TƏBİƏTİN VƏ RUHLARIN PIÇILTISINI

DUYAN ZAUR USTAC

 

Sevgi, məhəbbət bəşər mədəniyyətinin ən qədim ən universal mənəvi kateqoriyalarından biridir. O, insanın daxili aləmini formalaşdıran, estetik düşüncəsini cilalayan mənəvi kamilliyə aparan əsas psixoloji-emosional amillər sırasında xüsusi yer tutur. Poeziya isə bu ali duyğunun dilə gəlmiş, sözlə bədii-estetik forma qazanmış ən təsirli ifadə vasitəsidir.

Hər zaman milli-mənəvi dəyərlərin keşiyində duran şair Zaur Ustacın "Sevgi dolu şeirlər" kitabı məhz bu baxımdan insan qəlbinin incə tellərinə toxunan, sevginin çoxqatlı semantik məkanını bədii düşüncə müstəvisində təqdim edən poetik nümunələri bir araya gətirir. Kitabdakı şeirlərdə məhəbbət təkcə romantik hiss kimi deyil, həm mənəvi saflığın, daxili harmoniya insani dəyərlərin daşıyıcısı kimi təqdim olunur. Burada sevgi bəzən ümid, bəzən həsrət, bəzən sədaqət fədakarlıq kontekstində elmi-estetik baxımdan müşahidə oluna bilən bir fenomen kimi təcəssüm edir.

Kitabda yer alan poetik mətnlər emosional dərinliklə yanaşı, obrazlı təfəkkür, metaforik zənginlik semantik bütövlük baxımından da diqqəti cəlb edir. İctimai-intellektual fikir şairi Zaur Ustac sevgi ilə yanaşması subyektiv hisslərin sadə ifadəsi ilə məhdudlaşmır; əksinə, sevgi insan cəmiyyət münasibətlərinin fəlsəfi-estetik interpretasiyası səviyyəsinə yüksəlir.

Beləliklə, "Sevgi dolu şeirlər" kitabı oxucuya təkcə poetik zövq deyil, eyni zamanda mənəvi düşüncə, emosional özünüdərk estetik kamillik baxımından zəngin bir mütaliə təcrübəsi təqdim edir. Bu toplu məhəbbətin elmi-anlayış çərçivəsində izahı ilə bədii duyumun vəhdətini nümayiş etdirən dəyərli ədəbi nümunə kimi qiymətləndirilir: "Çiçəklər", "Dağlar", "Sevgi", "Təbiət" "Zəfər yolu".

Müasir ədəbi tədqiqatlarda fəsil başlıqlarının yalnız strukturlaşdırıcı element deyil, həm mətnin ideya-konseptual xəttini ifadə edən simvolik göstəricilər kimi qiymətləndirilməsi vacib hesab olunur bu baxımdan elmi araşdırmaya uyğun kateqoriyalar təşkil edir.

"Çiçəklər" adlı fəsli şair estetik mənəvi inkişaf konsepti kimi ifadə edir. "Çiçəklər" fəsli müəllifin estetik düşüncəsini mənəvi kamilləşmə ideyasını simvolizə edir. Burada çiçək obrazı həm estetik dəyər, həm fərdi inkişafın mərhələlərini əks etdirən konsept kimi çıxış edir. Rəngarənglik müxtəlif çiçək növləri insan təcrübələrinin çoxşaxəliliyini, çiçək açılması isə mənəvi olqunlaşmanı ifadə edir. Bu fəsil, elmi baxımdan, insan daxili aləminin inkişaf mərhələlərini bədii simvolika vasitəsilə təqdim edən model kimi qiymətləndirilə bilər.

"Dağlar" fəsli iradə mənəvi möhkəmlik modeli kimi təqdim edilir. "Dağlar" fəsli obrazın müqavimət sabitlik anlayışlarını simvolizə edir. Dağ yüksəklikləri ali məqsədləri, çətin keçidlər isə şəxsi inkişafın maneələrini əks etdirir. Burada dağ metaforu insan xarakterinin prinsipiallıq əzmkarlıq xüsusiyyətlərini strukturlaşdırmaq məqsədi daşıyır. Bu kontekstdə fəsil, psixoloji sosial dayanıqlılığın simvolik modelini təqdim edir.

"Sevgi" fəsli şair tərəfindən humanist-pedaqoji konsept kimi təqdim edilir. "Sevgi" fəsli yalnız emosional kateqoriya kimi deyil, həm sosial mənəvi münasibətlərin formalaşmasında əsas mexanizm kimi təqdim olunur. Sevgi konsepti empatiya, bağlılıq dəyər yönümlülük kimi elmi terminlərlə ifadə edilə bilər. Bu fəsil, humanist ideyanın mətndə konkret bədii struktura çevrildiyi nümunə kimi təhlil olunur.

"Təbiət" fəsli insan-təbiət münasibətlərinin fəlsəfi ekoloji aspektini əks etdirir. Təbiət burada insanın daxili aləminin metaforik davamı ekoloji şüurun simvolu kimi çıxış edir. Fəsildə harmoniya anlayışı tarazlıq prinsipi ilə, mühit isə şəxsiyyətin formalaşma faktorları ilə elmi terminologiya vasitəsilə ifadə olunur.

"Zəfər yolu" bölümündə isə şair tərəfindən məqsədyönlü inkişaf sosial nailiyyət modeli kimi ifadə olunur. "Zəfər yolu" fəsildə fərdi kollektiv inkişafın nəticə mərhələsini təqdim edir. Zəfər yalnız fiziki qələbə deyil, ideoloji mənəvi üstünlük kimi təhlil olunur. Yol obrazı proses inkişaf mərhələlərini, qələbə isə sosial-psixoloji yetkinliyi simvolizə edir. Bu fəsil, nəticəyə yönəlik fəaliyyət modelini məqsədin mənəvi sosial aspektlərini strukturlaşdıran konsept kimi qiymətləndirilir.

Beləliklə, fəsil başlıqları əsərdə yalnız strukturlaşdırıcı funksiyanı yerinə yetirmir, həm müəllifin ideya sistemini simvolik konseptual göstəricilər vasitəsilə təqdim edir. Hər bir fəsil, insanın mənəvi, estetik sosial inkişafını, eləcə ideya dəyər sistemini elmi terminlərlə ifadə edən model kimi təhlil oluna bilər. Bu yanaşma, fəsil başlıqlarının elmi təhlilinə bədii mətnin konseptual analizinə imkan yaradır. "Bənövşə" adlı şeirdə oxuyuruq:

Kimi öyər, bənövşəni,

Kimi qara, qara yaxar...

Bənövşənin od həsrəti,

Qarı da yandırıb, yaxar...

Bildiyimiz kimi bənövşə (incəlik, həssaslıq, gözəllik), qar (soyuqluq, maneə, əngəl), od həsrəti ( alov, ehtiras). Burada ziddiyyətli bir duyğu dünyası yaradılır: bənövşənin incəliyi od həsrəti qarı əridir, çətinliklərə rəğmən gözəllik ehtiras qalib gəlir. Şair təbii elementlər vasitəsilə insan duyğularını simvolizə edir.

Bulaq başı buz, sırsıra,

Əlin düşə, köz ısıra,

Rəbbim yol verməz qüsura,

İçindən can qalxıb, baxar...

Burada şair təbiət mənəviyyatı birləşdirir. Soyuq təbiət içərisində insanın daxili istiliyi (köz) çətinlikləri yüngülləşdirir. Allahın himayəsi mənəvi qoruma vurğulanır. Obrazlı şəkildə, bu bənd insanın daxili gücü mənəvi dəstəyi ilə çətinlikləri aşmasını göstərir.

Ustacam, xeyməm laməkan,

Rüsxət verə, qıla imkan,

Tər bənövşəm olar kankan,

Qar içindən çıxıb, qoxar.

Şair öz yaradıcı potensialını təbiətə olan incə münasibətini ifadə edir. Bənövşə qar içindən çıxıb qoxması ilə gözəlliyin incəliyin çətinliklərə rəğmən özünü göstərməsi metaforik olaraq təsvir olunur. Bu bənd həm yaradıcılıq həyat enerjisinin təbiətlə harmoniyasını göstərir.

Belə nəticəyə gələrək deyə bilərik ki, şeir ziddiyyət harmoniya üzərində qurulub: gözəllik incəlik (bənövşə) qarşısında sərtlik çətinlik (qar, buz), daxili enerji ehtiras (od, köz) ilə aşılır. Təbii elementlər - bənövşə, qar, buz, köz, bulaq - həm insan duyğularını, həm mənəvi aspektləri simvolizə edir. Şair insan, təbiət mənəviyyat arasındakı əlaqəni poetik obrazlı dillə çatdırır.

Zaur Ustacın "Şehçiçəyim" adlı şeiri sevgi həsrət mövzusunu poetik şəkildə ifadə edən bir əsərdir. Şair burada "Şehçiçəyim" obrazı vasitəsilə dərin heyranlığını ehtirasını vurğulayır.

Tacısan dünyamda tüm çiçəklərin,

Köksündən bal süzən, tər Şehçiçəyim...

Sehrinə düşmüşəm, nur ləçəklərin,

Əqli başdan alan, zər Şehçiçəyim...

Obraz, həm təbiətin zərifliyini əks etdirən çiçək metaforaları ilə, həm qiymətli nadir bir varlıq kimi təqdim olunur. Şeirdə çiçəklər, bal, nur ləçəklər pərvanə kimi simvollar vasitəsilə sevgini həm vizual, həm emosional olaraq təsvir etmək məqsədi güdülür.

Cəzbində qalmışam, tamam çar-naçar,

Sağımda, solumda çox çiçək açar,

Pərvanəyə dönüb, dövrəmdə uçar,

Sərrafam, seçmişəm, dürr Şehçiçəyim...

Şeir dili zəngin obrazlıdır; misralardakı "zər", "dürr", "nur", "sehr" kimi sözlər oxucuda həm vizual təsir, həm emosional rezonans yaradır. Təkrar olunan "Şehçiçəyim" ifadəsi vurğunu gücləndirir şeirin ritmini təmin edir. Struktur baxımından şeir dörd bənddən ibarətdir, hər bənd özündə bir fikir hissi tamamlayır. Misraların axıcı ritmi, şairin heyranlıq həsrət hisslərini daha canlı şəkildə çatdırır.

Bir kərə, bir anlıq olsa da, vüsal

Ruhuma rahatlıq verməyir xəyal,

Sonu ölümsə , gəl qoynuna al,

Həsrətdə yaşamaq, zor Şehçiçəyim...

Nəticə etibarilə, "Şehçiçəyim" şeiri, sevgi həsrətin incə poetik ifadəsi olaraq oxucuya emosional təsir göstərir Azərbaycan poeziyasının obrazlı dil ənənələrini əks etdirir.

Azərbaycan şifahi yazılı ədəbiyyatında "Dağlar" motivi yalnız coğrafi məkanın poetik təsviri ilə məhdudlaşmır; bu obraz əsrlər boyu mənəvi ucalıq, əxlaqi bütövlük, ilahi qüdrət, dözüm müqavimət anlayışlarının simvolik ifadə vasitəsinə çevrilmişdir. Xüsusiylə aşıq poeziyasında dağlar obrazı insanın daxili aləmi ilə təbiət arasında qurulan poetik paralelliyin əsas dayaq nöqtələrindən biri kimi çıxış edir.

Bu baxımdan Zaur Ustacın şeir kitabında ayrıca bir fəsli "Dağlar" adı altında təqdim etməsi təsadüfi seçim deyil, poetik düşüncənin ənənə ilə dialoqa girməsi, klassik aşıq poeziyasının semantik yükünün müasir poetik sistemdə yenidən aktuallaşdırılması cəhdi kimi dəyərləndirilməlidir. Fəsildə yer alan "Dağlar" şeirinin Aşıq Ələsgərə ithaf edilməsi isə bu dialoqun şüurlu konseptual xarakter daşıdığını göstərir.

Məlumdur ki, Aşıq Ələsgər Azərbaycan aşıq poeziyasında "Dağlar" motivini ən geniş, çoxşaxəli fəlsəfi səviyyədə işləyən sənətkarlardandır. Onun "Dağlar" rədifli mövzuya bağlı şeirləri dağ obrazını bəzən müraciət ünvanı, bəzən sirdaş, bəzən isə hakim şahid funksiyasında təqdim edir. Ələsgər poetikasında dağlar insan taleyinin sarsılmazlığı, haqq-ədalət meyarı ilahi nizamın simvolu kimi çıxış edir. Bu poetik model zamanla aşıq poeziyasında kanonlaşmış sonrakı nəsil şairlər üçün istinad nöqtəsinə çevrilmişdir.

Daxili harmoniyanın daşıyıcısı Zaur Ustacın "Dağlar" şeirini Aşıq Ələsgərə ithaf etməsi, hər şeydən əvvəl, ədəbi varislik prinsipinin bədii təsdiqi kimi çıxış edir. Burada ithaf formal xarakter daşımır; əksinə, poetik mətnin semantik qatlarında Ələsgər poeziyasına xas olan ritmik ahəng, müraciət forması, metaforik yük intonasiya aydın şəkildə hiss olunur. Bu isə şairin klassik ənənəni mexaniki şəkildə təkrarlamadığını, onu yaradıcı şəkildə mənimsədiyini göstərir.

Elmi baxımdan qeyd etmək lazımdır ki, belə bir yanaşma intertekstuallıq mədəni yaddaş anlayışları çərçivəsində təhlil oluna bilər. "Dağlar" fəsli həm fərdi poetik düşüncənin məhsulu, həm kollektiv estetik yaddaşın davamı kimi çıxış edir. Şair bu fəsildə dağ obrazını yalnız təbiət təsviri kimi deyil, tarixi, mənəvi milli kimlik göstəricisi kimi təqdim edir ki, bu da Ələsgər poetikasının ideya-estetik xətti ilə səsləşir.

 

ARDI VAR

 

KAMAL CAMALOV

PEDAQOGİKA ELMLƏRİ DOKTORU

NAXÇIVAN MÜƏLLİMLƏR İNSTİTUTUNUN PROFESSORU

AZƏRBAYCAN RESPUBLİKASININ ƏMƏKDAR MÜƏLLİMİ

"QIZIL QƏLƏM" MÜKAFATI LAUREATI

 

Olaylar.- 2026.- 27 fevral-5 mart, №8.- S.15.