Hər biri bir
vətənpərvərlik nümunəsi...
İstiqamət: Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin
tərbiyəsi
Qalib Azərbaycan xalqı təcavüzkar Ermənistan üzərində şanlı qələbəsinin beş illiyini qeyd edir. Artıq beşinci ildir ki, separatçılığa son qoyulub, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam və qəti şəkildə bərqərar olub, işğaldan azad edilmiş torpaqlarımızda Dövlət Bayrağımız dalğalanır. Silahlı Qüvvələrimizin işğala qarşı haqq savaşına qalxdığı 27 sentyabr ölkəmizdə Anım Günü kimi qeyd edilir.
Anım Günü
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı
"Azərbaycan Respublikasında
Anım Gününün
təsis edilməsi haqqında" sərəncama
əsasən qeyd edilir. Həmin gün doğma torpaqlarımızın işğaldan
azad edildiyi, ölkəmizin sərhədlərinin
təxribatlardan qurtardığı,
iradəmizin güclü
təməli, hərbi-siyasi
gücümüzün ortaya
qətiyyətlə qoyulduğu,
milli ruhumuzun, milli həmrəyliyimizin öz sözünü dediyi şərəfli bir tarix kimi
yad edilir. Xalqımız İkinci Qarabağ
müharibəsində qəhrəmanlıqla
döyüşən, ölkəmizin
ərazi bütövlüyü
yolunda canlarından keçən əsgər
və zabitlərini, bütün şəhidlərini
dərin ehtiramla anır. Çünki, 27 sentyabr 2020-ci il təqvimin bu günü Azərbaycana qarşı uzun illər davam edən düşmənçilik
və etnik dözümsüzlük siyasətinin
yerinə haqlı davamızın gözəl
nəticələrini-torpaqlarımızın
işğaldan azad edilməsi, o əzəli torpaqlara əsl sahiblərinin əbədi
qaytarılması, bölgədə
böyük siyasi-iqtisadi
proseslərin, çoxtərəfli
regional əməkdaşlığın
başlayacağı gerçəyini
qoydu.
Heç şübhəsiz
ki, 2020-ci il sentyabrın 27-dən noyabrın
10-a qədər davam edən İkinci Qarabağ müharibəsində
həyatını itirən
şəhidlərin xatirəsi
xalqımızın qəlbində
əbədi yaşayacaq.
Fəxrlə qeyd edilməlidir ki, torpaqlarımızın işğaldan
azad edilməsində vətənpərvər oğullarımız
misli görünməmiş
qəhrəmanlıq nümayiş
etdiriblər. Belə ki, Vətən müharibəsində qəhrəmancasına
döyüşmüş, Azərbaycan Bayrağını
işğaldan azad edilən torpaqlarımızda
dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda
canlarını fəda
etmiş əsgər və zabitlərimizin hər biri əsil
vətənpərvərlik nümunəsidir. Hazırda
Azərbaycanın mübariz
oğul və qızlarının göstərdiyi
şücaət gənc
nəslin vətənpərvər
ruhda böyüməsində
ideoloji baza rolunu oynayır.
Qəhrəmanlıqla döyüşərək canını
Vətən yolunda fəda edən şəxslərdən biri
də əslən Yardımlı rayonunun Kürəkçi kəndindən
olan Elçin Elşən oğlu Mansurovdur. Qəhrəmanımız
1984-cü il noyabrın
25-də Bakıda doğulub.
Birinci sinfə Binə qəsəbəsində
yerləşən 149 nömrəli
məktəbdə başlayıb.
Sonradan təhsilini Yasamal rayon 286 saylı orta məktəbdə davam etdirib. Sonuncu 8-11-ci sinifləri isə öz doğma yurdu olan Yardımlının
Kürəkçi kəndində
oxuyub. 2003-cü ildə
Heydər Əliyev adına Azərbaycan
Ali Hərbi Məktəbinə qəbul
olub. Təhsilini bitirdikdən sonra təkmilləşdirmə kursları
keçib. 2007-ci ilin iyul ayından Tovuz rayonunda leytenant rütbəsi alaraq kəşfiyyatçı kimi
xidmətə başlayıb.
Ömrünün böyük
hissəsini hərb sənətinə və Vətənə xidmətə
həsr edən Elçin Mansurov Tovuz, Murovdağ, Göygöl və Füzuli rayonlarında xidmət edib. O, kəşfiyyatçı olduğu
müddətdə düşmən
tərəfinə keçir
və hər dəfə səfərləri
"qanla" bitərmiş.
Düşmən ona ləqəb də qoyub. Həmçinin, onu döyüş yoldaşları "Kəşfiyyatın
vuran əli",
"Tənha canavar",
"Boz qurd" da adlandırıblar. 13 illik xidməti dövründə 6 medalla,
dəfələrlə fəxri
fərmanla təltif olunub. 2020-ci ilin yayında mayor rütbəsinə yüksəlib.
Mayor Elçin Mansurov həm də 2016-cı ildə
"Aprel savaşı"nda
da cəsurluğunu sübut etmişdi. Elçin Mansurov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı
uğrunda gedən döyüşlərdə savaşıb.
Vətən müharibəsində
Elçinin komandirliyi
altında 24 nəfərlik
qrupdan ibarət heyət heç bir itki vermədən
düşmən postunu
ələ keçirib.
Yenə də sonrakı döyüşlərdə
17 şəhid, 5 yaralı
olmaqla qisa müddət ərzində
düşmənin olduqca
strateji əhəmiyyətli
3 postunu ələ keçirib, 30 ildən sonra azad olunmus
mövqeyə bayrağımızı
sancıb. İkinci hücum zamanı isə, cəmi 45 dəqiqə ərzində,
düşmənin 2 tağımını
darmadağın etdib.
Sonra qorxmaz qəhrəmanımız mayor
Elçin Mansurov tabeçiliyində olan qrupdan ayrılaraq, düşmən bölmələrinin
yerləşdiyi dərinliklərə
təkbaşına hücum
edərək, daha 22 düşmən əsgərini
tək başına məhv edib geri qayıdan zaman 27 sentyabr tarixində "Buğra dərəsi" adlanan ərazidə düşmən
snayperi tərəfindən
vurularaq şəhidlik
zirvəsinə yüksəlib.
II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi
bütövlüyünün təmin edilməsi uğrunda döyüş
əməliyyatlarına qatılan
və hərbi hissə qarşısında
qoyulmuş tapşırıqların
icrası zamanı vəzifə borcunu şərəflə yerinə
yetirdiyi üçün
Elçin Mansurov ölümündən sonra
"Vətən Müharibəsi
Qəhrəmanı", "Vətən uğrunda",
"Xocavəndin azad olunmasına görə"
və "Füzulinin
azad olunmasına görə" medalları
ilə təltif edilib.
Vətən yolunda canından keçən digər qəhrəmanımız Məmiyev
Valeh İsbat oğlu 1994-cü il martın 27-də Yardımlı
rayonunun Kürəçi
kəndində anadan olub. 44 günlük müharibədə misilsiz
igidlik nümunələri
göstərən qəhrəmanlardan
biri də Valeh Məmiyevdir. Valeh hələ uşaqlıqdan hərbçi
olacam deyirdi, ürəyi həmişə
vətən sevgisi ilə döyünürdü,
və 6-7 yaşları
olanda hərbi forma geyinər, "mən komandir olacam" deyərdi. Torpağlarımız işğaldadır,
biz burda rahat oturmamalıyıq, əlimizdən gələn
hər şeyi etməliyik deyirdi. 2015-ci il dekabr ayında
leytenant rütbəsi
ilə tank tağım komandiri kimi vətənə xidmətə başlamışdır.
2018-ci ildə tank bölük komandiri vəzifəsinə yüksəlmişdir.
Xidmət etdiyi müddətdə "Azərbaycan
Ordusunun 100 illiyi
(1918-2018)" yubileyi medalı
ilə və 2020-ci il Türk- Azərbaycan
təlimlərində iştirak
etmiş, təlimlərin
sonunda Türkiyə Müdafiə Naziri Hulusi Akar tərəfindən
şəxsən xüsusi
fərqlənmə ilə
təltif olunmuşdur.
Vətən Müharibəsində
iştirak etmiş və 23 oktyabr Qubadlı rayonunun azad olunması uğrunda gedən döyüşlərdə şəhid
olmuşdur.
Azərbaycanın ərazi
bütövlüyünün təmin edilməsi uğrunda döyüş
əməliyyatlarına qatıldığı
və hərbi hissə qarşısında
qoyulmuş tapşırıqların
icrası zamanı vəzifə borcunu şərəflə yerinə
yetirdiyi üçün
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə
ölümündən sonra
"Azərbaycan Bayrağı"
ordeni, "Vətən
Uğrunda", "Cəbrayılın
azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə"
medalları ilə təltif olunmuşdur.
Vətən müharibəsində göstərdiyi
qəhrəmanlığa görə
gənclərə nümunə
olan Sahratov Cavid Əlikömək oğlu 1981-ci il dekabrın 23-də Yardımlı
rayonunun Əsədabad
kəndində anadan olub. 44 günlük müharibədə misilsiz
igidlik nümunələri
göstərən qəhrəmanlardan
biri də gizir Cavid Sahratovdur.
2000-ci ildə həqiqi
hərbi xidmətə
çağırılmış, 2005-ci ildən gizir rütbəsi ilə tank komandiri vəzifəsində hərbi
xidmətin davam etdirmiş, xidmətdə
olduğu müddətdə
qüsursuz xidmətinə
görə "Azərbaycan
Respublikasının Silahlı
Qüvvələrinin 90 illiyi
(1918-2008) yubileyi", "Azərbaycan
Ordusunun 95 illiyi
(1918-2013) Azərbaycan Respublikasının
yubileyi", "Qüsursuz
xidmətə görə
3-cü dərəcəli", "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) Azərbaycan
Respublikasının yubileyi",
"Qüsursuz xidmətinə
görə 2-ci dərəcəli"
medalları ilə təltif olunmuşdur. Vətən Müharibəsində
iştirak etmiş və 9 oktyabr 2020-ci ildə Cəbrayıl rayonunun azad olunması uğrunda gedən döyüşlərdə
şəhid olmuşdur.
Azərbaycanın ərazi
bütövlüyünün təmin edilməsi uğrunda döyüş
əməliyyatlarına qatıldığı
və hərbi hissə qarşısında
qoyulmuş tapşırıqların
icrası zamanı vəzifə borcunu şərəflə yerinə
yetirdiyi üçün
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə
ölümündən sonra
"Azərbaycan Bayrağı"
ordeni, "Vətən
Uğrunda", "Cəsur
döyüşçü", "Füzulinin azad olunmasına görə"
və "Cəbrayılın
azad olunmasına görə" medalları
ilə təltif olunmuşdur. Fəxarətlə
qeyd edilməlidir ki, Azərbaycanın müasir tarixi xalqımızın qəhrəmanlıq,
iradə və milli həmrəyliyinin parlaq səhifələri ilə zəngindir. Bu tarixdə elə anlar var ki, bütöv
bir dövrün rəmzinə çevrilir,
millətin taleyində
dönüş nöqtəsi, vətənpərvərliyin
tərənnümündə isə nümunə olur.
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının
Medianın İnkişafı
Agentliyinin maliyyə dəstəyi
ilə çap edilmişdir.
Olaylar.-
2025.- 24 oktyabr-6 noyabr, ¹37.- S.11.