Modern cəmiyyətə doğru

 

Qənaətcillik intellektual inkişaf

 

Azərbaycan cəmiyyətinin modernləşməsi məsələsi indi olduqca aktual işdir. Modernləşmə özlüyündə ölkənin təkamül tarixinə, sosial inkişaf mərhələlərinə birbaşa bağlıdır. Cəmiyyətin modernləşməsinin sosial-mədəni parametrləri vardır. Bu parametrlər fərqli təbiətə malikdir. Onların bir-biri ilə uyğunlaşdırılması aktuallığını bütün proses boyu saxlayır. Modernləşmə konkret zaman kəsimində meydana gəldiyindən konkret meyarlara dayandığından mücərrəd xarakter daşımır. Hər bir cəmiyyət üçün onun özəl cəhətləri vardır. Ancaq modernləşmə şüurlarda uyğun dəyişiklikləri tələb edir. O baxımdan modern cəmiyyətin yaranması həmişə konkret yanaşma praktiki fəaliyyət tələb edir. Bu məsələnin nəzəri araşdırılması aktuallığını saxlayır.

Azərbaycan cəmiyyətinin modernləşməsi özlüyündə kompleks sosial mədəni yeniləşmələrə nail olmağı tələb etməkdədir. İnsanların cəmiyyətə, xalqa dövlətə münasibətləri dəyişməlidir. Ümumi dəyərlərə verilən önəm artmalıdır. Daha konkret desək, faktiki olaraq modernləşmə insanların fərdi şüurundan başlayır. Bunsuz hər hansı rəsmi tədbirlər nəticəsini verməyə bilər. O baxımdan modernləşmənin fərdi aspektləri üzərində dayanmaq vacibdir.

Məişətdə modernləşmə qənaətcilliklə birbaşa bağlıdır. Qənaətcillik ictimai olana hörmətlə yanaşma əlamətidir. Qənaətcil cəmiyyətlərin inkişaf etdiyi yeni səviyyəyə qalxdığı faktdır. Məişət həyatının hər bir sahəsində qənaətcil olan xalq mədəniyyətini yüksəltmiş olur. Bu, maraqlı bir məqamdır. İş mədəniyyəti ilə sərfiyyat arasındakı bağlılıq birmənalıdır. İşə intizamlı yanaşan xalq həm qənaətcil olur. Xüsusilə maddi nemətlərə qarşı qənaətcil olmaq birgəyaşayışın maraqlı tərəfini təşkil edir. Çörək Azərbaycanda özəl dəyərə malik nemətdir. Ancaq biz çörəkdən qənaətcil istifadə edə bilirikmi? Bu suala müsbət cavab verə bilmərik. Statistik məlumat göstərir ki, çörəyi müqəddəs nemət sayan bir məmləkətdə ona qarşı qeyri-qənaətcil davrananlar az deyil. Çörəkdən gen-bol istifadə etmək bir yana, onu tullantı kimi atırıq. Atılan çörəklər o qədər olur ki, zibilliklərdən kimlərsə, tam qidalana bilir. Çörəyə qənatəcillik olanda dövlətin qədər maliyyəyə qənaət etdiyi məlumdur. Bundan başqa, burada mənəvi məsələ vardır. Mənəviyyatın inkişafı müqəddəs nemətlərə münasibətdən birbaşa asılıdır. Modern cəmiyyətlər üçün qənatəcillik əsas əlamətlərdən biri kimi bu səbəbdən qoyulur. Qənaətcillik olan yerdə mədəniyyəti başqa cür olur. Bütün nemətlərdən ağıllı istifadə həm işin həcmini, həm keyfiyyətini artırır. Təsadüfi deyil ki, alman işçi çox qənaətcildir bununla o, şərqlidən fərqlənir. Qənaətlə işləyən ustanın həcmi materialdan necə gəldi istifadə edəndən bir neçə dəfə artıqdır. İşin keyfiyyətində bunun nəticəsi vardır. Deməli, qənaətcil olmaq xəsislik ya simiclik deyil, daha modern tələblər üzrə işləməkdir. Qənaətcillik ekoloji duruma da müsbət təsir edən faktordur. Ağıla dayanan ekologiya üstünlüyü ilə fərqlənir. Azərbaycan cəmiyyətində qənaətcilliyi necə artırmaq olar? Bu suala cavab kompleks davamlı yanaşma tələb edir. Bu məsələ sözün həqiqi mənasında elmi mahiyyət daşıyır. Məsələ ondan ibarətdir ki, Azərbaycan cəmiyyətinin özünün qənaətcillik ənənəsi var. Onun yeni şəraitə uyğunlaşdırılması məsələsi ciddi düşünülmüş xarakterdə olmalıdır. O baxımdan, Azərbaycanda qənaət ənənəsinin müasir şəraitə uyğunlaşdırılması üzərində geniş düşünmək gərəkdir. Müasir elmi-texniki inkişafın tendensiyaları o dərəcədə sistemli xarakter daşıyır ki, Azərbaycan kimi total yeniləşmə kursu seçmiş dövlətlər elmi yanaşmaya əsaslanmalıdırlar. Bu mənada modern cəmiyyət qurmaq özlüyündə elmi məsələdir. Avtomatik olaraq modernləşmədə intellektual sərvətin rolu haqqında düşünmək lazımdır. İntellektual keyfiyyətin yüksəldilməsi modernləşmədə ciddi rol oynayır. Ölkənin inkişafının intellektual parametr üzrə aparılması bu səbəbdən bütün müstəqil dövlətlər üçün əhəmiyyət daşıyır. İnsan potensialının artırılması məsələsi həmin səbəblərdən strateji mahiyyət daşıyan işdir. Bütün variantlarda modernləşmənin taleyi intellektual sərvətin, insan faktorunun potensialından qənaətcilliklə yararlanmaqdan asılı olacaq. Qənaətcilliklə intellektin bu bağlantısı maraqlı elmi məsələləri ortaya çıxarır. Bu isə ayrı yazının mövzusudur.

 

 

Məhəmmədoğlu Şahin.

 

Olaylar.- 2009.- 7 aprel.- S. 5.