Karnegi qadağası: Məktəb kitabxanalarında

sosial inkişaf ya milli mənəviyyat döyüşü?

 

Son günlər  Azərbaycanda kitab siyasəti xüsusilə yeniyetmələrin sosial inkişafı ilə bağlı müzakirələrin mərkəzində "Qanun" Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlunun açıqlaması dayanır. Xuduoğlu açıqlamasında bildirib ki, Elm Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən müvafiq komissiya dünyaca tanınan psixoloq müəllif Donna Deyl Karneginin "Yeniyetmə qızlar: Dostları necə qazanmalı insanlara necə təsir etməli" adlı kitabını məktəb kitabxanaları üçün məqsədəuyğun hesab etməyərək siyahıdan kənarda saxlayıb. Bu qərar nəşriyyat rəhbərinin ciddi narazılığına səbəb olub o, bunun həm maarifçilik ruhuna, həm gənc qızların sosial bacarıqlarının inkişafına zərbə vurduğunu düşünür.

Şahbaz Xuduoğlu bildirir ki, Karneginin əsərləri uzun illərdir müxtəlif ölkələrdə yeniyetmələrin psixoloji inkişafı, ünsiyyət bacarıqlarının formalaşması sağlam özünəinamın qurulması üçün istifadə olunur. Dünyanın onlarla təhsil sistemi bu tip kitabları faydalı hesab edərək məktəb ictimai kitabxanalara daxil edir. Məhz bu səbəbdən, Azərbaycan təhsil strukturlarının belə bir kitabı məktəb kitabxanalarına qəbul etməməsi nəşriyyat rəhbəri tərəfindən anlaşılmaz əsassız addım kimi dəyərləndirilir. Xuduoğlunun sözlərinə görə, bu qərar həm bərabərlik prinsipinə ziddir, həm qızların sosial fəaliyyətinə dair stereotipləri gücləndirən, diskriminasiya doğuran yanaşmanın təzahürüdür.

O, narazılığında xüsusilə bir məqama diqqət çəkir: əgər eyni mövzuda kitab yeniyetmə oğlanlara ünvanlansaydı, bəlkə belə bir qadağa tətbiq olunmazdı. Bu fikir cəmiyyətdə mövcud olan gender yanaşmaları onların təhsil siyasətinə təsiri ilə bağlı daha geniş müzakirələrə yol açır.

Mövzu həm təhsil mütəxəssisləri, həm valideynlər, həm gənclərin inkişafı ilə maraqlanan ictimai çevrələr üçün aktualdır. Belə qərarların dərəcədə əsaslı olduğu, təhsil siyasətində hansı prinsiplərə söykəndiyi gələcək nəsillərin şəxsiyyət inkişafına necə təsir göstərəcəyi ilə bağlı suallar artır.

İctimai mədəniyyət xadimi, Yeni Yazarlar Sənətçilər İctimai Birliyinin sədri,  www.kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı,  Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov Olaylar.az-a  bildirib ki, müstəqillik dövründən bəri  Azərbaycanda həm mətbuatda, həm ədəbiyyat kitab nəşri sahəsində çox geniş, hətta liberal sayılacaq azadlıq mühiti mövcud olub. Kim istəyirdisə, senzurasız şəkildə yazırdı, eyni zamanda dünya ədəbiyyatından, xüsusən rus türk dillərindən tərcümələrin sayı sürətlə artırdı. Bu gün isə avtomatik tərcümələr geniş yayılıb bu tərcümələrin keyfiyyətindən əlavə, onların müəllifləri, mətnlərin verdiyi ideyalar, məlumatlar, ideoloji məzmun milli-mənəvi dəyərlərimizə uyğunluğu demək olar ki, yoxlanılmır.

Bu baxımdan Mədəniyyət Nazirliyinin kitab-nəşriyyat sahəsindəki fəaliyyətinin nədən ibarət olduğu aydın deyil. Elm Təhsil Nazirliyinin narahatlığını isə anlamaq mümkündür. Çünki ideoloji baxımdan zərərli kitabları məktəblərə buraxmaq, eləcə pornografik, erotik birbaşa yeniyetmələrin mənəviyyatına, təlim-tərbiyəsinə mənfi təsir göstərə biləcək əsərlərin dövriyyədə olması ciddi risk yaradır. Uşaqlarımızı öz köklərindən uzaqlaşdıran, onları amerikanlaşdıran, ruslaşdıran ya başqa xalqların düşüncə tərzinə yönəldən kitabların məktəblərdə yayılmasının qarşısının alınması  Elm Təhsil Nazirliyinin haqlı qərarıdır. Bir yazıçı kulturoloq olaraq, sənətin, azad fikrin, bədii-estetik ideyanın ifadə edildiyi kitabların qadağan olunmasına qarşıyam. Çünki bu, internet dövrüdür. Biz hər hansı kitabı qadağan etsək belə, süni intellekt vasitəsilə oxucu həmin kitabı orijinal dildə rahatlıqla əldə edə bilər.

Yazıçı qeyd edib ki, onsuz da Azərbaycanda kitab sahəsi bir çox problemlərlə üzləşir: satış, yayım, kağız formatında kitab oxumaq vərdişi zəifdir. Bakıda belə kitab satışının geniş imkanları olsa da, əhali arasında kitab oxuma alma vərdişi çox aşağıdır, kitablar bahalı məhsul kimi qəbul edilir. Üstəlik, elektron kitabxanalardan avtomatik tərcümə imkanlarından istifadə edərək ingilis rus dillərindəki kitabları kompüter telefondan asanlıqla oxumaq mümkündür. Bu da kağız kitabın alınmasına marağı azaldır.

"Donna Deyl Karnegin ilə bağlı mübahisələrə gəlincə, birincisi, bu, ümumiyyətlə mübahisəli bir müəllifdir artıq ötən əsrdə qalmış müəlliflər sırasında sayılır. Onun öz həyatı düşüncəsi ilə bağlı da bir sıra tənqidlər mövcuddur. Bildiyim qədərilə şəxsi həyatı psixoloji durumunda müəyyən çətinliklər olub. Belə bir şəxsin liberal Qərb düşüncəsini əks etdirən fikirlərini bizim cəmiyyətə tərcümə edib yaymağın məqsədini anlamaq çətindir.

Bu cür ideyaları hələ dünyagörüşü tam formalaşmamış gənclərə xüsusilə yeniyetmə qızlara təqdim etmək təhlükəli nəticələr yaradır. Onsuz da sosial şəbəkələr, internet, televiziya müxtəlif media məzmunları yeni nəslin beynini ciddi şəkildə təsirləndirir. Bu gün qadınların uşaqlara münasibətində, ailə modelində, emosional bağlılıqda yaranan dəyişikliklər bunun bir hissəsidir. Karyera naminə ailə dəyərlərinin arxa plana keçməsi, analıq məsuliyyətinin azalması kimi hallar artıq müşahidə olunur. Bütün bunlara Karnegin kimi müəlliflərin ideyaları da əlavə olunanda vəziyyət daha da ağırlaşır," - deyə ictimai xadim fikirlərinə əlavə edib.

Aydın Xan Əbilov bildirib ki, ümumiyyətlə Azərbaycanın kitab nəşrində estetik, ictimai, mental mənəvi çirklənmə ilə bağlı dəfələrlə xəbərdarlıqlar etmişik. Dünya ədəbiyyatının Azərbaycana gətirilməsi vacibdir, lakin bu normal nəşriyyatlar dövlətin nəzarət mexanizmləri vasitəsilə həyata keçirilməlidir. Xüsusən uşaqlara yeniyetmələrə ünvanlanmış kitablar heç bir halda nəzarətsiz tərcümə nəşr edilməməlidir.

"Donna Karneginin atası ilə bağlı problemlərinin onun yazılarına təsiri barədə müzakirələr mövcuddur. Qərbdə daha çox liberal gender yanaşmaları ilə tanınan, tənhalıq sosial təzyiq altında qalan Qərb insanına ünvanlanmış bu cür əsərlərin Azərbaycan cəmiyyətinə mexaniki şəkildə gətirilməsi doğru deyil. Bu kitabı "az qala qurtuluş resepti" kimi təqdim edib geniş ictimai kampaniyaya çevirmək lazım deyil. Çox güman ki, bu kitab haqqında danışanların sayı onu həqiqətən oxuyanlardan qat-qat çoxdur. Bilmirlər ki, həmin kitabda söhbət nədən gedir. Buna görə düşünürəm ki, Mədəniyyət Nazirliyi yanında xüsusi komissiya olmalıdır. Mübahisəli kitablar həmin komissiya tərəfindən yoxlanılmalı, rəy verildikdən sonra satışa buraxılmalıdır. Elm Təhsil Nazirliyi artıq bu kitabla bağlı mənfi rəy verib. Amma ümumi götürəndə, belə kitabları ölkəyə gətirənlərin təkcə maliyyə maraqları deyil, başqa məqsədlərinin ola biləcəyini düşünmək üçün əsaslar var. Çünki bu kitabları oxuyan yeni nəsil sabah müxtəlif yanlış yönümlü davranış modellərinin təsiri altına düşə bilər. Bütün bunların baş verməməsi üçün ehtiyatlı yanaşma vacibdir," - deyə yazıçı-kulturoloq sonda vurğulayıb.

 

Lamiyə  Cəbrayılova

 

Olaylar.- 2025.- 28 noyabr- 4 dekabr, ¹41.- S.23.