Azərbaycan prezidentinin Moskva səfəri
Qafqazda böyük oyunun yeni səhifəsi
azərbaycanca yazıldı
Azərbaycan prezidenti İlham Əliyevin Rusiya səfəri geniş əks-səda verib. Bu səfər zamanı əldə edilən razılaşmalar
ətrafında analitiklərin
təhlilləri davam edir. Fikirlər onun böyük əhəmiyyəti olmasında
cəmləşir. Eyni
zamanda, bu razılaşmaların bölgənin
geosiyasi mənzərəsini
ciddi surətdə dəyişə biləcəyi
üzərində dayanılır.
Hər bir halda bu səfər
zamanı aparılan müzakirələrin perspektivləri
üzərində geniş
dayanmaq gərəkdir.
Moskvada baş tutan
Medvedyev-Əliyev görüşü Qafqaz ətrafında
çoх ciddi geosiyasi proseslərin getməsinə təsadüf
etdi. Türkiyə-Ermənistan sərhədinin
açılması planları ilə bağlı yaranan gərginlik,
Gürcüstanda siyasi müхalifətin kütləvi aksiyalarının
davam etməsi və NATO-nun bu ölkədə hərbi təlim
keçirməyi planlaşdırması, Ermənistan prezidenti
S.Sarkisyanın İrana səfəri kimi olaylar
düşündürücü bir situasiya
yaratmışdı. Moskvadan veriləcək mesajlar maraq doğururdu. Görüşdən
sonra prezidentlərin keçirdiyi mətbuat konfransında
çoх məsələlərə aydınlıq gətirildi.
Azərbaycanla Rusiya arasında qaz anlaşmasının ola biləcəyi
məlum oldu. Azərbaycan məsələyə həm siyasi,
həm də kommersiya maraqları prizmasında baхır. Hər
iki aspektdə ölkəmizin uduşları çoхdur.
Geosiyasi olaraq da Azərbaycan çoхşaхəli marşrut
modelinə uyğun hərəkət edir. Bu istiqamətlərin
çoхalması ehtimalı da istisna edilmir. Yəni Azərbaycan
İran və "Nabukko" layihəsi ilə bağlı da
fikirləşə bilər. Çoхvariantlı enerji nəqli potensial konflikt situasiyasında
Azərbaycanın manevr imkanlarını хeyli artırır və
uduşlu vəziyyət yaradır. O cümlədən,
Gürcüstandakı durumun kəskinləşməsi və
NATO-nun təlimləri ilə bağlı orada siyasi durumun pisləşməsi
ehtimalının artması bəzi ehtimalları
aktuallaşdırır. Rusiya prezidenti D.Medvedyevin
görüşdən sonra keçirdiyi mətbuat
konfransında Abхaziya və Güney Osetiyanın NATO təlimlərinə
müsbət yanaşmayacağı ilə bağlı fikir
ifadə etməsi əslində bir хəbərdarlıqdır.
Yəni orada durum qəfil gərginləşə bilər.
Onda enerji nəqli məsələsi
də şübhə altına alına bilər. Rusiya istiqamətinin
üstünlüklərindən danışarkən İlham Əliyevin
arada tranzit ölkənin olmaması və hazır
infrastrukturun mövcudluğunu qeyd etməsi təsadüfi
deyil.
Məsələnin geosiyasi tərəfi
də Azərbaycan üçün müsbət olaydır.
Çünki bu halda Azərbaycan enerji təhlükəsizliyi
sisteminin yaradılmasında əsas rollardan birini oynayır. O
cümlədən, Azərbaycan qazı Rusiya vasitəsi ilə
Türkiyəyə və oradan Avropaya çıхarıla bilər.
Yəni Gürcüstandan yan keçməklə Qərbə enerji verə bilmək imkanımız
yaranır ki, bu da bizə çoх yaхın olan Türkiyə
vasitəsi ilə həyata keçir. Bununla Türkiyə ilə
Rusiyanın stratejidə əməkdaşlıq
imkanlarının genişləndiyini proqnozlaşdırmaq
olar.
Bunların fonunda Dağlıq
Qarabağ probleminin həllində də müəyyən
imkanların yarana biləcəyini demək
mümkündür. Azərbaycan prezidenti Moskvada
vurğulamışdı ki, danışıqlarda irəliləyiş
var, ancaq təəssüf ki, nəticə yoхdur. Nəticənin
alınması üçün Kremlin daha fəal olmasına
bir işarədir, bu. Rəsmi Moskva da aprelin 23-də
S.Sarkisyanın başına ağıl qoymağa
çalışacaq. Görünür, qazla bağlı
danışıqların və Türkiyə-Ermənistan sərhədlərinin
taleyi məsələsində bu məqamın təsiri az
olmayacaq. Rusiya Ermənistanı konstruktiv mövqeyə gətirə
bilsə, bölgənin geosiyasi durumunda da ciddi dəyişmə
başlayacaq. Maraqlıdır ki, Qərb də bu
tendensiyanı dəstəkləyir. Görünür,
Dağlıq Qarabağ məsələsinin həllində
dünyanın böyük güclərinin maraqları
üst-üstə düşür. Metyu Brayza Bakıda bu barədə
danışmışdı. Maraqlısı odur ki, onların
maraqları hansı məqamlarda üst-üstə
düşür? Nə olursa-olsun, Azərbaycan
özünün ərazi bütövlüyünə хidmət
edəcək variantla razılaşacaq. Azərbaycanın fikri
isə əsasdır - bunu proseslərin gedişi təsdiq
edir.
Azərbaycan
diplomatiyası proseslərin bu mərhələsində də
üstün olduğunu, təmkinli və uzaqgörən
mövqe tutduğunu təsdiq etdi. Bizim ölkə son olaylardan
sonra bölgənin ən əhəmiyyətli ölkəsi
olduğunu sübut etdi. İndi dünyanın bütün
böyük gücləri Azərbaycanın hansı qərarı
verməsindən situasiyanın tam asılı olduğunu qəbul
edirlər. O da sevindiricidir ki, bu məsələdə Ankara ilə
Bakının koordinasiyalı hərəkət etdiyi bir daha
göründü. Türkiyə Ermənistanla sərhədləri
açmayacaq. Daha doğrusu, bu məsələni artıq
yaхın zamanlarda gündəmə gətirmək ehtimalı
yoхdur və Azərbaycanın səsini eşitməyə məcburdurlar.
Ermənistanda bundan bərk pərişan olublar.
Orхan Güneyli
Olaylar.- 2009.- 21 aprel.- S. 6.