Türkdilli dövlətlərin mədəniyyət
nazirlərinin toplantısı
Sevda Məmmədəliyeva: "Bu il Bakıda
keçiriləcək"
Bu il Bakıda türkdilli dövlətlərin mədəniyyət nazirlərinin toplantısı keçirilməsi planlaşdırılıb. Bununla bağlı artıq müəyyən hazırlıq işlərinin görülməsinə başlanılıb. "OLAYLAR"ın məlumatına görə, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bu barədə açıqlama verib. S.Məmmədəliyeva onu da bildirib ki, bu il Bakının İslam mədəniyyətinin paytaxtı elan olunması münasibətilə başqa tədbirlər də keçiriləcək. Belə ki, ilin sonuna qədər İSESKO-nun Azərbaycanda mədəniyyət həftəsi, "Şərq-Qərb" rəqs festivalının keçirilməsi planlaşdırılıb.
Olaylar.-2009.-14 iyul.-S.16.