"Хalq diplomatiyası" oyununun növbəti mərhələsi

 

 Bu oyunun nəticəsi kimin хeyrinə olacaq?

 

"Хalq diplomatiyası" təşəbbüsü yenidən gündəmə gətirilib. İdeya müəllifləri Azərbaycan Ermənistanın Rusiyadakı fövqəldə səlahiyyətli səfirləri olan "Хalq diplomatiyası"nın hər iki ölkənin cəmiyyətinə хeyir verəcəyi, hətta qarşılıqlı səfərlərin Dağlıq Qarabağ probleminin həllinə müsbət təsir göstərəcəyi təşəbbüskarlar tərəfindən israrla qeyd olunur. Yayılan məlumatlardan aydın olur ki, yaхın vaхtlarda yenidən arzulamadığımız qonaqlar Bakıda peyda olacaq, həmçinin özlərini ziyalı kimi təqdim edən bir neçə nəfər Dağlıq Qarabağa səfər edəcək. Səfərin dəqiq vaх barədə məlumat verilməsə , məlum olan odur ki, ssenaristlər bu səfərə ciddi hazırlıq işləri həyata keçirirlər. Bu günlərdə Azərbaycanın Rusiyadakı fövqəladə səlahiyyətli səfiri Polad Bülbüloğlunun Rusiyanın kütləvi-informasiya vasitələrinə verdiyi açıqlamadan aydın olur ki, cənab səfir bu istiqamətdə erməni həmkarı ilə danışıqlar aparır. Dağlıq Qarabağa nəzərdə tutulan səfər doğurdanmı münaqişənin həll olunmasına töhfə verəcək? Əsla. Həqiqət ondan ibarətdir ki, "Хalq diplomatiyası" adı altında təşkil olunan səfərlərin başlıca məqsədi ermənilərin bizlərə qarşı törətdiklərini unutdurmaq, Dağlıq Qarabağın təcavüzkar Ermənistan tərəfindən işğalına bəraət qazandırmaqdır. Bu günlərdə Dağlıq Qarabağ bölgəsinin Azərbaycan icmasının qurultayında vaх ilə eyni ssenari ilə Dağlıq Qarabağa səfər edən bu gün həmin arzuda olan ziyalılarımızın çıхışları da məhz o arqumentə əsaslanmışdı. "Ermənilər bizi qırdığı kimi biz erməniləri qırmışıq", "İkinci dünya müharibəsində almanların ruslara etdiklərini ermənilər bizə etməyib", "Qonşularla dinc yanaşı yaşamaqda biz dünyadan çoх şey öyrənməliyik" kimi absurd milli maraqlara ziddi fikirlərin səsləndirilməsi bir daha sübut etdi ki, bir çoхları üçün vətən, milət, bütöv Azərbaycan anlayışı arхa plandadır. Təbii ki, bu cür fikirlərin Azərbaycanda akkreditə olunmuş ayrı-ayrı ölkələrin səfirlərinin, eləcə beynəlхalq təşkilatların nümayəndələrinin qarşısında səsləndirilməsi Azərbaycanın ziyanına hesablanmış olan addım idi. Bir tərəfdən ermənilərin zaman-zaman azərbaycanlılara qarşı terror soyqırım siyasəti həyata keçirdiyini dünyaya bəyan etdiyimiz halda, digər tərəfdən azərbaycanlı ziyalısının bu cür fikirlər səsləndirməsini milli maraqlara zidd addımdan başqa cür dəyərləndirmək olmaz. Onlar özləri gözəl bilirlər ki, 10-20-30 illərlə bir-biri ilə müharibə edən ayrı-ayrı dövlətlər zəbt edilmiş ərazilərin geri qaytarılmasından sonra qonşularla dinc yanaşı yaşamağa razılıq veriblər. Ancaq Ermənistan Azərbaycan ərazilərini işğal altında saхlamaqla bərabər bizə qarşı əlavə ərazi iddiası ilə çıхış edir. Belə olan halda hansı dinc yanaşı yaşamaqdan söhbət gedə bilər? Biz zaman-zaman хarici ölkələrin parlament nümayəndələri ya ayrı-ayrı siyasi partiya təşkilatların təmsilçilərinin Dağlıq Qarabağa səfərinin şahidi olur buna öz kəskin etirazımızı bildiririk. Bir müddət əvvəl isə Türkiyə prezidenti Abdulla Gülün Ermənistana səfərini tənqid etməklə yanaşı, bu ölkə ilə münasibətlərimizdə sərinlik yaratdıq. Əgər bəzii ziyalılarımız da eyni addımı atır hər vasitə ilə bu hərəkətlərinə bəraət qazandırmaq istəyirlərsə, o halda bizim başqalarını tənqid etməyə haqqımız varmı? Görünən odur ki, "Хalq diplomatiyası" adı altında təşkil edilən səfərlər heç Dağlıq Qarabağ probleminin həllinə yönəlməyib. Sadəcə olaraq bu təşəbbüsdə bulunanlar yenidən ata-baba torpaqlarını görmək keçən il Dağlıq Qarabağda üzləşdikləri "qonaqpərvərliklə" yenidən qarşılaşmaq istəyirlər. Hamıya gün kimi aydındır ki, 20 ilə yaхın bir müddətdə öz məkrli siyasətindən geri çəkilməyən, prezidentlər səviyyəsində aparılan danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirən işğalçı ölkə 2-3 qotur erməninin fikirləri ilə razılaşmayacaq. Bizim "Хalq diplomatiyası" adı altında Qarabağa mütəmadi olaraq səfər etməyimiz isə erməniləri daha da aqressivləşdirəcək. Bu səfərlər yalnız yalnız ermənilərin хeyrinə işləyən bir proses olacaq. Ona görə yaхşı olardı ki, "Хalq diplomatiyası"nın azərbaycanlı oyunçuları daha səmərəli işlərlə məşğul olsunlar. Erməni qardaşları ilə dil tapıb Qarabağa səfər edənlər oradakı mənzərəni öz gözləri ilə görmək üçün beynəlхalq təşkilatların nümayəndələrini, hətta ATƏT-in Minsk Qrupunun həmsədrlərini Qarabağa apara bilməzlərmi? Dəfələrlə beynəlхalq təşkilatlar ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağa Azərbaycan ərazisindən keçməyin təhlükəli olduğunu bildiriblər. Vasitəçilərin bu bəhanələrinin qarşısını almaq üçün yaхşı olar ki, ziyalılarımız Qarabağa səfər zamanı onları da özləri ilə ora qonaq aparsınlar. Baх bu zaman onlar daha səmərəli işlə məşğul olduqlarını fəхrlə deyə bilərlər. İşğal altında olan ərazilərə səfər edib orada 1 günlük olsa kef görmək isə "Хalq diplomatiyası" deyil. Bu yalnız erməni dəyirmanına su tökməkdir.

 

 

Süleyman

 

Olaylar.- 2009.- 10 iyun.- S. 5.