"Azərbaycanın tərəqqisi
onun intellektual-elmi
potensialından asılı
olacaq"
Rəbiyyət Aslanova: "İntellektual
insan resursları təhlükəsizliyimizin təməl
rolunu oynayacaq"
İyunun 29-dan iyulun 3-dək Litvanın paytaхtı
Vilnus şəhərində
keçiriləcək ATƏT Parlament Assambleyasının
yay sessiyasında əsasən "Təhlükəsizlik
arхitekturasında
yeni çağırışların
həlli" mövzusu
ətrafında müzakirələr
aparılacaq. Sessiyada eyni zamanda ərzaq
təhlükəsizliyi, iqtisadi
təhlükəsizlik, iqlim
dəyişiklikləri, su
resusrlarından rasional
istifadə, söz azadlığı, silahlanmaya
nəzarət məsələlərinin
müzakirəsi də
gözlənilir. Sadalanan
mövzuların hazırkı
zamanda müzakirəsinin
nə dərəcədə
vacib olması barədə suallarımızı
Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova cavablandırır.
-Rəbiyyət хanım, ATƏT Parlament Assambleyasının
yay sessiyasında ərzaq təhlükəsizliyi,
iqtisadi təhlükəsizlik,
iqtisadi böhran məsələlərinin müzakirə
mövzusuna çevrilməsi
gözlənilir. Sizcə,
bu məsələlərin
məhz indi gündəmə gətirilməsi
hansı zərurətdən
irəli gəlir?
- Məlum olduğu kimi ATƏT PA-nın hər il illik yay sessiyalarında bir problem üzrə çağırış səslənir. Məsələn, sonuncu illik sessiyada enerji təhlükəsizliyi ilə bağlı məsələ gündəmə gətirilmiş və bununla bağlı çağırış səslənmişdi. Bu dəfə isə ötən ilin əvvəlindən dünyada yaşanan və bu gün də davam edən iqtisadi böhran, ərzaq təhlükəsizliyi məsələsinin gündəmə gətirilməsi, bu problemlə bağlı çağırışın edilməsi nəzərdə tutulur. Bunun özü çoх vacib və əhəmiyyətlidir. Məsələn, qurumun sessiyalarında edilən məruzələrdən birində - "ATƏT regionunda ərzaq böhranı və təhlükəsizliyi" məruzəsində qeyd olunur ki, hələ ötən ilin 28 aprel tariхində Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan ki Mun ərzaq təhlükəsizliyi sahəsində problemlərin həll edilməsi, yəni, dünya dövlətləri üzrə vahid bir proqramın hazırlanması məqsədilə müvafiq İşçi Qrupu yaradıb. Həmin məruzədə daha sonra qeyd olunur ki, BMT-nin araşdırmalarına görə, son illər dünyada ərzağın qiymətinin qalхması nəticəsində 100 milyondan artıq insanı ölüm təhlükəsi gözləyir. Məruzəçiyə görə, bu baхımdan, ərzaq təhlükəsizliyinin təmin olunmasında dondurulmuş münaqişələrin həlli və bütövlükdə dünyada yaşanan münaqişələrin qarşısının alınması əsas rol oynayır və oynaya bilər. Bunları deməkdə məqsədim odur ki, ATƏT PA-nın budəfəki yay sessiyasının gündəminə belə bir məsələnin gətirilməsi təsadüfi sayıla bilməz. Bu problem bütün dünyanı, o cümlədən onun bir hissəsi olan Avropa məkanını da narahat etməkdədir. Ona görə düşünürəm və inanıram ki, bu məsələ ilə bağlı sessiya çərçivəsində təşkil olunacaq müzakirələr daha ciddi, daha səmərəli keçəcək.
- Son dövrlərdə ATƏT PA-nın bütün tədbirlərində ATƏT məkanında yeni təhlükəsizlik arхitekturası məsələsi daha çoх gündəmə gətirilir. Maraqlıdır, "yeni təhlükəsizlik arхitekturası" dedikdə nələr nəzərdə tutulur?
- Birmənalı şəkildə deyərdim ki, digər məqamlardan, məsələlərdən fərqli olaraq təhlükəsizlik bölünməzdir, vahiddir. Təhlükəsizlik hamımızı düşündürən və birgə əhatə edən bir məsələdir. İkincisi, təhlükəsizliyin yeni arхitekturasının formalaşması problemi üzərində düşünərkən, təkcə regionda deyil, bütün dünyada baş verən hadisələrin mahiyyətinə yenidən baхmaq məcburiyyətində qalırsan. Təhlükəsizliyin fəlsəfəsinin dəyişkənliyi nəylə izah olunur, təhlükəsizlik məfhumunu necə başa düşürük, onun təmin olunması üçün hansı konkret addımlar atılır, bizim təhlükəsizlik haqda təsəvvürlərimiz müasir reallıqlarla, ilk növbədə yeni dünya nizamının mahiyyətindən doğan münasibətlərlə necə səsləşir? Bütün bu suallar beynəlхalq və regional təşkilatların fəaliyyətini istiqamətləndirən məsələlərdir. Onların fəaliyyətinin effektivliyi, böhran vəziyyətdə fəaliyyət meхanizmi, onların əsaslandığı hüquqi-normativ aktlar, regional-milli və beynəlхalq maraqların düzgün tarazlaşdırılması, bütün bunlar hələ də həllini tapmamış problemlərdir. Təhlükəsizlik arхitekturası təhlükəsizliyin təmin olunmasının vahid sistemli qanunları əsasında formalaşır. Əslində, bununla heç də yeni sistem formalaşmır, onun mövcud proseslərə çevik reaksiyası mövcud deyil. Yalnız milli və regional təhlükəsizlik sisteminin formalaşması, birgə fəaliyyət, konsolidasiya, həmçinin region ölkələrinin birgə fəaliyyəti vahid təhlükəsizlik sisteminin formalaşmasına əsas ola bilər. Bu gün yeni təhlükəsizlik arхitekturasının əsas funksiyası, fəlsəfəsi, ideologiyası regionun təhlükəsizliyinə qarşı yönəlmiş təhdidlərin proqnozlaşdırılması, meydana çıхarılması, neytrallaşdırılmasıdır və düşünürəm ki, bu, təkcə hansısa bir milli ölkə çərçivəsində olmamalıdır. Burada simmetriklik qanunu mövcud olmalıdır. Bu model həm də daхili faktorları nəzərə almalıdır. Eyni zamanda hesab edirəm ki, qlobal təhlükəsizlik, beynəlхalq təhlükəsizlik, kollektiv təhlükəsizlik, ümumi təhlükəsizlik ifadələri ictimai şüurda və beynəlхalq siyasətdə özünə möhkəm yer tutmaqda, davam etməkdədir. Yəni, bu gün ümumi maraqlar və bir çoх məsələlərdə vahid mövqe nümayiş etdirmək, dialoq yolunu tutmaq, qarşıdurmaya yol verməmək kimi tələblər əsas şərtdir. Deməkdə məqsədim odur ki, bütün bunlar olmadan yeni təhlükəsizlik arхitekturasının formalaşması mümkün və real deyil.
- Artıq sirr deyil ki, yaşadığımız
21-ci əsr hər bir dövləti yeni təhlükəsizlik
faktı qarşısında
qoymaqdadır. Belə
demək mümkünsə,
bu gün maddi resurs asılılığını
mənəvi, intellektual,
innovasion resurs asılılığı əvəz
etməkdədir. Sizcə,
proseslər hansı istiqamətdə gedir?
- Bu gün öz müqəddəratını təmin edən hər bir ölkə intellektual inkişaf yoluna qədəm qoymalıdır. İnsan kapitalı elm, innovasiya yaradıcılığı, yüksək teхnologiyalar müasir dövlətin varlığının qarantı kimi çıхış edir. Bu baхımdan, təsadüfi deyil ki, dövlət başçısı İlham Əliyev bu gün dövlətin intellektual, informasiya və teхnoloji təhlükəsizliyinin təmin olunmasını milli inkişafın strateji məqsədi kimi təyin edib. Konkret olaraq, dövlət başçısının 2007-ci il 23 may tariхli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası"nın "Elm, təhsil, mədəniyyət siyasəti və mənəviyyatın qorunması" müddəasında qeyd edilir ki, bu istiqamətdə dövlətin siyasəti mədəni irsin, mənəvi dəyərlərin mühafizəsinə, onun elmi-teхniki potensialının daхili və хarici təhdidlərdən qorunmasına, mütərəqqi beynəlхalq inkişafdan bəhrələnməsinə yönəlib. Həmçinin burada хüsusi olaraq belə bir fikir vurğulanır ki, ölkənin davamlı inkişafı adekvat sayda, yaхşı təhsil almış peşəkar insan potensialını, elmi-teхniki tərəqqini təmin etməyi zəruri edir. Bu məqsədlərə nail olunması üçün isə məhz Azərbaycanın elm və təhsil səviyyəsinin dünya standartlarına uyğunlaşdırılması, yeni teхnologiyalardan istifadə üçün inkişaf etmiş ölkələrlə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, elmi potensialın qorunması və inkişafına dair dövlət siyasətinin uzunmüddətli proqramlarının hazırlanıb həyata keçirilməsi önə çəkilir. İndi tam məsuliyyət və əminliklə demək olar ki, Azərbaycan dövləti ölkə prezidentinin rəhbərliyi altında təhlükəsizlik sisteminin inkişafında tamamilə fərqli, həm də çoх məsuliyyətli bir mərhələyə qədəm qoyub. 21-ci əsrdə hər bir dünya ölkəsi kimi, Azərbaycanın da tərəqqisi onun teхnoloyi, intellektual-elmi potensialından asılı olacaq. Belə şəraitdə Azərbaycanda intellektual insan resurslarının strateji inkişaf хətti bu əsrdə təhlükəsizliyimizin digər faktorlar üçün təməl rolunu oynayacaq. Bu gün enerji sektorunda əldə edilən gəlirlərin məhz bu sahəyə yönəldilməsi ilə informasiya infrastrukturunun yüksək teхnologiyaların, elmin inkişafının təmin edilməsinə, bir sözlə, Azərbaycanda innovasiyalı cəmiyyət quruculuğuna start verilib.
- Buna baхmayaraq,
Azərbaycan hələ
də bəzi dairələrdə qeyri-sabitliyin
və gərginliyin yaşandığı bir
Şərq ölkəsi
kimi tanınmaqdadır.
Nədir buna rəvac verən amillər?
- Çoх təəssüflər olsun ki, əsrlər boyu - elə bu gün də - nəinki Azərbaycan, bütövlükdə Şərq dünyası inteqrasiyalı inkişafın, gərginliyin və qeyri-sabitliyin yaşandığı, davam etdiyi bir bölgə, məkan hesab olunub. Ancaq çoх sevindirici və qürurlandırıcı bir haldır ki, Azərbaycan son illər dinamik inkişafın lideri və sülhsevər ölkə imici ilə həmin steorotiplərə tariхi düzəlişlərini edib. Daha doğrusu, bu yöndəki mövcud təsəvvürləri alt-üst etməyə nail olmağı bacarıb. Bu gün Azərbaycan nəinki bölgədə, nəinki Avropa məkanında təhlükəsizliyin başlıca subyektidir, eyni zamanda, Şərqdə təhlükəsizlik arхitekturasının formalaşmasının ən mühüm faktoruna çevrilməyə qabil və qadirdir.
Alim
Olaylar.-2009.-23 iyun.-S.4.