Qırğızıstanda qısametrajlı Azərbaycan filmləri nümayiş olunub

 

Qırğızıstanın Bişkek kino evində Azərbaycan rejissorlarının qısametrajlı filmlərinin nümayişi olub. Nümayiş zamanı tamaşaçılara Asif Rüstəmovun "Ev", Əlisa Cabbarovun "Düyün", Emin Əfəndiyevin "0:1" filmləri təqdim olunub (OLAYLAR İA).

Qeyd edək ki, Azərbaycan Qırğızıstan kino tənqidçiləri, həmçinin Qırğızıstan Mədəniyyət İnformasiya Nazirliyinin kinematoqrafiya departamentinin təşkil etdiyi bu tədbir şəhər ictimaiyyətini Azərbaycan kinosu ilə tanış etmək məqsədilə təşkil edilib.

 

 

Olaylar.-2009.-15 iyul.-S.16.