Antiterror tədbirləri
Azərbaycanın
dövlət
suverenliyinin tam bərpasını təmin etdi
Dövlətimizin suverenliyinin, ərazi bütövlüyünün tam bərpası, ərazilərimizdə erməni separatizminin kökünün kəsilməsi ilə nəticələnən uğurlu antiterror tədbirlərinin başa çatmasından cəmi iki il keçir. Qısa müddətdə yüksək peşəkarlıqla həyata keçirilən antiterror tədbirləri müstəqil Azərbaycanın suverenliyinin tam bərqərar olması ilə nəticələndi.
Uğurlu antiterror tədbirləri Azərbaycan
dövlətinin qələbəsi, xalqımızın
haqlı mövqeyinin, tarixi ədalətin, Vətən
sevgisinin və döyüşlərdə iştirak edən
Silahlı Qüvvələrimizin peşəkarlığının
təntənəsi idi. Xüsusi vurğulanmalıdır ki,
özündə kapitulyasiya aktını ehtiva edən
üçtərəfli Bəyanatın imzalanmasından sonra
ötən postmüharibə dövründə Ermənistanın
təxribatlardan və işğalçılıq siyasətindən
əl çəkməyərək sərgilədiyi qeyri-konstruktiv
davranışlar antiterror tədbirlərinin keçirilməsini labüd
etmişdi. Antiterror tədbirləri
zəruri edən ən əsas şərtlərdən
biri də üçtərəfli Bəyanatın müddəalarının
icrasının təmin olunması istiqamətində Ermənistan
tərəfinin üzərinə götürdüyü
öhdəlikləri icra etməkdən müxtəlif bəhanələrlə
boyun qaçırması idi.
Məlum olduğu kimi, Azərbaycan 30 illik
işğal dövründə Qarabağ məsələsinin
daim sülh danışıqları əsasında
çözülməsinə çalışırdı.
Baxmayaraq ki, Ermənistan danışıqlar prosesinə
imitasiya naminə qatılıb vaxt qazanmağa səy göstərirdi.
Dövlətimizin real həqiqətlərə, tarixi faktlara əsaslanan
siyasəti nəticəsində əldə edilən diplomatik
uğurlar İkinci Qarabağ müharibəsində əhəmiyyətli
rol oynadı. 44 gün ərzində 30 illik işğala son
qoymaq bir daha Azərbaycan dövlətinin qətiyyətini,
ordumuzun gücünü, qüdrətini bütün
dünyaya nümayiş etdirdi.
İkinci Qarabağ müharibəsində
qazandığımız tarixi Zəfərdən sonra Azərbaycan
dəfələrlə Ermənistana davamlı sülh
üçün çağırışlar etsə də,
işğalçı dövlət hər dəfə danışıqlardan
boyun qaçırır, bununla da kifayətlənməyərək
suveren ərazilərimizdə silahlı təxribatlarını
davam etdirirdi. 2021-ci ildə Azərbaycan və Ermənistanda sərhəd
delimitasiyası üzrə işçi qruplar
yaradıldı. Danışıqlar böhran və bölgədə
ara-sıra baş verən silahlı toqquşmalarla
müşahidə olundu. 2021-ci ilin noyabr ayında sərhəddə
birinci silahlı toqquşmalar baş verdi. Müharibədən
sonra ən qanlı toqquşma 2022-ci ilin sentyabr ayında sərhəddə
baş verdi. 2023-cü ilin mart ayında Azərbaycanın
Qarabağ bölgəsində yerləşən Ermənistan
silahlı qüvvələrinin birləşmələri,
qeyri-qanuni erməni silahlı dəstələri Şuşa
istiqamətində təxribatlar törətdi, aprel və may
ayında isə şərti dövlət sərhədi istiqamətində
Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu.
Reallıq budur ki, 2020-ci il 10 noyabr tarixli Üçtərəfli
Bəyanata zidd olaraq Ermənistan üç il ərzində
öz silahlı qüvvələrini, canlı qüvvəsini
və texnikasını bizim ərazimizdən
çıxarmadı.
2023-cü il sentyabrın 19-da Ermənistan
silahlı birləşmələrinin Qarabağda törətdikləri
terror aktı Azərbaycana
qarşı aparılan məqsədyönlü və
planlı terror siyasətinin davamı idi. Ermənistan ordusunun
Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin
kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa
avtomobil yolunda terror məqsədilə əvvəlcədən
quraşdırılmış minanın partlaması nəticəsində
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus
nəqliyyat vasitəsi sıradan çıxdı və
mülki şəxslər həlak oldu. Həmin gün Daxili
İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi
qulluqçularını daşıyan nəqliyyat vasitəsinin
də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya
qrupları tərəfindən quraşdırılmış
minaya düşməsi nəticəsində hərbi
qulluqçularımız həlak oldu və yaralandı.
Bütün bu təxribatların qarşısının
alınması, Üçtərəfli Bəyanatın
müddəalarının icrasının təmin olunması,
Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa
edilməsi məqsədilə bölgədə lokal xarakterli
antiterror tədbirlərinə başlanıldı.
2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan
Ordusunun həyata keçirdiyi bir günlük antiterror tədbirləri
nəticəsində suverenliyimizin tam bərpa olunmasından
iki il ötür. Qısamüddətli lokal xarakterli antiterror
tədbirləri nəticəsində düşmənin silah və
texnikalarının böyük hissəsi sıradan
çıxarıldı. O zaman Azərbaycan ərazisində
qanunsuz olaraq Ermənistan ordusuna məxsus yüzdən
çox tank və zirehli nəqliyyat vasitələri, zirehli
texnika, iki yüzdən çox top və artilleriya
qurğuları, hava hücumuna qarşı qurğular yerləşdirilmişdir.
Cəmi 23 saat 43 dəqiqə ərzində erməni
separatçıları ağ bayraq qaldırmağa məcbur
oldular. Qarabağın erməni sakinlərinin nümayəndələrinin
Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini
nəzərə alaraq, tam atəşkəs haqqında
razılaşma əldə olundu və lokal xarakterli antiterror tədbirləri
dayandırıldı. Ağır relyef, düşmən tərəfindən
uzun illər böyük mühəndislik işləri nəticəsində
istehkamların mövcudluğu şəraitində,
düşmən mövqelərinin təpələrdə, əlverişli
yerlərdə yerləşdirilməsinə baxmayaraq hərbçilərimiz
qəhrəmanlıq, peşəkarlıq göstərdilər
və qısa müddət ərzində bütün istiqamətlər
üzrə əhəmiyyətli dərəcədə hərbi
uğurlar əldə etdilər.
Prezident İlham Əliyev sentyabrın 20-də
xalqa müraciətində bu məqamı da xüsusi qeyd etdi
ki, "biz kriminal rejimin ünsürlərini, başda
duranlarını ittiham etmişik, biz onları məsuliyyətə
cəlb edirik və edəcəyik. Bəziləri artıq
öz layiqli cəzasını alıblar, bəziləri də
alacaqlar. Antiterror tədbirlərinin bir gün ərzində
uğurla başa çatdırılması yenilməz
ordumuzun malik olduğu imkanların təqdimatı oldu."
Cəmi 23 saat davam etmiş və sentyabrın
20-də başa çatmış əməliyyat nəticəsində
rəşadətli Azərbaycan Ordusu qarşısına
qoyulmuş bütün vəzifələri yüksək
peşəkarlıqla yerinə yetirdi. Beləliklə, növbəti
parlaq Qələbə nəticəsində Azərbaycan
Respublikasının suverenliyi tam bərpa edildi. Azərbaycan
xalqının həyatında müstəsna əhəmiyyət
kəsb edən şanlı Zəfər sayəsində bu
gün Azərbaycan Respublikasının Dövlət
Bayrağı suverenliyimizin bərqərar olduğu
bütün ərazilərdə əzəmətlə
dalğalanmaqdadır.
Hər bir xalq üçün öz taleyinə
sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf
etdirmək onun ən böyük nailiyyətidir. Tarixin
müxtəlif mərhələlərində üzləşdiyi
çətinliklərə, işğala, məhrumiyyətlərə
baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik,
dövlətçilik əzmini sarsıda bilməyib. Azərbaycan
xalqı bu gün öz müstəqil dövlətinə
sahibdir, qəhrəman əsgər və zabitlərimizin,
şəhidlərimizin qanı hesabına əldə
edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz
xalqımızın milli sərvətidir.
Prezident İlham Əliyev Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, 2023-cü il sentyabrın 20-də Azərbaycan
Respublikasının bütün ərazisində qanunun
aliliyinin təmin olunduğunu və Azərbaycan
Respublikasının dövlət suverenliyinin bərpa edildiyini
nəzərə alaraq, hər il sentyabrın iyirmisinin Azərbaycan
Respublikasında Dövlət Suverenliyi Günü və Xankəndi,
Xocalı, Xocavənd, Ağdərə şəhər
günləri kimi qeyd edilməsini qərara alıb. Fəxrlə
qeyd edə bilərik ki, Müzəffər Ali Baş
Komandanın rəhbərliyi ilə Vətən müharibəsində
olduğu kimi, 2023-cü ilin sentyabrında keçirilən
antiterror tədbirlərinin qısa müddət ərzində,
uğurla başa çatması ədalətin, Vətən
sevgisinin və peşəkarlığın təntənəsidir.
Antiterror tədbirləri
bütün Qafqazda dayanıqlı sülhə, əmin-amanlığa,
firavan həyata və təhlükəsizliyə misilsiz
töhfə verən tarixi missiyadır.
Nurlan
Olaylar.- 2025.- 5-11 sentyabr, ¹30.- S.5.