Çərşənbələrin
fəlsəfəsi
Novruzun etnik-mifoloji məzmunu
Azərbaycan türklərinin tarixi inkişaf prosesi ərzində əldə etdiyi ən böyük sərvəti kimi meydana çıxan, müasir qloballaşma şəraitində millətin özünütəsdiq aktı olan müstəqil Azərbaycan dövləti öz siyasi-mədəni ideya bazası etibarilə Azərbaycan mənəvi mədəniyyətinə, mili-mənəvi əxlaqi dəyərlər sisteminə əsaslanır. Dövlətimizin həm tarixi inkişaf prosesi ərzində əldə edilmiş milli-mənəvi dəyərlər əsasında, həm də müasir demokratik dəyərlərə uyğun bir şəkildə qurulması türk xalqının XX əsrdə dünyaya bəxş etdiyi görkəmli siyasi xadim, ümummilli lider Heydər Əliyevin titanik siyasi fəaliyyəti ilə bağlıdır. Ümumiyyətlə, bəllidir ki, əksər xalqların tarixində elə şəxsiyyətlər olur ki, o şəxsiyyətin qeyri-adi dühası, istedadı nəticəsində həmin xalqın istər ictimai-siyasi, istərsə də mədəniyyət tarixində inkişafı böyük bir sıçrayışla irəliyə doğru hərəkət edir. XX əsr Azərbaycan xalqının tarixi taleyində belə şəxsiyyət Heydər Əliyev olub. Onun titanik siyasi fəaliyyəti nəticəsində ötən əsrin son onilliyində xalqımızın əldə etdiyi yalnız dövlət, onun siyasi-demokratik prinsiplər əsasında qurulması deyil, həmçinin öz milli mədəniyyətinə qayıtmasıdır. Məhz Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra xalq öz milli-mənəvi dəyərlərinə yenidən qayıtmağa başladı, milli mənəviyyatın bağrından qopan dəyərlərə daha sıx bağlandı. Bu ümumi mədəni hərəkatın tərkib hissəsi kimi milli bayramımız olan Novruz da məhz müstəqillik dövründə daha kütləvi şəkildə, daha təmtəraqla qeyd olunmağa başladı.
Azərbaycan xalqının mənəvi mədəniyyətinin etnik-mifoloji keyfiyyətinin müəyyənləşdirilməsində, bu xalqın qədim mifik görüşlərindən tütmüş, adət-ənənəsi və həyat haqqında düşüncələri barədə aydın təsəvvürlər əldə edilməsində xalq bayramlarının rolu olduqca əhəmiyyətlidir. Xalq mənəviyyatının güzgüsü olan folklorun təzahür formalarından sayılan mətnlərdən fərqli olaraq, bayram milli xarakteri, milli təfəkkürün spesifikasını çoxsaylı parametrlərdən əks etdirir. Çünki bayram (təbii ki, sonradan müxtəlif siyasi-ideoloji təsirlərə, xalq şüuruna müncər edilən bayramlar deyil, xalqın milli varlığından qopub gələn bayramlar nəzərdə tutulur) bir tərəfdən etnik-mifik görüşləri, digər tərəfdən kosmoqonik baxışları özündə mükəmməl bir sistem olaraq əks etdirir və sistem xarakteri kəsb edən ritual-mifoloji semantikaya malikdir.
Professional mifoloq prinsipləri ilə yanaşdıqda hər bir bayram öz müasir vəziyyətinə gəlib çatana qədər dörd iri mərhələdən keçmişdir: mif mərhələsi, ritual mərhələ, mərasim mərhələsi və nəhayət, bayram mərhələsi. Müasir bayram özünün ritual-mifoloji semantikasında bu mərhələlərin özünəməxsus xüsusiyyətlərini bir-biri ilə qarşılıqlı əlaqədə olan laylarla yaşatmaqdadır. Heç şübhəsiz ki, bir çox türk xalqları ilə bərabər Azərbaycan xalqının milli-mənəvi varlığını bütün dolğunluğu ilə əks etdirən, ümumxalq səviyyəsində qeyd olunan, etnik təfəkkürdə daşlaşmış belə bayram Novruzdur. Novruz bayramının elmi mifoloji interpretasiyası ilə əlaqədar olaraq, elmi düşüncədə müxtəlif mülahizələr var və onların böyük əksəriyyəti Novruzun yaz bayramı olması fikrinə əsaslanır. Lakin Novruz bayramının bu aspektdən elmi dəyərləndirilməsi müasir araşdırmalar səviyyəsində özünü doğrultmur. Belə ki, müəyyən əks arqumentlər meydana çıxır. Problemin mifoloji təfərrüatlarına keçməzdən əvvəl ümumnəzəri aspektdə onu qeyd edək ki, mövcud araşdırmalarda Novruz bayramının ümumi mifoloji strukturunun və ümumi dünyagörüşünün tərkib hissəsi kimi özünü göstərən yazla bağlı mövsümi semantika ümumi mifoloji görüşlər kontekstindən çıxarılaraq, ayrıca bir mifoloji sistem, daha çox bayramın mifoloji semantikasının özü kimi təqdim olunub. Azərbaycan xalqının, eləcə də bütün türk xalqlarının mənəvi mədəniyyətində son dərəcə əhəmiyyətli mövqeyə malik Novruz bayramının mifoloji və ritual semantikasının düzgün şərh edilməməsi bir-biri ilə əlaqəli olan iki səbəbdən irəli gəlib. Sovet hakimiyyəti illərində Azərbaycan xalqının etnogenezisinin qeyri-türk etnik areallarla, xüsusən irandilli xalqlarla bağlamaq kimi ideoloji-siyasi sifarişdən qaynaqlanaraq, Novruz bayramı da daha çox türk mədəniyyətinə genetik baxımdan heç bir aidiyyatı olmayan "Avesta" ilə, zərdüştlük dünyagörüşü ilə əlaqələndirilmişdir ki, dolayısı ilə mifoloji sistemimiz də genetik baxımdan fars mənşəli arealla əlaqələnsin. Digər daha ciddi səbəb isə Novruz bayramının mifoloji əcasında dayanan etnik mifoloji görüşlərin düzgün elmi prinsiplərlə izah edilməməsindən irəli gəlir. Bu, mifologiya elminin marksist-leninçi və fəlsəfi baxımdan materialist dünyagörüşü buxovlarından azad, obyektiv meyar və prinsiplərə malik bir sahə kimi formalaşmamasını ifadə edir.
Novruz bayramının bütöv mifoloji semantikasında xalq meydan tamaşalarından tutmuş, ayrı-ayrı mövsüm atributlarına, kulinar atributlarına qədər bu "mifoloji yol"un izləri özünü qoruyub saxlayır. Bu yolun bayramaqədərki dörd ilaxır çərşənbələr üzrə nəzərdən keçirilməsi daha məqsədəuyğundur. Məlumdur ki, Novruz bayramına qədər dörd çərşənbə geniş şəkildə qeyd edilir:
1.Su çərşənbəsi
2.Od çərşənbəsi
3.Yel çərşənbəsi
4.Torpaq
çərşənbəsi
Bu çərşənbələr
insanın 4 ünsürdən yaradılması ilə
bağlı dini-mifik görüşləri
simvollaşdırır və ritual-mifoloji semantikasında
yaradılış prosesini dinamik olaraq işarələyir. Bu aspektlərə
ayrı-ayrılıqda diqqət edək.
*Su çərşənbəsi
Məlumdur ki,
istər qədim türk, istərsə də islami
yaradılış haqqında görüşlərdə su ən
dominant komponentdir. Hətta yaradılışdan əvvəl bütün
varlığın yalnız
*Od çərşənbəsi
Novruz bayramı ərəfəsində
keçirilən ikinci çərşənbə-od çərşənbəsi
insanın yaradılış prosesinin ikinci mərhələsinin,
od komponenti ilə bağlı mərhələnin
mifik təzahürüdür. Mövcud tədqiqatlarda
bayram ərəfəsi odla bağlı ritual və mərasimlərin
aktiv mövcudluğu daha çox odun sakral mahiyyəti ilə əlaqələndirilib.
Məsələnin bu cür etnik-mifoloji
kontekstinin müəyyənləşdirilməsi
baxımından yanlış qoyulması bayramın atəşpərəstlik
və dolayısı ilə irandilli xalqlarla bağlanmasına,
bu da öz növbəsində xalqımızın
etnogenezesinin qeyri-türk kontekstində axtarılmasına gətirib
çıxarmışdır. Qədim
türk mifologiyasının özündə odla bağlı
müxtəlif motivlər mövcud olmuşdur və
Novruzdakı odla bağlı rituallar bu görüşlərlə
bağlıdır. Bayram ərəfəsində
keçirilən əski rituallardan olan "Qodu xan" oyunu,
onunla bağlı mətnlər bu kultun sırf türk
mifologiyasından qaynaqlandığını sübut edir.
Od kultunun yaradılışla əlaqəsi
isə ilk dəfə olaraq epizodik də olsa Mirəli Seyidovun
tədqiqatlarında əksini tapıb. Qam-Şaman mərasimindən
söhbət açan alim yazır: "Törəndə,
ocağın çevrəsində oturanlar dəfi
gündoğan yöndən günbatana
dığırlayırdılar. Dəfin
gündoğandan günbatana doğru hərəkəti
sözsüz ki, günəşə inamla ilişgilidir.
Qamlar dəfə yaranışın bəlgəsi
kimi baxırdılar. Yaradılış
kosmoqoniya ilə ilişgili bu görüş öz əksini
qam-şaman dəfində tapmışdır".
Göründüyü
kimi, alim şaman dəfini günəşin və
yaradılışın simvolu kimi izah edir. Odun
türk-mifik görüşlərində dünya
ağacı ilə əlaqəsi də son dərəcə
maraq doğuran mifoloji görüşlərdəndir. Əski türk inamına görə, odu insanlar ilk
olaraq ağac koğuşunun dibindən əldə
etmişdildər. Odla bağlı
türk-mifik görüşləri müəyyən mənada
atəşpərəstliklə birləşərək, Novruz
bayramının ritual semantikasına trasfomasiya olunmuşdur.
Lakin diqqətlə baxıldıqda odun novruz
bayramının mərasim sistemində oynadığı
funksiyanın genetik kökləri etibarilə
yaradılışa gedib çıxdığının
şahidi oluruq. Onun nəsil və coyun qoruyucusu olması
sistemi bunu daha bariz göstərir: "Atəş türk
xalqlarında müqəddəsliyi, qutsallığı qoruyan
varlıqlardan biridir. Əski düşüncəyə
görə, atəş ocağı, ocaq da evi, soyun
davamını təmsil edir. Atəş
tanrısı atəşi və ocağı qoruyur. Atəşə su tökülməz, ona pis söz
deyilməz".
Aygün Telmanqızı
Olaylar.- 2009.- 21-23 fevral.- S. 11.