Gürcüstanda "Amirani"festivalı
Azərbaycanlı
rejissorun filmi хüsusi mükafatla təltif
olunub
Gürcüstanda keçirilən "Amirani" beynəlхalq
tələbə festivalında
azərbaycanlı rejissor
Günel Nəcəfzadənin ekran işi хüsusi mükafatla təltif
olunub.Tədbirdə G.Nəcəfzadə Afaq Məsudun
eyniadlı hekayəsi əsasında çəkdiyi
"Dövşanın ölümü" filmi ilə təmsil
olunub ("OLAYLAR"İA). Tədbirdə 10 ölkədən-Gürcüstan,
Azərbaycan, Boliviya, Bolqarıstan, Almaniya, İspaniya, Slovakiya, Ukrayna, Şri-Lanka və İsveçrə kinematoqrafçıları iştirak
edib. Qeyd edək ki, sözügedən
festival Şota Rustavelli
adına Gürcüstan Dövlət
Kinematoqrafiya Universiteti
və Gürcüstanın
Mədəniyyət, İdman
və Abidələrin
Qorunması Nazirliyinin
dəstəyilə həyata
keçirilib.
Olaylar.-2009.-4-6 iyul.-S.16.