Müstəqil dövlət quruculuğunun vacib şərtləri haqqında

 

 Təhsil, ədəbiyyat mədəniyyətin vəzifələri

 

Azərbaycan təhsili, mədəniyyəti incəsənətinin müstəqil dövlətçiliyə xidmət etməsi zərurəti haqqında ulu öndər Heydər Əliyev xalqımıza yeni minilliklə bağlı etdiyi müraciətdə bildirib. Bu məntiqin arxasında böyük məramlar durur. Azərbaycan dövlətçilik ənənələrinin bərpa edilməsi prosesi qısa müddətli deyil. Uzun illər bu ənənəni yadlar qırmışdı. Yad idarəçiliyi altında mövcud olan Azərbaycan öz daxilində milli dəyərlərini saxlamağa nail oldu. Müstəqilliyə çatandan sonra isə dövlət quruculuğu üçün ona təməl lazım idi. Bu təməl xalqımızın əsrlərdən gələn dövlətçilik ənənəsidir. Dövlətçilik ənənəsinin insanlar arasında yayılması işini isə təhsil, mədəniyyət incəsənət həyata keçirə bilir. Bu mənəvi fəaliyyət sahələri bir yerdə xalqın dövlət qurmaq fəlsəfəsini aça bilərlər. O baxımdan müstəqil Azərbaycanın təhsili, mədəniyyəti incəsənəti xüsusi funksiyanı yerinə yetirməlidir. Müstəqil dövlətçilik ənənəsini davam etdirmək üçün onların fəaliyyət göstərməsi tarixi tələbdir. Ədəbiyyatımızın bu yolda imkanlarının daha geniş olduğunu görməkdəyik. Belə ki, ədəbiyyatçılar Azərbaycan xalqının mənəvi sahəsinin tərəqqisində tarixən ciddi rol oynamışlar. Bu, təkcə bizim xalqa xas xüsusiyyət deyil. Avropada milli dövlətçilik quruculuğunda ədəbiyyatın rolu çox ciddi olmuşdur. Ona görə ədəbiyyatın sosial funksiyası önəmlidir. Dövlətçilik ənənəsinin bərpasında inkişafında onun rolu ilə bağlı daha yüksək fikirlər söyləmək olar. Əsas odur ki, bu yolda mədəniyyət xadimlərimizin gördüklər işlər genişlənsin.

Bu günkü müşahidələr nəyi göstərir? Ədəbiyyatımız incəsənətimiz dövlətçiliyin inkişafına layiq işlər görə bilirlərmi? Ədəbiyyat sahəsində son zamanlar müəyyən tərpənişlər özünü göstərir. Dövlətçilik tariximizlə bağlı əsərlər qələmə alınır. Azərbaycanın görkəmli dövlət adamları yazıçı qələmi ilə daha dolğun obrazlarını alırlar. Atilla Nadir şahla bağlı Yunus Oğuzun yazdığı əsərlər bunun nümunəsidir. Həmin əsərlər türk dövlətçiliyi tarixinin obrazlı şəkildə oxuculara çatdırılmasına xidmət edir. Azərbaycanın yaxın tarixi ilə ilgili əsərlər işıq üzü görür. Bu əsərlər azərbaycanlıların tarixən mənəvi gücünü ifadə edir. Onların sayının artması təsir dairəsinin genişlənməsi lazımdır. Yəni o əsərlər başqa dillərə tərcümə edilib, geniş oxucu dairəsinə çıxarılmalıdır. Bu, Azərbaycan dövlətçiliyi üçün lazımlı işlərdir. Ədəbiyyatımızın müstəqil dövlətçiliyin inkişafına xidməti bu kimi əməllərdə öz əksini tapır. Dövlətçilik ideyası ilk olaraq beyinlərdə yaranmalıdır. Bu ideyanın sonrakı inkişafı praktiki sahəni əhatə edir. İdeya ilə silahlanmış insanlar mətin olur, inandıqları uğrunda sona qədər mübarizə aparırlar. Ona görə bədii obrazların şüurlara təsiri çox ciddi olur.

Avropada millətin formalaşmasında ədəbiyyatın rolu çox böyük olmuşdur. Ədəbiyyat avropalılar üçün birlik modelləri vermiş, insanların bir-biri qarşısında məsuliyyət daşımalı olduğunu aşılaya bilmişdi. Ona görə indi Qərb filosofları ədəbiyyatın millətin formalaşmasında oynadığı rolu olduqca yüksək qiymətləndidirlər. Azərbaycanda ədəbiyyatın zəngin tarixinin olduğunu nəzərə alsaq, bunun bizim üçün əhəmiyyəti olacağını düşünürük.

Ədəbiyyat qədər incəsənət şüurlara təsir edir. Təəssüf ki, Azərbaycanda hələ bir çoxları bunun mənasını tam dərk edə bilməyiblər. Məzhəkə çıxaranlar milli dəyərləri tərənnüm etmək əvəzinə, bəzən onları lağ obyektinə çevirirlər. Səhnədə tez-tez rus kəlmələri işlədərək mənasız gülüş yaratmağa çalışanlar qədər səhv etdiklərini anlasalar, yaxşıdır. Bu, müstəqil demokratik cəmiyyət quruculuğu işinə heç yaraşmayan bir hərəkətdir. Ancaq Azərbaycanın sənət adamlarının əksəriyyəti müstəqil dövlətçiliyə layiq fəaliyyət göstəririlər. Görünür, onların daha da fəallaşmasına səhnədən təsadüfi adamları çıxarmağa ehtiyac vardır.

Nəhayət, Azərbaycan təhsilinin müstəqil dövlət qurmağa xidmət etməsi zərurəti şübhə doğurmur. Təhsil elə bir sahədir ki, orada müasir insanlar tərbiyə edilir. Müasir cəmiyyətdə insanların yetişdirilməsinin başqa mexanizmləri qəbul edilmir. Azərbaycanda təhsil sisteminin yeniləşməsi bu məqsədə xidmət edir. Cəmiyyətə layiq insan yetişdirmək bizim təhsil sisteminin qarşısına qoyulan əsas vəzifədir. Ona görə ədəbiyyat incəsənətin necəliyi təhsildən başlayır.       

 

 

Şahin hmmədoğlu

 

Olaylar.- 2009.- 10 fevral.- S. 5.