Mətbuat orqanları mükafatlandırıldı

 

Azərbaycan mətbuatı şərəfli inkişaf yolu keçib

 

Əli Həsənov: "Azərbaycan mediası postsovet məkanında ən qabaqcıl, inkişaf etmiş yerlərdən birini tutur"

 

Dünən Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu Milli Mətbuat günü ilə bağlı tədbir keçirib. Tədbirdə Azərbaycan mətbuatının tariõindən danışan Fondun sədri Vüqar Səfərli qeyd edib ki, Azərbaycan milli mətbuatının əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən "Əkinçi" qəzetilə qoyulub.

 

Cəmi iki il fəaliyyət göstərən "Əkinçi" qəzeti milli şüurun, milli təfəkkürün formalaşmasında mühüm rol oynayıb. Lakin sevindirici haldır ki, bu gün də "Əkinçi" nin ənənələri davam etdirilir. Azərbaycan mətbuatının ikinci inkişaf dövrünün müstəqillik illərinə təsadüf etdiyini qeyd edən fond sədri bu inkişafda ümummilli lider Heydər Əliyevin rolunun böyük olduğunu önə çəkib. Belə ki, H.Əliyev dəfələrlə KİV rəhbərləri ilə görüşərək mövcud problemlərin aradan qaldırılması istiqamətində ciddi tədbirlər həyata keçirib. Konkret olaraq 1998-ci ildə mətbuat üzərindən senzura götürülüb, baş redaktorların müraciətindən sonra qəzetlərin nəşriyyata olan borcu dondurulub. Sonradan isə prezident İlham Əliyevin sərəncamı ilə mətbuat orqanları həmin borcları ödəməkdən azad edilib.

 

***

 

Onun sözlərinə görə, hazırda ölkədə 2600-dən artıq KİV qeydiyyatdan keçib, 2003-cü ildə isə Mətbuat Şurası yaradılıb. 2008-ci ilin avqustunda KİV-ə Dövlət Dəstəyi Konsepsiyası təsdiq edilib. Azərbaycan jurnalistikasının formalaşmasında "Əkinçi" qəzetinin õüsusi rolu olduğunu deyən Mətbuat Şurasının sədri Əflatun Amaşovun sözlərinə görə, hazırda Azərbaycanda mətbu orqanlarının sayı həddindən artıq çoõdur, bu məsələ tənzimlənməlidir. O bildirib ki, yaõın vaõtlarda milli jurnalistika ideyalarından uzaq olan mətbuat orqanları barədə ölçü götürüləcək. Hazırda isə "Defamasiya haqqında" qanunun qəbuluna çalışılır.

 

***

 

Tədbirdə çıõış edən Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə milli mətbuatın keçdiyi inkişaf yoluna nəzər salıb. Qeyd edib ki, Azərbaycan mətbuatı yarandığı dövrdən indiyə qədər böyuk şərəfli inkişaf yolu keçib: "Həsən bəy Zərdabi o vaõt "Əkinçi" qəzetini öz õalqını maarifləndirmək dövrünü inkişaf etdirmək məqsədilə təsis etmişdi. Hazırda isə Azərbaycanın əksər ictimai-siyasi õadimləri ziyalıların yolu vaõtilə mətbuatdan keçib. Sovet dövründə Azərbaycan mediası inkişafdan qalmayıb. Bu dövrdə Azərbaycan dili mətbuat vasitəsilə inkişaf etdirilib, jurnalistika ənənələri formalaşdırılıb". Şöbə müdiri əlavə edib ki, hazırda Azərbaycan mediası postsovet məkanında ən qabaqcıl, inkişaf etmiş yerlərdən birini tutur. Buna baõmayaraq, ölkə mediasının problemləri az deyil: "Problemlərdən biri Azərbaycan mətbuatının maddi-teõniki bazasının lazımi səviyyədə möhkəmlənməməsidir. Digər bir problem isə jurnalistikada qeyri-professionallığın olmasıdır. Bu gün bir qəzetdə 5 professional jurnalist varsa, 55 jurnalist cibində vəsiqə gəzdirməklə məşğuldur. Məhz bu cür problemlər Azərbaycan mediasının inkişafına mane olur".

 

***

 

Ə.Həsənov qeyd edib ki, Azərbaycan mediasının inkişafında siyasi õadimlərin rolu böyük olub: "Mən bu gün Heydər Əliyev qədər jurnalistlərə həssas yanaşan onlarla işləyən ikinci siyasətçi tanımıram. Heydər Əliyev Azərbaycan mediasına azadlıq verib. Bu gün İlham Əliyevin Azərbaycan jurnalistikasında õidmətləri göz önündədir. Prezident İlham Əliyev Mətbuata Dövlət Dəstəyi Konsepsiyasını təsdiq edib, onun sərəncamı ilə KİV-ə Dövlət Dəstəyi Fondu yaradılıb".

 

***

 

Sonda KİV-ə Dövlət Dəstəyi Fondunun gündəlik nəşr olunan media orqanlarına birdəfəlik yardımı ilə bağlı qərarı açıqlanıb. Qərara görə, ölkədə fəaliyyət göstərən bir sıra mətbuat orqanına 10 min manat məbləğində birdəfəlik yardım verilib.

 

 

Samir

 

Alim

 

Olaylar.-2009.-23iyul-3 avqust.-S.9.