İnsan özünə təlqin
etdiyi fikirlərin əsiridir
Şahsəddin İmanlı:
"Kiməsə vergi verilmsi məsələsi boş
şeydir"
İnsanın yaradılışı elədir ki, o özünə təlqin etdiyi fikirlərin məhsulunu ortaya qoyur. Belə ki, insan həyatda nəyisə yeniləmək, nəyəsə nail olmaq istəyirsə, çalışıb əvvəlcə bu inqilabı öz düşüncəsində etməlidir. Bundan sonra həyatda olan sıxıntıların öhdəsindən gəlmək üçün falçılara müraciət etməyə ehtiyac da qalmayacaq. Mövzunu beynəlxalq səviyyəli mütəxəssis, parapsixoloq, ekstrasens Şahsəddin İmanlı ilə davam etdiririk.
-Şahsəddin müəllim, parapsixologiya ilə psixologiyanı fərqləndirən xüsusiyyətlər hansılardır?
-Məlum olduğu kimi psixologiya ruh haqqında elmdir. Bu elm yalnız görünən məqamları izah edir. Parapsixologiya elmi də dünya yaranandan yaranıb. Amma zaman-zaman bu sahə müxtəlif adlar altında təqdim olunub. Belələrinə gah şaman deyiblər, gah onları baxıcı kimi tanıyıblar. Amma dünya yaranandan-nurdan çıxan zərrələr bölünəndən sonra parapsixologiya da yaranmağa başlayıb. Parapsixologiya isə insan ruhunun ətrafında qaranlıq nə varsa, gözlə-görünən və görünməyən, onların hamısı ilə məşğul olur.
-Yaşınızın hansı çağında özünüzdə qeyri-adi güc olduğunu hiss etdiniz Sizcə, öz gücünüzlə digər insanlardan fərqlənirsiniz, yoxsa istənilən adamın parapsixoloq ola biləcəyini iddia edirsiniz?
-Nurdan çıxan zərrələr hamısı bərabərdirsə, deməli bütün canlı varlıqların hamısı bərabərdir. Hər bir insan öz üzərində işləyərsə, mənəvi yollarla bu elmi tapa bilər. Təəssüflər olsun ki, indi Azərbaycanda olan ekstrasenslərin 99 faizi elmi yöndən yox, ağacdan yıxılmaqla, ruhu zədələnməklə və digər problemlərdən sonra fəaliyyətə başlayıb.
Vergi verilməsi söhbəti hamısı boş şeydir. Sadəcə insanlara psixoloji təsir edirlər ki, bir insanı o birisindən fərqləndirsinlər. Allah vergini bütün insanlar arasında bərabər bölüb. Yenə qeyd edim ki, hər bir insan öz üzərində işləməklə nəyəsə nail ola bilir. Məndə 9-10 yaşından öncəgörümlük var idi. Bir şeyi hiss edirdim, amma onu deməyə qorxurdum. Sovet dövrü olduğu üçün fikirləşirdim ki, aparıb məni dəlixanaya qoyarlar. Məsələn, uşaq vaxtı müəllimin fikrini oxuya bilirdim. Bu qabiliyyətimi yavaş-yavaş inkişaf etdirməyə başladım. Özüm mühəndisəm. Bu elmlə sonradan məşğul olmağa başladım. İslamı, Şərq dinlərini, yəhudiliyi və xristianlığı araşdırmışam. Bunların hamısı eyni qoldur, sadəcə olaraq onların metodları fərqlidir. Bunu bütün çayların okena axması ilə müqayisə etmək olar. Mən hipnoz etməyi də bacarıram, amma bununla məşğul olmuram. Hipnoz, özünühipnoz və sair hamısı parapsixologiyanın bir qoludur. Sovet hakimiyyəti illərində parapsixologiya konservasiya olunmuşdu. Bu elmin istifadəsinə icazə verilmirdi. Halbuki bu elm hazırda Almaniyada, ABŞ-da, Yeni Zellandiyada, Yaponiyada alternativ təbabət kimi geniş istifadə olunur.
-Siz parapsixologiya ilə müalicəni həmin ölkələrdə istifadə olunan vasitələrdən istifadə etməklə mənimsəmisiniz?
-Mən Moskvada oxumuşam. Yaponiyada bu elmlə bağlı sistemləri öyrənmişəm. Yoqa sistemini öyrənmişəm. Parapsixologiya kurslarını bitirmişəm.
-Hazırda kifayət qədər insan var ki, ekstrasensliklə məşğul olur. Təbii ki, onların fəaliyyətindən istifadə edən insanlar da çoxdur.
-Camaatı aldadanlar falçılar və cadugərlərdir. Ekstrasensura parapsixologiyanın bir qoludur. Mən dindarlara toxunmaq istəmirəm. Təəssüflər olsun ki, bəzi mollalar, hətta özünü seyid, hacı kimi qələmə verən, quran oxuyan, insanlara taleyini deyənlər meydana gəlib və onlar adlarını ekstrasens qoyublar. Bundan başqa falçı, cadugər adını ekstrasens qoyub. Halbuki onların ekstrasenslik elmləri ilə heç bir əlaqəsi yoxdur. Qeyd etdiyim həmin seyidlər, mollalar Quranın 114, 113 və 141-cü ayələrinə əməl etməyərək, quran açır və insanları proqramlaşdırır, özləri cadugərlik və falçılıqla məşğul olurlar.
- Bəs, öncəgörümlə məşğul olmaq günah deyil?
-Bu günah deyil. Bu da
parapsixologiyanın qollarından biridir. Ancaq bu elmdən istifadə
etmək, insanları proqramlaşdırmaq doğru deyil. Bundan
müalicə məqsədilə, faydalı
qazıntıların tapılması, insanların
psixikasını müəyyənləşdirmək
üçün istifadə olunmalıdır. Öncəgörümlüyün
heç bir falçılıqla, cadugərliklə əlaqəsi
yoxdur.
Heç bir normal parapsixoloq
insanın şəxsi işinə qarışmır və
onun gələcəyi haqqında heç bir məlumat vermir. Əgər
biz kiminsə gələcəyini görür və onu deyiriksə,
bununla ilahi qayda-qanunları pozuruq. İnsan bu dünyaya nə
üçün gəldiyinin səbəblərini bilməlidir.
Çünki insan bu dünyaya təkamül prosesini keçməyə
gəlib. O, təkamül prosesində hər bir insanın
öz sınağı var. Əgər biz kiməsə öz
gələcəyi barədə nə isə deyiriksə, biz
onun sınağını dayandırır və onu zombiləşdirməyə
başlayırıq. Ona görə də bizim gələcəklə
bağlı nə isə deməyə ixtiyarımız
yoxdur.
- Sizcə, psixoloji problemi
olan insan kimin yanına getməlidir. Parapsixoloqun, yoxsa psixoloqun?
-Psixologiyanın 42 hissəsi
var. Psixologiya bayaq dediyim kimi insanı cəmiyyət
üçün formalaşdırır. Parapsixologiyanın isə
bizə məlum olan 4 mindən çox qolları var. Burda
bütün elmlər əhatə olunub. Parapsixologiya
insanın ailə vəziyyətini, qonşularla münasibətini
və digər məsələləri əhatə edir. Bu dəqiqə
mən sizin auranızı görürəm və sizə elə
bir dioqnoz qoya bilərəm ki, bu sizin psixkanıza təsir
etsin. Dioqnoz qoymaqla insanda olan mənfi qüvvələr barədə
məlumat verirəm. İnsanlara yuyunmaq, məşq eləmək
kimi tövsiyələr edirəm. Amma həmin mənfi
qüvvələri olan insan cadugərin yanına getsə, o
bunun əməl olduğunu deyəcək. O bu sözləri ilə
sizi proqramlaşdıracaq və psixologiyanızı zədələyəcək.
Parapsixoloqa müraciət etməklə
insanlar özlərinin psixi durumunu və özlərinə necə
kömək etməyi öyrənir. Hər bir parapsixoloq
qarşısındankı insandan bir parapsixoloq yaradır.
Parapsixoloq yaradır ki, həmin
insan özünün yiyəsi olsun. İçindəki
Allahı görsün və gəldiyi bu dünyada sınaqdan
keçə bilsin. Falçılar sadəcə olaraq
insanları aldadırlar. Onlara yaxınlaşmaq doğru deyil.
-Astrologiya barədə nə
deyə bilərsiniz?
-Astrologiya da
parapsixologiyanın 4000 mindən çox olan qollarından
biridir.
-Televiziya proqramlarına qonaq
olmaqla bir anda məşhur olan Zirəddinin fəaliyyəti barədə
nə deyə bilərsiniz? Hətta
onu satanistlikdə də günahlandıranlar oldu?
-O satanist deyil. Onda öncəgörmə
çox güclüdür. Onun həm keçmişi, həm
də gələcəyi görmə qabiliyyəti var. Azərbaycana
gəldikdən sonra Zirəddinə kənardan çox psixi təsirlər
oldu. Onu bəzi sirləri açıb deməyə məcbur
etdilər. Falçı səviyyəsinə
endirdilər. Amma həmin sirrləri açmaq lazım deyildi.
İnsan psixologiyası həmin informasiyaları qəbul etməyə
hazır deyil. Bu elmin elə qolları var ki, hər şeyi demək
olmaz. Zirəddin parapsixologiyanın bir neçə qolu ilə
birlikdə işləməyi bacarır. Əgər mən
burda oturub ABŞ-da yaşayan birinin
həyatı haqqında məlumat verirəmsə, din xadimləri
üçün bu artıq küfürdür.
-Falçılara inam meylinin
güclü olması bizim insanların psixoloji səviyyəsi
ilə bağlı ola bilərmi?
-20 il Rusiyada yaşamışam.
Moskvada bu elmlə bağlı çox araşdırmalar
aparmışam. Moskvanın özündə bu elmlə təmiz
məşğul olan yoxdur. Hamısı insanların
başını aldatmaqla məşğul olan sektalardır
ki, falçılıq edirlər. Bütün dünya ölkələrində
bu cür falçılar var. Bu təkcə Azərbaycanda
deyil. Baxmayaraq ki, Hindistan yoqanın mərkəzidir orda da
falçılıq var.
-Azərbaycanda parapsixologiya
sahəsində özünüzə müəllim bildiyiniz
bir insan var?
- Yox, mən yoqa sistemi ilə
fəaliyyətə başlamışam. Bu elmlə məndən
əvvəl məşğul olan Etibar Erkin olub. Çox az
zamandır ki, o insan haqqında məlumat almışam. Bu dəqiqə
Azərbaycanda parapsixologiya elmi demək olar ki, yoxdur.
-Fikrimcə, parapsixologiya,
ekstarsens və daha bu kimi peşəsi olanların fəaliyyətinə
həkim-yəni elm tərəfindən yoxlanıldıqdan sonra
icazə verilməlidir. Siz bu fikirlə razısınız?
-Psixiatriya parapsixologiyanın
bir qoludur. Siz cüzi bir psixoloji problemlə psixoterapevtə müraciət etsəniz onlar sizi xəstə
kimi qəbul edəcək. Halbuki parapsixologiya vasitəsilə
cüzi bir təsirlə həmin probloemi aradan qaldırmaq
olar. Ancaq psixoterapiyada elə bir sistem yaradıblar ki, adi
insanları da əsəb xəstəsi kimi qəbul edirlər.
Normal insanları narkotik maddələrdən istifadə etməklə
keyləşdirirlər. Ona görə də bizim kimi adamı
onlar yoxlaya bilməz. Psixoterapevtin parapsixoloqa dioqnoz qoymağa,
lisenziya verməyə ixtiyarı yoxdur. Deyək ki, psixoterapevt
hansısa başqa bir ölkədə yaşayan insana dioqnoz
qoya bilməyəcək. Çünki bu para, yəni
görünməyən tərəfdir. Psixoterapiya yalnız
görünən hissələri deyə bilir.
Məsələn,
qarabasmaları tomaqrafiya edirlər orda heç nə
görünmür. Amma mən tomoqrafiyasız sizin
başınızda hansı proseslərin
getdiyini açıqlaya bilərəm. Psixologiya ilə məşğul
olan heç bir mütəxəssis qarabasmaya diaqnoz qoya bilmir. Psixoterapiya ilə məşğul
olanlar ancaq materiyanı görürlər.
Parapsixologiya elminin əsas fundamenti kvant fizikasıdır. Biz
eyni vaxtda həm hissə, həm də dalğayıq. Yəni
biz eyni vaxtda həm burda, həm də deyək ki, Yupiterdəyik.
Bunu sübut etmək üçün biz fizikanın adi qayda-qanununa
baxa bilərik. İşığın surəti saniyədə
300 min kilometrdir, burdan da bizə ayın radiusuna 450 min kilometrdir. Burdan fikrimizi aya
çatdırmaq üçün bizə saniyə yarım
vaxt lazımdır. Amma biz batilə getsək görəcəyik
ki, orda heç bir məsafə söhbəti yoxdur.
-Bəs, parapsixologiya,
ekstrasenslik adı altında insanların
aldadılmasını necə nəzarətdə saxlamaq olar?
-Mən dəfələrlə
dövlətin rəsmi orqanlarına müraciət etmişəm
ki, parapsixologiya elmi dövlət səviyyəsində
tanınsın. Biz bir institut yaradaq və bu elmdən sui-istifadə
etməyə çalışanların hamısını nəzarətdə
saxlayaq. Hazırlaşıram ki, Heydər Əliyev Fondunun rəhbəri
Mehriban Əliyevaya da müraciət edəm. Ondan xahiş edəcəyik
bizə klinika ayırsın. Parapsixologiyanın inkişafı
ilə bağlı qəti tədbirlər görülməlidir.
Bu yolla saxta falçıları, ekstrasensləri də
ifşa etmək mümkündür.
Aygün
Olaylar.- 2009.- 16 aprel.- S. 6.