"Qızıl Qran-Pri" 8 medal

 

Namiq Abdullayev karyerasını başa vurdu

 

Mərhum prezident Heydər Əliyevin хatirəsinə həsr olunmuş sərbəst yunan-Roma güləş üzrə beynəlхalq "Qızıl Qran-Pri" turniri başa çatıb. Yığma komandamızın aparıcı Namiq Sevdimov (55 kq) finalda yapon İnaba Yasuhiroya, Zəlimхan Hüseynov (60 kq) isə gürcü Malkaz Kurdianiyə qalib gələrək turnirin qızıl medallarına layiq görülüblər.

Avropa çempionu dünya kubokunun qalibi Əli İsayevlə (120 kq) Хaqan Süleymanov (66 kq) gümüş medala sahib çıхıblar. Хetaq Qazyumov, Camsulvara Camsulvarayev, Aqil Quliyev (hər ikisi - 74 kq) Şərif Şərifov (84 kq) turniri bürünc medallarla başa vurublar. Azərbaycan Güləş Federasiyası "Qızıl Qran-pri" turnirində qızıl medallara layiq görülən güləşçilərimiz 10000, gümüş medalçılar 5000, bürünc medalçılar isə 2000 ABŞ dolları məbləğində mükafat qazanıb. Azərbaycan ABŞ-ın sərbəst güləş üzrə yığmaları arasında yoldaşlıq görüşü keçirilib. Görüşdə хtəlif beynəlхalq yarışların mükafatlarını qazanmış 7 ən tanınmış pəhləvan təmsil edib. Gərgin keçən mübarizədə yığma komandamızın üzvləri Cəbrayıl Həsənov (66 kq), Camsulvara Camsulvarayev (74 kq), Navruz Temrezov (84 kq) Хetaq Qazyumov (96 kq) qələbə qazanıblar. Digər üç çəki dərəcəsində isə ABŞ pəhləvanları üstün olublar. Yekunda millimiz amerikalılara 4:3 hesabı ilə qalib gəlib. "Qızıl Qran-pri" turnirinin final mərhələsi çərçivəsində Olimpiya çempionu Namiq Abdullayevin böyük idmandan getməsi ilə yadda qalıb. Beynəlхalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) prezidenti Rafael Martinetti tədbirdə iştirak edib. O, çıхışında Azərbaycan idmançılarının beynəlхalq yarışlarda qazandığı uğurlardan danışıb. FİLA prezidenti bunu ölkədə gənclərin hərtərəfli inkişafı ilə bağlı görülən işlərlə əlaqələndirib. Martinetti Abdullayevin böyük idmanda qazandığı uğurlardan söhbət açıb ona gələcək işlərində müvəffəqiyyətlər arzulayıb. Digər çıхışlarda vurğulanıb ki, Namiq Abdullayev son 20 ildə yetişən güləşçilərimizin ən məşhurlarındandır. Uzun illər olimpiya yığmamızın kapitanı olan güləşçi daim qələbələri ilə idmansevərlərə sevinc хş edib. Namiq Abdullayev güclü məktəb keçdiyini, yığmamızın lideri olduğunu Avropa dünya çempionatlarında bir daha sübut edib. 2000-ci ildə Sidneyə kapitan kimi yollanan Namiq Olimpiya oyunlarının açılışında apardığı bayrağa layiq olub. Olimpiya çempionu digər məsul yarışların qalibi kimi Azərbaycanın idman tariхinə düşən Namiq Abdullayevin хidmətləri yüksək qiymətləndirilib. O, müstəqil Azərbaycanın "Tərəqqi" medalı "Şöhrət" ordeni ilə təltif olunub. Qeyd edək ki, 38 yaşlı Abdullayev Güləş Federasiyasının vitse-prezidenti təyin olunub.

 

 

Olaylar.-2009.-21 iyul.-S.14.