Azərbaycan cəmiyyətinin mənəvi-ideoloji
durumu
Daha monolit topluma doğru
Azərbaycan cəmiyyətinin
mənəvi-ideoloji hazırlığını
sınağa çəkən
hadisə baş verdi. Bizə ən yaxın ölkə olan Türkiyənin Ermənistanla
sərhədləri açması
məsələsinin gündəmə
gəlməsi ilə Azərbaycan cəmiyyətinin
reaksiyası olduqca maraq doğururdu. Dost və düşmən milli maraqların önə çıxdığı
anlarda azərbaycanlıların
necə davranacağını
gözləyirdi. Proseslər
göstərdi ki, Azərbaycan cəmiyyəti
dövlətçilik baxımından
ciddi bir məsafə qət etmişdir. Cəmiyyətin
bütün kəsimləri
milli maraqların müdafiəsinə qalxmışdır.
Siyasi partiyalar da milli maraqların
gözlənilməsi üçün
birgə hərəkət
etdilər. Azərbaycanın
bütün üzdə
olan partiyaları ölkənin maraqlarının
qorunması üçün
ayağa qalxdılar. Bunlara ziyalılar, tələbələr, fəhlələr,
müxtəlif QHT-lər
və başqaları
qatıldılar. Beləliklə,
Azərbaycan cəmiyyətinin
mənəvi-ideoloji olaraq
dövlətçilik və
milli maraqları ətrafında birləşə
bilməsi təcrübədə
təsdiq olundu.
Təbii ki, bu duruma ölkəmiz
asan gəlib çıxmadı. Ölkə
rəhbərliyinin apardığı
siyasət nəticəsində
Azərbaycan cəmiyyətində
müsbət tendensiyalar
dayanıqlı prosesə
çevrildi. Öncə
dövlətçilik şüurunu
hərəkətə gətirmək
lazım idi. Bunun üçün cəmiyyətdə siyasi qavğalar nəticəsində
yaranmış ziddiyyətləri
aradan qaldırmaq gərəkdi. Bu iş ciddi və qətiyyətli
proqramların həyata
keçirilməsini tələb
edir. Ona görə də rəhbərlik Milli Barış cəmiyyəti
yaratmağı qarşıya
məqsəd kimi qoydu. O işin ərsəyə gəlməsi
isə çox usta siyasət tələb edirdi. Azərbaycan rəhbərliyi
bu işin öhdəsindən gəldi.
Aparılan siyasət,
həyata keçirilən
tədbirlər, iqtisadi
və sosial xarakterli proqramlar nəticəsində cəmiyyətdə
sabitlik bərqərar
oldu. Sabitliyin uzun müddətə və dayanıqlı olaraq bərqərar olduğunu keçən illər göstərdi.
Sonrakı mərhələdə
Azərbaycan cəmiyyətinin
mənəvi-ideoloji olaraq
inkişafı həyata
keçirildi. Bunun üçün də perspektivli proqramlar reallaşdırıldı. O proqramların
reallaşmasında siyasi
rəhbərliyin qətiyyəti
olduqca böyük əhəmiyyət daşıyırdı.
Çünki rəhbərlik
şəxsi nümunə
ilə vətənpərvərlik,
dövlətçilik və
ümummilli maraqlara sədaqət nümayiş
etdirdi. Bu da cəmiyyət üçün
ciddi stimulverici təsir göstərdi. İndi görünür ki, cəmiyyətdə dövlətçilik şüurunun
yüksəlişi vardır.
Azərbaycanlılar dövlət
maraqlarına görə
birləşir, bir yerdə təpkilərini göstərə bilirlər.
Ermənistanla bağlı
yaranmış durumda Azərbaycan cəmiyyətinin
nümayiş etdirdiyi
birlik konsolidasiya məsələsində yeni
mərhələnin başladığını
göstərir. Əslində
bu hal Azərbaycanın
müharibə edəcəyi
durumda cəmiyyətin
tək yumruq olacağını göstərir.
Bizim xalq dövlətinin müstəqilliyi
və ərazisinin bütövlüyü uğrunda
hər sınağa hazır vəziyyətdədir.
Cəmiyyətin bu cür toparlanması təbii ki, ölkəmizin dövlət
quruculuğunda əldə
etdiyi uğurların getdikcə daha geniş miqyas aldığını
göstərir. Azərbaycan
cəmiyyəti faktiki
olaraq Qafqazda liderliyini bacarıqla həyata keçirən toplumdur. İctimai şüurun inkişafında
azəbaycanlıların ermənilər
və gürcülərdən
irəlidə olduğu
aydın görünür.
Ermənistan və Gürcüstan cəmiyyətlərinin
daxili çəkişmələrdə
olduğunu hər kəs görür. Orada müxalifət kütləvi aksiyaları
ilə göstərir
ki, cəmiyyətin siyasi olaraq bütövləşməsi
hələ uzaq gələcəyin işidir.
Gürcüstanda indi qarşıdurma var, Ermənistanda müxalifətçilərin
qətlə yetirilməsindən
qaynaqlanan düşmənçilik
hökm sürür. Azərbaycan isə dövlətin maraqları
ətrafında birləşməyi
nümayiş etdirir.
Bu müqayisələr bizim
cəmiyyətin mənəvi-psixoloji
aspektdə daha yetkin səviyyədə olduğunun konkret mənzərəsini yaradır.
Bunlar təbii
ki, Azərbaycan cəmiyyətində inkişafın
sona çatması anlamına gəlməməlidir.
Sadəcə, onu demək gərəkdir ki, cəmiyyət faktiki olaraq daha yüksək monolit halına gəlmişdir və bunu göz önünə
almaq lazımdır. Azərbaycan bölgənin
ən önəmli dövləti kimi öz siyasətini davam etdirməyə qadirdir. Bu da bütün dünyaya bir mesajdır. Azərbaycanı onun maraqlarına uyğun olmayan hər hansı bir şeyə məcbur etmək olmaz. Onunla hesablaşmaq lazımdır. Azərbaycan
müstəqil dövlət
kimi heç kəsdən asılı olmayan siyasətini davam etdirəcək. Bu əsasda onun bütün hədəflərinə
çatacağına şübhə
yoxdur. Bunu daha çox Ermənistan və onun havadarları yaddan çıxarmasınlar.
Şahin Məhəmmədoğlu
Olaylar.- 2009.- 11-13 aprel.- S. 5.