Tariximizin hüzn və şərəf səhifəsi - 20 Yanvar
35-ci ildönümünü qeyd etdiyimiz 20 Yanvar faciəsi Azərbaycan tarixinin qəhrəmanlıq və şərəf səhifəsi kimi dəyərləndirilir.1990-cı ilin 19-20 yanvar tarixlərində əsasən ermənilərdən ibarət Sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri, hərbi dəniz donanmasının və daxili qoşunların bölmələri dinc əhaliyə qarşı görünməmiş vəhşiliklər törətdilər.
1990-cı il yanvarın 19-dan 20-nə keçən
gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin
baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik
Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə
yetirildi. Kütləvi
insan qırğını
törədildikdən sonra,
20 yanvar 1990-cı il səhər saat 5.30-da radio vasitəsilə Bakı şəhər komendantı V.Dubinyak fövqəladə vəziyyət
tətbiq edildiyi barədə rəsmi məlumatı efirə verdi. Halbuki yanvarın 20-də
saat 00-dan başlanmış
hərbi əməliyyatlarda
tanklardan və müxtəlif təyinatlı
zirehli döyüş
maşınlarından istifadə
edilmiş, Xəzər
Hərbi Donanmasına
məxsus gəmilərdən
şəhərə desant
çıxarılmışdı. Fövqəladə vəziyyət
elan edildikdən sonra isə yanvarın 20-də
və sonrakı günlərdə Bakı
şəhərində 21 nəfər
öldürülmüşdü. Qanlı Yanvar günündən sonra fövqəladə vəziyyətin
elan olunmadığı
rayonlarda yanvarın
25-də Neftçala, yanvarın
26-da Lənkəranda 8 nəfər
qətlə yetirilmişdi.
Ümumilikdə respublikada
147 nəfər öldürülmüş,
744 nəfər yaralanmış,
841 nəfər qanunsuz
həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən
təcili yardım maşınları, dövlət
əmlakı və şəxsi əmlak məhv edilmişdi.
YAP Astara rayon
təşkilatının sədri
Həbib Cəfərovun
sözlərinə görə,
inkaredilməz həqiqətdir
ki, xalqımızın
müstəqillik, suverenlik
arzusu, niyyəti və bu istiqamətdə
siyasi oyanışı
o dövrdə Sovet hökumətini ciddi narahat edirdi. Xalqımızın bu arzusunu boğmaq üçün cinayət
əməlinə, soyqırıma,
qırğına əl
atıldı, Bakıya
qoşun göndərildi,
1990-cı il 20 Yanvar faciəsi yaşandı. Belə ağır bir vaxtda Ulu
Öndər Heydər
Əliyev Moskvada xüsusi nəzarət altında saxlanılmasına,
təzyiq və təqiblərə məruz
qalmasına baxmayaraq, yanvarın 21-də Azərbaycanın
Moskvadakı nümayəndəliyinə
gələrək, Sovet
ordusunun Bakıda törətdiyi bu qanlı cinayəti kəskin pisləyən bəyanat verdi. Ümummilli Lider Heydər Əliyev faciənin bütün günahkarlarının cəzalandırılmasını
tələb etdi:
"20 Yanvar hadisələrinə
geniş mənada əsl hüquqi-siyasi qiymət Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə
xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışından sonra
verildi. Ümummilli Liderin təşəbbüsü və
göstərişləri ilə
1994-cü ilin mart ayının 29-da Milli Məclis "1990-cı il
yanvarın 20-də Bakıda
törədilmiş faciəli
hadisələr haqqında"
Qərar qəbul etdi. Ümummilli Lider dövrün mürəkkəbliyinə rəğmən,
20 Yanvar faciəsinin başvermə səbəbləri
və günahkarların
araşdırılması ilə
də məşğul
oldu və bunun nəticəsində həqiqətlər üzə
çıxdı. Ulu
Öndər Heydər
Əliyevin Fərmanı
ilə 1998-ci ildə
"20 Yanvar Şəhidi"
fəxri adı təsis edilib.
Xalqımız 20 Yanvarda nümayiş etdirdiyi qətiyyəti ilə bir daha
sübut etdi ki, qəhrəman, yenilməz xalqdır, haqqının tapdanmasına
imkan verməz, Vətənini, onun müstəqilliyini qorumaq əzmindədir. Artıq Azərbaycan dövlət müstəqilliyinin bərpasının
33 ilini arxada qoyub. Müstəqilliyimizin
bərpasının ilk
illəri Azərbaycan
tarixinə qara səhifə kimi yazılsa da, 1993-cü ildən bu günədək
qazandığımız uğurlarla
qürur duyuruq. Bu uğurları Azərbaycana qazandıran Heydər Əliyev yoludur. Ulu Öndər
Heydər Əliyevin
1993-cü ildə xalqın
təkidli tələbi
ilə hakimiyyətə
qayıdışı ilə
Azərbaycanın həyatında
yeni dövr başladı. Müstəqilliyimizin
əbədiliyi və
dönməzliyi təmin
edildi. Azərbaycanın
bu günü və gələcəyi üçün möhkəm
təməl yaradıldı.
Son 21 ildə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə
uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı ən yüksək zirvələri
fəth etdirir. Dörd ildən artıqdır ki, möhtəşəm Zəfərimizin
sevincini yaşayırıq.
Azərbaycan bir daha dünyaya sübut etdi ki, bu torpaqların
sahibi bizik və burada daimi olacağıq. Tarixi Zəfərimizdən
üç il sonra suverenliyimizi tam təmin etdik. Azərbaycan Bayrağı Xankəndidə,
Xocalıda, Xocavənddə,
Ağdərədə ucaldıldı.
Bu gün şəhidlərimizin ruhu
şaddır. Şəhidlik
zirvəsinə ucalmış
Vətən övladları
fədakarlıqları ilə
xalqımızın qəhrəmanlıq
salnaməsinə parlaq səhifələr yazdılar. Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini
daim yüksək qiymətləndirir, onların
ruhuna ehtiram göstərir, xatirəsini
hər zaman uca tutur. Dövlət başçısı, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin Sərəncamı
əsasında Zəfər
Günü ilə yanaşı, Anım Gününün də təsis edilməsi Azərbaycan dövlətinin
hər zaman mübariz oğul və qızlarının
şücaətini yüksək
qiymətləndirdiyini, bütün
şəhidlərimizin ruhuna
ehtiram göstərdiyini,
xatirəsini uca tutduğunu təsdiqləyir. Dövlət
başçısı İlham
Əliyevin qeyd etdiyi kimi, Müzəffər
Ordumuzun yazdığı tarix sabah daha da
güclü inkişaf
edəcək, çiçəklənəcək
Azərbaycan üçün
möhkəm bünövrədir".
YAP Bərdə rayon təşkilatının
sədri Fəqət Şadlinskaya qeyd edib ki, tariximizin
hüzn və şərəf səhifəsi
olan 1990-cı il 20 Yanvar faciəsindən 35 il ötür: "Arxada qalan hər
il faciə ilə bağlı həqiqətlərin dünya
ictimaiyyətinə çatdırılmasında
zəngin mənbəyə
çevrilir. Qəhrəman
oğul və qızlarımız Azərbaycanın
suverenliyi, müstəqilliyi,
azadlığı, bugünümüz,
ərazi bütövlüyümüzün
bərpası uğrunda
canlarını qurban verdilər. Vaxtilə bu qanlı hadisələri
böyük kədərlə
qeyd edirdiksə, bu gün bununla
bərabər qəlbinizdə
qürur hissi də yaşanır. Artıq dörd ildir ki, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə rəşadətli
ordumuz dünya hərb tarixinə yeni səhifə yazıb. Dünyaya səs salan tarixi Zəfərimizin reallıqlarını yaşayırıq.
30 il işğal altında qalan, amma bu günü
səbirsizliklə gözləyən
torpalarımız sahibinə
qovuşduğu üçün
sevinclidirlər. Bu qalibiyyətin əsasını
qəhrəman 20 Yanvar
şəhidləri qoydu.
20 Yanvar faciəsi sovet imperiyası tərəfindən əvvəlcədən
planlaşdırılmış hərbi cinayət idi. Azərbaycanın ayrılmaz
tərkib hissəsi olan keçmiş Dağlıq Qarabağın
Ermənistana birləşdirilməsinə
qarşı çıxmağımıza
görə Azərbaycanı
cəzalandırmaq üçün
Kreml Qanlı Yanvar qırğınını
törətdi. Lakin bununla çirkin niyyətinə çata bilmədi. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə
Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər
edilmiş erməni zabit və əsgərləri,
hərbi məktəblərdə
təhsil alan erməni kursantları da cəlb edilmişdi.
1990-cı il yanvarın
ortalarında SSRİ Müdafiə
və Daxili İşlər nazirliklərinin,
habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin
66 min nəfərdən
çox əsgər və zabiti Bakı şəhərinə
gətirilərək, Qala
və "Nasoslu"
aerodromlarında, Respublika
stadionunda, Salyan kazarmasında yerləşdirilmişdir. 1990-cı il yanvarın 19-dan 20-nə
keçən gecə
birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun
əmri ilə
SSRİ Müdafiə Nazirliyi,
Dövlət Təhlükəsizlik
Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi. Dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə
yetirildi. Bu qanlı faciədən sonra sovet imperiyası
Aszərbaycanda özünün
bütün mənəvi
və sosial dayaqlarını itirdi. Xalqın Sov.İKP-yə və mövcud rejimə qarşı nifrəti son həddə çatdı,
Sov.İKP üzvləri
kütləvi şəkildə
partiya biletlərini ataraq onun sıralarını
tərk etdilər".
Onun sözlərinə
görə, həmin vaxt ölkəyə rəhbərlik edənlər
bu hadisələrə
hüquqi-siyasi qiymət
verməyə cəsarət
etmədilər: "1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına rəğmən,
həyatını təhlükə
qarşısında qoyaraq
Azərbaycanın Moskvadakı
Daimi Nümayəndəliyinə
gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını
dünya ictimaiyyəti
qarşısında ittiham
etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa,
demokratiyaya, humanizmə
zidd, Moskvanın və respublika rəhbərlərinin günahı
üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. İnsanlığa xas olmayan bu
faciəyə ilk ilk siyasi-hüquqi qiymət də Ümummilli Lider tərəfindən
verildi. Onun təşəbbüsü
ilə Naxçıvan
Muxtar Respublikasının
Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət
verən 21 noyabr
1990-cı il tarixli qərar qəbul etdi. Həmçinin
1993-cü ildə xalqın
təkidli tələbi
ilə hakimiyyətə
qayıdan Ulu Öndər Heydər Əliyev təhlükələrdən
qorxub çəkinmədi.
Sovet hakimiyyətinin
20 Yanvar cinayətinə
etiraz edərək Azərbaycan xalqının
başına gətirilən
qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. Ulu Öndərin göstərişləri ilə
1994-cü ilin mart ayının 29-da Milli Məclis "1990-cı il
yanvarın 20-də Bakıda
törədilmiş faciəli
hadisələr haqqında"
qərar qəbul etdi. Həmin qərarda bu mühüm məqamlar öz əksini tapmışdır ki, Azərbaycanda vüsət
tapmış milli azadlıq hərəkatını
boğmaq, demokratik və suveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini
qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm
qoyan hər hansı xalqa sovet hərb maşınının gücünü
nümayiş etdirmək
məqsədilə 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı
şəhərinə və
respublikanın bir neçə rayonuna yeridilməsi, nəticədə
haqq və ədalətin müdafiəsi
naminə küçələrə
çıxmış silahsız
adamların qəddarcasına
qətlə yetirilməsi
Azərbaycan xalqına
qarşı totalitar kommunist rejimi tərəfindən hərbi
təcavüz və cinayət kimi qiymətləndirilsin. Ümummilli
Lider dövrün mürəkkəbliyinə rəğmən,
20 Yanvar faciəsinin başvermə səbəbləri
və günahkarların
araşdırılması ilə
də məşğul
oldu və bunun nəticəsində həqiqətlər üzə
çıxdı. Heydər
Əliyevin Fərmanı
ilə 1998-ci ildə
"20 Yanvar Şəhidi"
fəxri adı təsis edilib.Azərbaycan
zəngin tarixə malikdir. Xalqımız tariximizin hər bir səhifəsinin öyrənilməsinə,
gələcək nəsillərə
çatdırılmasına xüsusi önəm verir. Çap edilən kitablar, yazılan elmi əsərlər, tarixi mənbələr həqiqətlərimizin
daha dolğun şəkildə beynəlxalq
ictimaiyyətə çatdırılmasında
öz sözünü
deyir. 20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyi
uğrunda mübarizə
tarixinə qəhrəmanlıq
səhifəsi kimi daxil olub".
Alim
Olaylar.-
2025.- 17-23 yanvar, №2.- S.12.