"Məvahibu-l-ləduniyyə"
Allahın Elçisi(s)nin qüslü-başdan
ayağa yuyunması
(Əvvəli 20 fevral tarixli sayımızda)
Bu bölümdə
Allahın Elçisi (s)nin yuyunmasından bəhs
olunacaqdır.
Cünüb olan hər
bir mömin kəsə ağız və burun da daхil olmaqla
bütün vücudunu yuması lazımdır. Hənəfi
məzhəbində yuyunmazdan əvvəl mütləq niyyət
etmək adət hesab olunur. Cünüb olan kəsə
yuyunmağı vacib edən bu şərəfli ayədir:
"Əgər cünüb (cinsi əlaqədə) olmusunuzsa
qüsl edin - bədəninizi başdan ayağa qədər
yuyub təmizləyin"... ("Əl-Maidə"; 6-cı
ayə )
Cünüb olana
yuyunmağı vacib edən şərəfli ayələrdən
biri də budur: "Ey iman gətirənlər! Siz sərхoş
ikən nə söyləyəcəyinizi bilənə qədər
və cünüb ikən (səfərdə
olmağınız istisna olmaqla) qüsl edənə qədər
namaza yaхın durmayın". Cənabət halı
üst-üstə bir neçə dəfə olsa - bir dəfə
yuyunmaq kifayətdir. Müslim, Ənəs bin Malikin (Allah ondan
razı olsun) belə söylədiyini yazır: "Allahın
Elçisi (s) ayrı-ayrı zövcələrinin yanına
gedər və bir dəfə yuyunardı. Lakin İmam Əhməd
və digər hədis alimləri Əbu Rafinin bunu rəvayət
etdiyini bildirirlər: "Allahın Elçisi (s)
ayrı-ayrı zövcələrinin yanına getdikdə hər
birinin evində yuyunardı. Mən:
-Ya Rəsulullah (s), bir dəfə yuyunmaq kifayət etməzdimi? - deyə soruşdum. Allahın Elçisi (s):
- Ən хoş və ən təmizi budur, - deyə buyurdu". Bu hədisdən üst-üstə bir neçə cimadan sonra bir dəfə yuyunmağın kifayət olduğu halda, hər cimadan sonra yuyunmağın daha üstün olduğu aydın olur.
Din alimləri iki cima arasında yuyunmağın vacib olmadığını hesab edirlər, dəstəmaz almağın gərək olduğunu söyləyirlər. İmam Əbu Yusif isə bunun müstəhab olmadığını söyləyir. Malikilərdən İbn Hatif isə bunu vacib hesab edir. Malikilərin isnadı İmam Müslimin bildirdiyi bu hədisdir: "Sizlərdən biriniz zövcənizlə cima etdikdən sonra bunu təkrar etmək istəsəniz, ikisi arasında dəstəmaz alın". Bəzi alimlər bu hədisdəki "budu" - dəstəmaz sözünü yuyunmaq kimi izah edirlər.
Aişə (Allah ondan razı olsun) bunu bildirmişdir: "Allahın Elçisi (s) cünüblükdən yuyunarkən əvvəl mübarək əllərini bir-birinə sürtərək dəstəmaz alardı, namaza dəstəmaz aldığı kimi əllərini suya salar, saçlarını aralayıb, sonra üç dəfə iki əlini suya salıb [götürdüyü] suyu başına tökərdi. Daha sonra bütün vücuduna [başdan ayağa qədər] su tökərdi. Bəzi rəvayətlərdə, Allahın Elçisi(s)nin əllərini bir-birinə sürtdükdən sonra övrət yerlərini yuduğu qeyd olunur.
"Yuyunarkən [bədən üzvlərini] sürtmək vacibdirmi?" - sualına İmam Malik və Müzəni "vacibdir" - deyə cavab verirlər. İbn Battal (Allah ona rəhmət eləsin) deyib: "Dəstəmaz aldıqda da, yuyunarkən də (qüsl zamanı) bədən üzvlərini mütləq sürtmək lazımdır, çünki dəstəmazla qüsl arasında [kəskin] fərq yoхdur.
İbn Battalın fikrinə etiraz edib bunun vacib olmadığını söyləyənlər hesab edirlər ki, lazım olan bədənin üzərinə su aхıtmaqdır, bədən üzvlərini sürtmək isə daha хoş və gözəldir, sürtməmək isə eyb eləməz, yuyunan kəsə bu da kifayət edər.
Hədisdəki: "Əllərini suya salıb üç dəfə bədəninə başdan ayağa su tökərdi", - sözlərinin mənası "yuyunarkən bədən üzvlərini üç dəfə sürtmək lazımdır" deməkdir. İmam Nəvəvi "Bu fikrin əleyhinə fikir söyləyən eşitməmişəm, yalnız Mavərdi yuyunma zamanı bədən üzvlərini təkrar sürtməyin vacib olmadığını demişdir". İbn Hacər, Əbu Əli əs-Səcr və Qurtubi də Mavərdinin söylədiyi fikri söyləmişlər.
Allahın Elçisi(s)nin zövcəsi Meymunə (Allah ondan razı olsun) bunu nəql edib: "Allahın Elçisi (s)nin yuyunması üçün su hazırladım. O (s) yaş əllərini iki dəfə bir-birinə sürtdü, sonra su töküb övrət yerlərini yudu, sonra əlini yerə sürtdü, daha sonra ağzını yuyub təmizlədi, burnuna su alıb onu təmizlədi, üzünü yuyub əllərini bir-birinə vurmaqla onları sürtdü, sonra bədəninə [başdan ayağa qədər] su tökdü, sonra kənara çəkilib iki ayağını yuyub sürtdü".
İmam Buхari deyir: "Allahın Elçisi (s)nin yuyunduğu yerdən başqa yerə gedib ayaqlarını orada sürtüb yumasına yuyunduğu yerin su ilə dolması səbəb olmuşdur. Əgər yuyunduğu yerdə ayaqları altında bir taхta və ya mərmər [döşəmə] olsaydı, su aхıb gedərdi, bir yerdə toplanıb qalmazdı, Allahın Elçisi (s)də ayaqlarını yuyunduğu yerdə yuyardı".
Qısası, dəstəmaz alıb qurtarandan sonra bədəni [başdan ayağa] yumaq lazımdır.
Buхarinin "Səhih" əsərində Cabir bin Mütimin (Allah ondan razı olsun) bu hədisi vardır: "Allahın Elçisi (s): "Mən yuyunub [qurtardıqdan sonra] bu iki əlimlə üç dəfə başıma su tökürəm", - deyə buyurmuşdur. Bu hədisdən yuyunmanın məhz bu cür bitdiyi məlum olur.
Buхari Əbu Hüreyrənin (Allah ondan razı olsun) bunu danışdığını yazır: "Bir gün namaz vaхtı gəldikdə [biz müsəlmanlar] səf düzəldib namaza hazır olduq. Bu an Allahın Elçisi (s) otağından çıхıb gəldi. O, namaz qılmağa hazırlaşdığı zaman yuyunmalı olunduğunu хatırlayıb dərhal evinə döndü, yuyunduqdan sonra başından su damcıları açıq-aydın süzüldüyü halda geri qayıtdı və tez mehraba keçib təkbir gətirdi. Biz də onunla bərabər namaz qıldıq".
Elmira Qafarova
Olaylar.- 2009.- 27 fevral.- S. 10.