"Təlatüm" "Gürzə"

 

 Ənvər Seyidovun 60 illik ömür yolu

 

Seyidov Ənvər Cümşüd oğlu. Bu imza ədəbiyyatsevərlərə yeni tanış olsa da, bir anda sevildi məşhurlaşdı. Eyniadlı romanları əsasında ekranlaşdırılmış çoxseriyalı "Təlatüm" "Gürzə" filmləri tamaşaçıların böyük marağına səbəb olub.

1949-cu il mart ayının 29-da Oğuz rayonunda dünyaya gələn Ənvər Seyidovun həyat yolu çox keşməkeşli olub. Kiçik yaşlarında atasını itirən müəllif avtobioqrafik roman olan "Təlatüm" keşməkeşli həyatının müxtəlif dövrlərini qələmə almışdı. Həyatın acı sınaqları ilə üz-üzə qalan hər dəfə bu sınaqlardan qalib çıxan Ənvər Seyidov əmək fəaliyyətinə çox erkən başlayıb. Ailə vəziyyəti ilə bağlı Bakıya köçən 49 saylı orta məktəbin sonuncu sinfində oxuyan Ə.Seyidov Şıxov qəsəbəsində yerləşən sanatoriya-xəstəxanada maşinist-ocaqçı vəzifəsində çalışmağa başlayır. Orta təhsilini başa vuran ili Bakı şəhər Rabitə Elektro Texnikumuna qəbul olur poçt texniki ixtisasına yiyələnir.

1969-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olan Ə.Seyidov işlədiyi sahədə öz çalışqanlığı ilə diqqəti cəlb edir. Ali təhsilində çalışdığı sahədəki uğurlarına görə 19 yaşlı Ənvər Seyidovu partiya sıralarına qəbul edirlər. Bu öz dövrü üçün çox böyük nailiyyət idi.

1972-ci ilin avqust ayında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi sisteminə işə qəbul olunan Ə.Seyidov bu tarixdən başlayaraq notariat kontorunda məsləhətçi, Respublika DDF arxivinin müdiri, Notariat VVA idarəsində baş məsləhətçi, Zaqatala Cəlilabad rayon məhkəmələrində hakim, daha sonra Cəlilabad rayon məhkəməsinin sədri vəzifələrində çalışıb.

1990- ilin avqust ayından 2000-ci ilin iyul ayına kimi isə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi işləyib.

Ənvər Seyidovun ustalıqla qələmə aldığı, bir-birindən ağır cinayətlərin məhv etdiyi, söndürdüyü insan talelərinin öz əksini tapdığı "Təlatüm" "Gürzə" romanları məhz belə böyük həyati təcrübədən qaynaqlanaraq ərsəyə gəlmişdir.

Azərbaycanın müstəqillik dövrünə qədəm qoyduğu təlatümlü bir dövrü əhatə edən "Təlatüm" romanında Qarabağ savaşı fonunda ölkənin parçalanması üçün həyata keçirilən gizli planlar siyasi oyunların pərdəarxası məqamlarına da toxunulub. Müəllif həyat hadisələrinə əsaslanan epizodları ustalıqla qələmə alaraq oxucunun diqqətini çəkə bilib. Təsadüfi deyil ki, müəllif dərhal da romanla eyni vaxtda ekranlaşdırılan "Təlatüm" filminə romanına görə "Azərbaycanın bütövlüyü uğrunda" İctimai Birliyinin "Qızıl Qılınc" mükafatı ilə təltif olunub.

2008-ci ildə isə Ənvər Seyidov "Qızıl Qələm" mükafatına layiq görülüb.

Elə həmin il Azərbaycan Cümhuriyyətinin 90 illiyi Mir Cəlal Paşayevin 100 illiyi ilə əlaqədar keçirilən I mükafatı qazanıb. Müəllifin ikinci romanı olan "Gürzə" oxucular tərəfindən eyni uğurla qarşılanıb Azərbaycan Dövlət Televiziyasının sifarişi ilə roman əsasında beş bölümdən ibarət eyniadlı televiziya filmi ekranlaşdırılıb.

Hazırda Ənvər Seyidov "Ünvansız eşq" "İsti kökə" romanlarını oxucularına təqdim etməyə hazırlaşır.

O, "Azərbaycan Respublikası Məhkəmə icratında beynəlxalq hüquq normalarının tətbiqi" kitabının da müəllifidir. "Konstitusiya hüququn əsasları", "Hüququn əsasları", 2009-cu ildə isə "Heydər Əliyev Azərbaycan Konstitusiyası" dərsliklərinin müəllifi, hüquq elmləri namizədi Ənvər Seyidov Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosentidir. Onun gərgin əməyi, məhsuldar fəaliyyəti yüksək qiymətləndirilmiş, 1995-ci ildən 1999-cu ilədək Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü, Təftiş Qrupunun rəhbəri seçilib.

1997-ci ildə polkovnik hərbi rütbəsi verilmiş, Respublika "Əsilzadələr Məclisi"nin üzvü seçilmşdir.

1990- ildən 2000-ci ilədək Azərbaycan Respublikası Ali Məhkəməsinin Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin Həmkarlar Komitəsinin sədri olan Ə.Seyidov "Əməkdə fərqlənmə medalı", SSRİ bilik cəmiyyətinin qızıl döş nişanı, I, II dərəcəli "Əla sərhədçi" döş nişanı, ordu quruculuğu ilə bağlı 7 medalla təltif olunub.

I ixtisas dərəcəli hakim Ənvər Seyidov hazırda Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimidir.

 

 

Olaylar.- 2009.- 24 aprel.- S. 11.