Moskvada Azərbaycan Mədəniyyəti Günləri

 

Milli rəqslər, muğam ifaları təqdim olunacaq

 

Moskvada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək. İyunun 29-dan iyulun 2-dək keçiriləcək mədəniyyət günlərində mədəniyyət turizm naziri Əbülfəs Qarayev iştirak edəcək.

 

Mədəniyyət Turizm İdarəsindən "OLAYLAR"a daxil olan məlumata görə, həmin müddətdə rəssam Tahir Məmmədovun sərgisi təşkil olunacaq. Bundan başqa Teymur Göyçayevin rəhbərliyi altında Azərbaycan Gənclər Simfonik Orkestrinin muğam ifaçısı Elməddin İbrahimlinin çıxışı nəzərdə tutulub. Tamaşaçılara bununla yanaşı milli rəqslərimiz təqdim olunacaq.

 

 

Olaylar.-2009.-26-29 iyun.-S.16.