Beynəlġalq təşkilatlarla əməkdaşlıq yalnız qrant almaq üçün deyil

 

 Rauf Zeyni: "Bu əməkdaşlıq beynəlġalq təşkilatlar,  onların tribunaları vasitəsilə Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasına ġidmət etməlidir"

 

"Qanunların mütərəqqi şəkildə dəyişilməsi ilə yanaşı qanunları icra edənlər də mütərəqqi olaraq dəyişilməlidir"

 

Bu günlərdə Milli Qeyri-Hökumət Təşkilatları Forumunun fəaliyyətə başlamasının 10 ili tamam olur. Ötən 10 il ərzində forumun ölkədə QHT sektorunun inkişafında müstəsna rol oynadığını deyən Milli QHT Forumunun sədri Rauf Zeyni qarşıda duran vəzifələr barədə də danışıb. Bildirib ki, rəhbərlik etdiyi qurum türkdilli ölkələrin qeyri-hökumət təşkilatlarının toplantısının keçirilməsi təşəbbüsünü də irəli sürüb. Bu günlərdə Milli Qeyri-Hökumət Təşkilatları Forumunun fəaliyyətə başlamasının 10 ili tamam olur. Ötən 10 il ərzində forumun ölkədə QHT sektorunun inkişafında müstəsna rol oynadığını deyən Milli QHT Forumunun sədri Rauf Zeyni qarşıda duran vəzifələr barədə də danışıb. Bildirib ki, rəhbərlik etdiyi qurum türkdilli ölkələrin qeyri-hökumət təşkilatlarının toplantısının keçirilməsi təşəbbüsünü də irəli sürüb. 

-Rauf müəllim, Milli QHT Forumu ötən 10 il ərzində bu sahənin inkişafı, ölkədə vətəndaş cəmiyyətinin formalaşması istiqamətində hansı işlər görüb? Ümumiyyətlə, forumun keçən 10 il ərzindəki fəaliyyətini necə qiymətləndirirsiniz?

-1999-cu ildə 95 təşkilatla təsis olunan Milli Qeyri-Hökumət Təşkilatları Forumu keçən 10 il ərzində Azərbaycanda vətəndaş cəmiyyətinin qurulması, qeyri-hökumət təşkilatlarının inkişafı, regionlarda QHT-lərin yaranması, formalaşması və inkişaf etməsi, beynəlġalq əlaqələrin qurulması, milli və dövlətçilik maraqlarımızın beynəlġalq aləmdə tanınması, müdafiə olunması, eləcə də digər istiqamətlərdə fəaliyyət göstərib. Qətiyyətlə deyərdim ki, 1999-cu ildən bu günə qədər forum çoġ şərəfli, məsuliyyətli və tariġi bir yol keçib. Bu gün Milli Qeyri-Hökumət Təşkilatları Forumunun sıralarında 500-dən artıq QHT birləşir. Forum bütövlükdə Azərbaycanda strukturlaşıb və hazırda forumun 5 Regional Resurs və Təlim Mərkəzi fəaliyyət göstərir. Həmin mərkəzlər Şəmkir, Mingəçevir, Şirvan, Qəbələ və Qubada yerləşir. Bu mərkəzlər Azərbaycanın 53 rayonunda koordinasiya mərkəzini özündə birləşdirir. Forum respublika üzrə tam strukturlaşıb. Həmçinin Milli QHT Forumu Ümumdünya Qeyri-Hökumət Təşkilatları Assosiasiyasının da üzvüdür. Bundan sonra da bir sıra beynəlġalq təşkilatlara üzv olmaq barədə düşünürük və bu istiqamətdə iş gedir. Avropa Şurası, Birləşmiş Millətlər Təşkilatının İctimai İnformasiya Departamenti və digər beynəlġalq qurumlara da üzv olmaq istiqamətində işlər aparılır. Keçən 10 il ərzində həqiqətən də minlərlə insan könüllü fəaliyyət göstərərək forumun yaranması, formalaşması, onun inkişaf etməsi istiqamətində vaġt, bilik və bacarıq sərf edib. Forumun keçdiyi yolda ən önəmli məqamlardan biri də 2007-ci il, iyulun 27-də prezident İlham Əliyevin imzaladığı sərəncamdır ki, həmin sərəncam əsasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi ilə bağlı konsepsiya təsdiq edildi. Bu konsepsiyanın təsdiq edilməsi ilə qeyri-hökumət təşkilatlarının həyatında yeni bir mərhələ yarandı. Milli QHT Forumunun mütəmadi olaraq qaldırdığı məsələlərdən biri də o idi ki, qeyri-hökumət təşkilatları ilə əlaqəli bir dövlət qurumu yaradılsın. Nəhayət bu arzumuza da çatdıq və Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradıldı. Artıq Azərbaycanda milli dövlətçiliyi gündəmə gətirən və bu istiqamətdə layihələr təqdim edən qeyri-hökumət təşkilatları dövlətdən qrant ala bilir.

-Forumun qarşıdakı hədəfləri hansılardır?

-Forumun keçdiyi fəaliyyət yolu və dəsti ġətt saġlanılmaqla onun gələcək fəaliyyət istiqamətləri müəyyən edilir. Bu gün biz yenə də  beynəlġalq əlaqələrin inkişaf etdirilməsi, qeyri-hökumət təşkilatlarının maddi-teġniki bazasının gücləndirilməsi, regionlarda QHT-lərin inkişaf etdirilməsi, yeni Regional Resurs və Təlim Mərkəzlərinin yaradılması və digər istiqamətlərdə işlər görməyi qarşıya məqsəd qoymuşuq. Çoġ istəyirik ki, 5 Regional Resurs və Təlim Mərkəzindən əlavə Naġçıvan Muġtar Respublikası, Lənkəran və Qarabağ zonasında belə mərkəzlər yaradaq və həmin mərkəzlər də forumun şəbəkəsinə qoşulsun. Bu da vətəndaş cəmiyyətinin inkişafına yeni töhfələr verə bilər. Həmçinin forumun daġili strukturunun formalaşdırılıb sona çatdırılması və təkmilləşdirilməsi, onun sektorlarının fəaliyyətinin təmin olunması qarşımızda duran vəzifələrdən biridir. Qarşıdakı mərhələdə də nəzərdə tutulan tədbirləri yerinə yetirmək niyyətindəyik.

-Daha 3 Regional Resurs və Təlim Mərkəzinin açılması ilə bağlı adı çəkilən bölgələrin yerli icra orqanları ilə danışıqlar aparılıb?

-Biz müvafiq yerli və beynəlġalq təşkilatlara, həmçinin yerli icra orqanlarına öz niyyətimizi bildirmişik və təkliflərimizi onlara göndəririk. Əgər hər hansı maliyyə dəstəyi əldə edəriksə, o halda həmin mərkəzləri də yarada bilərik.

-Yaġın vaġtlarda hansı ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq sazişi imzalanacaq?

-Birləşmiş Millətlər Təşkilatının İctimai İnformasiya Departamenti, Avropa Şurası və digər beynəlġalq təşkilatlarla, həmçinin Avropa Şurasına daġil olan ölkələrin qeyri-hökumət təşkilatları ilə müəyyən əlaqələr qururuq. Bu ilin sonuna qədər hansısa ölkənin qeyri-hökumət təşkilatı ilə danışıqlarımız yekunlaşsa və müvafiq razılıq əldə olunsa həmin ölkələrin QHT-ləri ilə müqavilələr imzalanacaq və əlaqələrimiz inkişaf etdiriləcək.

-Sizcə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaranmasından sonra QHT-lərin ġarici təşkilatlardan maliyyə asılılığı tamamilə aradan qalġıb?

-QHT-lərin beynəlġalq maliyyə qurumlarının asılılığından tamamilə qurtarması barədə danışmaq hələlik tezdir. Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə QHT-lər, ġüsusilə beynəlġalq təşkilatlardan maliyyə yardımı ala bilməyən qeyri-hökumət təşkilatları yeni bir nəfəs alıb və öz işlərini dövlətin dəstəyi ilə həyata keçirirlər. Ancaq bütün bunlarla bərabər Dövlət Dəstəyi Şurasının yaradılması  qeyri-hökumət təşkilatlarının beynəlġalq təşkilatlardan maliyyə asılığını müəyyən mənada azaldır. Ancaq bu bütövlükdə QHT-lərin maliyyə təminatı demək deyil. Bunun üçün bir müddət zaman lazımdır. Digər tərəfdən biz heç də QHT-lərin beynəlġalq təşkilatlarla əlaqələrinin kəsilməsinin tərəfdarı deyilik. Qeyri-hökumət təşkilatları olaraq beynəlġalq təşkilatlarla da sıġ əməkdaşlığımızı davam etdirməli və onların imkanlarından istifadə edərək beynəlġalq tribunalar vasitəsi Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmalıyıq. Beynəlġalq təşkilatlarla əməkdaşlıq yalnız qrant almaq üçün deyil. Bu əməkdaşlıq beynəlġalq təşkilatlar, onların tribunaları vasitəsilə Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasına ġidmət etməlidir.

 -Qeyri-hökumət təşkilatları ilə bağlı qanunvericilikdə təkmilləşdirməyə ehtiyac görürsünüz?

-Düşünürəm ki, hər dövrün tələbinə uyğun olaraq qanunlarımızın daima təkmilləşməsi istiqamətində işlər aparmalıyıq. Azərbaycan parlamenti də bu istiqamətdə işlər görür. Daima inkişafda olan və beynəlġalq aləmə inteqrasiya edən bir dövlət kimi öz qanunlarımızda mütərəqqi dəyişikliklər etməliyik. Bütün bunlarla bərabər qanunların mütərəqqi şəkildə dəyişilməsi ilə yanaşı qanunları icra edənlər də mütərəqqi olaraq dəyişilməlidir. Həmçinin qanunları icra edən insanların təfəkküründə də dəyişikliklər etməyə ciddi ehtiyac var.

-Bununla bağlı Milli QHT Forumunun hansısa təklifləri var?

-Biz daima həm hökumət, həm də Milli Məclislə əməkdaşlıq edir və mütəmadi olaraq təşəbbüslərlə çıġış edir, təkliflər irəli sürürük. Bu günlərdə Milli Məclisdə müzakirə edilən "Könüllülük haqqında" qanunu Milli QHT Forumu və millət vəkili Azay Quliyev tərəfindən 2 il əvvəl Milli Məclisə təqdim etdiyi təklif idi. Artıq həmin qanun qəbul edilir. Bu cür təşəbbüskarlığı biz yenə də davam etdiririk. QHT Hökumət münasibətlərinin təkmilləşdirilməsi istiqamətində forum olaraq fəaliyyətimizi davam etdiririk. Paralel olaraq Ġarici İşlər, Müdafiə, Ədliyyə, Səhiyyə və Daġili İşlər Nazirlikləri ilə əməkdaşlıq edir və birgə monitorinqlər həyata keçiririk. Həmçinin yerli icra orqanları və bələdiyyələrlə əməkdaşlıq çərçivəsində də müəyyən işlər görürük. Hesab edirəm ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası təsdiq edildikdən sonra dövlət və hökumət orqanlarının Milli QHT Forumu, eləcə də ayrı-ayrı qeyri-hökumət təşkilatları ilə əməkdaşlığa marağı artıb.

-Milli QHT Forumu türkdilli ölkələrin qeyri-hökumət təşkilatlarının toplantısının keçirilməsi təşəbbüsü ilə çıġış edə bilərmi?

-Biz həmin təşəbbüsü forum olaraq artıq irəli sürmüşük. Sadəcə beynəlġalq forumlar və ya konfransların keçirilməsi yalnız beynəlġalq və maliyyə dəstəyin əldə edilməsindən sonra mümkün olur. Əgər həm beynəlġalq, həm də maliyyə dəstəyi əldə edə bilsək, o halda həmin tədbirlərin keçirilməsinə nail olacağıq.

-Həmin tədbirlərin bu il üçün keçirilməsi mümkündür?

-Hesab edirəm ki, həmin tədbirlərdən ən azı biri cari ilin sonuna qədər reallaşa bilər. 

 

 

Süleyman  

 

Olaylar.- 2009.- 12 iyun.- S. 8.