Xalqa bağlı güc

 

  bu  gücün  verdiyi  mesaj:  ...əks təqdirdə, Azərbaycan özü erməni faşizminə son qoyacaq!

 

Prezident İlham Əliyev yanvarınn 7-də yerli televiziyalara müsahibəsində 2024-cü ilin yekunları, regionda mövcud vəziyyət, Ermənistanla sülh danışıqlarının hazırkı durumu, Zəngəzur dəhlizi digər məsələlərlə bağlı fikirlərini ifadə etdi. Eyni zamanda, dövlətimizin başçısı müəyyən xarici dairələrin ölkəmizə qarşı apardıqları kampaniyalarla bağlı mövqeyini açıqladı. Bütövlükdə, müsahibə ölkəmizin gələcək hədəfləri baxımından aydın mesajların verilməsi ilə diqqəti cəlb edir.

 Milli Məclisin deputatı Sevinc Fətəliyeva qeyd edib ki, ərazi bütövlüyünü suverenliyini bərpa etdikdən sonra Azərbaycanın həyatında yeni mərhələ başlayıb: "Hazırda qarşıda dayanan ən əsas hədəflərdən biri sülhə nail olmaq Cənubi Qafqazı əməkdaşlıq məkanına çevirməkdən ibarətdir. Dövlət başçısının müsahibədə sülhün üçün komponentləri vurğuladı. Bütövlükdə, 2024-cü ildə Azərbaycan çoxvektorlu xarici siyasətini uğurla davam etdirib. Prezident İlham Əliyevin məqsədyönlü siyasəti, irəli sürdüyü təşəbbüsləri strateji addımları nəticəsində ölkəmizin beynəlxalq arenada mövqeyi daha da güclənib. Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığını dərinləşdirərək regional qlobal məkanda önəmli tərəfdaşa çevrilib.   Bu uğurların əldə olunmasında Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri, görüşləri bu çərçivədə imzalanan sənədlər mühüm rol oynayıb. Belə ki, enerji, nəqliyyat investisiya sahələrindəki razılaşmalar Azərbaycanın qlobal tərəfdaşlıq potensialını daha da artırıb".

Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq miqyasda rolunun güclənməsi, müstəmləkəçilikdən əziyyət çəkən ölkələrə inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək göstərməsi, həmçinin türk dövlətləri arasında əlaqələrin inkişafına verdiyi töhfələr respublikamızın dünya arenasında yerini əhəmiyyətli dərəcədə artırıb: "Bu gün ölkəmizin malik olduğu bərpaolunan enerji potensialı, Şərqdən Qərbə gedən nəqliyyat dəhlizlərinin qovuşuğunda yerləşməsi, özünü etibarlı tərəfdaş kimi təsdiqləməsi, eyni zamanda, Prezident İlham Əliyevin sözünün imzası qədər dəyərli olması beynəlxalq aktorları Azərbaycanla əməkdaşlığı genişləndirməyə sövq edir. Təbii ki, burada ölkəmizin regionda sülhün sabitliyin təmin olunması istiqamətində atdığı addımlar da mühüm rol oynayır". Millət vəkilinin sözlərinə görə, Azərbaycan Cənubi Qafqaz regionunda sülh, sabitlik inkişafın təmin olunmasında maraqlıdır. Ermənistan Azərbaycan arasında mehriban qonşuluq münasibətlərinin qurulması tamhüquqlu regional normallaşma yolu ilə təhlükəsiz, sabit firavan Cənubi Qafqazın qurulmasının açarıdır. Azərbaycan qarşı tərəfə sülh sazişi imzalamaq təklifi edən ölkədir. Rəsmi Bakının mövqeyi bundan ibarətdir ki, iki ölkə gələcək münasibətləri barədə qərarı birlikdə verməlidir. Prezident İlham Əliyev müsahibədə sülh müqaviləsi ilə bağlı bizim bütün şərtlərimizin qəbul ediləcəyinə ümid etdiyini bildirərək vurğulayıb: "Çünki bu şərtlərdə hər hansı bir fövqəladə məsələ yoxdur. Minsk qrupunun ləğv edilməsi, konstitusiyanın dəyişdirilməsi - bunlarsız sülh müqaviləsi mümkün deyil. Əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə lazım deyil. Bu imzalanmadan da biz yaşaya öz siyasətimizi apara bilərik. Yəni, mən yenə Ermənistan tərəfinə məsləhət görərdim ki, hər şeyi yaxşı ölçüb-biçsin, o cümlədən dünyadakı geosiyasi dəyişiklikləri. Onların yaxın dostları siyasi səhnədən biabırçılıqla silinirlər". Dövlətimizin başçısının xüsusilə Zəngəzur dəhlizi ilə bağlı mesajı da Ermənistanı düşündürməlidir: "Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinlər. Zəngəzur dəhlizi açılmalıdır açılacaqdır. Onlar bunu qədər tez başa düşsələr, o qədər yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur. Sadəcə olaraq, onlar 10 noyabr Bəyanatının müddəalarını yerinə yetirməlidirlər. Orada hər şey açıq-aydın göstərilib".

Cənab Prezident yerli televiziyalara müsahibəsində müəyyən xarici dairələrin, xüsusilə Fransanın Cənubi Qafqazda gərginlik yaratmaq üçün atdığı addımlara da münasibət bildirdi. Eləcə , Azərbaycanın COP29-a yüksək səviyyədə ev sahibliyi etməsi, bu platformanın önəmi, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında roluna dair fikirlər ifadə olundu. Ən önəmli məqamlardan biri odur ki, dövlətimizin başçısı Böyük Qayıdışın növbəti müjdəsini verdi. Belə ki, bu il işğaldan azad edilmiş ərazilərimizə daha çox sayda keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunacaq. Bütün bunlar xalqımız tərəfindən böyük sevinclə qarşılanır".

Milli Məclisin deputatı Rəşad Mahmudov qeyd edib ki, Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində ölkəmizin siyasi, iqtisadi gündəliyini, eyni zamanda Azərbaycanın sosial sahədəki addımlarını, Qarabağın bərpasını digər aktual məsələləri şərh edərək vacib nüanslara toxundu: "Azərbaycan lideri həm dünyada baş verən geosiyasi prosesləri dəqiq təhlil etməklə ölkəmizin mövqeyini nümayiş etdirdi, əhəmiyyətli mesajlar ünvanladı, mühüm siyasi bəyanatlar verdi. Prezident bir daha ölkəmizin yaxın-uzaq ölkələrlə münasibətlərinin hazırkı durumuna əlaqələrimizin gələcəyinə dair münasibətini açıqladı. Xüsusilə dövlət başçısının dünyaya öz idbar siyasətini qəbul etdirməyə çalışan buna görə beynəlxalq sistemi təhdidlərlə üzləşdirən Qərbin üzləşdiyi hazırkı vəziyyətə verdiyi qiymət böyük maraq doğurur. İkinci Dünya müharibəsindən sonra yaradılmış sistemin artıq öz potensialını itirdiyini diqqətə çatdıran Prezident İlham Əliyev əlavə etdi ki, bunu bir çox yerlərdə gedən proseslər, münaqişələr, müharibələr digər hadisələr təsdiqləyir. Heç kimə sirr deyil ki, bir çox ölkələrə öz siyasi iradəsini sırımağa çalışan Qərbin aparıcı ölkələrində ümumi siyasi mənəvi atmosfer ürəkaçan deyil. İdeoloji müflisləşməyə məruz qalan "Qoca qitə" düşdüyü təhlükəli vəziyyətdən çıxmağa çalışır, ancaq bunu edərkən daha kobud geosiyasi səhvlərə yol verir. Məhz mövcud reallıqdan çıxış edərək cənab Prezident birmənalı şəkildə aparıcı Qərb ölkələrinin siyasi mənəvi böhranla üzləşdiyini vurğuladı. Dövlət başçısı bu qiymətləndirmədə tək olmadığını, Qərbdə yaranmış vəziyyətin aparıcı dövlət liderləri tərəfindən tənqid edildiyini xatırlatdı. Prezident İlham Əliyev bu tənqidin ədalətli olduğunu xüsusilə vurğuladı, ona görə ki, Qərb sistemi özünü tükəndirmişdir. Bu tükənmə özünü demək olar ki, bütün sahələrdə göstərir. Yeni müstəmləkəçilik siyasətinin davam etdirilməsi buna sübutdur".

Millət vəkili əlavə edib ki, müsahibəsində Prezident qəti şəkildə bildirdi ki, müstəmləkəçilik kimi iyrənc praktikaya son qoyulmalıdır, müasir dünya reallıqları məhz bunu diqtə edir: "Prezident İlham Əliyev müsahibəsində ermənidən daha çox erməni olmağa çalışan fransızların, daha doğrusu, Yelisey sarayında məskunlaşan siyasi rəhbərliyin anti-Azərbaycan siyasətindən danışdı. Dövlət başçısı Azərbaycan-Fransa münasibətlərinin real vəziyyəti gələcəyi barədə  maraqlı açıqlamalar da verdi. Azərbaycan lideri diqqətə çatdırdı ki, son bir neçə ay ərzində rəsmi Bakı Fransa hökumətinin nümayəndələrindən təmaslar qurulması üçün siqnallar alır. Parislə təmaslara hazır olduğunu, ancaq dialoqun ancaq Bakıda baş tutacağının mümkünlüyünü bildirməklə Prezident İlham Əliyev prinsipial mövqeyini ortaya qoydu. Bu, əlbəttə, güclü liderin, müstəqil xarici siyasət yürüdən dövlət rəhbərinin sarsılmaz iradəsinin təcəssümüdür! Azərbaycan uzun illər davam edən erməni separatçılığının kökünü kəsdi. 44 günlük müharibədə otuz illik erməni işğalına son qoydu. Bütün vəhşiliklərinə baxmayaraq rəsmi Bakı ermənilərə sülh gündəmini təklif etdi. Ancaq Azərbaycanın xeyirxahlığından istifadə edən Ermənistan rəhbərliyi müxtəlif bəhanələr gətirərək, Bakının haqlı tələblərini qəbul etməyə tələsmir. Regionu öz geosiyasi ambisiyalarına tabe etdirmək istəyən Qərbin bəzi ölkələrinin hərbi maliyyə yardımını alaraq sürətlə silahlanma yolunu tutan rəsmi İrəvan İkinci Qarabağ müharibəsinin nəticələrini reviziya etməyə can atır. Son zamanlar isə Ermənistanda revanşizm əhval-ruhiyyəsinin güclənməsi erməni faşizminin hələ "diri" olduğunu göstərir. Əlbəttə, belə bir hal Azərbaycanı narahat etməyə bilməz. Buna görə , Prezident İlham Əliyev bir daha Ermənistana aydın şəkildə sərt mesaj ünvanlandı: Azərbaycanın səbrilə oynamayın erməni faşizmi məhv edilməlidir! Dünyanın bir çox mətbuat orqanlarında da geniş yer verilən bu mesajlara ermənilərin diqqətlə qulaq asmaları zəruridir. Prezidentin bəyan etdiyi kimi, əks təqdirdə, Azərbaycan özü erməni faşizminə son qoyacaq!  Cənubi Qafqazda davamlı sülhün, əməkdaşlığın bərqərar olmasının vacibliyinə toxunan dövlətimizin başçısının fikri qətidir, Zəngəzur dəhlizi açılmalıdır! Ölkəmizin ərazi bütövlüyünün tək təminatçısı olan Prezident İlham Əliyevin ən böyük gücü xalqa bağlıdır. Onun yürütdüyü siyasət bütöv bir xalqın istəyidir bu siyasətin arxasında xalq dayanır".

 

Alim Hüseynli

 

Olaylar.- 2025.- 9-16 yanvar, №1.- S.4.