Azərbaycan və Litva arasında memorandum imzalanıb
İki ölkə
arasında siyasi dialoqun genişləndirilməsi
davam etdiriləcək
Azərbaycana ikigünlük rəsmi
səfərə gələn
Litvanın xarici işlər naziri Viqaudas Uşatskası dünən azərbaycanlı
həmkarı Elmar Məmmədyarovla görüşüb.
Azərbaycan və Litvanın
xarici işlər nazirləri əvvəlcə
təkbətək, sonra
isə geniş tərkibdə müzakirələr
aparıblar.
Müzakirələrin nəticəsi olaraq Azərbaycan və Litva xarici işlər
nazirlikləri arasında
siyasi dialoqun genişləndirilməsini nəzərdə
tutan memorandum imzalanıb. Sonra nazir
Elmar Məmmədyarov
və onun litvalı həmkarı V.
Uşatskas jurnalistlər
üçün birgə
mətbuat konfransı
keçiriblər. Litvalı həmkarı
ilə keçirdiyi görüşdə müzakirə
olunan məsələlər
barəsində məlumat
verən Azərbaycanın
xarici siyasət idarəsinin başçısı
Elmar Məmmədyarov
bildirib ki, görüşdə iki ölkə arasındakı
siyasi əməkdaşlıq
məsələləri müzakirə
olunub. Son illər
Litva prezidenti Adamkusun Azərbaycana, prezident İlham Əliyevin Litvaya reallaşdırdığı səfərlərə
toxunan nazir Elmar Məmmədyarov iki ölkə arasında siyasi dialoqun genişləndirilməsi
məqsədi ilə litvalı həmkarı ilə apardığı müzakirələrdən sonra
birgə memorandum imzaladıqlarını
deyib. Onun sözlərinə görə, həmin sənəddə Litvanın
Dağlıq Qarabağ
münaqişəsinin nizamlanması
ilə bağlı tutduğu mövqe də daxil olmaqla
bir sıra məsələlər yer
alıb. Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri
danışıqların detallarına
toxunarkən bildirib ki, müzakirələr zamanı regiondakı vəziyyət, "Şərq tərəfdaşlığı" proqramı və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması
məsələləri müzakirə
edilib. DQ münaqişəsinin
həlli istiqamətdə
aparılan proses barədə qonağı
məlumatlandıran Azərbaycanın
xarici siyasət idarəsinin rəhbəri
Litvanın münaqişənin
Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində
həllini dəstəklədiyini
bildirib. Nazir bildirib ki, bu mövqe litvalı
həmkarı ilə imzaladıqları memorandumda
da əksini tapıb. Nazir Elmar Məmmədyarov
Litva ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin
bundan sonra daha da dərinləşəcəyinə
əmin olduğunu bildirib.
Bakıya birinci dəfə rəsmi
səfər etdiyini bildirən Litvanın xarici işlər
naziri Viqaudas Uşatskas isə bildirib ki, Cənubi Qafqazda Azərbaycan
Litvanın ən yaxın ticarət partnyorudur. Bakıya iş adamları
ilə birlikdə gəldiyini vurğulayan nazir dünən səhər
Azərbaycan-Litva biznes-forumunda iştirak etdiyini bildirib. V.
Uşatskas səfəri çərçivəsində
Bakıda Litva Ticarət Evinin açılacağını da
bildirib. Onun sözlərinə görə, bu Evin fəaliyyətindən
iş adamları və turistlər yararlana biləcəklər.
Azərbaycanla Litva arasındakı
hazırkı əlaqələri yüksək qiymətləndirən
qonaq Azərbaycanın "Şərq tərəfdaşlığı"
proqramını dəstəkləməsini də müsbət
qiymətləndirib. O, Azərbaycanın enerji təhlükəsizliyi
sahəsində etibarlı tərəfdaş olduğunu deyib. V.Uşatskas bildirib ki, Azərbaycan Avropa
üçün yalnız enerji təchizatçısı
kimi deyil, həm də regionun siyasi və mədəni mərkəzi
kimi önəmlidir. İki ölkə arasında əlaqələrin
genişləndirilməsindən danışarkən nazir
bildirib ki, bu il Litva ilə Azərbaycan
arasında iki layihə həyata keçiriləcək. Bunlardan biri parlamentlərarası əməkdaşlıq,
digəri isə korrupsiya ilə mübarizə sahəsində
olacaq. Qonaq həmçinin 2009-cu ildə
Bakının İslam Mədəniyyətinin paytaxtı elan
edilməsinə də toxunub. O bildirib ki, belə bir ildə
Bakıya səfərə gəlməsindən məmnundur. "Mən çox şadam ki, sizin ölkəyə
Bakının İslam Mədəniyyətinin paytaxtı elan
edildiyi ildə gəlmişəm. Vülnüs də bu il Avropanın Mədəniyyət paytaxtı
elan edilib"- deyən qonaq ölkəsinin Azərbaycanla həm
siyasi, həm iqtisadi, həm də mədəni sahədə əlaqələrini
dərinləşdirməyə maraqlı olduğunun bildirib. Mətbuat konfransında qonaq iki ölkə
arasındakı dostluğun simvolu olaraq "Ağ mələk"
mükafatını azərbaycanlı həmkarı Elmar Məmmədyarova
təqdim edib.
Vüsalə Rafiqqızı.
Şərq.- 2009.- 8 aprel.- S. 2.