Sokrat. Tanrı ilə insan

arasında dayanan adam

 

Loqos

 

Ürəyindən kåçənləri gizlətməməê, sözü müsahibinin üzünə şaõ dåê, gözütoxluluq, aza qanå îlmaq - Sîkrata õas cəhətlər idi.

Adamların qəddarlığı, hiyləgərliyi, dargözlüyü, õəsisliyi, õülasə bütün mənfur hərəêətləri,  Sokratı daim narahat edirdi.

Sokrata görə, aza qane olan adam ən zəngin adamdır.   

O, deyirdi: o yerdə ki, yalnız sərvəti üstün hesab edirlər, orada şərəf, inam, iman,  ləyaqət, abır-həya ola bilər.

Filosof xüsusi olaraq vurğulayırdı ki, sənin qəbahətlərini üzünə dåyən düşmən, bunları gizlədən dîstdan yaõşıdır.            

Sokrat adamları cinayətə sövq edən cəhətlərin "anatomiyasını" araşdırmağı özünə  borc bilirdi.

O, hesab edirdi ki,  insan həyatının əsas məqsədi bilik əldə etmək  müdrikliyə çatmaqdır.

Kim idi Sokrat? Hazırda ortada heç bir fəlsəfi əsəri olmayan böyük yunan filosofu.

Sokrat bizim eradan əvvəl  469-cu ildə Afinada doğulmuşdur.  Onun atası Safroniks daşyonan, anası Fenareta isə mamaça olub. Sokrat xasiyyətcə həlim, amma öz düşüncələrini qətiyyətlə müdafiə edən adam idi. Gəncliyində orduda xidmət edib, olimpiya oyunlarında yumruq döyüşlərinin iştirakçısı olub. İlk həyat yoldaşı Mirton adlı qadın olmuşdur, həmin xanım vəfat etdikdən sonra  Ksantippa adlı qadınla evlənib, ondan iki oğlu olub.

Bəs filosofu nəyə görə öldürmüşdülər?  Sokrat açıq şəkildə dövlət xadimlərini tənqid edir, onların səriştəsizliyini göstərirdi. Siyasətçilər filosofu onların nüfuzuna hakimiyyətinə təhlükə yaradan düşmən hesab edirdilər.  Amma onu uydurma ittihamlarla-  "gəncləri azdırmaqda" dindarlara hörmətsizlikdə  ittiham edərək məhkəməyə verdilər.

Cəzanı yüngülləşdirmək hüququ olsa da, o, bundan qətiyyətlə imtina etdi, çünki bunu günahını etiraf etmək kimi qəbul edirdi. Sokrat Afina hakimiyyətinə hər hansı güzəşti zəiflik əlaməti öz haqlılığına inamsızlıq kimi qiymətləndirirdi. Sokrat ölümdən qorxmurdu, ona görə edam xəbərini sakit qəbul etdi. Son gününü şagirdləri ilə keçirdi, onları axirət dünyasındakı həyat haqqında hekayələrlə təsəlli etdi.

Filosof e.ə. 399-cu ildə  Afina məhkəməsi tərəfindən edama məhkum edilmişdir.

Sokrat qədim yunan fəlsəfəsində yeni bir baxışın əsasını qoymuşdur. O, bütövlükdə fəlsəfənin diqqətini təbiət hadisələrindən yeni bir istiqamətə-insan şəxsiyyətinə idraka yönəldə bilmişdi.

Sokratın elə bir yüksək şöhrəti olmuşdur ki, sonralar patrikslərin (xristianlığın yeddinci əsrə qədər mövcud olmuş dini-mənəvi liderləri-F.M.) yunan qanadına mənsub olan nümayəndələri, hətta onunla Xristos arasında paralellik axtarmışlar.

Böyüê filîsîf öz-özünə suallar vårirdi: "Åy allahlar! Bəşər acgözlülüyü dåêdir? üçün dîyunca yåyən adam, yå yåê davam ådir?! üçün êåflənənə qədər içən adam, yå içməê davam ådir? üçün qumarda çîõlu pul udan adam, bununla êifayətlənmir, həmin pulları yånidən qumara qîyur? üçün şöhrətə çatmış adam, daha artıq şöhrət arzulayır? üçün haêimiyyətin bir pilləsinə qədəm qîyan adam, növbəti pilləyə qalõmağa can atır? üçün hədsiz õəzinə tîplamış adam,  bununla êifayətlənmir, yenə õəzinə yığmaqda davam ådir?"

Üzləşdiyi suallara Sîêratın å özü cavab vårib: "Nå êi, õåyirõahlıq törədən adam ölənə êimi öz xeyirxahlığını davam åtdirir; nå êi, incəsənətdə gözəlliê yaradan adam, înunla êifayətlənməyib yå yaratmaqda davam ådir; nå êi, həqiqətə õidmət ådən adam, îndan ötrü əzab-əziyyətə dözür həqiqət uğrunda ölümə gådir. Yəni fəzilət sahibləri, namərdlər öz əməllərindən əl çəkə bilmir.  Ey Sîêrat, haqqında düşündüêlərinin hamısı bəşər åhtirasları, bəşər hərisliêləridir!"

Sîêrat özündən sînraya håç bir yazılı ədəbi-fəlsəfi nümunə saõlamamışdır. Înun həyatı yaradıcılığı, mübarizə fəaliyyəti barədə Êsånîfînt, Platîn, Aristîtål êimi filîsîfların, åləcə Sîêratın şagirdlərinin əsərlərində söhbət açılmışdır.

Afinalı Êsånåfînt yazırdı: "Sîêrat...î qədər ədalətli idi êi, håç êimə zərrə qədər pisliê åtməmiş, əêsinə,înunla ünsiyyətdə îlan şəõslərin hamısına böyüê fayda vårmişdir. Î qədər gözü tîõ idi êi, håç vaõt ləzzətli şåyi faydalıdan üstün tutmamışdı. O qədər dərraêalı idi êi, yaõşı pis haqqındaêı mühaêimədə səhvə yîl vårməmişdi bunun üçün håç êimin êöməyinə åhtiyacı îlmamışdı, çünki bå məsələləri həll åtməê üçün özü êifayət qədər güclcü idi..."

Plutarõ Sîêratı bu cür səciyyələndirirdi: "Sîêratı...biz ən dahi ən görêəmli adam håsab ådiriê. Sîêratın sanêi vahid, möhêəm, əzəli bir mühaêimədən dîğan bütün davranışı öz məqsəd aydınlığı qətiyyəti ilə såçilirdi".

Platîn Sîêratın ölüm barədə dådiêlərini õatırlayır: "Êim öz həyatını əsl mənada fəlsəfəyə həsr ådibsə, î, yalnız bir şåylə məşğuldur-ölümlə".

Sîêrat fəlsəfəsinin mərêəzində insanın mənəviõlaqi êåfiyyətləri dayanır.

Sîêrata görə, insan idraêının hüdudu ilahi idraêın nisbətində məhduddur. Çîõ böyüê müdriêlər filîsîflar müəyyən dərê åtməyə maliêdirlər. Həm înlar müdriêliyin müəyyən pilləsində dayanırlar. İnsan hər şåyi öyrənməyə,bilməyə qadir dåyildir.

Sîêrat dåyirdi: "İnsanın hər şåydə müdriê îlması mümêün dåyil. Dåməli, êim nəyi bilirsə, elə înda da müdriêdir". (Êsånîfînt. "Sîêrat haqqında õatirələr").

Sîêrat üçün insanın biliyi biliêsizliyi: "mən bilirəm êi, håç nəyi bilmirəm" êmündə ifadə îlunub. Sokrata görə, filîsîf  Allahla insan arasında dayanan bir hadisədir. Filosof  müdriêliyə can atır, amma O,  tam müdriê håsab ådilə bilməz. Sîêrat dåyirdi êi, Pifaqîr özünü filîsîf håsab ådirdi, amma müdriê  saymırdı, çünêi müdriê îlan ê Tanrıdır. Fəlsəfənin müdriêliyə såvgi êimi qiymətləndirilməsi, Sîêrata görə- ilahi müdriêliyə məhəbbət êimi başa düşülməlidir. Filîsîf- əslində Sîêrat åtiêasının əsas qəhrəmanıdır.

Sîêrata görə, haêimiyyəti əsla zəhimlilər, tiranlar, zîraêılar dåyil, ağıllılar müdriklər idarə åtməlidir. Ağıllılarsa filosof ola bilər. Bəlkə idarəetmədə filosofa ehtiyac duyulmasın, amma həqiqət axtarışında filosofun olması zəruridir, qaçılmazdır.

Sîêrat fəlsəfi fiêir tariõində məşhur mübahisəçi, hər bir məsələyə münasibətini açıq bildirən, ürəyindən êåçəni dåêdən çəêinməyən, qåyri-adi bir şəõsiyyət idi. Î, håç bir şåy yazmamışdır. Daha doğrusu, onun yazdıqlarından bizə heç gəlib çatmamışdır.  O, öz baõışlarını dîstları şagirdləri ilə dialîqlarda açıqlamışdır.  Laêin  "şifahi variantına" baõmayaraq, Sîêratın fəlsəfəsi înu öz müasirlərindən daha çox  məşhurlaşdırmışdır.

Sual meydana çıxır: bəs kim idi Sîêratın dinləyiciləri, înun "mübahisə" dîstları?  Ən õtəlif påşə sahibləri-sənətêarlar, şairlər, rəssamlar, qadınlar, êahinlər, gənclər, qîcalar, ağıllılar, dəlilər, afinalılar, spartalılar başqaları. Sîêrat öz söhbətlərində nəyi isə təsdiq ådir, nəyisə inêar, nəyisə bəyənir, nəyisə tənqid atəşinə tuturdu.

Öz dinləyicilərini Sîêrat "şagird" dåyil, özünə dîst håsab ådirdi.

Müdrik insan kimi şöhrət qazanan Sokrat əsl mübahisə ustası idi. Ona çəkişmələrdə heç kəs qalib gələ bilməzdi. Özünəməxsus mübahisə üslubu, o cümlədən, həqiqət doğruluq naminə açıq sözlü olması həmin dövrdə bəzi insanlar tərəfindən bəyənilməmiş münasibətləri düşmənçilik müstəvisinə qaldırmışdır.

Bütün dünyada məşhur olan "Sokrat paradoksları" gün təzə təravətlidir:

Heç kəsin şərə yazığı gəlmir.

Heç kəs öz xoşuna şərə qulluq etmir.

Fəzilətlilik- bu, bir elmdir.

Sokrat özünü Tanrının elçisi hesab edirdi.

Haşiyə. Bir dəfə Sîêrat filîsîfların məclisinə dəvət îlunur. Alimlər uzun-uzadı nitq söyləyərəê yaõşı danışıq qabiliyyətlərini nümayiş åtdirirlər. Bir qədər êåçəndən sînra dîstları Sîêratdan õəbər alırlar: "Danışanlardan hansı õîşuna gəldi?"  Sîêrat dåyir: "Aqafîn". Sîêratla Aqafînun münasibətini yaõşı bilən adamlar təəccüblənirlər. "Aõı, î məşhur qanmazdır, həm î håç ağzını açıb danışmadı". Sîêrat ciddi şəêildə dåyir: "Bəs bilmirsiniz êi, Aqafon kimi bir aõmağın êutunu "dinləməkdən" yaõşı bir şåy yîõdur?".

Sokrat qədim yunan fəlsəfəsini dəyişən şəxs olmuşdur.

Həqiqəti dåê, həqiqətə tapınmaq baõımından înun ölümü ibrətamizdir. "Ölüm, yaõud yalan"  altårnativi qarşısında dayanan filîsîf tərəddüd åtmədən birincini såçdi: ölümü. Daha dîğrusu, ölümün içində yaşayan həqiqəti, yaõud əêsinə. Çünêi həqiqətin içində əzəmətli, nəhəng, ölümsüz bir ölüm vardı.

Sokrat deyirdi ki, ölümdən qorxmaq insanın bilmədiyi şeyi bildiyini düşünməsi deməkdir. Axı heç kim ölümün olduğunu, onun insan üçün ən böyük nemət olub-olmadığını bilmir. Amma hər kəs ondan qorxur, sanki onun ən böyük bəla olduğunu dəqiq bilir.

Sokrata qədər filosoflar dünyanın kainatın necə qurulduğu barədə düşünürdülər. Məsələn, Fales hesab edirdi ki, Yer üzündəki hər şey sudan yaranıb, Heraklit isə bunu odla əlaqələndirirdi. Sokrat ilk olaraq bu nəticələrin mənasız olduğunu bəyan etdi, çünki bu nəticələrə gəlmək üçün istifadə edilən metod dəqiq deyildi. Filosof həqiqətə çatmaq üçün öz metodunu təklif etdi. Bu metod indi dialektik metod adlanır. Dialektik metod - iki fərqli baxışın cavabların müqayisəsi yolu ilə alınması metodudur.       

Filosof hesab edirdi ki, Fales Heraklitin səhvi ondadır ki, onlar həqiqətə yalnız öz düşüncələri ilə, fərdi, müstəqil, şəksiz şəriksiz şəkildə çatmağa çalışırdılar. Sokrat isə, dediyimiz kimi, düzgün nəticələrin yalnız mübahisə zamanı, əks mövqelərin qarşıdurması ilə ortaya çıxdığını düşünürdü.

Sokrata görə mübahisə - fikirlərin möhkəmliyini yoxlamaqdır. Danışan tərəflər bir-birinə çətin suallar verməli onlara cavab verməlidirlər ki, həqiqətə çatsınlar.

Sokrat müxtəlif mövzularda mübahisə edirdi. Həmkarlarından cəsarətin olduğunu ya ədalətin mahiyyətini soruşurdu. Bütün mövzular etik xarakter daşıyırdı.

Sokratın metodu onu Afina şəhərində bəyənməməyə səbəb oldu. Sokrat sadə vətəndaşlardan başqa, dövlət xadimləri ilə şairlərlə mübahisə etməyi sevirdi. O, birinciləri dövlət idarə etməyi bilməməkdə, ikinciləri isə öz şeirlərinin mənasını izah edə bilməməkdə ittiham edirdi.

Məhz Sokrattan sonra filosoflar etik məsələləri araşdırmağa başladılar. Sokratın şagirdi Platon dialoqlarında kosmos haqqında deyil, ədalət, sevgi ali yaxşılıq haqqında düşünürdü.  

Sokratın dialektik metodu sonrakı dövrlərin filosoflarını ilhamlandırmış, dünya fəlsəfi fikrinin inkişafına çox mühüm təsir göstərmişdir. Məsələn, Hegel fəlsəfə tarixini dialektika vasitəsilə təsvir etmişdi. Sonralar Hegelin ideyaları XX əsrin düşüncələrinə təsir etdi hətta, marksizmin əsasını təşkil etdi.

Heç təsadüfi deyildir ki, çağdaş araşdırmaçılar qədim yunan fəlsəfə tarixini  adətən sokrataqədərki sokratsonrası dövrlərə bölürlər. Beləliklə, Sokrat qədim yunan fəlsəfə tarixinin mərkəzində duran bir şəxsiyyətdir.

Təkcə Sokratın özü yox, onun arvadı Ksantippa haqqında da olmuş olmamış əhvalatlar, əfsanələr, lətifələr dolaşmaqdadır. Bu, ilə bağlıdır? Zənnimcə, filosofun xarakterinin açılmasında onun xasiyyətinin öyrənilməsində onun xanımı bir növ "məhək daşı" rolunu oynayır. Bu, o deməkdir ki, harada Sokrat varsa, orada Ksantippa da var.

Haşiyə. Sîêrat öz gənc dîstlarını, dinləyicilərini å dəvət åtməêdən zövq alırdı. Növbəti qînaqlıqların birində arvadı özünü saõlaya bilməyib ərinə dişinin dibindən çıõanı dåyidir. Bəhanəsi bu îlur êi, åvdə yåməyə håç yîõdur, əri isə boş-boş işlərlə məşğuldur. Dîstları dilõîr îlsa da Sîêrat halını pîzmadan åvdə əlinə êåçən yåê-içməêdən stîlun üstünə düzür, dəmir parça şərab süzür. Dîstlarından biri özünü saõlaya bilməyib dåyir êi, Sîêrat, sənin arvadın dözülməz qadındır. Sîêrat dåyir êi, sən öz qazlarının qaqqıltısına öyrəşdiyin êimi, mən öz arvadımın səs-êüyünə alışmışam. Hazırcavab dîstu dåyir êi, qazlarım mənə yumurta vårir. Sîêrat cavabında dåyir êi, arvadım da mənə uşaqlarımı õş ådib.

Bəs filosofun arvadı Ksantippa mənşəcə kim idi?  Əfsanəyə görə, Sokrat bazarda gəzərkən küp satan çılğın xasiyyətli bir satıcısı qız görür. Qızın mallarını satarkən göstərdiyi qızğınlıq təkid Sokratın xoşuna gəlir o, heç düşünmədən, birbaşa bazarda ona evlənmək təklifi edir. Bu təklifə cavab olaraq qız tanımadığı alıcıya dərhal bir şillə vurur.

Amma qəzəb tezliklə mərhəmətlə əvəz olunur. Ksantippa qarşısındakı adamın o dövrün məşhur nüfuzlu filosofu Sokrat olduğunu öyrənir. Üstəlik, Yunanıstanda davam edən müharibələr kişi sayını xeyli azaltmışdı. Qız üçün bu evlilik zahirən firavan rahat bir həyat vəd edirdi.

Lakin... Ksantippanın sevinci şox da uzun çəkmədi. Qadın ərini daha yaxşı tanımağa başladıqca görürdü ki,  Sokrat var-dövlətə, cəmiyyət içindəki mövqeyə maraq göstərir. O, hətta qocalığında belə, rahatlıq axtarmaq fikrində deyildi. Sokrat heç vaxt söhbətləri, məsləhətləri mühazirələri üçün pul almırdı, halbuki onun bəzi şagirdləri çox varlı insanlar idi. Buna görə Ksantippa ərinin təlimlərini ümumiyyətlə sofistləri nifrətlə qarşılayırdı. Bir dəfə isə o, ərinin üstünə hamının gözü qarşısında bir küp soyuq su tökür. Sokrat isə bunu belə cavablandırır: "Əvvəl şimşək çaxar, sonra yağış yağar."

Bu şıltaq çılğın qadın haqqında şayiələr bütün Afina şəhərinə yayılır. Adamlar Sokratdan bu qadının hərəkətlərinə necə dözdüyünü soruşanda, o, sakitcə cavab verirdi: "Mən ona dözməyi öyrəndikdən sonra, digər insanların hərəkətinə dözmək asan olub".

Bu evlilik bərabər olmasa da, o dövr üçün ədalətli hesab olunurdu. Sanki Ksantippa öz ərinin "güzgüsü" ya məhək daşı idi. Onlar müxtəlif qütblü, bir-birinə əks olan adamlar olsalar da bir-birini tamamlayırdılar.

Deyilənə görə, Ksantippa Sokrata üç uşaq doğmuşdu. Əri ölümə məhkum ediləndə, əfv üçün yalvarmağa gəlmişdi. Əfsanəyə görə, onların son söhbətində qadın deyir:   

- Axı sən günahkar deyilsən. Hamıya de ki, səni haqsız yerə, etmədiyin cinayətə görə mühakimə etdilər.

Sokrat sualı sualla cavablayır:       

- Doğrudanmı sən istəyərdin ki, məni əsl cinayətə görə edam etsinlər?

Edama məhkum olunan dahi filosof zəhər içərək intihar edir.

Ümumiyyətlə, Sokratın bir çox fikirləri, xüsusən  evlilik haqqında düşüncələri indi maraqlıdır.

"...Adi məntiq belə deyir: əgər xoşbəxt deyilsənsə, deməli səndə xoşbəxtlik yoxdur. Əgər yoxdursa, axtar. Paradoksal məntiq isə belə deyir: əgər xoşbəxtliyi axtarsan, onu itirəcəksən. Sadəcə otur anla ki, o, səndə var".

"...Tərbiyə çətin bir işdir onun şəraitini yaxşılaşdırmaq hər bir insanın müqəddəs borcudur. Çünki özünü yaxınlarını maarifləndirməkdən vacib heç yoxdur".

"...Gözəllik - çox qısa müddət hökm edən bir kraliçadır".

"...Dünyanı dəyişmək istəyən adam əvvəlcə özünü dəyişməlidir".

O, gənclərə üz tutaraq deyirdi: "Mütləq evlən. Əgər yaxşı bir qadına rast gəlsən, xoşbəxt olacaqsan. Pis bir qadın çıxsa, filosof olacaqsan". Bu ifadə ilə mübahisə etmək çətindir, amma eyni zamanda onu başqa tərəfdən nəzərdən keçirmək olar. Elə insanlar var ki, evlilik onları xilas edir, elələri var ki, onları yaralayır ya necə deyirlər, "qanadlarını qayçılayır". Bəlkə elə buna görə, düşünür, özü üçün həyat yoldaşı axtarmağa tələsmirdi yalnız ömrünün sonunda bu addımı atdı.

Artıq vurğuladığımız kimi, Sokratın baxışları sual-cavab vasitəsi ilə məşhurlaşmışdır. Bu baxışlar "Sokratik dialoq" kimi yayılmışdır.

Sokratın fəlsəfi təlimi sonralar öz tələbəsi Platon tərəfindən davam etdirilmişdir.   Dünyaca məşhur olan "özünü dərk et" şüarının müəllifi olan dahi filosof insanları özünüdərkə əxlaqi cəhətdən mükəmməlləşməyə çağırırdı. Yeri gəlmişkən o, əxlaqı şəxsi-subyektiv bir amil kimi yox, ictimai universal səciyyə daşıyan bir hadisə kimi qiymətləndirirdi.

Sokrat hər hansı bir rasional biliyin yalnız mübahisə  müqayisə yolu ilə əldə edilməsinin mümkün olduğunu israr edirdi.

 

Firuz Mustafa

 

Olaylar.- 2025.- 5-11 sentyabr, ¹30.- S.16-17.