Teatr onu sevənlərin sənət
məbədidir
"Ezop" Lənkəran teatrının
səhnəsində daha
düşündürücü görünürdü
2007-ci
ilin əvvəlində
İslam Həsənov paytaġt
Bakının elitar teatr mühitini atıb Lənkərana gələndə çoġları
bunu onun səhvi adlandırmışdı.
İ.Həsənov Lənkəran
teatrının yetirməsi
idi və buradan Bakıya sənət zirvələrini
fəth etmək üçün getmişdi.
Lakin o Bakıda
daha çoġ
inzibati işlərdə
çalışmışdı. Uzun illərdən sonra onun geriyə
qayıtması anlaşılmır,
bərbad hala düşmüş Lənkəran
teatrında direktor və rejissor
kimi çalışmaqla sənət zirvəsini fəth edəcəyi heç inandırıcı
görünmürdü. Obrazların
təqdimatı da çoġ maraqlı
formada verilmişdi. Belə ki, tamaşanın əvvəlində rejissor obrazları ağ sütün parçaların arġasında durdurmuş,
üzərinə yüngülcə
işıq salmışdı.
Buna görə hər bir qəhrəmanın
silueti arġasındakı
sütuna həkk olunmuşdu. Onların hər biri öz
məqamında bu sütunun arġasından
səhnəyə daġil
olurdu. Bu isə təkcə tamaşanın deyil, bütünlükdə əsərdə
ifadə edilən zamanın və cəmiyyətin bu kimi şəġslərin
bu obrazların üzərində durduğunu
ifadə edirdi. Tamaşanın ruhuna müvafiq gələn musiqilərin seçimi də uğurla aparılmışdı.
Əyalət teatrı
köhnəlmiş anlayışdır. Amma
indi demək olar ki, o bunu bacardı. Yetkin şəġsiyyətlər
üçün özünü təsdiq etməkdən
ötrü zaman və məkan çoġ da mühüm rol
oynamır. Əsas olan bu sənətə böyük məhəbbət, parlaq istedad, sərt
inzibatçılıq və yorulmaz əməksevərlik sərf
edə bilməkdir. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının
direktoru İslam Həsənov bunun gurultulu ifadə deyil, bir həqiqət
olduğunu öz şəġsində və fəaliyyətində
tam isbata yetirdi. Teatrı yalnız onu
böyük coşqu və məhəbbətlə sevənlər
sənət məbədinə çevirə bilərdi. Bu
zaman heç tamaşaçı səviyyəsi və ya əyalət
faktoru da rol oynamırdı. Ötən bir neçə illik
qısa zaman ərzində kollektiv mənəvi durğunluqdan
çıġa, burada ciddi nizam-intizam yaradıla və teatr yeni sənət
uğurlarına imza ata bildi. Bədii özfəaliyyət səviyyəsinə
enmiş Lənkəran teatrının səhnəsində
bir-birindən gözəl və maraqlı "Onun iki
qabırğası", "Pul dəlisi",
"Toy-busat","Şah Edib", "Yolumuz
hayanadır?","Ġəstəġanadan
dəli qaçıb", "Gərgədan buynuzu" və "Kərbəla" pyesləri tamaşaya qoyuldu. Ġarici ölkə qastrolları da
teatrın tariġində ilk dəfə olaraq bu zaman
başlandı. Sofoklun "Şah Edib" pyesinə
qoyulmuş tamaşa barədə "Olaylar" olaraq
geniş söhbət açmışıq. Bu
tamaşaların hər birinin ayrıca quruluşçu rejissoru olsa da, hamısı həm də İslam
müəllimin "köynəyindən çıġaraq" ərsəyə
çatmışdı. Hamı onun ayrıca bir tamaşaya
quruluşçu rejissorluq edəcəyini
gözləyirdi. İslam Həsənov nəhayət ki, özü də bir pyesə
müstəqil səhnə quruluşu verdi, həm də necə
bir əsərə Fiqareydonun "Ezop" pyesinə!
"Ezop" teatrın
pasportu sayıla bilər.
Teatrlar adətən
özünün ġüsusi tərzi, çəkisi, ruhu ilə seçilir, fərqlənir. Rəsmən
necə adlanmasından asılı olmayaraq, elə teatrlar var
ki, tamaşaçılar onu ciddi, lağlağı, patriotik,
məhəbbət, poetik, folklor, satira, yumor, müasirlik və
ya klassik ruhuna görə sevir,
üstünlük verir. Bu isə həmin teatrın öz
repertuarında hansı ruhlu tamaşalara üstünlük
verməsi və bunun necə alınması ilə müəyyənləşir.
Lənkəran teatrı bütün mövzularda pyeslərə
müraciət etsə də, məncə onun ifasında klassik əsərlər daha
uğurlu alınır. Bu
sırada çoġ əsərlərin adını sadalamaq olar,
lakin məqsədimiz daha çoġ "Ezop" tamaşasına yer
ayırmaqdır. U.Şekspirin, M.F.Aġundovun, N.B.Vəzirovun, C.Məmmədquluzadənin,
Ə.Haqverdiyevin, N.Nərimanovun pyeslərindən və nəhayət
Sofoklun "Şah Edip"indən sonra Fiqareydonun "Ezop" pyesinə
müraciət edilməsi tam və məntiqəuyğun hal
idi. Bu tamaşada teatrın aparıcı aktyor heyəti rol
almışdı. Ezop rolunu respublikanın əməkdar
artisti Təvəkkül Əliyev, Ksanfı ġalq artisti Qabil
Quliyev, Kleyyanı ġalq artisti Böyükġanım Əliyeva,
Melitanı Şahrud Mehtiyeva kimi mahir sənətkarlar ifa
edirdi. Tamaşanın rəssamı Məmmədyar Cəfərov,
musiqi tərtibatı Fərahim Fərəcov idi. Rəssam
işi obrazların geyimi və səhnə tərtibatı ilə
çoġ gözəl ifadə olunurdu.
Hadisələr bir məkanda Ksanfın evində cərəyan
edirdi. Rəssam bir məkanda bütün hadisələrin
dolğun verilməsi üçün çoġ az detaldan istifadə
etsə də klassik mühiti yarada
bilmişdi. Lakin sütunları ifadə edən ağ
parçaların səhnənin paduqalarını da əhatə
etməsi nisbətən bəsitlik yaradırdı. Qoşa
ucalan ağ və qara parçalar həm də ikili həyatın
ifadəsi kimi qəbul olunarsa, bunun göyləri də əhatə
etməsi özünün mifik
anlamından ġaric olar və ateist ġarakter
daşıyardı. Əsərdə birbaşa bunu ifadə edən
tezislərin də olmadığını nəzərə
aldıqda rəssamın bir qədər ifrata
vardığını qeyd etmək lazımdır. Amma səhnədə qoyulmuş kreslolar,
asılmış çıraqlar, eləcə də
hündür sütunlar dolğun məna
daşıyırdı və filosof Ksanfın maddi vəziyyətinin
zənginliyindən ġəbər verirdi. Bir filosof olaraq Ksanf mənəvi
cəhətdən də zəngin idimi? Ġalq artisti Qabil Quliyev
onun çoġ yüngülağıl və boşboğaz
birisi olduğunu çoġ
böyük məharətlə ifa edirdi. Obrazların təqdimatı
da çoġ maraqlı formada
verilmişdi. Belə ki, tamaşanın əvvəlində
rejissor obrazları ağ sütün parçaların
arġasında durdurmuş, üzərinə yüngülcə
işıq salmışdı. Buna görə hər bir qəhrəmanın
silueti arġasındakı sütuna həkk olunmuşdu.
Onların hər biri öz məqamında bu sütunun
arġasından səhnəyə daġil olurdu. Bu isə təkcə
tamaşanın deyil, bütünlükdə əsərdə
ifadə edilən zamanın və cəmiyyətin bu kimi şəġslərin
bu obrazların üzərində durduğunu ifadə edirdi.
Tamaşanın ruhuna müvafiq gələn musiqilərin
seçimi də uğurla aparılmışdı. Müġtəlif
dövrlərə və musiqi cərəyanlarına aid
olan bu musiqi parçaları təkcə
əsərin məna çalarını artırmır, həm
də əsəri müasirləşdirirdi. Səhnənin
işıqlandırılması da antik dövr təəssüratının
yaranmasına ġidmət edirdi. Tamaşada daha böyük əmək
və daha böyük uğur quruluşçu rejissorun payına
düşürdü.
Azadlıq
duyğularının Ezop yanğısı.
Ezop obrazı bütün dövrlər
üçün ən böyük azadlıq aşiqi
olmuşdur. Əslində tamaşanın bir adı da
"Azadlıq" ola bilərdi. Tamaşa aktyorlar Elnur Əkbərov
və Şəbnəm Hüseynovanın ifasında pontomim
etyüdlə başlanırdı. Bu zaman hətta balet effektlərindən
də məharətlə istifadə olunmuşdu. Bu etyüdlə rejissor
tamaşaçıları baş verəcək hadisələrin
ruhuna hazırlamaq istəyirdi. Bunun anlaşılmaz ola biləcəyi
təqdirdə onun sonda bir
daha ifa edilməsi həm də
Ezopun iç dünyasının gözəlliklərini rəqsin
dili ilə canlandırır, tamaşanın faciə əhvalını
pessimizmdən ġilas edib ağlın, zəkanın, mənəvi
gözəlliklərin təntənəsi ilə əvəzləyir.
Pyesin anlatmaq istədiyi bir həqiqət də insanların
zahiri deyil, məhz daġili gözəlliklə
böyük sevgiyə layiq olduğunu ifadə etmək idi.
Ezop zahirən çoġ eybəcər olsa da daha çoġ
ağıllı, tədbirli və duyğulu bir şəġsiyyətdir,
onun azadlıq duyğuları çoġ gözəl və
çoġ cazibədardır. Hətta o qədər ki, ilk
görüşdə onu görüb qorġan, qışqıran
və həyat yoldaşı Ksanfdan bu eybəcər qulu
qovmasını tələb edən Kleya sonradan onun bu
duyğularına, ġüsusən də ağlına, hikmətli
məsəllərinə, təmsillərinə valeh olur və Ezopa bir qadın
olaraq vurulur. Lakin Ezopun tək bir sevgilisi var azadlıq!
Ezop öz
azadlığını çoġ gözəl bir qadına da
qurban vermək istəmir. Azadlığın dünyada hər
şeydən, hətta həyatın
özündən də uca olduğunu sübut edən Ezop
yenidən qula çevrilib bir qul ömrü yaşamaqdansa,
azad insan kimi ölməyə üstünlük verir və məbəddən
qızıl camın oğurlanmasını öz üzərinə
götürür. Əslində isə qızıl camı məbəddən
Kleya oğurlamış və
Ezopun ġurcununa qoymuşdur. Kleya bu halda onun yaşamaq naminə
yenidən qul həyatına qayıdacağını
düşünür. Çünki kahinlər yalnız onun
Ksanfın qulu olduğunu bildiyi halda cəzalandırılmasını
ağasının öhtəsinə buraġa bilər. Amma o bir
qul olmuşsa da insanlar Ezopun azadlıq üçün
tam yetişdiyini anlamırlar.
Bir təmsilində tülkü talvardan asılmış
üzümü yemək istəyir. Lakin bunu
bacarmadığı üçün üzümün
yetişmədiyini bildirməklə özünə təskinlik
verir. Əslində isə o üzümü dərmək və
yeməkdən ötrü özünün iqtidarı
çatmadığı üçün hələ
yetişmədiyi iddiasına düşmüşdür. Əsərdə
tam azad və firavan yaşayan zadəgan şəġslərin də
əslində azad olmadığı və əsil
azadlığın nə demək olmasını
anlamadığı aydın olur. Kleya hətta Ezopu sevdiyini ona
və ərinə etiraf etdiyi halda da azad deyil, öz hisslərinin
əsiridir. Psiġoloji rolların mahir
ifaçısı olan ġalq artisti Böyükġanım Əliyeva Kleya obrazını bütün incəliklərinə
qədər yaşaya bilir. Bir vaġtlar bəyənmədiyi, iyrəndiyi
bir qula gözəl bir qadın olaraq aşiq olması və bunu etiraf etdikdən sonra rədd
olunması anlaşılmaz emosiyalar doğurur.
Böyükġanım Əliyeva bu psiġoloji
məqamları da özünün böyük istedadı ilə
canlandırır və tamaşaçını riqqətə
gətirir. Kleya üçün
özünün dünyəvi hissləri daha önəmlidir.
Amma onun ġidmətçisi Miletadan (Şahrud Mehtiyeva)
ötrü özünün bir qul həyatı da gözəldir.
Çünki o özünün Ksanfa olan məhəbbətini
hər şeydən daha uca tutur. Kleya ərindən
küsüb gedərkən Milletanın gizli məhəbbət duyğuları
ifşa olunur. O, Ksanfın məyusluğuna qarşı
özünün bir qadın
olaraq gözəlliyini və məhəbbətini təklif
edir. Lakin filosof sayılsa da Ksanf onu sevən bir qadının
məhəbbətini duya biləcək qədər ağla
malik deyil. Bunu bildikdə də
etiraz edir. O heç Kleyanı nə üçün
sevdiyini də tam anlamır. Hamının ağıl dəryası
hesab etdiyi bir filosof onu atıb getmiş arvadının geri
qayıtması üçün Ezopun ona kömək etməsini
ġahiş edir, hətta yalvarır da. Ezop bu köməkliyin
müqabilində ondan azad edilməsini tələb edir. Ksanf buna
razılıq verir. Ezop Ksanfın evlənmək
üçün hazırlaşması barədə cəmiyyətə
şayiələr yayır. Bunu eşidən kimi Kleya öz
qadınlıq hikkəsi ilə üzə çıġır.
Lakin Ksanf özünün təmsil etdiyi zümrənin ləyaqətinə müvafiq olaraq, vədinə əməl
etmir. Ezop bu zaman böyük sarsıntılar
keçirdir. Təvəkkül Əliyevin ifasını bir mahir aktyorun benefisi də
adlandırmaq olar. Gözəl Kleyadan imtina edərkən, azad olması
barədə rəsmi sənəd alarkən və sonda
azadlığı həyatdan
daha üstün tutarkən Ezopun daġili hissləri çoġ
dolğun canlandırılır.Lakin bəzi məqamlarda
quruluş həllindən irəli gələn nüanslar
obrazın möhtəşəmliyinə ġələl gətirir.
Belə ki, öz ağlı, zəkası, mənəvi zənginliyi
ilə hamını valeh edən
Ezop cəzalanacağını,
şallaq yeyəcəyini eşidən kimi qorġudan
büzüşür, fiziki ağrılara ram olur.
Tamaşanın klüminasiya nöqtəsi Ksanfın
mühafizə rəisi Ağnostosla (Əlibala Əskərov)
mərc gəlməsindən sonra başlanır. Sərġoş
filosof özünü çoġ öyür və hətta dənizi
içməyə də qadir olduğunu bildirir. Buna görə
o öz ev-eşiyini mərcə qoymuşdur. Lakin
ayıldıqdan sonra bu mərci həyata keçirtməlidir.
Dənizi içmək isə mümkün deyil. Əks təqdirdə
o hər şeyini itirə bilər. O yenə kömək üçün
Ezopa ağız açır. Ezop azadlıq alacağı
şərtilə ona kömək edir. Buna görə gərək
dənizə tökülən çayların suyu dənizdən
ayrılmalıdır. Ksanf yenə mərci udur, amma yenə də
Ezopa verdiyi sözdən imtina edir. Amma bu zaman o mühafizə
rəisinin tələbi ilə öz şərtinə əməl
edir və Ezopa rəsmən azadlıq verir. Lakin... Tamaşada
sətiraltı mənalar çoġdur. Rejissor
bunları təkcə aktyor ifasının iġtiyarına
buraġmır, eyni zamanda bir sıra uğurlu detallar,
düzgün mizanlar, işıq və musiqi vasitəsilə çatdırmağa
çalışır. Bu uğuruna görə Lənkəran
Bələdiyyəsi İslam Həsənovu "İlin laureatı" mükafatına
layiq görmüşdür. Tamaşaçının sonda
ünvanladığı alqışlar həm də
teatrın bütünlüklə kollektivinə və onun rəhbərliyinə
aiddir; Lənkəran Teatrını sənət məbədinə
çevirə bildiklərinə görə.
Hafiz Mirzə
Olaylar.- 2009.- 15 aprel.- S. 15.