Qız Qalasının sirri...

 

Od məbədi, rəsədxana, yoxsa müdafiə istehkamı?

 

Üzərindən əsrlər, illər keçməsinə baxmayaraq, Qız Qalasının tarixi hələ də bizlər üçün sirr olaraq qalır.

Bu günə qədər bu abidə ətrafında müxtəlif fikirlərin irəli sürülməsinə baxmayaraq, alimlər hələ də Qız Qalasının sirlərini aça bilməyiblər. Məsələn, bu qalanın daha əvvəl tikilməsi barədə faktlar var. Bir sıra arxeoloqların fikrincə, Qız Qalasının aşağı hissəsinin 2600 il yaşı var. Həmçinin belə hesab edirlər ki, bir vaxtlar Bakının yaxınlığında dənizin içində Qız Qalasına oxşayan daha bir qüllə olub. Dəqiq bilinən isə budur ki, 1235-ci ildə Şirvanşah III Fəribruz Bayıl buxtasının qayalı adalarının birində istehkam ucaldıb. Burada uzunluğu 180, eni 40 m olan düzbucaqlı formada bir qəsr var. Qəsrin dövrəsinə qalınlığı 1,5-2 m olan qala divarı çəkilmiş, divarda 15 keşikçi qülləsi düzəldilmişdi. Qalanın yuxarı hissəsi boyunca 400 m uzunluğunda mətn yazılmışdı. Bu mətndə Şirvanşahlar sülaləsinin nəsil şəcərəsi təsvir edilib.

 

Qız Qalası - müdafiə qalası

 

Qız Qalası memarlıq üslubuna görə Şərqdə yeganə abidə hesab olunur. Qalanın cənub-qərb tərəfində yerdən təqribən 14 metr hündürlükdə kitabə həkk olunub. Kufi xəttində yazılan bu kitabə cəmi dörd sözdən ibarətdir: "Məsud ibn Davud türbəsi". Bu yazı Məsud ibn Davudu qalanın mema hesab etməyə əsas verir. Bu yerdə onu da əlavə edək ki, adıçəkilən şəxs öz dövrünün məşhur memarlarından biri olub. Hündürlüyü 28, divarlarının qalınlığı aşağı tərəfdə 5, yuxarı tərəfdə isə 4 metr olan Qız Qalası silindr formalı əsas hissədən və ona bitişik bütöv çıxıntıdan ibarətdir. Onun tikilməsi barədə bir çox fərziyyələr mövcuddur. Birinci fərziyyənin müdafiəçiləri onu feodal müdafiə qalası hesab edirlər. Məlumdur ki, XII əsrin sonu feodal Bakısının çiçəklənmə dövrü olub. Bu dövr tarixə intibah dövrü və intibah mədəniyyəti kimi daxil olub. Tarixi mənbələrdə göstərilir ki, Şirvanşah I Axsitan təqribən 1175-ci ildə Bakı yaxınlığında rusların 73 gəmidən ibarət donanmasını məğlub etmiş və xəzərlərin işğal etdikləri Şabranı və Dərbəndi geri almışdı. Düşmənin dəniz tərəfdən hücum təhlükəsi Şirvanşahı dəniz sahilində müdafiə qalası tikməyə vadar edib. Belə qənaətə gəlmək olar ki, Qız Qalası istər dəniz, istərsə də quru tərəfdən müdafiə qalası olub. O, çox möhkəm və hündür tikildiyindən lazım gəldikdə orada hərbi müşahidələr aparmaq, gözlənilən təhlükəni qonşu qalalara xəbər vermək, qısa müddətli sığınacaq üçün istifadə etmək mümkün idi.

Onu da qeyd edək ki, Qız Qalası adlı abidələrə Yaxın Şərq ölkələrinin bir çoxunda da təsadüf edilir. Bu ad altında tikilən qalalan əsas xüsusiyyəti onlan dəniz və çay sahillərindəki hündür yerlərdə tikilməsidir. Abidənin müdafiə istehkamı olduğu fikrinə qarşı çıxanlan fikrincə, abidənin "mağzal" adlanan aşırımla (kiçik pəncərələri), feodal qalalarındakı mağzallardan tamamilə fərqlənir. Əvvəla, bunlarda yuxadan ox atmaq, yanacaq tullamaq üçün maillilik nəzərə alınmayıb. Alimlərin bəzilərinin fikrincə, pilləkən olan tərəfin fasadında qoyulmuş yarıq şəkilli pəncərələr mərtəbələri işıqlandırır, onlar içəriyə doğru genişlənərək mağzala oxşar şəkil alırsa da, hər halda, müdafiə məqsədi daşıdığı şübhəlidir. Qız Qalasın qapısı üstündə, müdafiəyə daha çox ehtiya olan yerdə bir dənə də olsun mağzal qoyulmayıb.

Abidənin daxili quruluşu da orada davam edə biləcək mühasirəni keçirmək üçün lazımi yaşayışa imkan vermir. 12 metr hündürlükdən başlayaraq abidənin xarici səthi yuxarıya doğru bir-birini əvəz edən əhəng məhlulu ilə doldurulmuş ağ və qara kəmərlərlə qurşanıb. İndi həmin ağ zolaqlar çox yerdə tamamilə tökülüb və hörülüb, səthi girintili-çıxıntılı şəkil alıb.

Mütəxəssislər hesab edir ki, müdafiə üçün heç bir əhəmiyyəti olmayan əhəng zolaqlara hədsiz miqdarda əhəng işlənməsi tamamilə məntiqsizdir. Digər fərziyyəyə görə, Qız Qalası atəşpərəst məbədi olub. Qız Qalasının atəşpərəst məbədi olması da şübhəlidir. Bildiyimiz kimi, atəşpərəst məbədində daim od yandırılıb. Abidənin üstündə od yandırmaq üçün istifadə olunduğu güman edilən dulus kəməri Qız Qalasının yeddinci mərtəbəsinə kimi qalxır. Dulus kəmərinin diametri 20-30 sm-dir. Bu kəmərlə qalxan qazı tikintinin içərisinə aparmaq və ona yaxınlaşıb od vurmaq güclü partlayışa səbəb olardı. Tarixçi-alim M.Nəbiyevin versiyasına görə, Qız Qalası Zərdüşt daxmasıdır. Atəşpərəstlər öz ənənələrinə uyğun olaraq, daxilində xaki təriqətinə məxsus olan ölülərini aparıb sükut qüllələri adlanan xüsusi tikililərə qoyurdular.

Burada vəhşi quşlar sümükləri ətdən təmizləyirdilər. Bu fərziyyəyə görə, Qız Qalası damında çalağanların didib-parçalaması üçün ölülərin qoyulduğu qüllədir. Həmin dövrdə tikilən daxmalar quruluş etibarı ilə Bakı Qız Qalasından fərqlənir. Onlan hündür yerlərdə, həm də bir mərtəbədən artıq olmayaraq tikirdilər. Bildiyimiz kimi, Qız Qalası səkkiz mərtəbəlidir.

 

Qala iki hörgü sistemi ilə tikilib

 

Qız Qalasının rəsədxana olduğunu bildirənlər də var. Məsələn, bəzi tarixçilərə görə, rəsədxanada göy cisimləri muşahidə olunurdu. Eyni zamanda Günəşin çıxmasını müşahidə etmək mümkün idi. Marağa və Təbriz rəsədxanalarında "yüksək qübbə" mövcud olub. Bu fərziyyələrin tərəfdarları Qız Qalasını rəsədxananın qübbəsi, ona bitişik olmuş tikinti kompleksini isə rəsədxana kimi qəbul edirlər. Arxeoloqlar müəyyən ediblər ki, Qız Qalası iki hörgü sistemi ilə tikilib. Birinci 12 metr hündürlüyədək olan hamar hissədir. İkinci hörgü sistemi isə 12 metrdən hündür yuxarı hissədə tətbiq edilib. Buradakı yonma daşların növbə ilə batıq və çıxıntı şəklində hörülməsi qalaya əzəmət verir. Diqqət yetirilsə, burada 31 (30) çıxıntı zolaqlarını asanlıqla saymaq olar. Güman etmək olar ki, bunlar bir aydakı günlərin sayını göstərir. "Dayaq divarının" cənub və şərq tərəfindən zolaqlar sayılsa, onların sayının 24 olduğunu görmək olar.

Belə müəyyənləşdirilib ki, 24 rəqəmi gecə-gündüz ərzində saatların sayıdır. Abidənin cənuba baxan pəncərələrinin 4 olması fəsillərin, mərtəbələrə qalxan pillələrin 12 olması isə ildəki ayların sayını göstərir. Lakin bu fərziyyələrin bir çoxunu inkar edən fakt Qız Qalası divarlarının aşağı hissədə 5, yuxarı hissədə isə 4 metr qalınlığında olmasıdır. Bundan başqa, onun hündürlüyü sonuncu üç fərziyyəni təkzib edir. Çünki nə od məbədi, nə daxma, nə də rəsədxana üçün bu qalınlıqda və hündürlükdə divarlara ehtiyac yoxdur. Digər tərəfdən, mənbələrdə Bakıda od məbədi, rəsədxana, daxma təyinatlı abidənin adı çəkilmir. Bu fərziyyələr içində həqiqətə yaxın olanı Qız Qalasının müdafiə istehkamı olmasıdır. Qazıntılar zamanı aşkar edilən qala divarı bu fikrin doğruluğunu sübut edir.

 

 

Bakı təhsili.- 2009.- 6 fevral.- S. 16.