Zərdüşt. Xeyir Şərin əbədi mübarizəsi

 

Loqos                                                                   

 

                                              Avesta

                                              (1-ci yazı)

                                              Dogru söz

 

"Zülmət  məhvə  məhkumdur".

"Avesta"dan

Zərdüşt (Zəratuştra, Zoroastr, Zoroaster ya Zaratustra kimi tanınır)   zərdüştilik (mazdeizm) dininin qurucusu "Avesta"nın, yəni zərdüştiliyin  mətnlərinin müəllifi hesab edilən kahindir. Zərdüşt qədim "Avesta dili"ndə danışmış İran yaylasının şərq hissəsində yaşamışdır.

Burasını da deyək ki, Zərdüştün yaşadığı dövr barədə konkret elmi qənaət  mövcud deyildir. Bəzi mənbələrə görə, Zərdüşt İskəndər Zülqərneynin hakimiyyətindən 258 il əvvəl, təxminən e.ə. VII VI əsrlərin ilk yarısında (ehtimal ki, e.ə. 628-551-ci illər arasında) yaşamışdır. Digər tərəfdən, "Avesta"nın ən müqəddəs hissəsi olan "Qatalar"ın dilçilik təhlili Zərdüştün fəaliyyət dövrünün e.ə. XII-X əsrlərə təsadüf etdiyini deməyə əsas verir. Antik müəlliflər isə onun həyatını müxtəlif dövrlərə, məsələn, Birinci Daranın atası Histasp  dövrünə aid edirlər. Onun habelə  Musa peyğəmbərlə eyni dövrdə yaşadığını iddia edənlər vardır. Bundan başqa, Zərdüştün mənşəcə  atropatenli, fars, yəhudi, türk, assuriyalı olduğunu göstərən müəlliflərə mənbələrə rast gəlirik.  "Qatalar"da isə onun Turan tayfalarının ərazisində doğulduğu oradan öz həmvətənləri tərəfindən qəbul edilmədiyi üçün qaçaraq indiki İran ərazisindəki Viştasp adlı liderin yanına sığındığı qeyd olunur. Akademik  Aleksandr Makovelskinin yazdığına görə Zərdüşt  Azərbaycan ərazisində yaşamış "...Avestanın bizə gəlib çatmış bütün kitabları (Vendidad, Yasna, Vispered Bundehiş) qədim  Azərbaycan ədəbiyyatının nümunələrindəndir".

Zərdüşt kahin Spitamın ailəsində doğulsa da o vaxtkı mövcud ənənəyə görə onun  Əhura Mazda (Hörmüzd) adlı ali tanrının oğlu olduğu iddia olunur.

Zərdüşt üç dəfə evlənmişdir. Birinci dəfə dul qadınla, digər iki dəfə isə bakirə qızlarla ailə qurmuşdur. Övladları  heyvandarlıq, əkin-biçinçiliklə məşğul olmuşdur.

"Qatalar"da Zərdüştün bütün insan hissləri ilə dolu tarixi şəxsiyyət kimi təsviri verilir.

Zərdüşt xeyirlə şəri dünyada bir-birinə zidd iki başlanğıc kimi ayırmış xeyirə əməl etməyə, şəri isə rədd etməyə çağırmışdır.

Zərdüşt obrazı dünya mədəniyyətində bu ya digər dərəcədə əks olunmuşdur. Belə ki, Motsartın "Sehrli Fleyta" (1791) operasında işıq müdriklik rəmzi olan Zararstro obrazını yaratmışdır.

Zərdüştə həsr olunmuş zərdüştilik əfsanəsinin opera səhnəsində ilk təcəssümü olan eyniadlı opera Jean-Filippe Rameau tərəfindən yazılmışdır ("Zoroastre", 1749).Hoffmanın "Sinober ləqəbli kiçik Saxes" (1819) povestində sehrbaz Prosper Alpanus bir zamanlar  "şeytani dərəcədə çox şey bilən qoca deyingən  "professor Zərdüşt"ün -mühazirələrini dinlədiyini" xatırladır.  Alman yazıçı-filosof  Fridrix  Nitsşenin  "Zərdüşt belə deyirdi"   adlı əsəri çox məşhurdur. 1896-cı ildə  "Zərdüşt belə deyirdi"  kitabından təsirlənən alman bəstəkarı Riçard Strauss  eyni adlı simfonik poema bəstələmişdir.

Yeri gəlmişkən, zaman-zaman  Azərbaycan ədəbiyyatında da Zərdüşt Hörmüz obrazlarına müraciət olunmuşdur. Belə ki, əsərlərində tez-tez "Avesta"ya müraciət edən  Xalq şairi Səməd Vurğunun "Hürmüz Əhrimən" adlı yarımçıq dramı da vardır. Dramın əsas obrazları xeyir tanrısı Hürmüz şər tanrısı Əhriməndir. Əslində bu motivlər "Avesta"dan gəlir, zira Zərdüşt dinində Hörmüz Əhrimən arasında əbədi mübarizə gedir

  "Yalnız yaxşı sözlərə qulaq asın"

     "Avesta"dan

Yer üzünə adamlar gəlib səssiz-soraqsız gediblər Yer üzündən. Yer üzündə qəbilələr, şəcərələr, tayfalar, xalqlar məskunlaşıblar həmin xalqlar, tayfalar, şəcərələr, qəbilələr məhvə məhkum olunublar Yer üzündə. Yer üzündə adamlara xalqlara bənzəyən dillər olub mənsub olduqları adamlarla xalqlarla birgə heçliyə qovuşublar o dillər. Biz bu yerdə qəsdən "tarixə qovuşublar" ifadəsini işlətmirik. Çünki tarix mücərrədlikdən uzaq, konkret məfhumdur. Tarix üzü astarı məlum olan faktlar, o faktların söykəndiyi zaman (dünən indi) deməkdir. Ölü dillər ölü xalqlar tarix zaman keşməkeşindən uzaqdır. Onların üstünə pərdə çəlilib, həm tül yox, daş torpaqdan yoğrulmuş, dəmir poladdan yapılmış pərdə çəkilib. Bu pərdəni götürmək-çətindir; bəlkə heç mümkün deyildir. Axı, "ölü" anlayışının özü çox şeyi, bəlkə hər şeyi ifadə edir. Çünki xalq yoxsa, onun dili yoxdur. Dil yoxsa onun daşıyıcısı da yoxdur. Bu, məsələnin bir tərəfidir. Vay o gündən ki, xalq da, dil yaşarı olsun - ona mənsub olan abidə, əsər "dəfn olunsun". Bəs necə? Ölülər həmişə torpağa gömülür. Şahidsiz məhv edilən, səssiz-sözsüz, ünvansız qətlə yetirilən, izi itirilən üçün kim yas saxlamalıdır? Ya onunla maraqlananlar tapılmaz, ya da onun "sahibləri" çoxalır. Görünür "itkilərin" taleyi həmişə belə olmuşdur.

"Avesta" məhz bu cür taleyi olan bir əsərdir. O, ölümə məhkum olub təzədən tarixə boy verəndə (yeni zəmində, yeni dildə) öz ilk ünvanına yetə bilməyib. Zaman keçdikdən sonra isə onun "şərikləri", "ortaqları", "yiyələri" çoxalıb. "Sahiblərin" hamısı qalaq-qalaq faktlarla gəlib "mərhumun" cənazəsi üstünə. Hamısının da əlində tutarlı dəlillər, təkzibolunmaz sübutlar. Üstündə "doğum tarixi" yazılmış faktlar, ünvanlı-ünvansız "şəhadətnamələr" min illərin daş yuxusunu diksindirib perik salıb.

beləliklə "Avesta"nın ikinci qətldən sonrakı əsrarlı, ölümlü (bəlkə ölümsüz?) ömrü başlayıb.

Məlumdur ki, əsərin orijinalı məhv edilmişdir. Ona görə "Avesta" ilə bağlı yaranan bütün mübahisələr, sonralar haradasa dibsiz bir uçuruma, sonsuzluğa calanıb. Qızışan söz-söhbətlərin istiqaməti ən müxtəlif  "ünvansız" ünvanlara yönəlib.

Abidənin orijinalı haqda söz söyləmək çətin, çətin olduğu qədər məsuliyyətli məsələdir. Həm söhbət maddi yox, mənəvi abidədən gedir. Biz bu ifadəni təsadüfən işlətmirik. Müasir dövrün nəhəng elmi-texniki kəşfləri müxtəlif şüa dalğalar vasitəsilə min illərə məxsus əşyayi-dəlillərin, əntiq predmetlərin, bir sözlə, maddi-mədəniyyət abidələrinin yaşını dəqiqliyi ilə müəyyənləşdirməyə imkan verir. Lakin mənəvi mədəniyyət abidələrinin sirlərini texniki vasitələrlə aşkarlamaq qeyri-mümkündür. Burada yalnız insan yaddaşı (əlbəttə, silsiləvi, zəncirvari şəkildə), zehni nüfuzetmə, əsrləri adlayıb keçə bilən fəhm "şüaları" kara gələ bilər. Şübhəsiz ki, həmin "bərpaetmə" prosesində tarixi-müqayisəli metodun yardımı da əvəzsizdir. Biz "Avesta" ilə bağlı olan bir çox faktları nəzərdən keçirdikdən sonra müəyyən mülahizələr söyləmək istəsək abidənin dili haqqında son söz söyləmək iddiasından çox uzağıq. Bu, güman ki, qeyri-mümkündür.

Çünki əsərin meydana gəldiyi dövrlə bu gün arasında tarixin  çox suları axıb, bulanıb, durulub.

Çünki "Avesta" öz ilkinliyindən çox uzaqlaşıb.

Çünki Abidə öz zəminindən, öz mehvərindən, öz tarixindən ayrılıb.

Ən başlıcası isə budur ki, əldə olan materiallar "Avesta"nın əsli yox, tərcüməsidir. Problemin digər çətin tərəflərindən biri bu hesab oluna bilər ki, əldə olan tərcümənin kimə məxsusluğu məlum deyil. bütün bunlarla yanaşı ortaya daha çətin bir problem çıxır - bəs əsli olmayan, tərcüməsinin hansı dilə (xalqa) məxsusluğu bilinməyən bir əsəri hansı "ünvana" müncər etmək lazımdır? "ortaqlıq", "şəriklik" hissləri məhz bu zaman üzə çıxır.

Araşdırıcıların çoxu indiki halda "Avesta dili"ni İran qrupuna daxil olan qədim dillərdən biri hesab edir. Lap dəqiqi, bu dil hind-avropa ailəsinin, hind-iran, yaxud ari qrupuna aid olunur. Tədqiqatçıların fikrincə hind-avropa tayfalarının qədim vətəni indiki Orta Asiya ərazisidir. Vahid hind-avropa icmasının iki yerə parçalanması (hind iran) miqrasiya ilə əlaqələndirilir. Mülahizələrə görə, qəbilələrdən biri Hindistana (hind tayfaları), digəri isə İrana Əfqanıstana (İran tayfaları) köçmüşdür. Bu cür parçalanma labüd köçüş prosesində qəbilələrdən bir çoxunun dili öz müstəqilliyini itirmiş, bəziləri isə dialekt səviyyəsindən çıxaraq konkret dil kimi formalaşmışdır. Vaxtilə mövcud olan həmin dillərdən əksəriyyəti artıq yox olsa da, bəzi dillərin əlamət xüsusiyyətləri qalmaqdadır. Bu isə özünü ən çox toponimik adlarda saxlamaqdadır. Qədim Midiya Skif dillərinin "iz"ləri bu deyilənlərə misal ola bilər.

Yazılı abidələrdən bizə yalnız iki dilin nümunəsi gəlib çatmışdır - Qədim fars dilinin Avesta dilinin. Birinci dilə e.ə. Əhəmənid hökmdarı Dara, Kserks başqalarının gil parçaları üzərindəki yazıları aid edilir. Bu, müasir fars dilinin ilk nüvəsidir. İkinci dil, təsəvvür inamların toplusunu əks etdirən Avestadır, daha doğrusu, "Avesta dili". Tədqiqatçıların əksəriyyəti belə fikirdədilər ki, "Avesta dilinin" son daşıyıcıları parslardır. Bu, hazırda İranda yaşayan farslar yox, əsasən Hindistanda yaşayan qədim xalqdır mənbələrdə pars xalqı kimi qeyd olunmuşdur. Bütün bunlara baxmayaraq qədim Abidənin taleyi Azərbaycan xalqının həyatı ilə çox bağlı olmuşdur.

Zərdüştün vətəni odlu torpaq, odlar yurdudur. Hörmüz - qədim azərbaycanlıların, türklərin - oda tapınanların, atəşpərəslərin inandıqları Allahdır. Xeyirxah qüvvələrə himayə göstərən baş allah Hörmüz (Ahura Məzda) şər allah Əhrimənə (Anqra Manyu) qarşı mübarizə aparır. Hər iki tanrı obrazı Azərbaycan mifik təfəküründə uzun əsrlər boyu yaşamış, yaddaşdan-yaddaşa keçib bizim günlərəcən gəlib çatmışdır.

Xalqın iradəsindən asılı olmayan kəskin tarixi-sosial hadisələrin təsiri prosesində təhrifə uğrayan, öz ilkin mənbəyini az qala itirən adlar belə əski mədəniyyətimizin dərin qatlarından soraq verir. Hörmüzün arvadı Hörmət (Armati) Yer ilahəsi, oğlu Azər (Atar) od allahı, qızı Nahid (Anahid) hava-göy ilahəsidir. "Avesta"nın görkəmli tədqiqatçısı akademik A.O.Makovelskinin rəyinə görə "Avesta"  qədim  Azərbaycan ədəbiyyatının nümunələri hesab olunmalıdır. "Avesta"nın Şərq xalqlarına mənsub olduğunu təsdiq edən fikirlər şəksizdir. Əsərin Azərbaycan həyatı məişəti ilə sıx bağlılığı da belə danılmaz faktlardandır. Bunu "Avesta"nın qədim tərcüməsindən sonra belə, əsərdə qalmaqda olan türk (Azərbaycan) sözlərinin mövcudluğu bir daha təsdiq edir. Bəzi tədqiqatlarda "Avesta"dakı bir çox sözlərə nəzər salınarkən paralelliyin üzə çıxdığı qeyd edilmişdir. Məsələn, atır-od: adırboy-ad: dinə-məqsəd; aci-ilan; doğun\doğan-ana; ata\böyük - ata; Tür-türk; əsən-yaxşı; sayru-xəstəlik, - dost; köyüt-köylük; istər-istək; aş-yemək sair kimi sözlər deyilənlərə misal ola bilər.

Qeyd edək ki, bizim əlimizdə olan hissələrdə təsadüf edilən bir çox sözlərin Ural, Altay Hind-Avropa dil qruplarına aid olduğu üzə çıxır. Bu, o deməkdir ki, "Avesta dili" özündə bir çox dil areallarının nümunələrini ehtiva etmişdir.

Məsələn, müqayisə üçün "Avesta"nın orijinalından əldə etdiyimiz aşağıdakı sözləri nəzərdən keçirmək kifayətdir. (Sözlər əvvəlcə "Avesta" dilində, sonra  Azərbaycan, daha sonra rus dilində digər dillərdə verilmişdir):

Asta-səkkiz; rusca- vosem; hindcə- asta; latınca- östo; almanca- axt; farsca- həşt; osetincə- ast. Dva -  iki; rusca- dva; ingiliscə- tvo; farsca- du, əfqanca- dva; almanca- tsvay. Tri - üç; rusca- tri; latınca- tri; almanca -dray; ingiliscə- tri; hindcə- treayas; farsca- se; daricə- drə. Çatvar-dörd; rusca- çetıre. Parva - birinci; rusca- pervıy. Sata - yüz; rusc- sto. Trizat - otuz; rusca- tridsatı. Ubahər - ikisi, rusca oba. Parad - qabağında, önündə; rusca pered. Kada - vaxt? Rusca- koqda?; da - harada?; rusca: qde?

Qeyd etmək lazımdır ki, müasir rus dilində say əvəzliklərdən başqa, elə isim, sifət fellərə rast gəlirik ki, onların eyni olan qarşılığına ya onlarda analoji əlaqədə olan leksem morfemlərə "Avesta"da təsadüf olunur. Konkret qənaətə gəlmək üçün aşağıda verilən sözləri nəzərdən keçirmək maraqlı olardı (əvvəlcə, "Avesta" da olan sözlər verilir).

Band-bənd; rusca: bint; hindcə: banda; almanca: binden; saqdicə: bint; farsca: bənd; osetincə: bast: Brat - qardaş (qədim türkcə: bir ad), rusca: brat; latınca: frater; almanca: bruder; hindcə: bratr; saqdicə: brt; farsca: bəradər: Zimqış; rusca: zima; farsca: zimistan; osetincə: zimad; Uş-qulaq; rusca: uşi; Antar-içəri; rusca: vnutr: almanca: unter; Ana - o; rusca: ona (qadın cinsini bildirən əvəzlik);

Digər sözlərdə belə bir "universallığı"müşahidə etmək olar. Məsələn, az - göz; rusca- qlaz; latınca- oquluz. Bağ-Allah, rusca- boq, qədim türkcədə bağ -əlaqə Allah. Budra - gümrah; rusca- bodrıy. Druva-sağlam; rusca- zdorovıy. Qari - dağ; rusca- qora; Pis-yazmaq; rusca- pisat. Rvat-qazmaq. Mat(r) - ana; rusca- mat; almanca- mutter; farsca- madər. Hayna-dava; rusca- voyna. Q(q)na-qadın; rusca:-jena. Sadava-oturmaq; rusca: saditısya. Kxata - ev; rusca- xata.

"Avesta"nın sözlük mətn parçalarından götürdüyümüz sözlər məhz bu qəbildəndir.

Adara - aşağı, anarı. Sarı-sarı (rəng). Ut-küst: us\üst. Dam-dam; rusca- dom. Dunman - çən, duman, rusca: tuman. Upara-uca, hündür (xatırladaq ki, Azərbaycan ərazisində Upa kəndi vardır). Sarta-sərt, hirsli. Upari - yuxarı. Sas - səs; (bu söz çox vaxt fel formasında işlədilmişdir; məs.: səs salmaq, danışmaq) s.

P.S.Buradaca qeyd etməyi vacib bilirəm ki, rus dilindəki "dom"(ev) sözü türk dilindəki"dam", "den" sözü isə "dan/tan" sözündən götürülmüşdür.Bu fikirlər rus dilçilərinin araşdırmalarına söykənir. Bu cür misalların sayını kifayət qədər artırmaq  olar. Bizə elə gəlir ki, "Avesta" kimi böyük abidəni, onun Azərbaycan həyatı məişəti ilə əlaqəsini ətraflı elmi şəkildə öyrənməyin vaxtı çoxdan  çatıb.

 

Firuz Mustafa

 

Olaylar.- 2025.- 19-25 sentyabr, ¹32.- S.16.