"Sərhədlərin
açılması Azərbaycanın
ümidlərinə qarşı
xəyanətdir"
Fəzail İbrahimli:
"Ermənilər iddialarını reallaşdırmaq
üçün böyük imkanlar əldə
edəcəklər"
Türkiyənin Ermənistanla
sərhədlərini açaraq
bu ölkə ilə diplomatik əlaqə qurmaq istəyi Azərbaycan cəmiyyətində hiddətlə
qarşılanıb. Eyni
münasibət Türkiyə
ictimaiyyətində də
müşahidə olunmaqdadır.
Türkiyə-Ermənistan
sərhədlərinin açılması
Dağlıq Qarabağ
problemiinin ədalətli
həllinə hansı
təsirini göstərə
bilərğ Müsahibimiz
millət vəkili, professor Fəzail İbrahimlidir.
- Fəzail müəllim,
Türkiyənin Ermənistan sərhədlərinin açmaq
və bu ölkə ilə diplomatik əlaqələr
qurmaq istəyini necə qiymətləndirirsiniz?
- Türkiyə ilə
Ermənistan sərhədlərinin açılması Azərbaycanla
yanaşı bu ölkənin özündə də çox
ciddi fikirlərin meydana çıxmasına səbəb olub.
Nəzərə almaq lazımdır ki, sərhədlərin
açılması məsələsini təkcə Azərbaycana
qarşı laqeyidlik, yaxud münasibətlərin
qırılması, taleyüklə məsələlərdə
Azərbaycanı tək qoymaq kimi qiymətləndirmək
olmaz. Bir anlığa Azərbaycanı bir kənara qoyaq, təsəvvür
edək ki, Azərbaycanla Ermənistan arasında heç bir
problem yoxdur. Türkiyənin özünün Ermənistanla
kifayət qədər problemləri mövcuddur. Bu problemlər
ondan ibarətdir ki, ermənilər Türkiyənin tarixinə
ləkə yaxır, türkləri "vəhşi xalq"
adlandırır, qondarma "erməni
soyqırımı"nı dünya qəbul etdirməyə
çalışırlar. Təkcə Amerika qalıb ki, bu məsələlərdə
öz mövqeyini ortaya qoysun. Bütün bu iftiraların
arxasında Türkiyənin 7 vilayətinin Ermənistanın
olduğu iddiası durur. Bunu nail olmaq məqsədilə ermənilərin gerbində Ağrıdağın rəsmi
var, türkə ibidə qoyaraq vəhşi xalq olduğunu gələcək
nəslə tərbiyə edir. Bir il öncə Türkiyə
Cümhuriyyətinin prezidenti Azərbaycan parlamentində
çıxış edərkən 3 böyük prinsip irəli
sürmüşdü. Həmin prinsiplərin ermənilərin
soyqırım iddiasından imtina etməsi, Türkiyənin ərazi
bütövlüyünü tanıması və Azərbaycan
torpaqlarını işğaldan azad etməkdən ibarət
idi. Güründüyü kimi bu üç prinsipdən ikisi
yalnız Türkiyənin özünə aiddir. İndi bu 3
prinsipin hamısını Azərbaycanın ünvanına
yönəltmək demək olar ki, Türkiyənin xarici siyasətinin
ən böyük uğursuz addımı ola bilər. Bunun
arxasınca Ermənistan öz iddialarını
reallaşdırmaq üçün daha böyük imkanlar əldə
edər. Ermənilər deyə bilər ki,
"soyqırımı qəbul etdirdik, indi ərazimizi verməlisiniz",
yəni yolumuzu açıb, indi də 7 vilayəti bizə
versin ki, Türkiyə ilə qurtaraq. Bütün hallarda ermənilərin
belə mübarizəsi davam edəcək. Buna baxmayaraq, Azərbaycan
üçün ağır məqamlarda Türkiyənin belə
mövqeyi qətiyyən qəbul olunmazdır. Belə bir
addımın atılması Azərbaycanın Dağlıq
Qarabağ probleminin həlli istiqamətində ən
böyük ümidlərindən birinə qarşı xəyanət
olardı.
- Türkiyə-Ermənistan
sərhədlərinin açılması ilə Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin həllində
hansısa uğursuzluğa düçar ola bilərmi?
- Dağlıq
Qarabağ probleminin həlli məsələsində Azərbaycan
yalnız özünə və ordusuna güvənməlidir.
Artıq Azərbaycanın xarici siyasətində, o cümlədən
Türkiyə ilə münasibətlərində müəyyən
redaktələr olunmalıdır. Çünki Türkiyə-Ermənistan
sərhədlərinin açılması Azərbaycanın
regionda təklənməsi ehtimalını artıra bilər.
Bəzən Azərbaycanın yeni strateji siyasət işlənməsinin
vacibliyi barədə fikirlər səsləndirilir. Əgər
burada region dövlətləri
ilə münasibət nəzərdə tutulursa, Azərbaycan
bu sahədə
balanslaşdırılmış siyasət yeridir.
İranla münasibət ondan ibarətdir ki, hansı
addımın atılmasına baxmayaraq bu ölkənin Azərbaycanla
bağlı öz siyasəti var. Çünki İran vaxtilə
Azərbaycanın ikiyə bölünməsinin
iştirakçısıdır. Rusiya keçmiş imperiya
Rusiyasından heç də
imtina etmir, bu Gürcüstan hadisələrində bir daha
aydın şəkildə nümayiş olundu. Region dövlətlərindən
Türkiyədən də Azərbaycana qarşı laqeydlik
olarsa, Azərbaycan üçün kifayət qədər
ciddi problemlər yarana bilər. Amerikaya qaldıqda isə bu
ölkənin atdığı bütün srateji xəttlərdə
Azərbaycan iştirak edir. Bura Bakı-Tbilisi-Ceyhan marşrutu,
terrorizmə qarşı birgə mübarizə, xarici ölkələrdəki
sülhməramlı əməliyyatlarda iştirak və sair məsələlər
daxildir. Göründüyü kimi Azərbaycan region və dünya
dövlətləri ilə münasibətdə kifayət qədər
ağılı strateji xətt yürüdür. Bu xətt
balanslaşdırılmış olduğundan onu necə dəyişmək
olarğ Əksinə, bu siyasəti bir az redaktə etmək
olar. İranın mövqeyi bəlli, Ermənistan Rusiyanın
hesabına iddialarını müdafiə edir, belə halda həmin
ölkələrə qarşı hansı yeni strateji xəttdən
söhbət gedə bilərğ Sadəcə
balanslaşdırılmış siyasi xəttin müəyyən
incəliklərini düşünmək olar. Hazırda Azərbaycanın
yürütdüyü siyasət həmin
balanslaşdırılmış siyasətdir. Əslində
bundan başqa bir forma da görmürəm.
- Hazırkı şəraitdə
Dağlıq Qarabağ probleminin həlli məqsədilə
Rusiyanın təşəbbüsü ələ almaq
ehtimalı nə dərəcədə realdır?
- Kobud şəktildə
desək, Rusiya bu məsələdə sadəcə
"doğduğunu boğa bilər". Vaxtilə
ümumilli lider Heydər Əliyev rusiyalı həmsədr
Vladimir Kazimirovla görüşən zamanı beli bir fikir səslənmişdi
ki, Dağlıq Qarabağın açarı Rusiyanın
cibindədir. Məsələ orasındadır ki, Rusiyanın
müstəqilliymizə qarşı istəyi o dərəcədə
qeyri-obyktivdir ki, onun bu məsələdə Azərbaycanın xeyrinə
hansısa addım atacağını qəbul etmək çətindir.
- Türkiyə-Ermənistan
sərhədlərinin açılması Türkiyə-Azərbaycan
münasibətlərinə hansı təsiri göstərə
bilər?
- Yaxşı olar ki,
hadisə tarixə çevrildikdən sonra ona qiymət
verilsin. Hələ biz bilmirik ki, Türkiyə konkret hansı
addımları atacaq. Artıq məsələ ilə
bağlı təkziblər verilməyə
başlanılıb ki, Azərbaycanın maraqlarına ciddi hər
hansı addım atıla bilməz. Sadəcə, biz gəzən
söz-söhbətdən, atıla biləcək
addımlardan narahatçılıq keçiririk. Ancaq hələlik
dövlət səviyyəsində bu məsələnin həlli
bitməyib. Mətbuatda gedən məlumatlar, məsələnin
ayrı-ayrı detalları ətrafında gedən müzakirələr
narahatçılıq doğurub, dövlət
başçısı səviyyəsində isə rəsmi
mövqe ortaya qoyulmayıb. Dağlıq Qarabağ üzrə
şəxsi nümayəndə açıqlamasında
bildirib ki, Türkiyə-Ermənistan sərhədləri
hansısa bir əvəzetmə, bəzi rayonların
boşaldılması ilə açıla bilər. Bu
açılmanın hansısa şəkildə Azərbaycana
xeyri olarsa, Dağlıq Qarabağ probleminin həllinə bizim
istəyimiz müstəvidə kömək ola bilərsə,
biz buna tərəfdar olarıq.
Alim
Olaylar.- 2009.- 14 aprel.- S. 4.