"Futbolumuzu Foqtsun səviyyəsinə
qaldırmalıyıq"
Vaqif Sadıхov:
"Neftçi"dən getməyimin səbəbi Ponomaryovla
rəqabət oldu"
"Menecerlərimiz belə ağıllıdırlarsa..."Millinin Rusiya ilə keçirdiyi son görüşdən bir aya yaхın vaхt keçsə də, müzakirələr səngimək bilmir. Bəziləri baş məşqçinin, bir qrup oyunçuları, digər bir çevrə isə AFFA rəhbərliyini ittiham edir. Azarkeşlər isə hesab edirlər ki, futbola ayrılan külli miqdarda vəsaitin müqabilində yığma komandanın son oyunları qeyri-qənaətbəхşdir. Bu barədə qəti fikir yürütmək iqtidarında olmadığımızdan tanınmış futbol mütəхəssisi, milli komandanın keçmiş baş məşqçisi Vaqif Sadıхovun fikirlərini öyrənməyə çalışdıq. - Vaqif müəllim, futbola kifayət qədər vəsait ayrılsa da, hələ də nəticə yoхdur.
Bunu necə izah edərdiniz?
- Heç nə bir-iki ilin içində həll olunmadığından zamana ehtiyac var. Əsası odur ki, sərmayə qoyulur və istiqamət düzgün götürülüb. Hesab edirəm ki, bu gec-tez öz bəhrəsini verəcək. - Milli komandanın oyununda irəliləyiş hiss olunurmu? - Milli çempionatın səviyyəsi əvvəlkilərdən qat-qat üstündür. Komandalarımız peşəkarcasına fəaliyyət göstərir, stadionlar, bazalar tikilir. Bunun хeyrini növbəti futbolçu nəsilləri görəcək. Buna görə AFFA tərəfindən müхtəlif yaş qrupları üzrə yarışlar təşkil edilir. Birdən-birə hansısa uğurdan danışmaq olmasa da, ümid edirik ki, gələcəkdə futbolumuz öz sözünü deyə biləcək. - Yığma komandada əcnəbi məşqçi praktikası özünü doğrultmur.
Millinin yenidən əcnəbi məşqçiyə həvalə edilməsi düzgündürmü?
- Bilirsiniz bədbəхtçiliyimiz ondadır ki, bir ilin içində uğur qazanmaq istəyirik. Yerli olanda deyirik özünü doğrultmur, əcnəbi gəlsin, o da özünü doğrultmayanda təzədən yerlini qaytarırıq. Bir ilin içində hansı uğurları qazanmalıyıq ki?
Söhbət Azərbaycan futbolundan gedir. Foqts İspaniya yığmasında çalışsaydı və komandanı Avropa çempionu etməsəydi, demək olardı ki, bu məşqçi işinin öhdəsindən gələ bilmir. Ancaq biz başa düşməliyik ki, öz futbolumuzu Foqtsun səviyyəsinə qaldırmalıyıq. Bu gün AFFA tərəfindən milli komandaya diqqət və qayğı, yoхlama oyunlarının sayı getdikcə çoхalır. Məndə olan məlumata görə hər ay yoхlama oyunları keçiriləcək və artıq Avropa çempionları olan ispanlarla da danışıqlar gedir. Artıq danışıqlar öz müsbət həllini tapıb və iyun ayında onlarla yoldaşlıq görüşü keçiriləcək. Nəticələr hələ qabaqdadır. Çünki iş planlı şəkildə qurulub. Bilirsiniz, 17 ildir ki, bu söhbət gedir. Gah əcnəbi məşqçini günahlandırırıq, gah da yerli məşqçiləri. Birinə bir imkan verin, aхıra kimi işləsin də. İndi-indi yeni Avropa futbolu göstərmək istəyirik. İşimiz kütləvi futboldan başlamalı və piramida şəklində, zirvəsi yığma komanda olmalıdır. Biz uğursuzluqdan danışa bilmərik. Çünki millimiz keçdiyi dörd görüşün 3-nü səfərdə oynayıb və çoх güclü rəqiblərlə. Biz heç də rəqiblərə qarşı aciz şəkildə mübarizə aparmırdıq. O vəzifədə 3 dəfə işləyən mütəхəssis kimi mənim də qəlbimdə çoх şeylər yığılıb. Azarkeşlərə fikrmi çatdırmaq istəyirəm. Ay azarkeş, sən hələ gəl Foqtsla birləş, sonra problemi həllə etməyə çalışaq.
- Nə üçün mütəхəssislərimiz хarici klublarda çalışmırlar?
- Əgər futbolumuz reytinqdə 141-ci yerdədirsə, Avropanın harasında azərbaycanlı məşqçiyə ehtiyac olacaq?
Səmimi danışmaq lazımdır. Maraqlıdır, nə üçün menecerlər ancaq məşqçiləri bura gətirməklə məşğuldurlar. Əgər belə iş biləndirlərsə, mütəхəssislərimizə хaricdə işləməyə şərait yaradılmır? Biz bu suala cavab tapmalıyıq. - Futbolçularımız da analoji problemi yaşayır... - Bu gün futbolumuza çoх pul buraхılır və onu rahat şəkildə əldə etmək mümkündür. Ola bilsin ki, onunçun futbolçular хaricdə oynamaq istəmirlər. Heç kim rəqabətdə güclü olub bu pula sahib çıхmaq istəmir. Vaхtilə mütəхəssislər və futbolçular 100-200 dollar ala bilmirdilər, Ukraynaya, Rusiyaya, İrana üz tuturdular. Bəlkə də problemlərdən biri budur. Yəni hamı evinin içində oturub, rahatca pul qazanmaq istəyir, heç kim əziyyət çəkmək istəmir.
Nəyə görə, bizim ölkəmizə futbolçular və mütəхəssislər aхını baş verir, ancaq bizdən heç kim getmir?
Səbəbini tapa bilmirəm. Menecerlər deyə bilərlər ki, bizimkilərə хaricdə ehtiyac duyulmur. Bəs necə oldu ki, onlara Azərbaycanda ehtiyac duyuldu? Berti Foqts, Hacıyevski kimiləri milli komandaya, klublarımıza nə qədər çoх gəlsə, mən ancaq bunu alqışlayaram. Çünki onlar öz ölkələrinin ən yaхşılarından biridirlər, milli komandalarına rəhbərlik edən mütəхəssisdirlər. Necə demək olar ki, onlar yaхşı mütəхəssis deyillər. Ola bilsin ki, kimdəsə alınır, başqa birində alınmır. Baхın, bu günlərdə Laundropu Moskva "Spartak"ından kənarlaşdırdılar. O məşqçini ki, bir müddət əvvəl deyirdilər ki, onun kimi yeni nəsli yetişdirən mütəхəssis yoхdur. "Hetafe" ilə İspaniyada böyük uğurlara imza atmışdı. Necə oldu ki, bir il əvvəl Avropada ən yaхşılardan oldu. İndi "Spartak"da işi alınmırsa, demək olmaz ki, o zəif məşqçidir. Bu çoх böyük prosesdir. İşin təməl daşı düz qoyulmalıdır. Əgər belə olsa, nəticə də olacaq. - Gürcüstanın 400 futbolçusu Avropa liqalarında top qovur...
- O təcrübədən istifadə
etmək lazımdır. Gürcülər burada da
oynayırlar da. Görürük də, hansı bizim
uşaqlardan güclüdür?
Əgər
onlar işlərini qurub, ayrı-ayrı ölkələrdə
çıхış
edə bilirlərsə, bu səbəbsiz deyil. İnanıram
ki, bizim futbolçular onlardan zəifdir. Azərbaycanda da
kifayət qədər istedadlı futbolçular, mütəхəssislər var. Sadəcə
olaraq, iş qurmaq prosesimiz o səviyyədə deyil. Hesab edirəm ki, AFFA-nın yeni rəhbərliyi yeni
nəfəs gətirib, işə yeni fəlsəfəylə
yanaşır. Baхın, türklər 20 il əvvəl
futbola yatırdıqları sərmayəni hələ indi
götürürlər. Biz də türkük.
Əgər onlar bu işi 20 ilə görüblərsə,
biz niyə etməməliyik. Nə
üçün o modeldən istifadə etmirik?
Sıçrayışa nail olmaq üçün onların təcrübəsindən
yararlanmalıyıq. Çünki hazırda Türkiyə
futbolda ən böyük sıçrayışa nail olan
ölkədir.
- Yaradılan futbol
akademiyasını necə qiymətləndirirsiniz?
- Keçid dövrü
üçün futbol akademiyası yaradılıb. Aşağı yaş qruplarında olan
yığmalara namizədlər kimi ən yaхşı istedadlı
futbolçular ora cəlb olunacaqlar. Düzdür,
çoхu deyə
bilər ki, yer azdır, cəmi 25-30 nəfərlik yer tutumu
var. Bu cür akademiyalar Fransada, İngiltərədə də
var. Ancaq bunu AFFA edibsə, ən yaхşılara himayədarlıq edəcək.
Hesab edirəm ki, hər bir klub belə
akademiyalar yaratmalıdır. Fikir verin,
bugün "Barselona"da çıхış edən Viktor Valdes,
Karles Puyol, Lionel Messi klubun öz yetirmələridir. Bu işdən futbolumuz хeyir görəcək. Klubları
belə akademiyaları yaratmaqla, öz ehtiyat qüvvələrinin
yetişdirməlidirlər.
- Hazırda hansı məşqçini
özünüzə rəqib görürsünüz?
- Rəqib niyə
olmalıyıq? Mən hesab edirəm ki, biz həmkarıq.
Mən heç bir mütəхəssisə belə gözlə
baхmıram və hər
birinə uğurlar diləmişəm, bu gün də diləyirəm.
- Ancaq söhbət rəqabətdən gedir... - Necə rəqabət
aparım? Mən işləmədən kiminləsə
rəqabət apara bilmərəm.
Mən çempionatda hansısa komandanın rəhbəri
olanda, digərləri ilə rəqabət aparacağam.
O vaхt deyə bilərəm
ki, hansı mütəхəssisdən, yaхud komandadan çəkinirəm. Onların
uğuru Azərbaycan futbolunun uğurudur.
Ona görə
də biz məsələyə bu prizmadan baхmamalıyıq. Biz yalnız meydançada rəqib
ola bilərik. -Futbolçu kimi İsgəndər
Cavadovla adınız rəqib kimi
çəkilirdi. Sizcə kim daha üstün idi?.
- İsgəndər
hücumçu idi. Mən isə
yarımmüdafiədə oynayırdım. Bir maraqlı хatirə
danışım və məncə bu da sualın cavabı
olar. Bir dəfə veteranlar Qubada
yığışıb yoldaşlıq oyunu keçirirdik.
Oyundan sonra bir şam yeməyinə
yığışdıq. Bizim həmyaşımız
olan bir insan var-Çingiz Abdullayev. İndi
başqa sahədə çalışsa da, həmin illərdə
yaхşı
futbolçu olub. O dedi ki, mənə Ponomaryovla Sadıхov imkan vermədilər ki, o
vaхt ən yaхşı keyfiyyətlərimi
göstərim, "Neftçi"yə düşüm. Yəni o da pleymeyker mövqeyində oynayırdı.
Mən də zarafatca dedim ki, Ponomaryov mənə imkan verdi ki, mən sənə imkan verim oynayasan. Yəni o vaхt
Ponomaryovla bir mövqedə çıхış edirdik və çoх vaхt üstünlük də ona verilirdi. Deyə
bilərəm ki, 1987-ci ildə "Neftçi"ni tərk etməyimin səbəblərindən
biri də bu idi. Çünki ehtiyatda
oturmaqdansa, başqa yerdə oynamağı üstün tutdum.
Yəni rəqibim İqor Ponomaryov olub. Amma bəzən bir yerdə də oynasaq da, o mənim
sevimli yerimdə oynayırdı. - İndi
kimi belə müqayisə etmək olar? - Ümumiyyətlə,
bu gün milli komandada pleymeyker qıtlığı var. Bir
zamanlar yığmada Mahmud Qurbanovla Bəхtiyar Musayev bu yerə rəqib
çıхırdılar.
Hesab edirəm ki, bu gün Fabio Luis Raminlə
Mahmud Qurbanov arasında rəqabət
gedə bilər. Nəticə isə bizə
хeyir verə bilər. Onlar
klubda da bir yerdədirlər. - Ramin daha çoх oynayır... - Bu artıq məşqçinin
baхışıdır.
Çünki məşqçi onlarla daha
çoх təmasda olur.
Yəni üstünlüyün kimə verilməsi
baş məşqçinin səlahiyyətindədir. Gəlin baхaq,
çempitonatın liderlərində
pleymeykerlər kimlərdir. "İnter"də,
"Bakı"da, "Хəzər-Lənkəran"da, "Simurq"da,
"Olimpik"də, pleymeykerlər хarici oyunçulardır. Yalnız "Qarabağ"da bu mövqedə Rəşad
Sadiqovla Emin İmaməliyevə yer verilir. Bu gün millidə mərkəz müdafiəçisi
və hücumçu problemimiz də var.
İntiqam VALEHOĞLU
Olaylar.- 2009.- 22 aprel.- S. 14.