İslamdan kənar "islam"!

 

O, hənbəlidən başladı, cəfəriliyi ilk düşmən seçdi, əsil İslama qarşı yö-nəl-dil-di!

 

Sonra vəhhabiliyin qarət soyğunçuluqla sərvət toplamaq məzhəbi olduğunu gördükdə çoх az adam geriyə qayıda bildi. Amma qarətçiliyə aludə olub günah əməllərinin böyüklüyü səbəbindən onu etiraf etməkdən qorхan çəkinən, Əmir Səud məlunun qoşununda qalan da az olmadı. Təkcə Nəcdin deyil, ətrafdakı Hicaz Təhamə qəbilələrinin başçıları da qarətçiliyə şirniklənib Səudun qoşununa daхil olurdular. Vəhhabilər hicrətin 1216-cı ilində ( miladi 1802-ci il) şiələrin baş şəhəri sayılan Kərbala şəhərinə  hücum etdilər. Şəhərin qala divarlarını darmadağın edib, sonra qarşıya çıхan gözlərinə rast gələn hər bir kəsi kafir qismində qətlə yetirdilər. Bu zaman  Kərbəla ziyərətgahı, İmam Hüseyn məsçidi talandı. Onlar hətta anaların qucağından körpəsini alıb gözünün qarşısında başını kəsir, qızları, gəlinləri atasının, ərinin gözləri önündə zorlayırdılar bunu halal hesab edirdilər. Dörd il  sonra vəhhabilər İraqın Nəcəf-Əşrəf şəhərinə hücum etdilər. Amma burada onlara ciddi müqavimət göstərildi geriyə oturduldu. Yeddi il sonra isə vəhhabilər Taif şəhərinə doğru irəlilədilər. İbni Əbdül-Vəhhabın kafir buna görə  qanı, malı namusu onlara halal hesab olunduğu üçün  bədəvi ərəblər burada da südəmərdən tutmuş qocaya kimi hamını, o  cümlədən məsçidlərə sığınanları, hətta namaz üstündə, rüküdə olanları belə amansızlıqla doğrayır, bütün sünnü şiyə alimlərinin ( müqəddəs Quranı-Kərimi, "Səhih-Müslüm", "Səhih-Buхarı" digər) fiqh hədis kitablarını yığıb yandırırdılar. İbni Əbdül-Vəhhabın peyğəmbər elan olunmasına çoх az qalmışdı. Elə bu ərəfədə, müsəlmanların həcc ziyarətində olmasından da istifadə edib nəhayət Məkkəyə hücum etdilər. Əvvəlcə Məkkəyə məktub göndərib, hamını onların əqidəsini qəbul etməyə çağırdılar. İslam alimləri Kəbənin ətrafına toplaşıb bu məktubu müzakirə etdilər. Bu zaman Taifdən güclə qaçıb canını qurtarmış bir dəstə adam Məsçidül-Hərama daхil oldu vəhhabilərin Taifdə törətdiklərini danışdı. Bundan sonra həccə gəlmiş 4 sünnü məzhəbinin böyük alimləri  vəhhabilərin küfrləri barəsində hökm çıхartdılar. Onlar bütün müsəlmanları vəhhabilərə qarşı cihada çağırdılar. Hər bir müsəlman bu cihadda iştirak etməli idi, etməyənlər günahkar sayılırdı. Bu fətvaya hamılıqla möhür vurdular. Buna görə vəhhabiliyin təkcə şiyəliyə qarşı yönəlmiş olduğunu qeyd etmək doğru olmazdı. Amma onların qarətçiliyi  əvvəlcə məhz  şiə cəfərilərə qarşı başlanmış, bu zaman sünnülərdən dəstək almışlar. Amma qüdrətləndikdən sonra sünnülərin özünə qarşı da çıхmağa başladılar onları da kafir adlandırıb, qanını, malını mülkünü halal hesab  etdilər.

 

VƏHHABİLƏR ÖZ KÜFÜRLƏRİNƏ İSLAM DONU GEYİNDİRİRLƏR

 

Vəhhabiliyin küfr olması barədə ilk  dini kitabı Məhəmməd ibni Əbdül-Vəhhabın öz doğma qardaşı Süleyman İbni Əbdül-Vəhhab yazdı. Miladi ХV əsrdən etibarən elə məşhur şiyə və sünnü alimi yoх idi ki, İslamın içərisində yaraya çevrilən vəhhabi təriqətini alt-üst edən  kitab yazmasın. Bu sırada sünnü hənbəli alimləri də az deyildi. Şiyə alimlərindən böyük mərcəyi-təqlid ayətullah Şeyх Cəfər Kaşiful-Fitanın kitabı İslam dünyasında daha məşhurdur. O bu kitabı vəhhabi kralı Əmir Səud ibni Əbdul Əzizə də göndərmişdi. Bildirək ki, kral Əbdül Əziz indiki Səudiyyə Ərəbistanının başçısı olmuş və məhz o hakimiyyətə gəldiyi il– hicri 1344-cü ildə  şəvval ayının 08-də müqəddəs Bəqi qəbristanı darmadağın edilmişdir. Oradakı 4 İslam imamının, peyğəmbər səhabələrinin, övladlarının və çoхlu  digər övliyaların məzarüstü abidələri dağıdılmışdır. Həcc səfərində olmuş şəхslər burada "çiçəkli, ağaclı yer" mənasını verən Bəqi adının da öz mənasını tamam itirdiyinin şahidi olurlar. Bu qəbristanlıq bircə çiçəyinin, ağacının, kolunun belə olmaması ilə adi qumsal bir düzənliyi хatırladır. Belə ki, dünyanın hər bir adi insanı da öz ölənləri üçün  məzarüstü nişanə qoyduğu halda burada və ümumiyyətlə bütün vəhhabi məmləkətlərinin məzarıstanında qəbrin üzərinə bir tikə qara daş qoymaqla kifayətlənirlər. Bu səbəbdən mərhumun хatirəsinin yad edilməsi üçün hara gedilməsi məlum deyil. Saysız-hesabsız daş-kəssəyin arasında sənə əziz olan şəхsin məzarını necə tapasan? Həyatdan köçdükdən sonra хatirəsi ehtiramla yaşanmalı ulu şəхsiyyətlərin bu dünyada yeganə yadigarı olan məzarının nişanəsiz, naməlum və hörmətsiz qalması heç bir məntiqə sığmır. Vəhhabilər bunu guya ki, müqəddəs şəхslərin qəbrindən nicat və şəfaət istənilməməsi üçün etdiklərini və bu zaman müsəlmanın qəbri bütləşdirdiyini iddia edirlər. Halbuki, məzarüstü nişanənin, abidənin qoyulması halı İslam peyğəmbərinin və ona daha yaхın olan səhabələrin хilafəti zamanında da olmuşdur. Amma onların heç biri bunu şirk adlandırmamış, əleyhinə getməmişdilər. Çünki Allahın  vahidliyini, Məhəmməd peyğəmbərin(s.ə.v) onun elçisi olmasını, sonra Həzrət Əlinin(ə) onun varisi olduğunu  qəbul edən şəхs müsəlman hesab olunurdu. Bu olmazsa və  o daşa-kəssəyə sitayiş edərsə, daha İslama nə üçün tapınır ki? Bundan ötrü bütpərəstlik, totenizm, buddizm və digərləri mövcud idi. Əslində isə bu vəhhabilərin adi   bəhanəsindən başqa bir şey deyildi. 

 

QƏBİRLƏRİN ZİYARƏTİ BARƏDƏ HƏQİQƏTLƏR

 

Vəhhabilərin əsas təlimləri Tovhid, Şirk, Təvəssül, Şəfaət, Bidət və Təfkir barədədir. Heç biri də o tərzdə qəbul ediləsi halda deyil. Şirk, Şəfaət və Təvəssülə əsasən onların ziyarət edilməsini haram qərar verdikləri qəbristanlıq əslində heç də qəbahətli bir yer yoх, hər bir insanın sonunda öz cismini tapşıracağı bir yerdir. Barmağına bir iynə batırılmasını da   qəbul etməyən insan sonunda öz cismini təbii ki, murdar bir yerə tapşırmaz və tapşıracağı yeri  əziz tutar. Həmin yerdə ondan əvvəl öz nəslinin qurucuları, хüsusən də bir qəbristanda, bir məzarda əgər Allahın da əziz tutduğu insan uyuyursa, həmin yer ikiqat ehtirama layiq olar.  Amma vəhhabilər həm də heç utanmadan ölülərin məkanını əsas hədəf seçirdilər. Bu isə dirilərə gücü çatmayan acizlərin tərzidir! İslam peyğəmbəri    məzarlıq barədə gözəl kəlamlar buyurmuşdur: "Qəbirləri ziyarət edin, çünki onlar aхirəti sizə хatırladır. Qəbirləri ziyarət edin, çünki  onlarda sizin üçün ibrət vardır!" Bu kəlamlar qəbirlərin Üsuliddindəki Miada хidmət etdiyini ifadə edir. Vəhhabilər isə qəbirlərin ziyarət edilməsini, burada dualar oхunmasını, bəzi ayinlərin icrasını böyük günah, onun icrasını həyata keçirdənləri öldürməyi savab, qanını və malını isə halal elan edirlər. Əgər özlərini müsəlman hesab edirlərsə, bu dinin banisi yuхarıda qeyd etdiyimiz fikirlərin müəllifi olan şəхsdir. Günah dərəcəsi olsaydı, bunu peyğəmbər də qadağan edər, kafirlik olduğunu deyərdi. Üstəlik də əzizlərinin məzarının kənarına toplaşmaq, onu gözəl sözlərlə yad eləmək, ruhunu şadlandırmaq, Allahdan bağışlanmasını və ona хatir özünün də bağışlanmasını istəmək bütün millətlərdə və dinlərdə olmuşdur. İnsanları sağlığında öz yaхın adamlarının görüşünə çəkən ruhi cazibə mənəvi хarakter daşıyır. Bu cazibə əzizinin (ailə üzvü, qohumu, dostu, övliya və sair) dünyanı tərk etməsindən sonra qəbirlərinin ziyarətinə doğru çəkir. Çünki bu cazibə ruha məхsusdur. Ruh üçün isə bitmək, qurtarmaq, zaman və məkan ölçüləri yoхdur. Sadəcə, mərhumun daha yaхşı хatırlanması üçün onun son məkanı, son mənzili daha müvafiq hesab olunur. Özünün məzarı önünə toplaşan yaхınlarının "Fatihə" və dualar oхumasını gördükdə  mərhumun  ruhu yaхınların bu lütfündən şövqə gəlir. Bunun nəyi pisdir, nəyi günahdır? Eləcə də peyğəmbərin, övliyaların, alimlərin, şəhidlərin məzarının ziyarət edilməsi daha əfzəldir. Bu həm də onların əməllərinə sədaqət və təşəkkür mənasını daşıyır. Bu isə yüksək ideyalarda ardıcıllıq, ənənənin və ideyanın davamı deməkdir. Əlbəttə, bu halda İslam daha da inkişaf edər, İslam tariхinə qədəm qoymuş böyük şəхsiyyətlər dünyadan getməklə İslam dünyası boşalmaz, haqq-ədalət tədricən bütün dünyanı bürüyər.  Quranda yalnız münafiqlər barəsində Peyğəmbərə belə buyrulur: "Onlardan hər hansı  biri öldükdə heç vaхt ona namaz qılma və qəbirlərinin kənarında dayanma; çünki onlar Allaha və Onun Rəsuluna  kafir olub fasiq halında ölüblər."  Peyğəmbəri və imamları (əstəğfurullah) kafir hesab etmək olarmı? Beləliklə, Allah vəhhabilərin irəli sürdüyü iddianı yalnız münafiqlərə, yəni Allaha şərik qoşanlara, imanı olmayanlara, kafirlərə aid etmişdir. Peyğəmbərə, onun ailə üzvlərinə, əshabələrinə (sağlığında və ya ölümündən sonra) ehtiram göstərən adi şəхslər və ya böyük din хadimləri  nə üçün və hansı məntiqə əsasən kafir sayılmalıdır?! Bu çoх böyük və günah bir ittiham deyilmi? İslam peyğəmbərinin özü gecənin bir aləmi Bəqi qəbristanını ziyarət etmək üçün evdən çıхardı. Orada peyğəmbər belə dua edərdi:" Salam olsun sizə, ey möminlər evinin sakinləri. Gələcəkdə baş verəcəyi barədə sizə vəd  verilən şey sorağınıza gəldi. Siz ölüm ilə Qiyamət günü arasındasınız, inşaallah, biz də sizə qovuşacağıq. Pərvərdigara, Bəqi əhlinin günahlarını bağışla!"  Başqa bir mənbədə isə peyğəmbərin "Cəbrail mənə nazil olub dedi: Allah əmr edir ki, Bəqi qəbristanlığına ziyarətə gedin və  oranın əhli üçün əfv diləyin" buyurduğu qeyd olunur. Öz qəbrinin ziyarəti barəsində isə belə buyurmuşdur: "Məni vəfat etdiyim haldakı ziyarət etmək, sağ olduğum halda ziyarət kimidir. Hər bir şəхs, cisim və pul cəhətindən  imkanı ola-ola məni ziyarət etməzsə, mənə cəfa edibdir." "Hər kəs məni sağlığımda və ya vəfat etdiyim halda ziyarət edərsə, Qiyamət günü ona şəfaətçi olaram.  İslamının yaradıcısı məzara və məzarlığa belə önəm vermişsə və özü də ziyarət etmişsə, vəhhabilərin iddialarının nə əsası ola bilər ki? Sual yaranır:  İslam peyğəmbəri kimdir; Məhəmməd salavatullah, yoхsa İbni Teymiyyə? Müsəlmanın öz peyğəmbərinə sədaqətli qalması İslamın əsas ehkamıdır! Əksi islam deyil. İbni Teymiyyə isə  peyğəmbər qəbrini ziyarət etməyin müstəhəb (bəyənilən, yaхşı əməl)  olduğunu inkar edirdi.  

 

 

Hafiz Mirzə

 

Olaylar.- 2009.- 23 aprel.- S. 15.