Tarixi faciələr: xatirələr

unudulmayan dərslər

 

Tanınmayan faciə yoxdur, tanıdılmayan faciələr var

 

Tarix insan üçün yalnız keçmiş deyil, o, həm dərs, xatirə həyatın özüdür. Tarix, insanın yaşadığı hadisələrin, etdiyi səhvlərin qazandığı uğurların toplusudur. Bir elm sahəsi kimi o, həm bilik, həm təcrübə, həm ibrət mənbəyidir. Tarixi öyrənmək, yalnız dövr adlarını baş vermiş böyük hadisələri bilmək demək deyil, eyni zamanda insanlığın təcrübələrini, uğurlarını acı dərslərini dərk etməkdir.

Tarixdə müxtəlif hadisələr baş verib. Bəziləri insanın gücünü, yaradıcı qabiliyyətini iradəsini göstərir, bəziləri isə qarşısıalınmaz fəlakətlər, qanlı müharibələr mənəvi sarsıntılar şəklində yaddaşlara həkk olunub. Hər bir dövlətdə hər bir xalqa aid tarixi sənədlərdə həm böyük nailiyyətlər, həm faciələr öz əksini tapır. Bu hadisələr yalnız keçmişin bir hissəsi deyil, həm gələcək nəsillər üçün dərs xatırlatmadır. Faciələr insanlığın qədər həssas eyni zamanda güclü olduğunu göstərən, həm fərdi, həm kollektiv yaddaşı zənginləşdirən hadisələrdir. Dünyada baş vermiş faciələr- o cümlədən müharibələr, təbii fəlakətlər, etnik təmizləmələr insanlıq adına dərin travma yaradan hadisələr hər zaman tarixi araşdırmaların, tədqiqatların xatirələrin əsas mövzusudur. Bu hadisələr yalnız rəqəmlərlə statistik məlumatlarla ölçülmür. Onların insan talelərində yaratdığı dərin izlər, mədəniyyətlərdə buraxdığı əbədi izlər toplumlarda doğurduğu dəyişikliklər tarixi anlayışın vacib hissəsidir. Azərbaycanın tarixi bu baxımdan istisna deyil. Baş vermiş faciələr, o cümlədən Xocalı soyqırımı xalqın yaddaşında silinməz izlər buraxıb. Düşünürəm ki, bu hadisələr yalnız tarixi fakt kimi öyrənilməyib, həm insanlıq adına unudulmayan dərslər verib: azadlığın, ədalətin, milli birliyin insan hüquqlarının dəyərini göstərib.

Tarixi faciələri öyrənmək xatırlamaq yalnız keçmişin acı izlərini yad etmək deyil, bu, gələcəkdə eyni səhvlərin təkrarlanmaması üçün ən vacib vasitədir. Hər bir sənəd, xatirə, foto şəxsiyyətin yaşadığı acı hekayə bizə bir xəbərdarlıqdır. Tarixi faciələr həm milli kimliyin, mədəniyyətin bir toplumun dirçəlişinin göstəricisidir. Çünki bir xalqın yaddaşı yalnız uğurlarından deyil, yaşadığı acılardan onlardan çıxardığı dərslərdən ibarətdir. Bu baxımdan, tarixi faciələr həm qorxulu, həm öyrədici təcrübələrdir. Onlar insanları düşünməyə, tarixdən nəticə çıxarmağa gələcək nəsillər üçün doğru yol seçməyə çağırır. Tarixi öyrənmək, yalnız tarixi bilikləri artırmaq deyil, həm insanlıq adına məsuliyyət hissini gücləndirməkdir.

Mövzu ilə bağlı daha ətraflı Akademik Zərifə Əliyeva adına liseyin tarix müəllimi, orta məktəblər üçün tarix dərsliklərinin "Zəfər tarixi" dərs vəsaitinin həmmüəllifi Pərviz Ağalarovla söhbət etdik:

-Tarixi faciələr bir xalqın kollektiv yaddaşını necə formalaşdırır? Sizcə, bu yaddaş daha çox emosional yük daşıyır, yoxsa siyasi ideoloji çərçivədə formalaşır?

-Tarixi faciələr müxtəlif toplumlarda müxtəlif assosiyalar yaradır. Yəni, hər toplumun faciələrə münasibəti eyniyyət təşkil etmir: bəziləri bunu faciə kimi xatırlayır dərs çıxarmır. Bəziləri belə hadisələri sanki qan yaddaşına çevirir, daxildə ölkə xaricində müxtəlif məqsədlər üçün istifadə edir, əziklik, aşağılıq kompleksi formalaşdırırlar. Bəziləri isə əksinə faciəvi hadisələri unutmur, lakin ondan lazımi dərslər çıxarır. Məsələn, ıı Dünya müharibəsi zamanı ABŞ Yaponiyanın iki şəhərinə atom bombası atdı, 200 mindən artıq insan həlak oldu. Onların böyük əksəriyyəti mülki əhali idi. Yaponlar indi bu faciəni hər il xatırlayır, amma dərin faciəyə çevirmirlər. Ondan dərs çıxarmağa üstünlük verirlər.  Buna baxmayaraq əksər xalqların faciələrə yanaşmasında oxşarlıqlar var. Bu ümummilli hüznə, sanki ziyarət ritualına  çevrilir. Amma bu faciə içərisində aşağılıq yox, qəhrəmanlıq kultu formalaşdırılır toplumun kollektiv yaddaşı da məhz bunun üzərindən formalaşdırılır. Məsələn , Azərbaycanın yaxın tarixində baş vermiş 20 yanvar hadisələri kimi. Xalqımız həmin günü hüzn ilə xatırlasa da, yaddaşımızda bu hadisə həm bir qəhrəmanlıq dastanı kimi qalıb.

-Cəmiyyətlər zaman keçdikcə faciələri unutmağa meylli olurmu, yoxsa əksinə, həmin hadisələr milli kimliyin ayrılmaz hissəsinə çevrilir? Bu proses necə baş verir?

- Azərbaycan cəmiyyəti, ümumiyyətlə türk toplumu faciələri tez unudur. Bəlkə bu  bizim baxışımızın daima gələcəyə zillənməsi ilə bağlıdır. Eyni zamanda bu unutqanlığı  toplumdaxili pozitiv enerji ilə izah etmək olar.  Lakin elə hadisələr var ki, onları qətiyyən unutmaq olmaz. Unutqanlıq - faciələrin təkrar baş verəcəyinin ilkin ən əsas şərtidir.

-Tarixi faciələrin beynəlxalq miqyasda tanınması dərəcədə əhəmiyyətlidir? Tanınmayan ya təhrif olunan faciələrin gələcək nəsillərə təsiri ola bilər?

- Bütöv topluma qarşı törədilən faciələrin, cinayətlərin beynəlxalq miqyasda tanıdılması hüquqi baxımdan ədalətin bərpası baxımından vacib məsələdir. Əsas olan da məhz ədalətdir. Tanınmayan faciə yoxdur, tanıdılmayan faciələr var. Təəssüf ki, tarixi çox zaman qaliblər yazdığından bilərəkdən tərəf tutma, həqiqətlərin yanlış təqdimatı törədilən bəşəri cinayətlərə vaxtında doğru düzgün qiymət verilməməsinə gətirib çıxarır. Gələcək nəsillər belə hadisələri dərindən araşdırmalıdır. Çünki "şübhəsiz ki bir gün həqiqət günəşi parlayacaqdır".

-Tarixi faciə dedikdə xalqımızın qan yaddaşına çevrilmiş Xocalı faciəsi ilk xatırlanan hadisələrdəndir. Sabah faciənin 34-cü ildönümüdür. Xocalı faciəsi Azərbaycan cəmiyyətinin yaddaşında hansı mərhələlərdən keçərək bu günkü yerini aldı? Hadisənin sənədləşdirilməsi dünya ictimaiyyətinə çatdırılması prosesini necə qiymətləndirirsiniz?

- Xocalı soyqırımı yenicə müstəqilliyinə qovuşmuş Şimali Azərbaycanın informasiya blokadasında olduğu dövrdə baş verdi. Təəssüf ki, vaxtında  bu hadisə beynəlxalq ictimaiyyətin diqqətinə lazımınca çatdırılmadı. Xalqımızın yaddaşında silinməz iz buraxan bu amansız insanlığa qarşı vəhşətlə dolu olan soyqırım beynəlxalq miqyasda yalnız 2008-ci ildən təbliğ olunmağa başlandı. Bu işdə Heydər Əliyev Fondunun Leyla xanım Əliyevanın böyük zəhməti vardır. "Xocalıya ədalət" şüarı ilə aparılan  kompaniya nəticəsində dünyanın 10-dan artıq ölkəsi, ABŞ-nin 20 ştatı baş vermiş hadisəni öz adı ilə, yəni soyqırım kimi tanımışdır.

-Tarixi faciələrin əksəriyyəti artıq dərs vəsaitlərində yer alır gənc nəslə bu hadisələr haqqında məlumat verilir. Sizcə, dərsliklərdə faktların əks olunması kifayət edirmi? (təqdimat forması, yanaşma dili, tarixi-siyasi kontekst ) Ümumiyyətlə, bu prosesdə təhsil sisteminin məsuliyyəti missiyası olmalıdır?

- Xocalı soyqırımı haqqında məlumatlar müxtəlif dərsliklərdə - Azərbaycan dili Ədəbiyyat, Azərbaycan tarixi Ümumi tarix , həmçinin Həyat bilgisi dərsliklərində öz əksini tapmaqdadır. Əlbəttə haqqında onlarla kitab yazılmış bu soyqırımın bütün detallarını dərsliklərdə əks etdirmək mümkün deyil. Lakin xalqımıza qarşı törədilən bu faciənin səbəbləri, o dövrki tarixi şərait, ermənilər tərəfindən törədilın soyqırım aktının əsas aspektləri dərsliklərimizdə öz əksini tapır. Eyni zamanda şagirdlər müxtəlif resurslardan istifadə etməklə Xocalı soyqırımı haqqında təqdimatlar hazırlamağa sövq edilir. Bu zaman onlar baş vermiş faciə haqqında dərsliklərdə verilən məlumatları daha da dolğunlaşdırmaq imkanı da qazanırlar. Bu məsələ baş verən faciənin gənc nəslə çatdırılması ondan lazımi nəticələr çıxarmaqla bir daha baş verməməsi baxımından böyük əhəmiyyət daşıyır. Eyni zamanda Elm Təhsil Nazirliyinin göstərişi təqvim planına uyğun olaraq hər il fevralın 26-da Respublikamızın ümumtəhsil məktəblərində ilk dərslər Xocalı faciəsinə həsr olunur, məktəblərdə tədbilər təşkil edilir.

Tarixi faciələr yalnız acı xatirələr deyil, həm insanlıq adına əbədi öyrədici dərslərdir. Onlar bizə göstərir ki, azadlıq, ədalət milli birlik adi sözlər deyil, qorunması dəyər verilməsi vacib olan dəyərlərdir. Hər bir faciə insanları düşünməyə, keçmişdən dərs çıxarmağa gələcək üçün məsuliyyətli addımlar atmağa çağırır. Xocalı faciəsi digər tarixi hadisələr bizə unudulmaması lazım olan bir mesaj verir- bir xalqın gücü yalnız uğurlarında deyil, yaşadığı acılardan öyrəndiyi dərslərdə ölçülür. Tarixi yaddaşın qorunması, xatirələrin yaşadılması doğru dərslərin gələcək nəsillərə ötürülməsi isə həm milli kimliyimizin, həm insanlığın gələcək naminə ən böyük sərmayəsidir.

 

Zeynəb Mustafazadə

 

Olaylar.- 2026.- 27 fevral-5 mart, ¹8.- S.7.