbaşa bağlılığı şeirdə birbaşa
vurğulanır: “Altaylardan qopan atı daha kimsə minmədi”. Türklərdə at
murad hesab olunur və sahibini arzu-istəyinə
çatdıran əsas yardımçı funksiyasını
yerinə yetirir. At türklərin ta əzəldən
etibarlı yol yoldaşı, dar gününün xilaskarı
hesab olunub və bu məqamlar şeirdəki misraların dilində
bədii inikasını tapıb. Tənqidçi –ədəbiyyatşünas
Vaqif Yusiflinin də diqqətini bu şeir cəlb edib:
“Əkbər
Qoşalı türkçülüyü tərənnüm
edən şairdir. Bəziləri kimi tribunada “mən türkəm,
türk oğluyam” deyibən qışqıranlardan deyil.
Türkçü olmaq türkün mədəniyyətini, adət-ənənəsini,
koloritli dünyasını, azman döyüş ruhunu,
basılmaz cəngavərliyini, “Altaylardan qopan atlarını”
və əlbəttə, türkün dünyaya hökm edən
fatehlərini şeirdə əbədiləşdirməkdir:
Altaylarda
qopan atlar
Getdiyi
göy yoluydu.
Altaylarda
doğan Aylar
Biz
çıxanda doluydu.
Yaxud:
Ürəyim
hey atlanar –
ürəyim
elə atlanar,
yada
düşər Altaylar.
və bu
mövzuda olan digər şeirlərini də oxusaq, biz qədim
türkün bədöy atlarının hənirtisini,
döyüş cəngavərlərinin qılınclarının
şaqqıltısını, cəng səslərini eşidərik.
Əkbər Qoşalı bu şeirlərində AT
obrazını qəhrəmanlığın simvolu kimi
ümumiləşdirə bilir” (s.7-8).
Bir daha bu
fikirlərdə də ifadə olunduğu kimi, burada “At
obrazı qəhrəmanlığın simvolu” olaraq təqdim
olunub. Atları dünyada ilk dəfə türklərin minik
atı kimi, eyni zamanda döyüşlərdə silahdaş
kimi və s. işlətməsi inkarolunmaz faktdır. Bu amil də
istər-istəməz atların məişətdə – təsərrüfat
həyatında, nəqliyyat vasitəsi kimi, habelə
döyüşlərdə əvəzolunmaz rolunu
açıq-aşkar şəkildə göstərir. Atı
minik atı kimi əhliləşdirən, ondan müxtəlif
məqsədlərlə istifadə etməyin
mümkünlüyünü tarixdə ilk dəfə icad edən
türklər ta əski çağlardan
atçılığı inkişaf etdirmiş, onu müxtəlif
ölkələr və xalqlara satış məqsədilə
və s. ixrac etmişlər. Təbii ki, real həyatda
olduğu kimi, mifoloji düşüncədə də atın
türk dünyasında özünəməxsus mövqeyi
var: “Türk mitolojisində at” oçerkindən bir
parçaya nəzər salaq:
“At,
evcilleştirildiği tarihten itibaren insanın en yakın
yardımcısı olmuştur. Ulaşım, taşıma,
eğlence, ticaret ve savaşlarda kullanılan at Türkler
için hayvandan öte bir kardeş, dost ve arkadaştır.
Atın “dost” olaraq görülmesi ata özel bir kişilik
verir. Dede Korkut Kitabı`nda Beyrek atına şöyle
seslenmektedir: “At dimezem sana kartaş direm, kartaşumdan yig //
Başuma iş geldi yoldaş direm yoldaşumdan yig”. Altay
destanlarında da aynı algıyla
karşılaşılır: “Tüşte bolzo kanadım /
Tünde bolzo nökörim (Gecede kanadım / Gündüzde
ise arkadaşım)”. Türkmen atasözleri içinde yer alan
“Sabah kalktığında önce atanı, sonra atını
gör” sözü atın Türk hayatındaki yerini
gösterir. Bir kişi için iyi bir ata sahip olmanın
önemini ise Divanu Luğati`t-Türk`te geşen “Kuş
kanatın er atın (Kuş kanadıyla, er atıyla)
sözü belirtmektedir. Jean Paul Roux Altaylıların
dünyasında ilk bakışta hayvanların tüm
yaşamın arka planında yer aldığını
söyler. Bu hayvanlar arasında da at ön sıralarda yer
alır.
Kaynaklar
atı Türklerin evcilleştirdiği konusunda hemfikirdir. Ata
veya at sürüsüne yunt, yılkı; atın dişisine kısrak,
erkeğine aygır; tüylerinin rengine don denilmiştir.
Türklerin yaşadığı bölge at
yetiştiriciliğine uygun bir bölgedir. Kafesoğlu`ndan
özetle söylersek Türklerin dahil oldğu “bozkır
kültürü” olaraq tanımlanan kültür tipinin
merkezinde at yetiştiriciliği ve çobanlık yer
almaktdadır. Moğollar atı tanımamakta; Arabistan ve Kuzey
Afrika`da at ancak MÖ 1200`lerde görülmekte; Kuzey Kafkaslar`da
ve İran`da at ile ilgili arkeolojik buluntular MÖ 900-500
yıllarına tarihlendirilmektedir. Çinliler ata binmeyi ancak
MÖ 300`lere gelindiğinde Asya Hunları`ndan
öğrenmişlerdir. Asya`da ilk at kalıntıları,
Türk anayurdu bölgesindeki Afanasyevo kültürü (MÖ
– 2500-1700) ile onun devamı olan Andronovo (MÖ 1700-1200)
kültüründe görülmüştür ve Andronovo
kültürü çevresine giren yerlerde hep at
kalıntıları ile karşılaşılmaktadır.
Atı evcilleştirip binmek insanlığın kültür
tarihinde çok önemli bir adımdı. Kafesoğlu`na göre asıl önemli olan
atın yük ve araba hayvanı olarak değil, binek heyvanı
olaraq kullanılmasıdır. Binicilik kısa zamanda askeri
değer kazanarak bozkır
savaşçılığının temeli olmuşur. Ona
göre Türkler;
“at
sayesinde sağladığı – iptidai, uyuşuk “yerli”
kütleleri zihin durgunluğundan kurtararak, insan iredesine sonsuz
faaliyet ufukları açan-sürat kavramı və maddi araç
olaraq sahip bulunduğu demir vasıtası ile kendilerine
bağladıkları insanları idare etmek üzere
yeryüzünde ilk siyasi kadroları vücuda getirmiş, ilk
kanun koyucu millet olmuştur”.
Bu
ifadelerden yola çıkarak Türklerin Dünya tarihinde
tuttuğu yerle, atın Türk mitolojisindeki değerinin
birbirini ortaya çıkardığını
söyleyebiliriz, Jean Paul Roux`nun da dediği gibi, “Altay
uygarlığında, yalnızca oldukları biçimden dolayı
değer kazanmış hayvanlar yok gibidir. Her biri farklı
nedenlerle ilahi macerayı tanıma şansını elde eder.
Bir hayvanın evrensel bir nitelik kazanabilmesinin nedeni, ona özel
bir ilgi gösteren toplumun siyasi alanda olağanüstü bir
başarı kazanmasıdır”.
At,
Türklerin siyasi, dini, iktisadi ve sosial hayatında merkezi bir
konumdadır. “Türkler, sürüler halinde yetiştirdikleri
atın etini yerler, onu kurban olaraq sunarlar ve her sene özellikle
savaş atlarından binlercesini yabancı ülkelere ihraç
ederek ekonomilerini sağlarlardı”.
Çin`in,
savaş atlarını daha çox ipekle mübadele ettiği
zaman-zaman bir Türk atı karşılığında on,
otuz, elli top ve ya parça ipek verildiği kaynaklarda
kayıtlıdır. Türkler hakkında bilgi veren Batı,
Çin, Bizans, Rus, Süryani, İslam kaynaklarında
Türklerin atla olan ilişkilerinin yer aldığını
belirten Kafesoğlu`nun bu kaynaklardan alıntılarının
bazıları şöyledir...”
Türkiyədə
nəşr olunmuş kitabdan gətirdiyimiz bu hissədən də
öyrənirik ki, atı türklər əhliləşdirmiş,
ondan sadəcə bir ev heyvanı kimi yox, nəqliyyat, əyləncə
(idman oyunlarında və s.), ticarət, döyüş və
s. vasitəsi kimi istifadə edilmişdir. Bundan başqa, ata
dost, sirdaş, silahdaş kimi sayğı bəslənilməsi
haqda “Kitabi-Dədə Qorqud”da Beyrəyin dilindən atın
öyülməsi, Altay dastanlarında “gecədə
qanadım, gündüzdə arkadaşım” deyə
alqışlanması, habelə türkmən atalar
sözündə “Sabah yerindən duranda öncə atanı,
sonra atını gör”, “Divani-lüğət-it-türk”də
“Quş qanadıyla, ər atıyla” tipli ifadələr yer
almışdır ki, bütün bunlar atın ta qədimdən
türk dünyasında müqəddəs tutulmasını və
müstəsna dərəcədə mühüm yerə malik
olduğunu göstərir.
Sitatdan da
aydın görünür ki, ta qədimdən türklərdə
at hərbi, iqtisadi-siyasi və sosial həyatda mühüm rol
oynamışdır. Belə ki, atın əti yeyilmiş,
südü içilmiş, atı qurban kəsmişlər. Həmçinin
savaş atlarını başqa ölkələrə satar və
ölkələrinin iqtisadiyyatını bu yolla gücləndirərdilər.
Qeyd
olunduğu kimi, atın ilk olaraq əhliləşdirilməsi
faktı türklərə məxsusdur. Deməli, uzaq
keçmişlərdə nəqliyyatın, rabitənin
inkişaf tapmadığı dövrlərdə belə bir
vacib funksiyanı türklər ram edib əhliləşdirdiyi
atlar vasitəsilə görmüşlər. Bu gün sivil
dünyada nəqliyyat vasitələri olan maşının
sürəti-gücü ölçü vahidi olaraq at
gücü ilə hesablanır və filan maşın filan qədər
at gücü qüvvəsinə malikdir deyilir. Bu da atın həm
ilk nəqliyyat vasitəsi olmasından, həm də atın hədsiz
gücə və yetərincə sürətə
(qaçış qabiliyyətinə) malik olmasından irəli
gəlir. Başqa cür ifadə etsək, “filan
maşının gücü filan qədər at gücündədir”
şəklində maşının dartı gücü ifadə
olunur.
Deyildiyi
kimi, texnikanın olmadığı, nəqliyyatın
olmadığı qədim zamanlarda dünya fatehliyi zamanı
türklər atların gücüylə hərəkət
edirdilər. Şair Əkbər Qoşalının digər
bir şeirində atın bu funksiyanı yerinə yetirməsi
ilə bağlı və atın türk həyatında, məişətində
buraxdığı təsirlərin əks-sədası ilə
bağlı oxuyuruq:
Atlar
ayaqlandı Altay tərəfdən,
Atlar
qanadlandı Günbatan səmtə;
Soyuqdan əsəndə
yüyən tutan əl,
Buğ
qalxanda atların, adamların
ağzından,
və
sırsıra tutanda kirpikləri-qaşları,
at
özü qoparıb şah damarını
içirtdi
qanını süvarilərə...
fışqıran
o qaynar qanıydı elə -
işlədi
iliyə, qarışdı qana,
azarlar-bezarlar
qaçdı ordudan.
İgidlər
atdan düşüb atlandı yenə;
yeni atlar
ilə tərpəndi elat.
Sonradan
uşaqlar atağız oldu,
bulaqlar
Atbulaq,
yollar
atyolu,
aşırımlar
dəyişib Atyalı oldu...
Yorğun
atlar yetişəndə mənzilə,
günbatan
torpağı çiçəkləyirdi.
Atımızın
təriylə sulanırdı biçənək...
O
ağır, o ləngər, ahəngli yeriş
bərəkət
qatırdı torpağa lay-lay...
Günbatanda
batdılar
o igidlər,
o atlar,
Gün
kimi doğsaydılar..! (s.20)
Fikir
verin: Altay tərəfdən türklər – türk
atlıları Günbatan səmtə - Avropaya doğru
ayaqlandılar – qanadlandılar. Atın ayaqlanmağı əslində
“qanadlanmağı” ifadəsilə əvəzlənir sonradan.
Çünki nəqliyyat vasitəsinin olmadığı o
çağlarda ata minib atlanmaq elə quş kimi
qanadlanmağa bərabər bir hal sayılırdı. Məhz
bu at qaçışına – at sürətinin hesabına
türklər Şərqdən Qərbə - Avropaya doğru
yürüyüb fatehlik hünəri göstərdilər.
“At işlər, ər öyünər” tipli bir el məsəlimiz
var ki, burada atın işləməyi müqabilində ərin
– çaparın öyünməyi əbəs yerə deyilməyib.
Çünki atı yelqanadla çapa bilmək, at belində
döyüşkənlik ruhu nümayiş etdirmək əslində
(atı işlətmək) məhz ərin – igidin işi –
hünəridir. Əbəs deyil ki, atı igidin qardaşı
– dar gündə köməyi saymışdır
babalarımız. Məhz şair Altaylardan atların
qanadlanması ifadəsini işlədərkən, burada
atı özünə ram edib
hünərlər göstərən Altayları nəzərdə
tutmuşdur.
Sonrakı
misralarda Əkbər Qoşalı yazır ki, bumbuz soyuqlar
düşdükdə, soyuqdan igidlərin donmaması
üçün “at öz şah damarının isti
qanını içirtdi süvarilərə”. Beləcə,
içdikləri atın qanıyla coşan-kükrəyən
igidlər yenidən atlanıb yürüşü davam
etdirdilər. Əslində bununla şair demək istəyir
ki, atı ram edib əhliləşdirən babalarımız
atın ətini - ən keyfiyyətli, kalorili ət hesab olunan
atın ətini yeməklə, südünü içməklə
bütün azar-bezardan uzaq oldular. Şair bu məqamı belə
mənalandırır ki, “uşaqlar atağız oldular,
bulaqlarımız Atbulaq, yollar atyolu, aşırımlar da dəyişib
Atyalı oldu”...
Bu poetik
ifadələrdən çıxan məntiq odur ki, at belində
böyüyüb – kişiləşən igidlərimiz
özləri də sonradan atağızlı oldular – yəni
at kimi yekəağızlı, iricüssəli, pəhləvan
görkəmli cəngavər igidlər oldular demək istəyir. Bu anda yada “atı atın yanında
bağlarsan, həmrəng olmasa da, dönüb həmxasiyyət
olar” məsəlimiz düşür. “Kitabi-Dədə
Qorqud”dakı Alp Aruza verilən “Atağızlı Aruz”
epitetindəki Atağızlı sözü necə ki, Aruzun nəhəng
cüssəli bir igid olması nişanını verir, eləcə
də şairin yuxarıda dediyi uşaqların
böyüyüb atağız olmaları da eynən bu anlama gəlir.
Daha doğrusu, epik dastan təhkiyəsindən gələn
Atağızlı Aruz epiteti müasir dövrdə poetik
yaddaşda yenidən yaşarılıq qazanmışdır.
“Qardaşın kimdir, yoldaş olmamışam” mükaliməşəkilli
məsəlimizin bir məna qütbü də digər bir məsəlimizdə
açılır: “Dostunu mənə göstər, sənin
kim olduğunu deyim”. Yəni insan dost-yoldaş olduğu insanla
eyni əqidədə olub dostluq-yoldaşlıq elədiyi kimi,
türk igidinin də dostu – yoldaşı, qardaşı epik təhkiyəçilik
ənənəsindən üzü bu günümüzədək
at hesab olunursa, onda türk oğlunun da – igidinin də ata
oxşaması – Atağızlı olması tam məqbul
haldır. Deməli, igidin atı da özünə tən gəlir,
igidin özü ilə bərabər atı da ona yoldaş
olub, hünərlər qazanmasında yardımçı olur.
Yuxarıdakı
misralarda Atbulaq, Atyalı toponimləri, atyolu ifadəsi də
şeirə təsadüfi gətirilməyib. Bütün
bunlar mədəniyyətimizdə at kultunun tamamilə
oturuşmuş bir hala gəlməsini göstərir.
Yuxarıda qeyd etdim ki, nəqliyyat vasitələrinin
gücü at gücü vahidi ilə ölçülür.
Eyni zamanda xalq arasında müəyyən bir məsafəni qət
edib mənzilbaşına yetişmək üçün
atyolu anlayışından istifadə olunur. Tutaq ki, hardan
harasa məsafəni bildirmək üçün bir at yolu qədər
məsafə var və s. şəklində fikir bildirilir. Yəni
bu tip ifadələr atın qət edə biləcəyi
müəyyən məsafəlik yol nəzərdə
tutulmaqla işlədilir. Bundan başqa, Atbulaq və Atyalı
adlı kəndlər, qəsəbələr də vardır
ki, bunlar da toponimlərimizdə də atla bağlı ifadələrin
özünə yer aldığının göstəricisidir.
Bunlar da, şübhəsiz ki, atın ta qədimdən
türklərin həyatında misilsiz rolunun olduğunu göstərir. At adlarının
toponimlərdə “doğulmasına” bədii yozum verən
Əkbər Qoşalı yazır:
Yorğun
atlar yetişəndə mənzilə,
Günbatan
torpağı çiçəkləyirdi,
Atımızın
təriylə sulanırdı biçənək...
O
ağır, o ləngər, ahəngli yeriş
bərəkət
qatırdı torpağa lay-lay...
Türk
fatehləri atları ilə günbatana yetişəndə,
orda torpaq “çiçək açırdı” deyir şair.
Deməli, atın təriylə suvarılan torpaq bərəkətli
olurdu, mübarək olurdu, - deyilir poetik dillə. Əlbəttə,
bunlar bədii sözdür, obrazlı ifadələrdir. Ancaq
bu sözlərin bədii məna qatından real həqiqətlər
də dolayısı ilə özünü büruzə
verir. Yəni yer-yurd adlarında – toponimlərdə at
adlarının özünə yer alması təsadüfi hal
daşımır, bunlar at kultu ilə bağlı Xalq
düşüncəsinin yer-yurd adlarında proyektiv təzahür
şəklidir. Xalqımızın mədəniyyətində,
məişətində mövcud olan atla bağlı təsəvvürlərin
müxtəlif səviyyələrdə özünü şəkilləndirən
paradiqmalarıdır. Ona görə də heç təsadüfi
deyil ki, xalqımızın şair oğlu Ə.Qoşalı
şeiri arxaik təsəvvürlərə köklənməklə
arzu-istək şəklində belə tamamlayır ki:
Günbatanda
batdılar
O igidlər,
o atlar,
Gün
kimi doğsaydılar!..
At belində
Avropanı fəth etmiş cəngavər
oğullarımızın Günbatanda gün batımı
kimi batdıqlarını qeyd edən müəllif təbii
ki, onların yenidən gün kimi doğuşunu
arzulayır...
Beləliklə,
xalqımızın epik düşüncəsində
mövcud olanlara və bu epik düşüncə qatından
baş alıb gələn bədii mətnlərə istinad
etməklə at kultunun xalqımızın mədəniyyət
sistemində tutduğu yeri gözdən keçirdik. Atın
istər real həyatda, istər bədii-poetik
düşüncədə, istərsə də etnik təfəkkürdə
daşıdığı qutsal dəyərlər
keçmişdə də, indinin özündə də
atın xalqımızın həyatındakı müstəsna
əhəmiyyətini anlamağa imkan verir.
Şakir
Albalıyev
AMEA-nın
aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə
doktoru,
dosent. “Ədəbiyyat və incəsənət”
üçün
Olaylar.- 2025.- 21-27 noyabr, ¹40.- S.18; 21.