"Çingiz Abdullayevdən daha çox nəşr olunuram"

 

 Elçin Hüseynbəyli: "Orxan Pamuk qardaşının pulları hesabına məşhur oldu"

 

"Sovet dövrü olsaydı, daha imkanlı populyar olardım"

 

Ulduz" jurnalının baş redaktoru, yazıçı-dramaturq

 

Artıq bir neçə aydır ki, ölkənin qələm sahibləri, ələlxüsus yazıçılar arasında mübahisələr davam edir. Heç şübhəsiz ki, əsas müzakirə mövzusu da qurumun nəzarətində olan mətbuat orqanları ilə bağlıdır. Belə ki, bir qrup yazıçı həmin qəzet jurnalların ayrılan vəsait müqabilində zəif çıxdığını söylədikləri halda, qarşı tərəf bu iddiaları əsassız hesab edir. Əslində baş verir? Ümumiyyətlə, hazırda Azərbaycanda ədəbi mühitin durumu necədir? Suallarımızı "Ulduz" jurnalının baş redaktoru, yazıçı-dramaturq Elçin Hüseynbəyli cavablandırır.

- Son zamanlar Yazıçılar Birliyinin nəşrləri həmkarlarınız tərəfindən kifayət qədər tənqid olunur. Yazıçılar Birliyi olaraq, həmin nəşrlərin gücləndirilməsi istiqamətində hansı addımları atırsınız?

- Əgər söhbət kadr dəyişikliyindən gedirsə, bilirsiniz ki, bu qurultaydan sonra keçirilən plenimun səlahiyyətindədir birbaşa Yazıçılar Birliyinin sədrinin öz işidir. O ki qaldı Yazıçılar Birliyi nəşrlərinin gücləndirilməsinə, biz daim bu barədə düşünürük, yeni maraqlı əsərlərin çap olunmasını istəyirik. Konkret olaraq, rəhbərlik etdiyim "Ulduz" jurnalı barədə deyə bilərəm ki, mən gələndən sonra bizdə "Nostalji" rubrikası gedir. Bu rubrikada adamların 60-70-ci illərlə bağlı xatirələri çap olunur, həmin dövrün ab-havası jurnala gətirilir. "Axtarış" rubrikamızda gənc istedadları üzə çıxarırıq. "Duel" rubrikasında dünyagörüşlü adamların ədəbiyyat barədə fikirləri, üst-üstə düşməyən mülahizələri öz əksini tapır. "Üz-üzə" yazıçı tənqidçinin düşüncələri, polemikaları verilir. Jurnalımızın aprel nömrəsini "Gənc ədiblər" məktəbinin üzvlərinə vermişik ki, onlar hazırlasınlar, bacarıqlarını meydana qoysunlar. Əsas yeniliklərimiz bunlardır. "Oxu zalı" rubrikamızda yerli xarici ədəbiyyat nümayəndələrinin müxtəlif əsərləri nəşr olunur. Bundan başqa ədəbiyyatı gündəmə gətirmək üçün ciddi işlərlə məşğuluq. Bildiyiniz kimi aprelin 3- Azərbaycanda Yazıçılar Birliyinin "Bayatı" kitab mağazasında mənimlə "imza günü" keçirildi. Həmin gün bir daha əmin olduq ki, Azərbaycanda ədəbiyyat oxucuları var. Növbəti tədbirimizi bu yaxınlarda keçirməyə başlamışıq. "2+1" adlı bir layihəmiz var. Burada iki şairin bir nasirin iştirakı ilə bir toplu nəşr olunacaq. Eyni zamanda almanların Kirxa deyilən musiqi məkanında aktyorların iştirakı ilə təqdimat gecəsi keçiriləcək. Həmçinin keçirmək istədiyimiz poeziya gecəsini maraqlı formatda təşkil etmək istəyirik. Hazırda danışıqlar gedir. Biz jurnalda da bir neçə layihə həyata keçirmək istəyirik. Bu işlərdə Mədəniyyət Turizm Nazirliyinin dəstəyinə ümid bağlayırıq. İstəyirik ki, bir neçə şair yazıçılarımız tarixi abidələrimiz yerləşən məkanlarda olsunlar, onlarla bağlı yazılar yazsınlar. "Ulduz"un bir sayını da buna həsr etmək fikrindəyik. "Özümüzünkülər Özgəninkilər" adlı bir layihəmiz var. Azərbaycan dünya nəsrinin, həmçini dünya Azərbaycan poeziyasının paralel nəşrini müqayisəli təhlilini nəzərdə tuturuq.

- Bir neçə kitabın müəllifisiniz. Sizcə bu kitablarınız sovet dövründə nəşr olunsaydı, daha məşhur ola bilərdinizmi?

- Sözün açığı, sovet dövrü heç mənə qismət olmadı. Mən 1989-cu ildə Moskva Dövlət Universitetini bitirib vətənə qayıdan kimi ajiotajın, toz-tozanağın, ictimai-siyasi proseslərin gərgin vaxtına düşdüm. Yəni bizim tanınmaq məsələmiz sovet dövrünə təsadüf etmədi. Sovet dövründə tanınmaq çox asan idi. Senzura ilə, ideoloji basqılarla bağlı nə qədər çətinliklər, öhdəliklər var idisə, onun gətirdiyi populyarlığın da bir ləzzəti, məmnunluğu var idi. Təsəvvür edin ki, "Azərbaycan" jurnalında bir maraqlı hekayəsi nəşr olunan yazıçı ədəbiyyata pasport alırdı, qısa zamanda məşhurlaşırdı. Çünki həmin vaxtda "Azərbaycan" jurnalı 200 min tirajla çıxırdı və bütün ölkəyə yayımlanırdı. Yəni bir növ ədəbiyyat idarə olunsa da, onların içində istedadlı adamlar da qeyd olunurdu, irəli çəkilirdi. Bu bir faktdır. Təbii ki, mənim yaradıcılığım sovet dövrünə düşsəydi, daha populyar olardım. Maddi cəhətdən vəziyyətim daha üstün ola bilərdi. Ancaq çox təəssüf ki, biz elə dövrə düşdük ki, bizim oxucular bir növ ədəbiyyatdan çəkilmişdi. Bir hissəsi ədəbiyyatdan küsmüşdü. Onlara elə gəlirdi ki, bu senzuralı və çox çeşidli olmayan ədəbiyyatdır. Televiziyalar, elektron kütləvi informasiya vasitələri işə düşməyə başlayandan sonra oxucular ədəbiyyatdan kənarlaşmağa başladı. Bir növ ədəbiyyat, yazıçılıq gözdən düşdü. İndi biz çalışırıq ki, onu yenidən qaytaraq, oxucunun marağını artıraq, yazıçı şöhrətini yenidən gündəmə gətirək. Yazıçılar şöhrətdən düşüb və onların şöhrətini geri qaytarmaq lazımdır. Bunun üçün yazıçı özünə inanmalıdır. Artıq biz yeni dövrdə, yeni dəyərlərlə, belə demək mümkünsə, yeni ictimai formasiyanın daxilində yaşayırıq. Bu baxımdan yazıçının özünə inamı çox vacib şeydir.

- Sizcə, bu gün Elçin Hüseynbəyli oxunurmu?

- Mən dedim ki, bu gün heç bir yazıçı yetərincə oxunmur. Hətta deyim ki, kitabları dünyanın bir çox ölkəsində milyon tirajlarla nəşr olunan Çingiz Abdullayevin kitabları Azərbaycanda 300-500 nüsxəylə çıxır. Söhbət ondan gedir ki, hazırda Azərbaycanda ən çox nəşr olunan yazıçılardan biri mənəm. Mənim tirajım ən azı min olur. Ümumiyyətlə, kitab hədiyyə etməkdə də xəsisəm. Çalışıram ki, kitablarımı özləri alıb oxusunlar. Ancaq yazıçının çox oxunması, populyar olması üçün kitab satış şəbəkəsi yoxdur. Azərbaycan üzrə cəmi bir neçə kitab satışı mağazası var ki, onlar da əsasən Bakıdadır. Kitab zəruri ərzaq kimi, məişət avadanlığı kimi oxucunun gözü qarşısında olmalıdır. Məsələn, Avropa ənənəsində olduğu   kimi iri supermarketlərdə kitab satışı mərkəzləri var. Onlar hamısı vergidən azad güşələrdir. Oxucu gəlir və çay içə-içə onları oxuyur. Əgər bəyənirsə, onu alır. İndi yaxşı təşəbbüslər başlayıb. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin təşəbbüsü ilə kitabxanaların nəzdində kitab mağazaları da fəaliyyətə başlayıb. Əgər, oxucu növbəyə durmaq istəmirsə, hansısa səfərə gedirsə, yaxud dəniz kənarında uzanıb kitab oxumaq istəyirsə, pulunu verib o kitabları əldə edə bilər. "Bayatı" kitab mağazasının açılması da kitab satış şəbəkəsinə bir töhfəmiz oldu və biz bunu təşkil etdik. Hesab edirəm ki, bu məsələ ilə bağlı çox ciddi şəkildə düşünmək lazımdır. Bizim kitab mağazalarımız olarsa, Azərbaycan yazıçısı özünə inamlı şəkildə yaşaya bilər. Çünki həm onun alıcıları, həm gəliri çox olacaq. Belədə isə o heç kimdən asılı qalmayacaq.

 - Əsərlərinizdə tarixi mövzulara üstünlük verməyinizin səbəbi nədir?

- Mən deməzdim ki, yaradıcılığım tarixi romançılıqdan ibarətdir. Mənim tələbəlik illərində yazdığım ilk romanım-"Tut ağacı boyunca" eşqdən bəhs edir. "Balıq adam" çağdaş dövrün romanıdır. Ondan sonra gələn "Yovşan qağayılar" romanımdan sonra sintetik roman üslübü başlayır. Bu janr Azərbaycanda çox zəif inkişaf edib. Sintetik roman müasirliklə keçmişin vəhdətdə götürülməsi, paralel şəkildə işıqlandırılmasıdır. Bu yaxınlarda "Metro Vadisi" romanım nəşr olundu. "Don Juan" və "Şah Abbas" romanlarım isə sırf tarixidir. İndi hazırda üzərində işlədiyim "Ağ yelkənli günəş" də çağdaş romandır. O da müasir dövrümüzdən bəhs edir.   Mənim tarixə ciddi fikir verməyimə gəlincə, deyə bilərəm ki, indiyə kimi tariximiz səhv yazılıb. Burada sovet ideologiyası, fars ideologiyası, erməni-gürcü ideologiyaları ciddi rol oynayıb. Ona görə hesab edirəm ki, bizim həm tarixçilərimiz, həm yazıçılarımız tarixə yenidən nəzər salmalıdırlar. Həm tarixi yazıçı tərəfindən qələmə alınanda daha oxunaqlı yaddaqalan olur. Çünki o sırf statistik quru dillə deyil, maraqlı dillə    yazılır. Bu baxımdan hesab edirəm ki, tariximizə bir töhvə vermək yazıçının borcudur.

- Bu gün ədəbiyyatımızda Orxan Pamuk səviyyəli yazıçı niyə yoxdur? Əgər varsa, niyə tanıda bilmirik?

- Orxan Pamuku Azərbaycanda kiminləsə müqayisə etmək doğru olmaz. O özünə görə maraqlı və yaxşı yazıçıdır. O ki qaldı onun kimi tanınmağa, bildiyiniz kimi, Orxan Pamuk özü bir dəfə etiraf edib ki, o qardaşının pulları hesabına məşhurluq qazandı. Yəni maddi vəsait qoymadan məşhur olmaq çox çətindir. Bunun üçün dil faktoru güclü rol oynayır. Türkiyənin 70 milyon əhalisi var və bizdən 10 dəfə çoxdurlar. Baxın, ispandilli, ingilisdilli, rusdilli ölkələrin yazıçıları daha çox məşhurdurlar. Çünki bu dillər dünyada aparıcıdırlar. Onların oxucu auditoriyaları genişdir. Amma bizim həmin auditoriyaya çıxmağımız üçün ciddi pul lazımdır ki, tərcümə olunasan aparıcı dillərə, onun təlbiğatını, reklamını, piar işini qurasan. Səviyyə məsələsinə qalanda, niyə Orxan Pamuk səviyyəsində yazıçımız yoxdur ki? Ad çəkmək istəmirəm. Amma hesab edirəm ki, var. Hazırda bizdə ədəbi tərcümənin də vəziyyəti yaxşı deyil. Yalnız rus dilindən tərcümələr normal səviyyədə edilir. Qalan dillərə tərcümədə isə kifayət qədər qüsurlar var.

 

 

İntiqm Valehoğlu

 

Olaylar.- 2009.- 28 aprel.- S. 10.